Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə137/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   133   134   135   136   137   138   139   140   ...   192

 

27



həlledici  anda  olduğu    kimi,  yenə  də  onu  pis  vəziyyətdə  qoydu.  O,  keĢiĢi  öldürmədi,  sadəcə, 

tapança  ilə  vurub  yerə  yıxdı,  sonra  bir az qabağa  qaçaraq,  masanın  arxasında  büzüĢüb, axırıncı 

dəfə qara qana qarĢı üsyan etdi. Düz otuz il idi ona qarĢı bu cür üsyan edirdi. Yanı üstə çevrilmiĢ 

masanın  arxasında  büzüĢüb,  əlindəki  tapança  dolu  olsa  da,  bircə  güllə  belə  atmadan,  sakitcə, 

onların onu vurub öldürmələrinə Ģərait yaratdı”. 

 

O vaxtlar Ģəhərdə Persi Qrimm adlı cavan bir adam yaĢayırdı. Onun iyirmi beĢ yaĢı vardı, 



milli qvardiya kapitanı idi. Bu Ģəhərdə doğulmuĢ, yay təlim toplantıları nəzərə alınmazsa, bütün 

ömrü  boyu  burada  yaĢamıĢdı.  YaĢı  az  olduğuna  görə  Avropa  müharibəsinə  gedə  bilməmiĢdi, 

yalnız  1921,  yoxsa  1922-ci  ildəmi  baĢa  düĢmüĢdü  ki,  bunu  heç  vaxt  valideynlərinə 

bağıĢlamayacaq.  Dəmir  məmulatları  tüccarı  olan  atası  onun  bu  acığını  heç  cür  baĢa  düĢə 

bilmirdi. Belə hesab edirdi ki, oğlu, sadəcə, tənbəlin, avaranın biridi, ondan, yəqin,  heç nə çıxan 

deyil, amma bu yeniyetmə oğlan daxilən dəhĢətli sarsıntı keçirirdi: o, sadəcə, gec doğulmamıĢdı, 

həm  də  lap  azacıq  gec  doğulmuĢdu,  o  qədər  az  ki,  artıq  geri  qaytarılması  mümkün  olmayan  o 

dövr  barədə  hər  Ģeyi  birinci  əldən,  onun    iĢtirakçılarının  bilavasitə  özündən  eĢitməli  olmuĢdu. 

Axı  azca  tez  doğulsaydı,  o  da  o  vaxt  uĢaq  deyil,  yekə  kiĢi  olardı.  Və  indi,  döyüĢ,  müharibə 

ehtirasları  xeyli  soyuyub  öləziyəndən  sonra,    vaxtilə  qızıĢıb  ağzından  od  püskürənlərin,  hətta 

orduda  döyüĢən,  yaralanan  qəhrəmanların  özləri  belə  bir-birinə  çəpəki  baxmağa  baĢlayandan 

sonra o, dərdləĢməyə, öz içini açıb tökməyə bir adam tapa bilmirdi. Ġlk ciddi savaĢı bir cəbhəçi 

ilə  oldu:  bu  adam  elə  bir  Ģey  dedi  ki,  o  buna  dözə  bilmədi.  Dedi  ki,  əgər  bir  də  gedib  belə  bir 

müharibəyə düĢmüĢ olsa, almanların tərəfinə keçib Fransaya qarĢı vuruĢardı. Qrimm dərhal onun 

yaxasından yapıĢdı. 

– Deməli, həm də Amerikaya qarĢı, hə? – o dedi.  

– Əgər Amerika axmaqlıq eləyib yenə də Fransaya kömək etmək istəsə, hə, –  deyə əsgər 

cavab  verdi.  Qrimm  dərhal  onu  vurdu;  boy-buxununa  görə  o,  əsgərdən  xeyli  balacaydı,  iyirmi 

yaĢı  təzəcə  tamam  olmuĢdu.  Bu  davanın  sonu  əvvəlcədən  bəlliydi;  hətta  Qrimm  özü  də,  heç 

Ģübhəsiz, bunu yaxĢı bilirdi. Amma axırda həmin əsgərin özünün ona yazığı gəldi, tamaĢaçılar-

dan artıq sağ-salamat yeri qalmamıĢ bu uĢağı bir kənara çəkmələrini xahiĢ etdi, o isə bu xahiĢə 

qədər bütün zərbələrə mətanətlə dözdü. Bu davada, savaĢda aldığı yaralar –  çapıqlar onun qürur 

mənbəyinə çevrildi, sonralar onlarla, uğrunda gözünü qırpmadan döyüĢməyə  hazır olduğu hərbi 

geyimin özü qədər fəxr etdi.  

Onun  dadına  ordunun  yenidən  təĢkil  olunması  haqqında  yeni  qanun  çatdı.  Uzun  müddət 

qaranlıq bataqlıqda azmıĢ adam kimi çapalaya-çapalaya qalmıĢdı. Nəinki ordan çıxmağa yol tapa 

bilmir, həm də, ümumiyyətlə, belə bir yolun var olduğuna inanmırdı

. Və


 birdən önündə apaydın, 

konkret  bir  həyat  cığırı  açıldı.  Məktəbdə  heç  bir  qabiliyyət  göstərə  bilmədiyi,  tərsin,  mənliksiz 




 

27



tənbəlin biri hesab edildiyi o itirilmiĢ illər keçmiĢdə  itib-batdı, tamam unuduldu. Önündə açılan 

yeni həyat yolu çılpaq dəhliz kimi əngəlsiz və dolanbacsız idi, onu düĢünmək və nəyisə seçmək 

məcburiyyətindən  həmiĢəlik  xilas  etmiĢdi;  indi  üzərinə  götürdüyü  yük  isə  çiynindəki  bürünc 

rütbə  niĢanları  kimi  son  dərəcə  parlaq,  yüngül  və  mübariz  bir  Ģeydi:  fiziki  mərdliyə,  sözsüz 

tabeliyə  əlahiddə  və  kor  inam,  ağ  irqin  bütün  irqlərdən,  amerikan  irqinin  bütün  ağlardan, 

amerikan  mundirinin  isə  bütün  bəĢəriyyətdən  üstünlüyünə  əminlik;  bu  əminliyin,  bu  Ģərəfin 

əvəzində  ondan  tələb  oluna  bilinəcək  ən  böyük  Ģey  isə  yalnız  öz  həyatını  qurban  vermək  ola 

bilərdi.  Hətta  ən  cüzi  hərbi  çalara  malik  milli  bayramlarda  da  o,  Ģəhərə  kapitan  formasında 

çıxırdı. Yaxasındakı snayper niĢanı (əla atıcı idi), çiynindəki rütbə ulduzları parıldaya-parıldaya, 

ciddi,  Ģux  bir  görkəmdə  mülki  adamların  arasında  addımlayarkən  sifətində  döyüĢçülərə  xas 

mübariz, eyni  zamanda, utancaq uĢaq  məğrurluğu qarıĢıq  bir  ifadə olardı  və onu  bu görkəmdə 

görənlər keçmiĢ cəbhəçi əsgərlə davasını xatırlayardılar.  

O,  Amerika  legionunun  üzvü  deyildi,  bu,  onun  yox,  valideynlərinin  günahı  idi.  Ancaq 

həmin Ģənbə günü, Kristmas Motstaundan bura gətiriləndə dərhal məntəqə komandirinin yanına 

yollandı. Onun düĢüncələri ifrat dərəcədə aydın və birmənalıydı. 

– AsayiĢə biz cavabdehik, – o dedi. – Qanunun mənafeyini biz qorumalıyıq. Qanunun və 

ölkənin.  Mülki  adamların  heç  birinin  insanı  ölümə  məhkum  etmək  hüququ  yoxdur.  Bu  iĢə  biz, 

Ceffersonun əsgərləri nəzarət etməliyik.   

– Siz  hardan  bilirsiniz ki,  bu  haqda kiminsə  baĢqa planı  var?  –  legion komandiri dedi.  – 

Belə bir söhbət eĢitmisiniz? 

–  Bilmirəm.  EĢitməmiĢəm,  –  yalan  demirdi.  Elə  bil,  nəinki  mülki  adamların  nə 

danıĢdıqlarının,  heç  buna  görə  yalan  uydurmağın  da  onun  üçün  əhəmiyyəti  yox  idi.  –  Məsələ 

bunda  deyil.  Məsələ  ondadır  ki,  bu  iĢlə  bağlı  mövqeyimizi  birinci  biz,  hərbi  forma  geyənlər 

bildirməlidir, elə deyil?  Belə  iĢlərdə  hökumətin  hansı  mövqedə  dayandığını  camaata dərhal  biz 

göstərməli deyilik?   Biz camaata göstərməli deyilikmi ki, onlardan  bu  barədə  heç danıĢmaq da 

tələb olunmur?  – Onun planı son dərəcə sadəydi. Rütbəsi nəzərə alınaraq onun rəhbərliyi altında 

legion  məntəqəsi  üzvlərindən  ibarət  bir  taqım  formalaĢdırılmalıydı.  –  Əgər  mənim  komandir 

olmağımı istəmirlərsə, heç lazım da deyil. Ġstəsələr, komandir müavini də ola bilərəm. Ya da elə 

serjant, yaxud da kapral. – Bunu heç də boĢ yerə demirdi. BoĢ-boĢuna Ģöhrət axtarmırdı. Həddən 

artıq  səmimiydi.  O  qədər  səmimi  və  yumor  hissindən  məhrum  idi  ki,  legion  komandiri  dilinin 

ucuna gələn istehzalı imtinadan vaz keçməli oldu.  

– Hər halda, mən buna elə bir ehtiyac olduğunu görmürəm. Əgər olsaydı belə, biz yenə də 

mülki Ģəxslər kimi hərəkət etməyə borcluyuq. Məntəqədən bu cür istifadə edə bilmərəm. Axı biz 

artıq əsgər deyilik. Ġstifadə edə bilsəydim belə, çox çətin ki, buna razı olardım.  

Qrimm ona baxdı – qəzəblə yox,  adi, lüzumsuz bir cücüyə baxırmıĢ kimi...   



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə