Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə134/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   130   131   132   133   134   135   136   137   ...   192

 

27



Bu,  iki  dəqiqədən  də  az  çəkdi.  Sonra  Bayron  tapdanıb  əzilmiĢ  kolluğun  üstündə  sakitcə 

uzanıb  qaldı,  sifətindən  sakit-sakit  qan  axırdı;  üstünə  yıxıldığı  kol-kosun  qırılarkən  çıxardığı 

Ģaqqıltı  səsi  getdikcə  uzaqlaĢdı,  avazıdı  və  sonra  tamamilə  itdi,  ətraf  sükuta  qərq oldu.  Ġndi  o,  

tək-tənhadır.  Elə  bir  möhkəm  ağrı  hiss  eləmir,  ən  yaxĢısı  da  budur  ki,  qalxıb  harasa  getməyə, 

nəsə  eləməyə  heç  bir  ciddi  ehtiyac  duymur.  Sadəcə,  yerdə  uzanıb  qalıb,  qanı  da  sakitcə  axıb 

gedir;  ancaq  bilir  ki,  bir  az  keçəndən  sonra  vaxt  gəlib  çatacaq,  bu  dünyaya,  zamanın  axarına 

qayıtmalı olacaq.  

Braunun  hara  cəhənnəm  olduğu  da  indi  onu  maraqlandırmır.  Ġndi  Braun  haqqında 

düĢünməyin  onun  üçün  heç  bir  əhəmiyyəti  yoxdur.  Ağlı  yenə  də,  uĢaqlıq  dövrünün  istefaya 

göndərilən,  necə  gəldi  yığılıb  anbara  atılan  və  üstünü  tədricən,  sakitcə  toz  basan  oyuncaqlarını 

xatırladan  hərəkətsiz  fiqurlarla  məĢğuldu:  Braun;  Lina  Grouv;  Haytauer;  Bayron  Banç... 

Bunların hamısı indi onun üçün heç vaxt yaĢamamıĢ olan, uĢaqlıqda oynadığı, sonra isə sındırıb 

bir yana atdığı, tamam unutduğu xırda əĢyalardı. Ordan yarım mil uzaqdakı keçiddə qatar fitinin 

səsi eĢidilənədək beləcə uzanıb qaldı. 

Fit səsi onu ayıldır; bu da dünya, bu da  zaman... O, yavaĢ-yavaĢ, qətiyyətsiz halda qalxıb 

oturur.  “Ən  azı,  heç  yerimi  qırmamıĢam,  –  Bayron  fikirləĢir.  –  Daha  doğrusu,  o  mənim  heç 

yerimi qırmayıb”. Artıq gecdir, vaxt gəlib çatıb – onunla birlikdə hərəkət etmək, harasa getmək 

Ģüuru  da  oyanıb.  “Elədi.  Hərəkət  eləmək  lazımdı.  Təzə  bir  yer  axtarıb  tapmaq,  nəsə  bir  iĢlə 

məĢğul  olmaq  lazımdı”.  Qatar  yaxınlaĢır.  Parovoz  ağır-ağır,  kəsik-kəsik  nəfəs  alırdı;  sanki, 

yoxuĢun lap yaxında olduğunu hiss etmiĢdi; nəhayət, Bayron onun tüstüsünü görür. Əlini cibinə 

salıb  dəsmalını  axtarır.  Onu  tapmır,  buna  görə  də  köynəyinin  ətəyini  cırıb  qoparır,  sifətini 

ehmalca  onunla  örtür,  aĢağıda,  yoxuĢun  dibində  parovozdan  çıxan  buxarın  qısa,  qırıq-qırıq 

fısıltısına qulaq verir. Kolluqdan qırağa çıxır – burdan dəmir yolunu görmək mümkündür. Artıq 

parovoz da görünür:  o, ağır, qara tüstü burumlarını bir-bir havaya tullayaraq, birbaĢ onun üstünə 

gəlir.  Adama  elə  gəlir  ki,  bu  qatar  dəhĢətli  bir  hərəkətsizlik  içindədir.  Amma  hər  halda, 

dayanmayıb, irəliləyir, qorxunc bir inadla yamac boyu yuxarı, təpəyə doğru sürünür. O, meĢənin 

kənarında  dayanıb,  kənddəki  uĢaqlıq  dövründən  qalma  kiçik  bir  oğlan  vəcdiylə  (bəlkə  də, 

qibtəsiylə)  qatarın  əziyyət  çəkə-çəkə  necə  yaxınlaĢdığına,  sürünə-sürünə  onun  önündən  necə 

keçib-getdiyinə  tamaĢa  edir.  Qatar  inildəyə-inildəyə  ötüb-keçir,  gözləri  ona  iliĢib  qalıb,  təpəyə 

gəlib  çatan  vaqonları  bir-bir  yola  salır  və  birdən  bu  gün  ərzində  ikinci  dəfə,  sanki,  sehrli  bir 

ĢeymiĢ kimi, gözləri önündə yenə də harasa qaçan bir adam peyda olur.  

Hətta indi belə Braunun hara qaçdığını anlaya bilmir. Yalqızlığa, dincliyə o qədər dərindən 

aludə  olub  ki,  indi  onu  heç  nə  maraqlandırmır.  Sadəcə,  dayanıb  Braunun  qatara    doğru  necə 

qaçdığına, belini aĢağı əyib, vaqonun sonundakı dəmir pilləkəndən oğru kimi necə yapıĢdığına, 

sonra  da  ona  atılıb,  sanki,  birdən-birə  sorulub  yox  edilən  bir  Ģey    kimi,  bir  anda  gözdən  necə 



 

27



itdiyinə tamaĢa edir. Qatar sürətini artırır; indicə Braunun gözdən itdiyi sonuncu vaqon ona tərəf 

yaxınlaĢır,  Bayron  diqqətlə  ona  baxır.  Vaqon  ötüb-keçir;  arxa  tərəfdən  ona  sıçrayan  Braun  iki 

vaqonun  –  mindiyi  vaqonla  ondan  sonrakı  vaqonun  arasında  dayanıb,  boynunu  uzadıb  kolluğa 

tərəf baxır. Onlar bir-birini eyni anda görürlər – biri qısa, aydın seçilməyən, qana bulaĢmıĢ sifət, 

digəri  isə  rəngi  qaçmıĢ,  qaçarağa  düĢmüĢ,  ümidsiz,  qatarın  səssiz  gurultusunda  çığırmaqdan 

əyilib eybəcər  Ģəklə düĢmüĢ  sifət;  bu  iki  sifət, sanki,  bir-birinə qovuĢmayan  iki orbit üzrə  bir-

birindən  uzaqlaĢır,  xəyalat  kimi  bir-birinin  yanından  ötüb-keçir.  Bayron  hələ  də  fikirləĢmir.  

“Ġlahi, – o, vəcdə gəlmiĢ bir uĢaq heyrətiylə deyir, – o qatara necə cəld sıçraya bildi. O dəqiqə 

görünür ki, birinci dəfə deyil”. O, tamam heç nə düĢünmür. Sanki, hərəkətdə olan bu hisli vaqon 

divarı  hansısa  bir  bənddir  və  dünya,  zaman,  qeyri-adi  ümid,  inkaredilməz  müəyyənlik  məhz  o 

bəndin arxasında dayanıb, son dinclik anını  bəxĢ  etmək üçün onu  məhz orda gözləyir. Beləydi, 

ya  belə  deyildi,  hər  halda  artıq  xeyli  sürət  almıĢ  axırıncı  vaqon  ötüb-keçəndən  sonra  gerçək 

dünya güclü bir dalğa kimi dartıb onu öz ağuĢuna alır.  

Bu dalğa zaman və məsafə ölçüsü üçün olduqca sürətli, olduqca nəhəngdir; buna görə də 

gəldiyi  cığırla  geri  qayıtmaq  olmaz  və  o,  qatırın  çilovunu  əlinə  alıb,  ta  onun  belinə  minmək 

ağlına  gələnəcən  öz  arxasınca  aparır.  Sanki,  özünü  çoxdan,  həm  də  xeyli  çox  qabaqlayıb, 

özündən qabaq içəri girmək üçün artıq o daxmanın önündə dayanıb gözləyir.  Onda mən bir az 

orda dayanıb, sonra...  Təkrar cəhd edir: onda mən bir az orda dayanıb, sonra...   Ancaq heç cür 

bundan irəli gedə bilmir. O, yenə yoldadır, Ģəhər tərəfdən ona qarĢı bir araba gəlir. Saat təxminən 

altıdır.  Hələ  də  cəhd  etməkdən  yorulub  usanmır.    Sonrası,    elə  bil,  tilsimə  düşüb,  qoy  olsun: 

qapını  açıb  içəri  girəcəm,  orda  dayanacam.  Onda  mən  bunu  eləyəcəm.  Ona  baxacam.  Ona 

baxacam. Ona baxacam  Bu vaxt bir səs təkrar deyir:  

–  ...gör, nə həngamə qopub.  

–  Nə?  –  Bayron  soruĢur.  Araba  durdu.  Lap  onun  yanındaymıĢ:  qatır  yerində  dayanır. 

Arabanın oturacağında əyləĢmiĢ kiĢi yenə incik, boğuq səslə deyir:  

– Sən bir iĢin tərsliyinə bax. Evə tələsdiyim yerdə. Özü də bu qədər gecikdiyim bir vaxtda.  

–  Həngamə? – Bayron təkrar soruĢur. – Nə həngamə? Hansı həngamə? 

Arabadakı adam onu baĢdan-ayağa heyrətlə süzür.   

– Sifətinizə baxan deyər ki, sizin də öz həngaməniz olub.  

– Mən yıxılmıĢam. – Bayron izah eləyir. – Bəs orda, Ģəhərdə nə həngamə qopub?  

–  Mən  elə  bilirdim,  eĢitmisiniz.  Təxminən  bir  saat  bundan  əvvəl.  O  zənci  vardı  ha, 

Kristmas. Onlar onu öldürdülər.                                           

 

19 



 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə