Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə122/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   118   119   120   121   122   123   124   125   ...   192

 

24



və  qəzəbli  sərsəmlik  anında  bu  qadın  onu  əlindən  yerə  sala  bilərdi.  Qarı  körpəni,  az  qala,  ana 

bətnindən azad olmamıĢ dartıb onun əlindən alaraq göyə qaldırıb,  sonra isə ağır, yöndəmsiz ayı 

kimi  belini  aĢağı  əyərək  o  biri  çarpayıda  yatan  qocaya  qeyzlə  baxanda  bu  lallıq  öz  qəzəbini 

gizlədə  bilməmiĢdi. Haytauer buraya gələndə qoca artıq yuxuya getmiĢdi. Elə  bil, heç nəfəsi də 

gəlmirdi, qarı isə çarpayının böyründə, kətildə oturmuĢdu. Uçurum üzərində asılıb qalmıĢ qayanı 

xatırladırdı  və  Haytauer  ilk  andaca  fikirləĢdi  Bu  qadın  artıq  onu  öldürüb.  Bu  dəfə  vaxtında 



ehtiyat  tədbiri  görüb  Sonra  baĢı  qarıĢdı:  qarı  yanında  olsa  da,  onu  tamam  unutdu,    bir  də  onu 

yalnız hələ nəfəs almağa macal tapmamıĢ körpəni dərhal qapıb göyə qaldıraraq, diĢi pələng kimi 

qəzəbli  baxıĢlarla  o  biri  çarpayıda  yatan  qocanı  tərs-tərs  süzəndə  yadına  saldı.  Sonra  yenicə 

doğulmuĢ körpə ilk dəfə havanı içinə çəkib ağlamağa baĢladı, qarı da anlaĢılmaz, vəhĢi, təntənəli 

bir səslə qıĢqıraraq, sanki, ona hay verdi. Haytauer körpəni zorla onun əlindən almağa çalıĢarkən, 

qadının sifəti, demək olar ki, tamam cin sifətinə dönmüĢdü. “Bir özünüz baxın – Haytauer dedi. 

–  Diqqətlə  baxın.  O  yatıb.  Bu  dəfə  o  onu  heç  yana  aparmayacaq”.  Qarı    isə  dinməzcə,  vəhĢi 

baxıĢlarla,  sanki,  insan  dilini  anlamırmıĢ  kimi  aramsız  onun  üzünə  baxırdı.  Ancaq  qəzəb  və 

təntənə artıq sifətindən silinib  yox olmuĢdu:  xırıltıyla zingildəyir, körpəni geri almağa çalıĢırdı. 

“Ancaq ehtiyatlı olun, – Haytauer dedi. – Ehtiyatlı olun, yaxĢımı?”  BaĢını tərpətdi, zingildəyə-

zingildəyə ehmalca körpəni sığallamağa baĢladı. Amma əlləri əsmirdi, Haytauer uĢağı ona verdi. 

Ġndi  isə  budur,  oturub,  onu  dizləri  üstündə  saxlayır,  gecikmiĢ  həkim  isə  çarpayının  yanında 

dayanıb  gümrah,  zəvzək  səsilə  nəsə  danıĢır,  əlləri  isə  sürətlə  iĢləyir,  nəsə  edir.  Haytauer  geri 

dönüb daxmadan çıxır, ehtiyatla, qocasayağı  addımlarla sınıq pilləkənlərdən aĢağı enir, elə  bil, 

onun  lırt,  sallaq  qarnında  nəsə  dinamit  kimi  ölümsaçan,  partlayıcı  bir  Ģey  gizlədilib.  Artıq 

bayırda  sübhçağı deyil,  səhər açılıb:  gün  çıxıb. Dayanıb  ətrafa göz gəzdirir; çağırır:  “Bayron”. 

Cavab  gəlmir.  Sonra  fikir  verib,  bir  az  aralıda,  çəpər  dirəyinə  bağlanmıĢ  qatırın  da  yerində 

olmadığını görür. Dərindən köks ötürür. “Deməli belə, –  o fikirləĢir. – Bayronun mənə verdiyi 

bu  qədər  əzab-əziyyətdən  sonra  indi  mən  evəcən  iki  mil  yolu  da    piyada  getməliyəm.  Bu, 

Bayrona yaraĢan hərəkət deyil. Nifrətə yaraĢan deyil. Bir də ki, onsuz da, bizim əməllərimiz çox 

vaxt özümüzə yaraĢmır. Həmçinin biz də öz əməllərimizə”.   

O  –  sallaqqarın,  baĢındakı  panaması  kirli,  əynindəki  qaba  gecə  köynəyinin  ətəyini  necə 

gəldi  basıb  qara  Ģalvarının  içinə  salmıĢ  bu  arıq  qoca  pay-piyada,  yavaĢ-yavaĢ  Ģəhərə  doğru 

yollanır. “YaxĢı ki, vaxt tapıb ayaqqabılarımı geyə bilmiĢəm”, – o fikirləĢir. “Çox yorulmuĢam, 

–  təəssüf  içində  düĢünür.  –  YorulmuĢam,  da  yata  bilmirəm”.  O  bu  barədə  təəssüf  içində, 

addımlarının ritminə uyğun  halda  yorğun-yorğun düĢünür  və öz həyət qapısına çatan kimi  evə 

sarı dönür. Artıq günəĢ xeyli yüksəlib, Ģəhər yuxudan oyanıb; ordan-burdan tüstü qalxır – səhər 

yeməyi hazırlayırlar. “Qatırı orda mənim üçün saxlmayandan sonra barı belə bir yaxĢılıq edəydi, 




 

24



evə  məndən  tez  gedib,  sobamı  yandırmıĢ  olaydı.  Bir  halda  ki,  iki  millik  yolu  piyada  getməyi 

mənim iĢtahamın açılmağı üçün faydalı hesab eləyib”.   

Mətbəxə  keçir,  yavaĢ-yavaĢ,  naĢıcasına  –  iyirmi  beĢ  il  əvvəl  ilk  gündə  olduğu  qədər 

naĢıcasına sobanı yandırır; sonra qəhvəni onun üstünə qoyur. “Yenə də uzanacam, –  o fikirləĢir. 

– Hərçənd əminəm ki, yenə yata bilməyəcəm”. Birdən fikirlərinin nə dediyinə heç özü də qulaq 

asmayan  deyingən  qadının  səbəbsiz-filansız  sızıldanmağı  kimi  zəhlətökən  olduğunu  hiss  edir; 

adəti  üzrə  özü  üçün  bol  səhər  yeməyi  hazırladığını  görəndə,  sanki,  bundan  məmnun  deyilmiĢ 

kimi,  dilini  ağzında  marçıldada-marçıldada  yerindəcə  donub-qalır.  “Axı  mən  özümü  pis  hiss 

etməliydim”,  –  o  düĢünür.  Ancaq  özünü  pis  hiss  etmədiyi  ilə  razılaĢmalı  olur.  Bu  uzun, 

xaĢalqarın, tənha adam yalqız, tör-töküntülü mətbəxdə dayanıb, dibində dünəndən bomboz yağ 

bulaĢığı  qalmıĢ çuqun qazançanı  əlində tutarkən, birdən, az qala, qaynar, az qala, təntənəli  bir 

Ģey  güclü  dalğa,  qabarma  kimi  onu  öz     ağuĢuna  alır.  “Mən  onlara  göstərdim!  –  o  düĢünür.  – 

Həyat  özü  qocanın  ayağına  gəlir,  onlar  isə  gec  qalırlar.  Onlara  yalnız  onun  artıqları  qalır,  

Bayron,  yəqin  ki,  belə  deyərdi”.  Amma    bu,  boĢ  və  mənasız  bir  qürurdur.  Tədricən  səngiyən 

qaynar  dalğaya  isə  bunun  heç  bir  dəxli  yoxdur,  o,  bütün  tənbehlərə  qarĢı  kardı.  O  fikirləĢir: 

“Nolsun? Nolsun ki, mən təntənə, qürur hissi keçirirəm?” Amma bu qaynarlıq, bu dalğa coĢqusu, 

deyəsən,  bu  fikrə  qarĢı  da  laqeyddir,  heç  bir  yardıma  ehtiyac duymur;  hətta apelsinin,  yumurta 

qayğanağının,  sifəti  qızarmaqda  olan  çörəyin  maddiliyi  də  onu  soyuda  bilmir.  O  isə  stolun 

üstündəki boĢ, çirkli boĢqablara baxaraq bu dəfə ucadan deyir:  “Vallah, düz sözümdü. Mən heç 

indi  bunları  yuya  da  biməyəcəm”.  Ancaq  bütün  gecəni  yuxusuz  qalmağına  baxmayaraq,  yataq 

otağına da getmir. Hələ də həmin məqsəd və qürur havasında qapıya yaxınlaĢıb içəriyə baxır və 

fikirləĢir:  “Əgər  qadın  olsaydım,  belə  eləyərdim.  Qadın  hökmən  belə  edərdi:  dincəlmək  üçün 

gedib yatağa girərdi”. Kabinetə tərəf yönəlir. O –  iyirmi beĢ il  əvvəl yuxudan ayıldığı andan ta 

bir də yuxuya gedənəcən heç nə eləməyən bu qoca indi o kabinetə aydın məqsədi olan bir adam 

kimi girir. Ġndi götürəcəyi kitab da Tenninson deyil;  bu dəfə özünə kiĢi qidası seçir. “IY Henri” 

kitabını götürür və arxa həyətə keçib, tut ağacının altından asılmıĢ Ģezlonqa uzanır – özünü ağır-

ağır,  kökündən  qırılmıĢ  ağac  kimi  onun  içinə  yıxır.  “Ancaq  yenə  yatmağa  imkan  tapa 

bilməyəcəm, – o düĢünür, – çünki tezliklə yenə Bayron gəlib məni durğuzacaq. Amma indi onun 

mənim üçün nə düĢünüb tapdığını öyrənmək, bəlkə də, bu yuxusuzluğa dəyər”.   

Tez, demək olar ki, dərhal yuxuya gedir, xoruldamağa baĢlayır. Əgər indi kimsə yaxınlaĢıb 

o kresloya baxsaydı, eynəkdə bərq vuran iki səma parçası altında məsum, sakit  və özünəəmin bir 

sifət  görərdi.  Ancaq  yaxınlaĢıb  eləyən  olmur,  altı  saatdan  sonra  isə  yuxudan  ayılanda  ona  elə 

gəlir  ki,  kimsə  onu  çağırdı.  Cəld  yerindən  qalxıb  oturur,  altındakı  kreslo  ağırlıqdan  cır-cır 

cırıldayır.  “Bəli?  –  deyir.  –  Bəli?  Nə  olub?”  Yaxınlıqda  heç  kim  olmasa  da,  sanki,  nəyisə 

gözləyirmiĢ  kimi  qulağını  Ģəkləyib  ətrafa  göz  gəzdirir,  sifətinə  yenə  də  həmin  yenilməz,  əmin 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə