Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə127/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   123   124   125   126   127   128   129   130   ...   192

 

25



– Hə-ə?! –  Bayron dedi. – YaxĢı. Aydındı. BaĢa düĢürəm. – O, sakitcə linelium döĢənmiĢ 

tərtəmiz,  baĢqaları  kimi  onun  da  ayaqları  altında  yeyilib-solmuĢ  pilləkənə  baxdı.  Üç  il  bundan 

əvvəl  onun  üstünə  təzə  linolium  salınanda  ev  sakinləri  arasında  birinci  o  bu  pilləkənlə  yuxarı 

qalxmıĢdı. – YaxĢı. – o dedi. – Onda mən... 

Qadın buna da dərhal, hirssiz-filansız cavab verdi. 

– Özüm hər Ģeyi eləmiĢəm. Nəyiniz qalmıĢdısa hamısını sizin çamadana yığmıĢam. Mənim 

otağımdadır. Amma istəsəniz, özünüz qalxıb bir də baxa bilərsiniz. 

– Yox, elə bilirəm,  buna ehtiyac yoxdu. Yəqin ki, siz hər Ģeyi... YaxĢı onda... 

Qadın hələ də ona baxırdı. 

– Eh, kiĢilər, – o dedi. – Elə buna görə də qadınlar sizə qarĢı bu qədər səbirsizdilər. Siz heç 

Ģıltaqlığın da həddini bilmirsiniz. Hədd isə düzünə qalsa, üskük kimi bir Ģeydi. Əgər siz kiĢilər 

kömək  üçün  özünüzə  qadın  tapmasaydınız,  heç  on  yaĢına  çatmamıĢ  hamınızı  bir  nəfər  kimi 

cənnətə aparardılar. 

– Məncə, siz o qadın haqqında pis danıĢmamalısınız. Buna elə bir əsasınız yoxdu, – o etiraz 

etdi. 

–  Heç  olmasın.  Mənim  heç  buna  ehtiyacım  da  yoxdu.  Bir  qadının  digərinin  arxasınca 



danıĢması üçün əsas tələb olunmur. Əlbəttə, söz-söhbətlərin çoxu qadınlardan çıxır. Ancaq əgər 

siz təkcə  kiĢi kimi deyil, daha geniĢ düĢünə  bilsəydiniz, onda  bilərdiniz ki, qadın  nəsə  deyirsə, 

bunun onun özü üçün heç bir əhəmiyyəti olmur. Öz dediklərini ciddi qəbul eləyən məhz sizsiniz, 

kiĢilərdi. Əgər o qadına, ya da sizə qarĢı  bir qərəzi olan varsa, bilin ki, o, qadın cinsindən deyil. 

Axı hər qadın yaxĢı bilir ki, sizə pis münasibət bəsləməyə heç bir əsası yoxdur –  hətta o körpə 

məsələsini nəzərə almasa belə. Həm də təkcə sizə yox, hələlik istənilən kiĢi xeylağına qarĢı. Bu, 

onun nəyinə gərəkdi. Bəyəm məhz siz, o keĢiĢ, – elə baĢqa kiĢilər də, –  o qadın üçün nə lazımdı 

eləməmisiniz, onun öz ürəyindən keçirə  biləcəyi hər Ģeyi etməmisiniz? Qadın olan kəs axı niyə 

sizə pis münasibət bəsləsin? Deyin görək, xahiĢ edirəm. 

– Elədi, – Bayron dedi. Artıq qadına baxmırdı. – Mən gəlmiĢdim... 

Qadın buna da dərhal, o, sözünü bitirməmiĢ cavab verdi.  

– Yəqin,   tezliklə  burdan çıxıb gedəcəksiniz.  –  Qadın diqqətlə onun  sifətinə  baxdı.  –  Bu 

gün səhər onlar məhkəmədə nə qərara gəldilər? 

– Bilmirəm. Hələ qurtarmayıblar. 

– Məlum məsələdi. Onlar qərara gələnəcən gör nə qədər vaxt, zəhmət, xəzinə pulu havayı 

sərf olunacaq, halbuki bu iĢ üçün biz qadınlara elə Ģənbə günü axĢam onca dəqiqə bəs edərdi. Bu 

qədər  də  axmaqlıq  olar?!  Əlbəttə,  Ceffersonda  heç  kim  onun  xiffətini  çəkməyəcək.  Onsuz  da, 

birtəhər  keçinərik.  Ancaq  bu  qədər  də  axmaqlıq  olmaz  ki...  Sən  bir  iĢə  bax,  guya,  bir  qadını 




 

25



öldürmək  bir kiĢiyə  daha çox rahatlıq gətirir,  nəinki  bir kiĢini öldürmək qadına... Yəqin,  indi o 

birini buraxarlar.  

– Hə. Yəqin. 

– Amma onlar əvvəlcə belə hesab edirdilər ki, bu adam qətlin iĢtirakçısı olub, qatilə kömək 

eləyib. Ġndi isə  min dollar pul verib, guya, ona qarĢı heç bir qərəzləri olmadığını göstərəcəklər. 

Bundan sonra onlar da gedib rahatca evlənə biləcəklər. Təxminən belə olacaq, elə deyil? 

– Elədi. –  Hiss elədi ki, qadın gözünü ondan çəkmir, hirssiz-qəzəbsiz ona tamaĢa edir. 

–  Elə  bilirəm,  bundan  sonra  siz  də  bizi  tərk  edib  gedəcəksiniz.  Artıq  Ceffersondan,  necə 

deyərlər, tamam bezmisiniz, elə deyil?  

– Hə, təxminən elədi. Məncə, burdan getsəm, yaxĢıdı... 

– Cefferson, əlbəttə ki, yaxĢı Ģəhərdi. Amm, hər halda, sizin kimi sərbəst, gəzəri bir adamın 

özünə  yar-yoldaĢ  tapa,  onunla  birlikdə  həyatın  həm  Ģirin,  həm  də  acı  günlərini  birlikdə  yaĢaya 

biləcəyi yer deyil... Tam yır-yığıĢ edənəcən çamadanınızı burda qoya bilərsiniz. 

Günortaya  kimi  birtəhər  girələndi,  sonra  da  Ģerifin  nahar  saatının  haçan  qurtaracağını 

gözlədi.  Yalnız  bundan  sonra  Ģerifin  evinə  yollandı.  Ġçəri  özü  girmədi.  ġerif  –  xırda,  müdrik 

gözləri  bir  cüt  kəpənək  pulcuğu  kimi,  ətli,  donuq  sifətin  içində  gizlənmiĢ  bu  adam  qapıya 

çıxanacan  yerindən  tərpənmədi.  Sonra  bir  yerdə,  ağacın  altına,  kölgəliyə  keçdilər.  Burda 

oturacaq  yox  idi;  adətkərdə  olmalarına  baxmayaraq  (hər  ikisi  kənddə  böyümüĢdü),  heç  biri 

çömbəlib yerdə oturmadı. ġerif bu, boydan xeyli qısa, sakit, burda yaĢadığı yeddi il ərzində Ģəhər 

üçün  heç  bir  ciddi  maraq  doğurmayan,  amma  son  yeddi  gündə,  az  qala,  hamının  baĢ  bəlasına 

çevrilən bu adamı səbirlə, sakitcə dinlədi.  

–  Aydındır,  –  o  dedi.  –  Deməli,  siz  belə  hesab  edirsiniz  ki,  artıq  onların  evlənmək  vaxtı 

çatıb.  

– Bilmirəm. Bu  həm onun, həm də qadının öz  iĢidi.  Ancaq  məncə, gedib ona dəyməlidi. 

Elə  bilirəm,  əsl  vaxtdır.  Siz  öz  köməkçinizi  də  ona  qoĢa  bilərsiniz.  Mən  qadına  demiĢəm  ki, 

axĢam gələcək. Orda onlar nə qərara gələcəklər, bu, qadınla onun iĢidi. Mənim deyil. 

– Əlbəttə, – Ģerif dedi, – bu sizin iĢiniz deyil. – O, yanpörtü Bayrona baxdı. – Bəs siz nə 

etmək fikrindəsiniz, Bayron? 

–  Bilmirəm.  –  O,  sakitcə  ayağının  ucu  ilə  yeri  eĢir,  gözünü  ordan  çəkmirdi.  –  Özümü 

Memfisə vermək istəyirəm. Ġki ildi bu haqda düĢünürəm. Bəlkə də, getdim. Bu xırda Ģəhərlərdə 

nə var axı? 

–  Əlbəttə.  Əgər  Ģəhər  həyatından  xoĢun  gəlirsə,   Memfis  pis  yer  deyil.  Ailə-uĢaq  da  sizi 

basmayıb, kimisə arxanızca sürüməyə də məcbur deyilsiniz. Mən də subay, indikindən onca yaĢ 

cavan olsaydım,  yəqin ki, belə edərdim. Bəlkə, özüm üçün bundan da  yaxĢı  Ģərait  yaradardım. 

Belə görürəm ki, siz lap elə indi getməyə hazırlaĢırsınız.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə