Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə136/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   132   133   134   135   136   137   138   139   ...   192

 

27



yazıqdan  bütün  bunların  hamısını  birdən-birə,  qəflətən  mənimsəmək,  dəlilsiz-sübutsuz  qəbul 

etmək  tələb  olunurdu.  Bu  cür  yaĢanmıĢ  otuz  ildən  sonra  o,  sanki,  yad  bir  aləmə  düĢmüĢ, 

təsadüfən  tanımadığı,  bir-birinə  aman  vermədən,  hamısı  birdən  danıĢmağa  çalıĢan    adamlarla 

dolu  bir  otağa  düĢdüyünü  görən  qərib  bir  adam  kimi  çaĢbaĢ  qalmıĢdı;  ümidsiz  halda  ağlını 

itirməmək, öz imkanlarına uyğun, az-çox dərəcədə özü idarə edə biləcəyi bir davranıĢ tərzi seçib 

tapa bilmək üçün  yapıĢa, söykənə  biləcəyi  bir Ģey axtarırdı. UĢaq doğulana qədər  isə  özü üçün 

bəzi səbəblər tapıb qınına çəkilmiĢ, kənarda qalmıĢdı; o vaxtacan o, mexaniki səsə  malik kukla 

kimi  bir  Ģey  idi,  bu  Banç  deyilən  adam  onu  arabada  özü  ilə  gəzdirir,  haçan  danıĢmaq  lazım 

gəldiyini  ona  iĢarə  edirdi:  məsələn,  dünən  gecə  öz  tarixçəsini  danıĢmaq  üçün  onu  doktor 

Haytauerin yanına aparıbmıĢ. 

Bilirsiniz,  o,  hələ  də  axtarırdı.  O,  hələ  də  özünün,  görünür,  son  otuz  ildə  o  qədər  də 

möhkəm    yüklənməmiĢ  ağlı  üçün  elə  bir  Ģey  axtarıb  tapmağa  çalıĢırdı  ki,    ona  inansın,  onu 

gerçək, real bir Ģey kimi qəbul edə bilsin. Elə bilirəm ki,  bu Ģeyi məhz orda, Haytauerin yanında 

tapıb:  onu dinləməyə razılıq  verən  bu  adama  hər Ģeyi danıĢmaq olardı. Ola  bilsin ki,  bu qadın 

məhz orda ilk dəfə içini açıb töküb. Çox güman ki, məhz orda öz tarixçəsini tam Ģəkildə, olduğu 

kimi,  Haytauerlə  eyni  vaxtda  özü  üçün  də  dəqiq  aydınlaĢdıra  bilib.  Buna  görə  də  onun  nəinki 

körpələri, hətta valideynləri  belə  dəyiĢik salmasında heç  bir qəribəlik  yoxdu  –  axı son otuz il o 

daxmada  mövcud  deyildi,  silinib  atılmıĢdı:  bu  uĢaq  və  onun  ömründə  üzünü  belə  görmədiyi 

atası;  südəmər  yaĢından  sonra  üzünü  bir  dəfə  də  olsun  görmək  imkanından  məhrum  edildiyi 

nəvəsi  və  onun  da  bu  qadın  üçün    heç  vaxt  mövcud  olmamıĢ  atası...  Hər  Ģey  bir-birinə 

qarıĢmıĢdı. Bir də ki, nəhayət, qəlbində ümid iĢartısı baĢ qaldıran bir insanın  – bütün insanlara 

əlahiddə,  hədsiz  inam  bəsləyən,  mömin  adamlar  kimi  özünü  könüllü  surətdə  duanın  köləsi  və 

quluna çevirən bir qadının dərhal keĢiĢə müraciət etməsi qəribə görünməməlidi.  

Bu gün həbsxana kamerasında o, görəsən, Kristmasa nələri danıĢıb?! ĠĢ bax bundadı. Çünki 

qoca fürsət tapan kimi aradan çıxıb, o da onun arxasınca Ģəhərə qaçıb, yenə onu  tində tapıb; o 

burda artıq tamam ağlını itirmiĢ, çığırmaqdan səsi batmıĢ halda camaatı qatili daĢqalaq etməyə 

çağırır, onlara bu Ģeytan toxumunu öz himayəsinə necə götürdüyündən, məhz belə bir gün üçün 

yetiĢdirdiyindən  danıĢırmıĢ.  Bəlkə  də,  qarı  bu  zaman,  sadəcə,  daxmadan  çıxıb  həbsxanaya, 

nəvəsini  görməyə  gedirmiĢ.  Hər  halda,  oraya    toplaĢan  adamların  qocanın  çıxıĢına  o  qədər  də 

ciddi  əhəmiyyət  vermədiklərini,  bunun  onlarda  daha  çox  gülüĢ  və  istehza  doğurduğunu  görən 

kimi birbaĢ Ģerifin yanına yollanıb. ġerif nahardan təzəcə qayıdıbmıĢ, buna görə də uzun müddət 

onun nə istədiyini anlaya bilməyib. Yəqin ki, qadının danıĢdığı tarixçə, əynindəki zövqsüz bayır 

libası  və  ağlındakı  qaçıĢ  planları  onu  Ģerifə,  sadəcə,  anormal  adam  kimi  göstərib.  Amma  hər 

halda,  onu  öz  köməkçisi  ilə  bir  yerdə  həbsxanaya  buraxıb.  Kamerada  da  o,  yəqin  ki,  nəvəsinə 




 

27



Haytauerdən,  bu  keĢiĢin  onu  xilas  edə  biləcəyindən,  onu  qurtarmaq  niyyətində  olduğundan 

danıĢıb.  

Qarının  orda  ona  nə  dediyini  mən  də  dəqiq  bilmirəm.  Çətin  ki  kimsə  bu  səhnəni  təkrar 

canlandıra  bilsin.  Çətin  ki  qarı  özü  də  ona  nə  deyəcəyini  qabaqcadan  bilmiĢ,  qabaqcadan 

düĢünmüĢ  olsun  –  axı  hər  Ģey  o  gecə,  anası  onu  doğanda  deyilmiĢ,  yazılmıĢdı;  indi  artıq  çox 

qədimdə  qalan  o  zamanlardan  bəri  yaddaĢda  həkk  olunmuĢ,  unudulmamıĢdı:  yalnız  sözlər 

yaddan  çıxmıĢdı.  Bəlkə  də,  elə  buna  görə  o,  nənəsinə  dərhal  inanıb,  heç  nəyə  Ģübhəylə 

yanaĢmayıb.  Daha  dəqiqi,  bəlkə  də,  ona  görə  ki,  qadın  bunu  ona  necə  deyəcəyi,  onun  bütün 

bunları nə dərəcədə ağlabatan, mümkün və ya boĢ, mənasız hesab edəcəyi barədə düĢünməmiĢdi; 

düĢünməmiĢdi ki, kilsə tərəfindən rədd edilmiĢ qoca bir keĢiĢin hardasa, necəsə, öz bədəniyləmi, 

iĢtirakıylamı,  yaxud  nəsə baĢqa  bir  əməliyləmi onu təkcə polisdən  və  ya qəzəblənmiĢ kütlədən 

deyil, həm də artıq bir daha düzəldilməsi mümkün olmayan mirasdan – onu yetiĢdirən, bərkidib 

formalaĢdıran  və  son  nəticədə  buraya,  hər  küncündən  adamın  gözünə  sabahkı  cəlladın  kölgəsi 

soxulan bir kameraya sürükləyən keçmiĢin özündən qoruya biləcəyi barədə deyəcəklərinə nəvəsi 

inanacaq, yoxsa yox.  

Ancaq  o  buna  inanıb.  Elə  bilirəm  ki,  onun  xırdaca  saman  çöpünü  görə,  ondan  yapıĢıb 

ümidini ona bağlaya, əl-qolu qandallı, hər yanı adamla sarınmıĢ olduğu halda onların arasından 

qaçıb çıxmaq üçün bu qədər cürətli, bu qədər səbirli ola bilməsinin səbəbi də elə bundadı. Amma 

həddən artıq çox qaçmıĢdı, onu qovarağa götürən həddən artıq çox olmuĢdu. Ardınca qaçıb onu 

tutmağa  çalıĢanlar  deyil,  özününkülər  –  yaĢadığı  və  yaĢamadığı  illər,  tutduğu  və  tutmadığı 

əməllər, gördüyü və görmədiyi iĢlər indi daban-dabana, addımbaaddım, nəfəs-nəfəsə, ürəyin tıp-

tıpıyla  onun  arxasınca  düĢmüĢdülər,  ürək  isə  bir  dənəydi.  Əslində,  onu  təkcə  bu  qarının 

yaddaĢından  tamamilə  silinib  atılan  o  otuz  il  deyil,  ağ  qanını,  yaxud  elə  qara  qanını  (necə 

istəyirsiniz deyin) kirləndirən daha öncəki neçə-neçə otuz illər öldürdü. Ancaq əvvəlcə o, yəqin 

ki, inanaraq qaçmıĢdı; ən azı, nəyəsə ümid etmiĢdi. Amma qan susmaq, xilas olunmaq istəmirdi. 

Nə  o  biri,  nə  də  bu  biri  geri  çəkilmək  istəmir,  vücuda  özünü  xilas  etmək  imkanı  vermirdilər. 

Buna görə də əvvəlcə qara qan onu qovub zənci daxmasına saldı. Sonra ağ qan onu ordan qovub 

çıxardı,  qara  qan  tapançaya  əl  atdı,  ağ  qan  isə  onu  açılmağa  qoymadı.  Və  məhz  ağ  qan  onu 

keĢiĢin evinə getməyə təhrik etdi; məhz o, axırıncı dəfə üsyan qaldırıb, onu, əqlin və gerçəkliyin 

əleyhinə  olaraq  xam  xəyalın,  çap  Kitabından  oxunmuĢ  nəsə  bir  Ģeyə  kor  inamın  ağuĢuna  atdı. 

Məncə,  ağ  qan  elə  həmin  an  ona  xəyanət  etdi.  Cəmi  bircə  an,  bircə  saniyədən  sonra  qara  qan 

axırıncı  dəfə  cuĢa  gəlib  onu  öz  xilaskarı  olacağına  ümid  bəslədiyi  adamın  üzərinə  atılmağa 

məcbur elədi. Məhz qara qan onu, öz istəyinə əsasən, hər cür insan köməyi hüdudlarından kənara 

atdı, özünəvurğun bir vəcdlə qara cəngəlliyin dibinə – həyatın hələ ürək dayanmamıĢdan əvvəl 

bitdiyi,  ölümünsə  yalnız  yanğı  söndürdüyü  bir  yerə  tulladı.  Sonra  qara  qan,  yəqin  ki,  hər  bir 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə