Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə133/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   129   130   131   132   133   134   135   136   ...   192

 

26



aĢağıya, ağ adamın solğun yırtıcı sifətinə baxır: yaraĢıqlı, hətta açıq sifətdi, amma yorğundu, özü 

də, sadəcə, cismən yox, sanki, küncə qısdırılmıĢ tülkü  maskasına bürünüb. 

– Mən elə bilirdim ki, bu, sizə tez lazımdı, – qarı dedi.  

– Hə, – Braun deyir. Cibindən pul çıxarır. – Al. Əgər bir saatacan cavabını mənə gətirsən, 

beĢ dollar da verəcəm. 

– Yeri get, zənci, – qarı əmr edir. – Yoxsa sabaha qədər buralarda girlənəcəksən. Cavabını 

bura gətirsin?   

Braun  bir an da ayaq  saxlayıb, qarının  sifətinə  baxır.  Sonra ehtiyatlılıq,  həya  hissi  –  hər 

Ģey onu tərk edir. 

– Yox. Bura yox. Bax, o təpənin baĢına gətir. Dəmir yoluynan, Ģpalların üstüylə gələrsən, 

mən  özüm  səni  səsləyəcəm.  Hər  dəqiqə  gözüm  üstündə  olacaq.  Bunu  yadından  çıxarma.  BaĢa 

düĢdün? 


–  ġübhəniz  olmasın,  –  zənci  qarı  müdaxilə  edir.  –  Məktubu  da  çatdıracaq,  cavabını  da 

gətirəcək – əgər onu orda tutub saxlamasalar. Yeri get.  

Zənci  gedir.  Amma  evdən  yarım  mil  uzaqlaĢmamıĢ  onu  saxlayırlar.  Bu  da  ağ  adamdı, 

amma qatırın belindədi.  

– Harda? – Bayron deyir. – Onu harda gördün? 

– Elə indicə. 

Odey

 orda, o evdə.  



Ağ  adam  qatırla  yoluna  davam  edir.    Zənci  onun  arxasınca  baxır.  Məktubu  ağ  adama 

göstərmədi, çünki o özü bunu istəmədi. Bəlkə də, ağ adam onda məktub olduğunu bilmirdi, buna 

görə də onu göstərməyi xahiĢ etmədi; bəlkə də, zənci elə fikirləĢir, çünki onun sifətinə nəsə son 

dərəcə əndiĢəli, sirli bir ifadə çökür. Sonra sifəti açılır. O qıĢqırır. Ağ adam geri dönür, yerində 

donub qalır.  

– Ġndi o, orda deyil, – zənci qıĢqırır. – Dedi ki, dəmir yolunun qırağında, təpənin baĢında 

gözləyəcək. 

– Minnətdaram, – ağ adam deyir. Zənci öz yoluna davam edir. 

 

Braun  yenə  dəmiryol  xəttinə qayıtdı. Ġndi o qaçmırdı. Öz-özünə  dedi:  “Bunu eləməyəcək. 



Bacarmayacaq. Mən ki bilirəm, o onu tapa, o pulu alıb bura gətirə   bilməyəcək”.  Ad çəkmədi, 

ürəyində  də  olsa dilinə gətirmədi. Ġndi ona elə gəlirdi ki, zənci də, Ģerif də, o pul da  –  hər Ģey, 

sadəcə,  Rəqib  tərəfindən  qəflətən  və  səbəbsiz-filansız  irəli-geri  hərəkət  etdirilən  Ģahmat 

fiqurlarıdı; bu Rəqib onun hər  gediĢini  qabaqcadan  bilir, hər dəfə bədahətən yeni – həm də O 

özü  deyil,  Braunun  riayət  etməli  olduğu  –  yeni  oyun  qaydaları  icad  edir.  YoxuĢun  baĢına  az 

qalmıĢ dəmir yolundan çıxıb özünü kolların arasına verdi, artıq ümidsizliyi son həddə çatmıĢdı. 

Ġndi,  dəmir  yoluna  paralel  olaraq,  tələsmədən  yeriyir,  aradakı  məsafəyə  ciddi  riayət  eləməyə 



 

27



çalıĢırdı: sanki, dünyada bundan savayı heç nə mövcud deyildi – ən azı, onun üçün. Dəmiryolunu 

yaxĢı görə bilsin deyə özünə xəlvəti, gizlin yer seçib oturdu.  

“Axı özüm də yaxĢı bilirəm ki, o bunu bacarmayacaq,  – o fikirləĢir. – Əslində, mən burda 

oturub  onu  gözləmirəm.  Əlində  pul  bura  qayıtdığını  gözümlə  görsəm  belə,  yenə  buna 

inanmaram.  O  pulu  bura  gətirsə  də,  verdiyi  adam  mən  olmayacam.  Bunu  özüm  də  dərhal 

anlayacam. Biləcəm ki, bu, bir yanlıĢlıqdır. Ona deyəcəm  Çıx get burdan. Sən məni yox, kimisə, 



başqa  birini  axtarırsan.  Sən  Lukas  Berçi  axtarmırsan.  Yox,  ser,  Lukas  Berçin  bu  pula,  bu 

mükafata  haqqı  çatmır.  O bu pula  layiq olmaq üçün heç bir  şey  eləməyib. Heç nə O gülməyə 

baĢlayır; hərəkətsiz, çöməltmə oturub, baĢını aĢağı sallayaraq elə hey gülür. “Belə-belə iĢlər, ser. 

Lukas Berç yalnız bir Ģey – haqq-ədalət istəyirdi. Haqq-ədalət, baĢqa heç nə. Nə olsun ki, o, bu 

əclaflara  qatilin  kim  olduğunu,  onu  harda  axtarmaq  lazım  gəldiyini  dedi?!  Onlar  özləri  onu 

axtarmaq istəmədilər. Ona görə istəmədilər ki, onda pulu Lukas Berçə  verməli olardılar. Yalnız 

haqq-ədalət”. Sonra o, xırıltılı, ağlamsınan səslə danıĢmağa baĢladı:  

– Yalnız haqq-ədalət. BaĢqa heç nə. Yalnız öz haqqını. Bu döĢü niĢanlı əclaflar isə... özü də 

hamısı bir-bir and içib, Amerika vətəndaĢlarının hüquqlarını qorumağa söz veriblər. – Xırıldaya-

xırıldaya  danıĢır,  hirsindən,  ümidsizlikdən  və  yorğunluqdan  az  qalır  ki,  ağlasın.  –  Belə  Ģeyləri 

görəndən sonra, vallah, adam az qalır dönüb bolĢevik olsun, yalan deyirəmsə, lənətə gəlim!  

Buna görə də Bayron düz onun arxasında dayanıb səsini çıxarmayanacan  heç  nə,  heç bir 

səs eĢitmir: 

– Qalx ayağa! 

Bu,  çox  uzun  çəkmir.  Bayron  bilirdi  ki,  belə  də  olacaq.  Ancaq  heç  bir  tərəddüd  hissi 

keçirmədi. Sadəcə, Braunu oturduğu yerdə görənədək xəlvətcə yamacla üzüyuxarı dırmaĢdı; onu 

görən kimi dayandı, aĢağı əyilmiĢ, hazırlıqsız siluetə baxdı.  “Sən məndən xeyli irisən, – Bayron 

fikirləĢdi. – Amma bu mənim vecimə deyil. BaĢqa üstünlüklərin də var. Onlar da vecimə deyil. 

Sən doqquz ay  ərzində  elə  bir  Ģeyi  iki dəfə  çölə  atmısan ki,  mənim otuz beĢ  ildə  bircə  dəfə  də 

olsun elə bir Ģeyim olmayıb. Bilirəm, indi burda məni möhkəm əziĢdirəcəklər, ancaq heç bu da 

vecimə deyil”. 

Bu,  çox  uzun  çəkmir.  Braun  dərhal  arxaya  çevrilir,  hətta  qəfil  yaxalanmağını  belə  öz 

xeyrinə çevirir. DüĢmənini oturduğu yerdə qəfil haqlayan bir adamın onun ayağa qalxmasına,  – 

hətta bu düĢmən özündən çox zəif olsaydı belə, –  imkan verməsini 

o, heç cür

 anlaya bilmir. Özü 

ömründə  belə  etməzdi.  Ġndi  isə  özündən  xeyli  zəif  biri  buna  cəsarət  etmiĢdi,  onun  ömründə 

eləməyəcəyini eləmiĢdi; bu onun üçün təhqirdən də betərdi, onu gülünc vəziyyətə salmaq demək 

idi. Buna görə də dalaĢarkən bütün kin və qəzəbini iĢə saldı;  əgər Bayron xəbərdarlıq etmədən, 

onu arxadan vursaydı, bəlkə, bu qədər hirslə dalaĢmazdı; küncə qısdırılmıĢ siçovula xas kor və 

ümidsiz bir cəsarətlə onun üstünə atıldı, harasına gəldi vurmağa baĢladı.  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə