Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə118/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   114   115   116   117   118   119   120   121   ...   192

 

23



Çox  güman  ki,  dayana  bilmir.  –  AsanmıĢ.  AsanmıĢ.  –  Əvvəlcə  sakit  danıĢırdı,  indi  isə  sanki, 

qıĢqırır.  –  Bunlar  məndən  nə  istəyirlər? Ġndi  mən neyləməliyəm?  Bayron! Bayron! Ġndi  bunlar 

üçün mən nə etməliyəm? – Bayron ayağa qalxır. Stolun kənarında dayanıb, əllərini onun qırağına 

qoyaraq,  üzünü  Haytauerə  tərəf  çevirib.  Haytauer  əvvəlki  kimi  yerindən  tərpənmir,  yalnız  lırt 

gövdəsi əsməcədən getdikcə daha möhkəm titrəməyə baĢlayır. – Deməli belə. Necə olub ki, mən 

əvvəlcədən anlamamıĢam. Axı bunu Bayron xahiĢ edəcək.  Necə olub ki, mən bunu əvvəlcədən 

anlamamıĢam.  Bu  iĢi  Bayronla  mənim  alnıma  yazıblar.  Buyurun,  buyurun.  Sözünüzü  deyin. 

Niyə belə özünüzü itirmisiniz?  

Bayron stola, stolun üstündəki əllərinə baxır. 

– Heç yaxĢı olmadı. Heç yaxĢı olmadı.  

– Hə-ə. Təsəlli verirsiniz. Gec deyil ki? Bu təsəlliniz mənim üçündü, yoxsa Bayron üçün? 

Bəs siz məndən nə istəyirsiniz? Axı bu sizsiniz. Mən dərhal baĢa düĢdüm. Ah, Bayron, Bayron. 

Sizdən əla rejissor çıxarmıĢ.  

– Bəlkə, siz kommivoyajör, ticarət agenti, dəllal demək istəyirdiniz, – Bayron deyir. – Heç 

yaxĢı olmadı. Mən özüm də bunu bilirəm. Siz deməsəniz də, bilirəm. 

–  Ancaq  mən  ki  sizin  kimi  bəsirətli,  hər  Ģeyi  əvvəlcədən  görüb  bilən  adam  deyiləm. 

Deyəsən,  siz  mənim  sizə  nə  deyəcəyimi  qabaqcadan  bilirsiniz,  özünüz  isə  mənə  nə  çatdırmaq 

istədiyinizi  demək  istəmirsiniz.  Axı  siz  məndən  nə  istəyirsiniz?  Gedib  bu  qətli  öz  boynuma 

götürüm? Hə? 

Bayronun sifəti bir anlığa dəyiĢir – çöhrəsinə zəif, istehzalı, yorğun, bir az da qəmgin ifadə 

çökür.  

– Təxminən, belə bir Ģey. – Sonra sifəti düzəlir; indi çox ciddiləĢib. – Əlbəttə, belə bir Ģeyi 

xahiĢ etmək heç də yaxĢı iĢ deyil. Allah özü Ģahiddir ki, mən bunu çox yaxĢı baĢa düĢürəm. – 

Stolun kənarı ilə  yavaĢ-yavaĢ, demək olar ki, özündən asılı olmadan hərəkət edən əlinə  baxır. – 

Yadımdadır, mən sizə bir dəfə demiĢdim ki, yaxĢı olmaq elə pis olmağın özü kimi insana heç də 

havayı baĢa gəlmir; bunun da əvəzini ödəmək lazımdır. Haqq-hesab tələb olunanda məhz yaxĢı 

adamlar onu ödəməkdən imtina edə bilmirlər. Ona görə imtina edə bilmirlər ki, onları heç cür bu 

haqq-hesabı  zorla  ödəməyə  məcbur  etmək  olmaz  –  onlar,  bir  növ,  düz,  vicdanlı  qumarbaz 

kimidilər. Pis adamlar  isə  imtina edə  bilərlər; çünki, onsuz da,  heç kim onların  bu  haqq-hesabı 

dərhal,  yaxud  ümumiyyətlə,  haçansa  ödəyəcəklərinə  ümid  eləmir.  YaxĢılar  imtina  etməyi 

bacarmırlar. Bəlkə də, yaxĢılar pislərdən daha çox, daha 

sürəkli


  ödəməli olurlar.  Sizin üçün  isə 

bu,  ilk  dəfə  deyil,  axı  siz,  təxminən,  belə  bir  hesabı  bir  dəfə  ödəməli  olmusunuz.  Ondakına 

baxanda bu dəfə o qədər də çətin olmamalıdı.  

– Davam eləyin. Davam eləyin. Deyin,  mən nə etməliyəm? 

Bayron fikirli-fikirli gözlərini yavaĢ-yavaĢ, dayanmadan hərəkət edən əlinə zilləyib. 



 

24



–  Axı,  o  bu  qadını  öldürdüyünü,  onsuz  da,  boynuna  almayıb.  Onların  da  Braunun 

dediklərindən savayı elə bir ciddi sübutu yoxdu – o da bir qəpiyə dəyməz. Siz deyə bilərsiniz ki, 

həmin gecə o burda, sizin yanınızda olub.  Elə o biri – Braunun, guya, onun gedib o böyük evə 

girdiyini  gördüyü  gecələr  də.  Adamlar  sizə  inanacaqlar.  Ġstər-istəməz  inanacaqlar.  Onun  o 

qadınla ər-arvad kimi yaĢayıb sonra da onu öldürməyindən daha çox, sizin barənizdə eĢitdikləri 

daha tez ağıllarına batacaq. Bir də ki siz artıq xeyli qocasınız. Ġndi onlar sizə elə bir ciddi xətər 

yetirməzlər. BaĢqa nə eləsələr də, məncə, bunun elə bir anlamı olmayacaq,  siz artıq belə Ģeylərə 

çoxdan öyrəncəlisiniz. 

– Hə-ə, – Haytauer deyir. – Əlbəttə. Əlbəttə. Onlar inanarlar. Bu çox asan, çox yaxĢı iĢdi. 

Hamı  üçün  yaxĢıdı.  Belə  olan  halda  o,  əzab  və  iztiraba  düçar  etdiyi  adamların  içinə  qayıdar; 

mükafatsız  qalan  Braunu  isə  uĢağın  ona  məxsus  olduğunu  boynuna  qoymaqla    qorxutmaq 

mümkündü, onda o, yenə də qaçıb itər – özü də bu dəfə həmiĢəlik. Sonra bir o qadın qalar, bir də 

Bayron. Mənsə kimin nəyinə lazımam, adi bir qocayam – bu yaĢa qədər sevgi acısını dadmadan 

yaĢamaq  xoĢbəxtliyi  nəsib  olmuĢ  adi  bir  qoca.  –  Onu  Ģiddətli,  aramsız  əsməcə  tutur;  baĢını 

yuxarı  qaldırır.  Çıraq  iĢığında  sifəti  iĢıldayır,  elə  bil,  nəyləsə  yağlanıb.  Qəzəbdən  əyilib  öz 

cizgilərini itirmiĢ sifət çıraq iĢığında par-par parıldayır;  səhər tezdən Ģux görünən solğun, təmiz 

köynək  indi  tərdən  yaĢarıb.  –  Ona  görə  yox  ki,  bunu  bacarmıram,  buna  cəsarət  eləmirəm,  –  o 

deyir,  –  ona  görə  ki,  istəmirəm!  Ġstəmirəm!  EĢidirsiniz?  –  Əlləri  qoltuqlardan  aralanır.  –  Ona 

görə  ki,  mən  bunu  eləmək  istəmirəm!  –  Bayronun  bircə  əzası  belə  tərpənmir.  Əli  stolun 

qırağında donub-qalıb; Haytauerə baxa-baxa fikirləĢir O mənə qışqırmır. Deyəsən, kimsə başqa 



birini,  ona  məndən  də  yaxın  olanı  buna  inandırmaq  lazım  gəldiyini  özü  yaxşı  bilir    Çünki 

Haytauer  artıq  var  gücüylə  bağırır:  –  Ġstəmirəm!  Ġstəmirəm!  –Yumruqları  havaya  qalxıb, 

sifətindən  tər  süzülür,  sarı-bozumtul  dərinin  lırt,  sallaq  qırıĢları  geniĢlənib;  bir-birinə  möhkəm 

sıxılmıĢ çürük diĢlər bayırda qalıb. Birdən onun səsi daha da yüksəlir: – Rədd olun! – Haytauer 

çılğıncasına  çığırır.  –  Rədd  olun  mənim  evimdən!  Rədd  olun  mənim  evimdən!  –  Və  yumruq-

larını qabağa atıb üzü üstə stola sərilir. Qoca ərlə arvadın arxasınca qapıdan çıxarkən Bayron bir 

anlığa çevrilib geriyə baxır, Haytauerin ölü kimi tərpənmədiyini, elə o vəziyyətdə, daz baĢının, 

möhkəm sıxılmıĢ yumruqlarının 

qalpaqlı 

lampa iĢığı altında stolun üstünə düĢüb qaldığını görür. 

Açıq pəncərənin çöl tərəfində cücülərin civiltisi hələ də susmayıb, bir an belə kəsilmir. 

 

 



 

                                                         17 

 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə