Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə120/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   116   117   118   119   120   121   122   123   ...   192

 

24



adam  indi  elə  bir  Ģey  tapıb  uydura  bilməyəcək  ki, ona  hər  kəs  inansın  –  istər  qadın,  istərsə  də 

kiĢi.  Ancaq deyəsən,  bacarmayacam. Görünür, bu  iĢ  –  inandırıcı tərzdə  yalan danıĢmaq  mənlik 

deyil”.  Yeyin-yeyin,  sürətlə  yeriyirdi,  addımlarının  səsi  bomboĢ  küçədə  yalqızcasına  əks-səda 

verirdi; özü dərk etməsə də, qərar artıq qəbul olunmuĢdu. Onun üçün bunda nəsə bir qəribəlik, ya 

da  gülməli  bir  Ģey  yox  idi.  Bu  qərar  ağlına  həddən  artıq  sürətlə  gəldi,    onu  tam  dərk  etməyə 

macal  tapmamıĢ  elə  o  sürətlə  də  beyninə  həkk  olundu;  ayaqları  artıq  o  qərarı  yerinə  yetirirdi. 

Onu,  zənci  uĢağı  doğularkən  vaxtında  gəlib  çıxa  bilməyən  həkimin  evinə  apardı;  məhz  elə  o 

zaman Haytauer məcbur qalıb o uĢağı ülgüc və kitabın köməyi ilə qəbul etmiĢdi. 

Həkim  bu  dəfə  də  gecikdi.  O  geyinənəcən  Bayron  gözləməli  oldu.  Artıq  xeyli  qocalmıĢ, 

vasvasılaĢmıĢ  bu  adam  belə  erkən  saatda  yuxudan  oyadılmağından  o  qədər  də  məmnun 

qalmamıĢdı.  Sonra  o,  dəmir  yeĢikdə  saxladığı  maĢın  açarını  axtarmağa  baĢladı,  elə  yeĢiyin  öz 

açarı da o qədər tez tapılmadı. Kilidini qırmağa isə o, Bayrona icazə vermədi. Bu minvalla, onlar 

daxmaya  gəlib  çatanda  Ģərq  tərəf  artıq  qızılı  rəngə  boyanmıĢdı,  Ģıltaq  yay  günəĢi  doğmaq 

üzrəydi.  Və  ötən  müddət  ərzində  xeyli  qocalmıĢ  olan  bu  iki  adam  daxmanın  qapısı  önündə 

yenidən  üz-üzə  gəldi,  yenə  də  peĢəkar  həvəskara  uduzdu  –  çünki  həkim  astanaya  ayaq  basan 

kimi  içəridən  körpə  çığırtısı  eĢidildi.  Həkim  gözlərini  qıyıb  əsəbi  halda  keĢiĢə  baxdı.  “Bəli, 

cənab  həkim,  –  keĢiĢ  dedi.  –  Nahaq  yerə  Bayron  sizi  çağıracağını  mənə  qabaqcadan  deməyib. 

Ġndi evdə rahatca yatmıĢ olardım.  

 Həkim keĢiĢin böyründən keçib qapıya tərəf üz tutdu.  

 –  Deyəsən,  bu  dəfə  iĢiniz  o  səfərkindən  uğurlu  olub,  odəfəki  məsləhətlərin  sizə  xeyri 

dəyib. Amma sir-sifətiniz elə gündədi ki,  elə bil, sizin özünüzə həkim lazımdı. Ya da bir fincan 

qəhvə.  


Haytauer    cavabında  nəsə  dedi,  ancaq  həkim  onu  dinləmədən  yoluna  davam  etdi.  Otağa 

girdi,  qatlama  çarpayıda  ona  tanıĢ  olmayan,  halsız,  bənizi  qaçmıĢ  cavan  bir  qadın  uzanmıĢdı, 

təzəcə  doğulmuĢ  körpəni  dizləri  üstünə  almıĢ  tünd-qırmızı  paltarlı  bir  qarı  onun  yanında 

oturmuĢdu  –  o  da  ona  tanıĢ  deyildi.  Qaranlıq  küncdəki  baĢqa  bir  çarpayıda  isə  qoca  bir  kiĢi 

yatmıĢdı.  Onu  görəndə  həkim  öz-özünə  dedi  ki,  bu  adam  lap  ölüyə  oxĢayır,  çünki  o  cür  ağır, 

dərin  yuxuya getmiĢdi.  Ancaq qocanı dərhal,  içəri girən kimi görmədi. Əvvəlcə  körpəni dizləri 

üstündə saxlayan qarıya yaxınlaĢdı.  

– Belə-belə iĢlər, – dedi. – Görünür, Bayron bərk həyəcanlanıb. O mənə demədi ki, bütün 

ailə, hətta baba da, nənə də burda olacaq.  

 Qarı çevrilib ona  baxdı. Həkim  fikirləĢdi:  “OturmuĢ  halda olsa da,  bu qarı da elə o qoca 

kimi heç diri adama oxĢamır. Hətta, deyəsən, nənə cəhənnəm, heç ana olduğunu da ağlı kəsmir”. 

– Hə, – qarı dedi.  




 

24



UĢağa qısılıb, aĢağıdan-yuxarı ona baxırdı. Həkim fikir verib gördü ki, onun sifəti heç də 

mənasız,  axmaq  deyil.  Bu  sifət  ona  həm  dinc,  həm  də  dəhĢətli  göründü;  sanki,  bu  dinclik  və 

dəhĢət çoxdan, lap çoxdan bitib-qurtarmıĢ, yalnız indi, yenidən, özü də qoĢa doğulmuĢdu. Ancaq 

onun gözünə sataĢan baĢlıca Ģey qarının duruĢu idi, onda nəsə daĢa və eyni zamanda yerə sinmiĢ 

vəhĢi heyvana xas bir xislət vardı. Qarı baĢı ilə yatmıĢ qocanı göstərdi; həkim ilk dəfə baxıĢlarını 

onun  yatdığı  çarpayıya  dikdi.  Qarı  bic-bic,  amma  hələ  də  həyəcanlı,  dəhĢətdən  hələ  tam 

qurtulmamıĢ  bir  səslə dedi:  “Mən onu aldatdım.  Dedim  ki,  bu dəfə arxa qapıdan gələcəksiniz. 

Mən  onu  aldatdım.  Sizsə  artıq  burdasınız.  Ġndi  siz  Milliyə  kömək  edə  bilərsiniz.  Mənsə  Coya 

baxaram”.  Sonra  bütün  bunlar  yox  oldu.  Onun  gözləri  önündə  bu  həyat,  bu  canlanma  qarının 

sifətindən bir andaca  silinib itdi, sanki, onda heç vaxt belə bir Ģey ola bilməzmiĢ kimi küt, donuq 

bir Ģeyə çevrildi; indi qarının gözləri həkimə küt, lal bir narahatçılıq içində, sualedici nəzərlərlə 

baxırdı; sonra o, uĢağın üzərinə elə  bir tərzdə əyildi ki, sanki, indicə kimsə onu oğurlayacaqdı. 

Bəlkə  də,  körpəni  onun  bu  hərəkəti  oyandırdı;  o  çığırdı.  Və  narahatçılıq  da  silinib  itdi.  Kölgə 

kimi  yüngülcə  çəkilib  yox oldu; qarı taxta kimi qupquru, ifadəsiz  sifətini aĢağı  sallayıb,  fikirli-

fikirli gözlərini körpəyə dikdi. “Bu Codur, – dedi. – Mənim Millimin körpə balası”.  

Həkim  içəri  keçəndən  sonra  qapıda  dayanıb  gözləyən  Bayron  da  o  çığırtını  eĢitdi  və  ona 

nəsə, dəhĢətli bir Ģey oldu. Gecə missis Hayns onu çadırdan çağırmıĢdı. Səsi elə təlaĢlıydı ki, o, 

az  qala,  Ģalvarını  qaça-qaça  geyindi,  gecə  yatmaq  üçün  paltarını  belə  soyunmamıĢ  missis 

Haynsın  yanından  güllə  kimi  keçib  özünü  daxmaya  atdı.  Onu  görəndə  yerindəcə  donub-qaldı. 

Missis Hayns böyründə dayanmıĢdı, nəsə deyirdi; yəqin ki, o da ona cavab verdi, nəsə dedi. Hər 

halda,  dərhal  qatırı  çullayıb  Ģəhərə  çapdı,  bütün  yol  boyu  bu  qadının  çarpayıda  uzanmıĢ  halı  – 

azca dirsəklənərək,  əlacsız ağrıdan çığıra-çığıra  mələfəylə  örtülən  bədəninə  baxan sifəti gözləri 

önündən  çəkilmədi.  Bütün  yol  boyu  –  Haytaueri  yuxudan  oyadanda  da,  həkimə  əĢyalarını 

yığıĢdırmaqda kömək edəndə də gözü önündə yalnız bunu gördü; qəlbində gizlənmiĢ o caynaqlı 

məxluq  isə  öz  iĢindəyidi,  məqam  gözləyirdi,  düĢüncəsi  elə  sürətlə  qaçırdı  ki,  fikirləĢməyə  belə 

macal tapa bilmirdi.  Məsələ də bundaydı. DüĢüncə o qədər sürətliydi ki, heç nə fikirləĢə bilmirdi 

–  həkimlə  birlikdə  komaya  gəlib  çatanacan  o  bu  cür  də  davam  etdi.  Yalnız  onda,  komanın 

önündə dayanıb körpənin çığırtısını eĢidəndə ona nəsə dəhĢətli bir Ģey oldu.  

Yalnız indi anladı ki, bomboĢ meydandan keçib həkim axtardığı, onunla əvvəlcədən  niyə 

danıĢmadığına  qeyzləndiyi  zaman  qəlbində  gizlənmiĢ  o  caynaqlı  məxluq  nə  imiĢ.  Yalnız  indi 

anladı ki, həkimlə əvvəlcədən danıĢmaqdan niyə imtina edib. Çünki, missis Hayns onu çadırdan 

köməyə çağırdığı ana qədər o özünə (o qadına) həkim lazım olacağına, hökmən lazım olacağına 

inanmayıb.  Sanki,  bütün  həftə  ərzində  gözləri  o  qadının  qarnının  necə  ĢiĢdiyini  görsə  də,  əqli 

buna heç cür inanmayıb. “Yox, mən inanır, bilirdim, – o fikirləĢdi. – Əgər belə olmasaydı, onda 

bütün  bunlar  nə  üçün  idi:  niyə  ora-bura  qaçır,  cürbəcür  yalanlar  uydurur,  camaatın  zəhləsini 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə