Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə129/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   125   126   127   128   129   130   131   132   ...   192

 

26



Bu qədər uzağa gedib çıxdığını, təpənin bu qədər yüksəklikdə olduğunu güman etməmiĢdi. 

QarĢı  tərəfdəki,  Ceffersonun  yerləĢdiyi  təpə  silsiləsinəcən  uzanıb  gedən,    yetmiĢ  il  bundan 

əvvələcən  plantasiya  mülkü  kimi  tanınan  geniĢ  ərazi  indi  aĢağıda  xırda  bir  məcməyiyə 

bənzəyirdi.  Ġndi  o  plantasiya  nizamsız,  adda-budda  zənci  daxmaları,  bostan  yerləri  və  eroziya 

xəstəliyinə  tutulmuĢ,  üstünü  palıd,  dəfnə,  xurma,  itburnu  kolları  basmıĢ  cəngəlliklərə  bölünüb 

parça-parça olmuĢdu. Tən ortasındakı palıdlıq isə hələ də 

əvvəlki,

 mülk evi tikiləndə olduğu kimi 

qalırdı;  amma  indi  o  ev  də  orda  yox  idi.  Burdan  onun  heç  yanığı,  uçuğu  da  görünmürdü;  o 

palıdlıq, uçuq-sökük at tövləsi və ondan bir az arxadakı daxma olmasaydı, yəqin ki, o evin yerini 

burdan heç cür dəqiq müəyyən etmək olmazdı. Ġndi onun baxıĢları məhz o daxmaya zillənmiĢdi. 

UĢaq  evciyinə  bənzəyən  daxma  ikindi  çağının  parlaq  günəĢi  altında  sakitcə  baĢını  göyə  dikib 

durmuĢdu,  apaydın  görünürdü;  Ģerifin  köməkçisi  də  oyuncaq  adam  kimi  onun  qapısı  ağzında 

oturmuĢdu.  Bayron  aramsız  ora  baxır  və  birdən  sehrli  bir  Ģey  kimi  daxmadan,  onun  arxa 

tərəfindən bir kiĢinin çıxdığını görür: o artıq qaçır, qaça-qaça ordan uzaqlaĢır; Ģerifin köməkçisi 

isə heç nədən Ģübhələnmədən hələ də qapının ağzında oturub. Bayron da yəhərin üstündə, arxaya 

çevrilmiĢ  halda elə o cür, hələ də  hərəkətsiz oturub  xırda, qarıĢqa  boyda  bir  fiqurun daxmanın 

arxa tərəfindəki çılpaq yamacla meĢəyə doğru necə qaçdığına tamaĢa edir.  

Birdən, sanki, 

somsoyuq


, güclü bir külək onun iliyinə iĢləyir. Bu külək həm çox sərt, həm 

də  çox  yumĢaqdır;  bütün  ehtiras  və  ruh  düĢkünlüyünü,  ümidsizlik  və  acını,  bihudə  xəyalları 

saman çöpü, alaq otu və yaxud qupquru yarpaq kimi bir andaca havaya sovurub aparır. Ona elə 

gəlir ki,  bu külək onun özünü də götürüb bir andaca geriyə,  iki  həftə  bundan  əvvələ, o qadınla 

hələ rastlaĢmadığı dövrə atdı – içindəki ağrı-acını bir andaca göyə sovurdu, onu 

arıdıb durultdu.

 

Dərhal nəsə eləmək istəyir, amma bu istəyi, sadəcə, istək deyil, ondan da  üstün bir Ģey – sakit, 



sarsılmaz  bir  qətiyyətdir;  beyinin  hansı  əmri  verdiyini  hələ  tam  dərk  etməmiĢ,  qatırın  baĢını 

döndərir,  yoldan  çıxıb,  artıq  meĢədə  gözdən  itmiĢ  olan  qaçaq  adamın  yoluna  paralel  təpəylə 

çapmağa baĢlayır. O, hətta ürəyində belə o adamın adını dilinə gətirmədi. Onun hara və nə üçün 

qaçdığı  barədə  bir  saniyə  belə  düĢünmədi.  Özünün  də  əvvəlcədən  dediyi  kimi,  Braunun  yenə 

qaçıb aradan çıxacağı ağlına belə gəlmir. Əgər bir anlığa düĢünsəydi, yəqin,  bu qərara gələrdi ki, 

Braun  bu  saat  –  öz  qəribə  davranıĢına  uyğun  tərzdə  də  olsa  –  Lina  ilə  birlikdə  burdan  çıxıb 

getmək üçün hansısa tamamilə qanuni iĢlə məĢğuldu. Ancaq o,  indi bu barədə düĢünmür; Linanı 

da  tamam  unudub;  bir  an  belə  onu  yadına  salmır,  sanki,  ömründə  nə  onun  üzünü  görüb,  nə  də 

adını eĢidib. O fikirləĢir: “Mən bu adamın qadınının qayğısına qalmıĢam, uĢağını doğmaqda ona 

kömək  etmiĢəm.  Ġndi  isə  ona  daha  bir  yaxĢılıq  edə  bilərəm.  Yox,  mən  onlara  kəbin  kəsə 

bilmərəm,  çünki  keĢiĢ  deyiləm.  Yəqin  ki,  heç  indi  ona  çata  da  bilmərəm,  çünki  burdan  çox 

uzaqlaĢıb.  Yəqin  ki,  tutub  əziĢdirə  də  bilmərəm,  çünki  məndən  iri,  cüssəli,  məndən  güclüdür. 

Ancaq hər halda, buna cəhd eləyə bilərəm. Cəhd eləyə bilərəm”. 



 

26



 

ġerifin köməkçisi onu ora, daxmaya aparmaq üçün həbsxanaya gələndə, Braun dərhal hara 

getdiklərini  soruĢdu.  “Qonaq  gedirik”  –  köməkçi  dedi.  Braun  yaraĢıqlı,  süni  cəsarət  yağan 

sifətiylə ona baxa-baxa yerindəcə donub qaldı. 

– Bu Ģəhərdə mənim qonaq gedə biləcəyim yer yoxdu. Mən burda yad adamam. 

–  Sən  hər  yerdə  yad  adam  olacaqsan,  –  köməkçi  dedi.  –  Hətta  öz  evində 

belə.

  Gəl,  gəl 



gedək.  

– Mən Amerika vətəndaĢıyam, – Braun  etiraz etdi. – Mənim də hüquqlarım var, nə olsun 

ki, 

asma


 qayıĢımda sizinki kimi dəmir ulduz yoxdu. 

– Eləmi? – köməkçi dedi. – Sən bilən, mən indi nəylə məĢğulam? Mən sənə öz hüquqlarına 

sahib çıxmaqda kömək edirəm də.   

Branun sifəti güldü: 

– Nədi, onlar... Onlar mənə düĢən mükafatı ... 

– Vermək istəyirlər? Ola bilsin. Ġndi səni elə bir yerə aparacam ki, orda, əlbəttə, əgər fikrini 

dəyiĢməzsənsə, öz mükafatını alacaqsan.  

Bu  sözlər  Braunun 

köpünü

  aldı.  Köməkçini  Ģübhəli  nəzərlərlə  süzməkdə  davam  etsə  də, 



onun böyrünə düĢdü.   

–  Siz  niyə  hər  Ģeyi  tərsinə  eləyirsiniz?  –  o  dedi.  –  Məni  burda  həbsdə  saxlayırsınız,  o 

əclaflar isə orda, məhkəmədə mənim haqqımı əlimdən almaq, mənə kələk gəlmək istəyirlər.   

–  Ġnanmıram  ki,  sənə  kələk  gələ  biləcək  bir  əclaf  anasından  doğulmuĢ  olsun,  –  köməkçi 

cavab verdi. – Getdik. Bizi gözləyirlər.  

Həbsxanadan  çıxdılar.  Gün  iĢığına  çıxanda  Braun  gözlərini  qıydı,  oyan  -  buyana  baxdı, 

sonra baĢını at kimi çiyninin üstündən geriyə qanırdı. Yolun qırağında maĢın onları gözləyirdi. 

Braun o maĢını, sonra isə köməkçini çox ciddi, Ģübhəli nəzərlə süzdü.  

–  Biz  hara  belə  gedirik?  –  o,  bir  daha  soruĢdu.  –  Səhər  tezdən  mən  məhkəməyə  piyada 

gedəndə yol heç bu qədər uzaq deyildi.  

– Uatt maĢını ona görə verdi ki, sən öz mükafatını rahatlıqla bura gətirə biləsən, – köməkçi 

izah elədi. – Min.  

Braun hırıldadı.  

– Nə əcəb birdən-birə o, mənim qeydimə qalmağa baĢlayıb? Məni indi maĢında, qandalsız-

zadsız aparırlar. Əfəl bir mühafizəçi də qoyublar ki, qaçmayım. 

– Mən sənin qaçmağına mane olan deyiləm, – köməkçi dedi. MaĢını yerindən tərpətməyinə 

bir anlıq ara verdi. – Elə indi, bu dəqiqə qaçmaq istəyirsən?  

Braun, qaĢqabağını töküb, hirslə, təhqir olunmuĢ kimi, Ģübhəylə onu süzdü. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə