Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə128/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   124   125   126   127   128   129   130   131   ...   192

 

25



–  Çox  güman  ki,  tezliklə  gedəcəm.  –  O,  baĢını  qaldırdı,  sonra  yenə  aĢağı  saldı.  Dedi:  – 

Səhər tezdən gedib iĢdən də çıxmıĢam. 

– Bildim, – Ģerif dedi. – Yoxsa siz, saat on ikidə ordan çıxıb, Ģəhərin bu baĢına gələ, sonra 

da  saat  birə  kimi  heç  cür  geri  qayıda  bilməzdiniz.  Amma  deyəsən...  –  O  susdu.  Bilirdi  ki, 

məhkəmə  iclasçıları  axĢamadək  Kristmas  haqqında  ittiham  hökmü  çıxaracaq,  Braundu, 

Berçdinədi, onu da növbəti ay Ģahid qismində məhkəməyə gəlmək Ģərtilə həbsdən buraxacaqlar. 

Hərçənd məhkəmə  bəd ayaqda onsuz da ötüĢə bilərdi, çünki Kristmas heç nəyi inkar etmirdi və 

Ģerifə elə gəlirdi ki, o, sağ qala bilmək üçün günahını boynuna alacaq. “Ömründə bircə dəfə də 

olsa,  bu  oğraĢı  qorxutmaq,  canına  vəlvələ  salmaq  pis  olmazdı”,  –  o  düĢündü.  Sonra  sözünə 

davam  etdi:  –  Məncə,  bu  iĢi  təĢkil  etmək  mümkündü.  Əlbəttə,  düz  deyirsiniz,  köməkçimi  də 

onun yanında göndərərəm. Hərçənd bu adam o mükafatın, heç olmasa, bir qisminə  yiyələnmək 

ümidini tam itirməyənəcən  heç yana qaçan deyil. Həm də orda kiminlə qarĢılaĢacağından xəbəri 

yoxdu. Bundan hələ tam xəbərsizdi. 

– Elədi, – Bayron təsdiq etdi. – Xəbəri yoxdu. O qadının Ceffersonda olmağından tamam 

xəbərsizdi.   

– Onda elə belə də eləyərik – köməkçimlə bir yerdə onu ora göndərərik. Niyəsini isə ona 

bildirmərik. Göndərərik, vəssalam. Bəlkə,  onu ora siz özünüz aparmaq istəyirsiniz? 

– Yox, – Bayron dedi. – Yox. Yox. – Amma yerindən də tərpənmədi.   

–  Elə  də  eləyərik.  Yəqin  ki,  o  vaxtacan  siz  artıq  burda  olmayacaqsınız.  Köməkçi  ilə  bir 

yerdə özümüz bu iĢi yoluna qoyarıq. Saat dörddə. Necədi? 

– Lap yaxĢı. Xeyirxah iĢ görmüĢ olarsınız. Çox xeyirxah. 

– Elədi. Ceffersona gəldiyi gündən bəri tək mən yox, camaatın çoxu onun qeydinə qalmağa 

çalıĢır.  Sizinləsə hələ vidalaĢmıram. Elə bilirəm ki, biz Ceffersonda hələ yenə görüĢə biləcəyik. 

Burda yaĢayıb, sonra isə burdan birdəfəlik çıxıb gedən adama hələ ki, rast gəlməmiĢəm. Təkcə o 

həbsdə olandan baĢqa. Elə bilirəm, o öz günahını inkar etməyəcək. Sağ qala bilsin deyə. Hərçənd 

istənilən  halda  Ceffersonu  tərk  etməli  olacaq.  Onu  öz  nəvəsi  hesab  edən  o  qarı  indi,  kim  bilir, 

nələr çəkir. Mən evə gedəndə onun əri, o sərsəm qoca yenə Ģəhərdəydi, çığırıb dava-dalaĢ salırdı, 

o məhbusu həbsdən çıxarıb daĢ-qalaq etmədiklərinə görə bu Ģəhərin adamlarını qorxaq, maymaq 

adlandırırdı. – O, bərkdən fınxırmağa baĢladı. – Bir az ehtiyatlı olsaydı, daha yaxĢı olardı, yoxsa 

onun bu sözləri Persi Qrimlə əsgərlərinin qulağına çatsa, aləm bir-birinə qarıĢacaq. – Dərhal da 

ciddiləĢdi.  –  Qarı  isə  kim  bilir,    nələr  çəkir.  Elə  bütün  qadınlar.  –  Çevrilib  Bayrona  baxdı.  – 

Burda çoxumuzun baĢına çox iĢ gəlib, çox Ģeyə dözməli olmuĢuq. Ancaq hər halda, çalıĢın, tez 

geri qayıdın. Bəlkə gələn dəfə Cefferson sizinlə daha yaxĢı, daha xoĢ davrandı.    

Həmin gün saat dörddə, xəlvət bir yerdə gizlənib irəli baxarkən  o lap yaxınlıqda bir maĢın 

dayandığını,  Ģerifin  köməkçisinin  Braun  adı  ilə  tanınan  həmin  adamla  birlikdə  maĢından  yerə 



 

26



düĢdüyünü  və  onların  daxmaya  doğru  getdiklərini  görür.  Braun  indi  qandalsızdır;  Bayron  bir 

müddət diqqətlə onların qapıya necə yaxınlaĢdıqlarına, köməkçinin Braunu necə içəri itələdiyinə 

baxır.  Sonra  qapı  Braunun  arxasınca  örtülür,  köməkçi  isə    pilləkənin  üstündə  oturub,  tənbəki 

kisəsini  cibindən  çıxarır.  Bayron  ayağa  qalxır.  “Ġndi  çıxıb  getmək  olar,  –  deyə  düĢünür.  –  Ġndi 

getmək  olar”.  O,  bir  müddət  əvvəl  yanan  evin  yerləĢdiyi  çəmənlikdə,  kolluqda  gizlənmiĢdi. 

Qatırı da kolluğun arxasında – nə daxmadan, nə də yoldan görünən bir yerdə bağlamıĢdı. Sarı, 

nimdaĢ, dəridən olmayan çamadan   yeyilib-bozarmıĢ  yəhərin arxa tərəfinə  sarınmıĢdı.  Bayron 

qatıra minir, onu dəhmərləyib yola çıxarır. Dönüb geriyə də baxmır. 

Günortaüstünün  sakit, dinc  havasında  yumĢaq, qırmızımtıl torpaq yol  yavaĢ-yavaĢ təpəyə 

doğru qalxır. “Hə, bu təpəyə tab gətirəcəm, – o fikirləĢir. – Təpəyə tab gətirə bilərəm, insan buna 

tab  gətirər”.  Hər  yan  sakitlik,  dinclik  içərisindədir,  yeddi  ildir  buna  vərdiĢ  eləyib.  “Görünür, 

insan  hər  Ģeyə  tab  gətirə  bilər.  Hətta  özü  eləmədiyi  Ģeyə  də.  Hətta  “Elə  Ģey  var  ki,  ona  tab 

gətirmək  mümkün  deyil”  fikrinə  də.  Hətta  yerə  çöküb,  hönkür-hönkür  ağlamalı  olduğu  halda, 

bunu  eləmədiyinə  də.  Hətta  geri  dönüb  baxsa  da,  baxmasa  da  artıq  bunun  heç  bir  faydası 

olmadığını biləndə də tab gətirə – dönüb geri baxmaya bilər”. 

Yamac hələ də üzüyuxarı – təpənin belinə qalxır. Bayron heç vaxt dəniz görməmiĢdi, buna 

görə  də  fikirləĢir.  “Bu,  elə  bil,  olmayan  bir  Ģeyin  son  hüdududur.  Sanki,  o  hüdudu  keçəndən 

sonra  var  olmayan  bir  yerə  düĢəcəm.  Elə  bir  yerə  ki,  orda  ağaclar  ağaca  oxĢamayacaq,  onların 

adı ağac yox nəsə baĢqa Ģey olacaq, adamlar da o cür: adama oxĢamayacaq, onların da adı adam 

yox, baĢqa Ģey olacaq.  Bayron Banç isə orda olmamalıdı, ya da Bayron Banç kimi olmamalıdı. 

Bayron Banç öz qatırı ilə o təpədən üzüaĢağı enəndə var olmayan bir Ģeyə çevriləcək, sonra isə, 

alıĢıb yanacaq, keĢiĢ Haytauerin göy üzündə dolaĢan daĢlar barədə dediyi kimi, sürətin təsirindən 

qıpqırmızı qızararaq alıĢıb yanacaq, hətta külü belə gəlib yerə çatmayacaq”. 

Amma  təpənin  baĢına  qalxanda  qarĢısına  tamam  baĢqa  bir  mənzərə  açılır;    məhz  orda 

olmalı  olan  Ģeylər:  ağacaoxĢar  ağaclar,  nəhayətsiz,  uzun,  yorucu  ənginlik  görünür;  indi  o  öz 

qanının qovhaqovu altında bu ənginlikdən keçib əbədi olaraq yer üzünün bir qaçılmaz üfüqündən 

o birinə qovuĢmalıdı. O ağaclar, o ənginlik heç də qorxunc,  məĢum görünmür. ĠĢ də elə bundadı. 

O, onların vecinə də deyil. “Bilmirlər, heç bilmək də istəmirlər, – o fikirləĢir. – Sanki, deyirlər 



Çox yaxşı. Deyirsən ki, əzab çəkirsən. Olsun. Amma  əvvələn, bu barədə bizə sənin dediklərindən 

savayı,  heç  nə  məlum  deyil.  İkincisi,  təkcə  sən  deyirsən  ki,    Bayron  Bançsan.  Üçüncüsü,  sən,  

sadəcə,  yalnız  bu  gün,  indi,  bu  dəqiqə  özünü  Bayron  Banç  adlandıran  bir  adamsan...  Əgər 

belədirsə, –  o düĢünür,  – onda,  məncə, geri dönüb  baxmağa tab gətirməli, özümü  bu  ləzzətdən 

məhrum etməməliyəm”. Qatırın cilovunu çəkib saxlayır, yəhərin üstündə arxaya 

çevrilərək, geri 

baxır. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə