Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə125/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   121   122   123   124   125   126   127   128   ...   192

 

25



 

 “Yox?” 



 

 O istəyirdi ki, biz evlənək. Dərhal. Amma mən “Yox” dedim.  



 

 Ġndi də “Yox” deyərdinizmi? 



Qadın qətiyyətlə ona baxır. 

– Bəli. Ġndi də deyərdim.  

Haytauer dərindən köks ötürür – ağır, əndazəsiz; sifətinə yenə də yorğun, iradəsiz bir ifadə 

çökür. 


–  Mən  sizə  inanıram.  Siz  bunu  deyəcəksiniz,  ta  əmin  olanacan  ki...  –  Yenə  onun  üzünə 

baxır; baxıĢı yenə də iti, diqqətlidir. – O, hardadır? Bayron? 

Qadın baĢını qaldırıb ona baxır. Bir qədər sonra sakitcə cavab verir: 

– Bilmirəm. –  Qadın ona baxır; birdən sifəti bomboĢ boĢalır, sanki, bu sifətə  müəyyənlik, 

mətinlik verən hansısa bir güc onu tərk edir. Ġndi bu sifətdə azacıq da olsa, nə süni bir ifadə, nə 

narahatlıq, nə də qorxu-ürkü  var.  – O bu gün səhər gəlmiĢdi, saat onda. Ġçəri girmədi.  Sadəcə, 

qapının  ağzında  dayanıb  mənə  baxırdı.  Axı  mən  onu  ötən  gecədən  bəri  görməmiĢdim;  o  da 

körpəni  görməmiĢdi,  ona  görə  dedim:  “Ġçəri  gəlin,  gəlin,  ona  baxın”.  O  isə  elə  ordan,  qapının 

ağzından üzümə baxıb dedi: “GəlmiĢəm biləm ki, siz onunla haçan görüĢmək istəyirsiniz?” Mən 

dedim:  “Kiminlə?”  O  isə  dedi:  “Yəqin  ki,  onlar  Ģerifin  köməkçisini  də  ona  qoĢacaqlar,  amma 

mən  Kennedini  birtəhər  razı  salaram,  onu  tək  buraxarlar”;  mən  dedim:  “Axı  kimi?”  O  dedi: 

“Lukas Berçi”. Dedim: “Hə”. O da dedi: “Lap elə bu axĢam?  Ġstəyirsiniz?” Mən də “Hə” dedim. 

Və  o  çıxıb  getdi.  Orda  bir  az  dayanıb  sonra  çıxıb  getdi.  –  O  ağlamağa  baĢlayır,  Haytauer  isə  

qadın  göz  yaĢları  önündə  əlacsız  qalan  bütün  kiĢilər  kimi  matdım-matdım  ona  baxır.  Qadın  

yerindən azca dikələrək oturub, körpəni qucağından buraxmadan hönkürür; bərkdən, acı-acı yox, 

səbirli, ümidsiz bir mütilik içərisində, sifətini gizlətmədən ağlayır. – Sizsə bayaqdan  məni burda 

sorğu-suala tutmusunuz ki, mən ona “Yox” demiĢəm ya yox; mən ona “Yox” demiĢəm, siz yenə 

məndən əl çəkmirsiniz, o isə çoxdan burdan çıxıb gedib. Mən bir də onu heç vaxt görməyəcəm.  

Haytauer hələ də orda oturub, qadın isə baĢını aĢağı sallayıb; nəhayət, yerindən qalxır, əlini 

onun aĢağı sallanmıĢ baĢının üstünə qoyub fikirləĢir Şükür Allaha, İlahi,  mənə kömək ol. Şükür 



Allaha, İlahi,  özün kömək ol 

 

MeĢədə  yonqar  sexinə  aparan  çığıra  çıxdı;  onu  Kristmas  açmıĢdı.  Belə  bir  çığırın 



varlığından xəbərsiz idi, indi onun hansı səmtə getdiyini anlayanda sevinir, bunu xoĢ əlamət kimi 

qəbil  edir.  Linanın  dediyinə  inanır,  amma  öz  daxili  məmnunluğu  naminə  bu  xəbərin  təsdiqini 

tapmaq,  bunu  onun  öz  ağzından  təkrar  eĢitmək  istəyir.  Sexə  gəlib  çıxanda  saat  hələ  dörd  idi. 

Ġdarədə onun harda olduğunu öyrənməyə çalıĢır.  




 

25



– Banç? – hesabdar təkrar soruĢur. – Siz onu burda tapa bilməyəcəksiniz. O bu gün səhər 

tezdən iĢdən çıxıb.   

– Bilirəm, bilirəm, – Haytauer deyir. 

– Yeddi ildi burda iĢləyirdi, hətta Ģənbə günləri nahardan sonra da qalıb əlavə iĢləyirdi, bu 

gün  səhər  isə  gəlib  dedi  ki,  iĢdən  çıxıram.  Heç  səbəbini  də  izah  eləmədi.  Bu  kəndçilər  həmiĢə 

belədirlər.   

– Elədi, elədi, – Haytauer təsdiqləyir. – Ancaq çox yaxĢı adamlardılar. KiĢisi də, qadını da. 

– O, idarədən çıxır. ġəhərə gedən yol Bayronun iĢlədiyi sexin yanından keçir. O, usta Muni ilə 

çoxdan tanıĢdı. Onu görüb dayanır, deyir: – EĢitdim ki, Bayron Banç daha sizdə iĢləmir? 

–  Elədi,  –  Muni  cavab  verir.  –    Bu  gün  səhər  iĢdən  çıxıb.  –  Ancaq  Xaytauer  ona  qulaq 

asmır;  kombinezonlu  iĢçilər  gözlərini  bu  nimdaĢ,  qəribə  görkəmli,  yaxĢı  tanımadıqları  cənaba 

dikirlər:  o,  heyranlıq  içərisində,  qəribə  bir  maraqla  buradakı  divarlara,  yonulmuĢ  taxtalara, 

quruluĢunu  və  təyinatını  anlamaq,  hətta  öyrənə  bilmək  iqtidarında  olmadığı    sirli-sehrli 

mexanizmlərə  tamaĢa  edir.  –  Əgər  o  sizə  lazımdırsa,  –  Muni  sözünə  davam  edir,  –  mən  bilən, 

Ģəhərdə, məhkəmədə tapa bilərsiniz.  

– Məhkəmədə? 

– Bəli. Bu gün  məhkəmə  iclasçıları geniĢ tərkibdə toplanacaq. Təcili surətdə  çağırılıblar. 

Qatil barədə hökm çıxaracaqlar.  

– Elədi, elədi, – Haytauer deyir. – Deməli, o burada yoxdur. Demək belə. Çox əla oğlandı. 

Sağ olun, sağ olun, centlmenlər. Hamınız sağ olun. – Yoluna davam eləyir, kombinezonlu iĢçilər 

onun  ardınca  baxa-baxa  qalırlar.  Əllərini  arxasında  cütləyib.  Sakitcə  addımlaya-addımlaya  kə-

dərli halda düĢünür: “Yazıq. Yazıq uĢaq. Yox, baĢqa bir insanı qətlə yetirən, bir insanın həyatına 

son  qoyan  bir  adama  bəraət  yoxdur  və  ola  da  bilməz;  ən  azı,  məsul  Ģəxs,    vətəndaĢın  vəkalətli 

qulu bunu edə bilməz. Əgər öz qurbanının – onu necə istəyirsiniz adlandırın, – Ģəxsən özünə heç 

bir  zərər  vermədiyini  bilən  qanun  quluna  ümumxalq  səviyyəsində  belə  bir  səlahiyyət  verilibsə, 

onda qurbanın  məhz özünə  xətər  yetirdiyinə əmin olan adi adamdan  nə gözləmək olar?”  Artıq 

yaĢadığı küçəyə  çatıb. Tezliklə    hasar, qapı  lövhəsi, sonra  isə  sıx avqust yarpaqları arasından  – 

ev görünür. “Deməli, bura gəlmədən, mənimlə vidalaĢmadan çıxıb gedib. Mənim üçün bu qədər 

elədiklərindən sonra. Mənə gətirdiklərindən sonra. Bəli, verdiklərindən, qaytardıqlarından sonra. 

Belə fikirləĢmək olar ki, bütün bunlar taleyimə yazılıb, mənim üçün saxlanılıb. Amma yəqin ki, 

bununla da hər Ģey bitdi – qurtardı.  

Ancaq heç də hər Ģey bununla bitmədi, qurtarmadı. Onun taleyinə hələ bir Ģey də yazılmıĢ, 

onun üçün saxlanmıĢdı.  

 

                                                       18 



 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə