Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə121/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   117   118   119   120   121   122   123   124   ...   192

 

24



tökürdüm?” Ancaq onu da aydın bilirdi ki, buna yalnız missis Haynsın yanından güllə kimi keçib 

baĢını  daxmaya  soxandan  sonra  inanıb.  Missis  Haynsın  təlaĢlı  səsi  onu  yuxudan  ayıldanda  nə 

olduğunu,  nə  baĢ  verdiyini  dərhal  anlamıĢdı.  Nə  üçün  oyadıldığını,  beĢ  gündü  məhz  bunu 

gözlədiyini bildiyinə görə tələm-tələsik geyinmiĢ, Ģalvarını bir təhər qaça-qaça əyninə taxmıĢdı. 

Amma yenə  inanmamıĢdı. Ġndi baĢa düĢürdü ki, püfərək daxmaya qaçıb içəri baxanda onu orda 

oturulu  vəziyyətdə  görəcəyinə  ümid  eləmiĢdi;  bəlkə  də,  o  qadının  həmiĢəki  kimi  onu  qapıda 

qarĢılayacağını,  həmiĢəki  kimi  yenə  də  o  qadını  sakit,  zamana  ram  olmayan  görkəmdə 

görəcəyini sanmıĢdı. Amma əlini qapıya uzatmamıĢ içəridən əvvəllər ömründə eĢitmədiyi səslər 

eĢitmiĢdi.  Çığırtıya  bənzər  yanıqlı  inilti  səsi  həm  ehtiraslı,  həm  də  acizanəydi,  sanki,  o,  nə 

Bayrona,  nə  də  baĢqa  kiĢilərə  aydın  olmayan  bir  dildə  kiməsə,  nəyəsə  yalvarırdı.  Sonra  missis 

Haynsın  yanından  keçib  qapını  açanda  onu  çarpayıda  gördü.  O,  bu  qadını  hələ  yataqda 

görməmiĢdi və  həmiĢə  fikirləĢmiĢdi ki, haçansa (və ya əgər)  belə bir imkanla qarĢılaĢsa, yəqin 

ki, onu gərgin, özünü toparlamıĢ,  bəlkə  də, azacıq  gülümsər  halda görəcək və  bu qadın,  ən azı 

onun orda, onun yanında olduğunu biləcək. Ancaq o, içəri girəndə qadın heç ona tərəf baxmadı 

da. Sanki, heç qapının açıldığını da hiss etmədi, içəridə özündən və kiĢilərə aydın olmayan bir 

dildə  yanıqlı  iniltiylə  müraciət etdiyi o Ģeydən  baĢqa kiminsə,  nəyinsə  olduğunu  belə  duymadı. 

Çənəsinin  altına  qədər  üstü  örtülüydü,  dirsəklənib  qalxdı,  boğazını  irəli  uzatdı.  Saçları  açılıb 

çiyinlərinə tökülmüĢdü, gözləri iki qara deĢiyə oxĢayırdı, dodaqları baĢının altındakı balınc kimi 

ağappaq ağarmıĢdı  və  bu  cür təlaĢlı  bir görkəmdə, sanki,  heyrət və  Ģübhə  içərisində  mələfənin 

altındakı bədəninə tamaĢa edib yenə də bərkdən, incimiĢ kimi, yazıq-yazıq çığırdı. Missis Hayns 

artıq onun baĢı üzərinə əyilmiĢdi. O, taxta sifətini qırmızı çiyninin üstündən ona sarı döndərdi. 

“Gedin. – dedi. – Gedin, həkim gətirin. Artıq sancısı baĢlayıb”. 

Tövləyə necə getdiyi yadında deyil. Bir də onda ayıldı ki, ordadır, qatırın cidarını açır; çulu 

çıxarıb  onun  belinə  atdı.  Əli,  ayağı  çox  cəld  hərəkət  edirdi;  düĢüncəsi  isə  aram-aram  axırdı. 

Niyəsini indi anladı. Ġndi baĢa düĢdü ki, niyə düĢüncəsi o cür ahəstə, aram-aram axırmıĢ: fırtına 

baĢlayanda piyi də dənizin səthinə bu cür tökürlər. “KaĢ ki, bunu onda anlayaydım, – fikirləĢdi. – 

KaĢ ki bunu onda anlayaydım. KaĢ bu mənə onda çataydı”. Yerindən qımıldanmadan, ümidsizlik 

içərisində,  təəssüflə  düĢündü.  “Bəli.  Dönüb  birdəfəlik  çıxıb  gedərdim.  Gedərdim,  elə  hey 

gedərdim,  Allah  bilir,  haracan,  Allah  bilir,  nə  qədər,  lap  elə  əsrin  sonuna  kimi”.  Ancaq  belə 

etmədi. Qatırı çapa-çapa komanın  yanından keçib-getdi, düĢüncəsi isə ahəstə, aram-aram axırdı 

və  o,  hələ  bunun  niyəsindən  xəbərsizdi.  “Bircə  bu  daxmadan  uzaqlaĢsaydım,  bircə  onun 

qıĢqırığını bir də eĢitməsəydim”. Bir müddət, geniĢ yola çıxanacan beyni bununla məĢğul oldu, 

altındakı  xırda,  əzələli  heyvan  sürətini  artırmağa  baĢlamıĢdı,  düĢüncə  yağı  isə  hələ  də  ahəstə, 

aram-aram  axırdı:  “Əvvəlcə  Haytauerin  yanına  getməliyəm.  Qatırı  ona  saxlayaram.  Kitabı 

götürməyi də ona xatırlatmaq lazımdı. Bunu heç cür unutmaq olmaz”,  – yağ əriyib axa-axa onu, 



 

24



Haytauerin  yaĢadığı  evin  önünə  gətirib  çıxardı;  burda  o,  cəld  qatırın  belindən  yerə  sıçrayıb, 

püfərək


 evə tərəf qaçdı. Ġndi beyni baĢqa Ģeylə məĢğul idi. “Bu iĢi gördüm”, – o fikirləĢdi Hətta 

həqiqi  bir  həkim  tapmaq  mümkün  olmasa  belə  Bu  fikir  onu  meydanacan  gətirdi,  orda onu tərk 

etdi; indi o, pusquda dayanmıĢ o caynaqlı məxluqun varlığını artıq yaxından hiss edir, fikirləĢirdi 



Hətta  həqiqi  bir  həkim  tapa  bilməsəm  belə.  Çünki  həkim  lazım  olacağına  heç  vaxt 

inanmamışdım. İnanmamışdım  Qoca həkimlə  birlikdə maĢının açarını dəmir yeĢikdən götürmək 

üçün  onun  öz  açarını  axtarıb  tapanacan  bu  fikirlər  tələsmək  zərurətilə  birlikdə  eyni  qoĢquya 

qoĢulmuĢ  paradoks  kimi  beynindən  dördnala  çapıb  keçdi.  Nəhayət,  açarı  tapdılar;  tələsmək 

zərurəti bir  müddət hərəkətin özüylə  –  bomboĢ  yolda, bomboĢ sübh səması  altında  irəli Ģığıyan 

maĢının  sürətilə eyniləĢdi;  yaxud da  bəlkə də, o özü, sadəcə olaraq, adətən,  belə  vəziyyətlərdə 

bütün  insanların  elədiyi  kimi,  bütün  həyat  gerçəkliyini,  özünün  bütün  qorxu  və  əndiĢəsini 

həkimin üzərinə yıxdı. Hər halda, bu fikir onu geriyə, daxmaya qaytardı, orda o, həkimlə birlikdə 

maĢından  düĢüb,  içəridə  hələ  də  çırağı  yanan  daxmanın  qapısına  yaxınlaĢdı  və  bu  onun  üçün 

axırıncı  rahatlıq  anı  oldu;  çünki  o  an  ötüb-keçən  kimi  dərhal  ağır  zərbə  aldı:  caynaqlı  məxluq 

qəfil arxadan üstünə atıldı. Körpə çığırtısını eĢitdi. Və onda baĢa düĢdü. Hava sürətlə iĢıqlaĢırdı. 

Bəstəboy, heç nəyi ilə seçilməyən, küçədən keçərkən ömründə bir kəsin –  nə  bir qadının, nə də 

bir kiĢinin dönüb  baxmadığı  bu adam dinc sükutun doğurduğu sərin rahatlıq  içərisində sakitcə 

dayanmıĢdı.  Ciddi,  sərt  bir  təəccüb  içərisində  düĢünürdü  Sanki,  missis  Hayns  məni 

çağırmayanacan,  mən  onun  səsini  eşitməyənəcən,  sifətinə  baxmayanacan,  Bayron  Bançın  indi 

onun  üçün  bir  heç    olduğunu  öz  gözlərimlə  görməyənəcən  bu  qadının  qız  olmadığını  heç  cür 

anlaya bilməmişəm FikirləĢdi ki, bu, çox dəhĢətli Ģeydir, amma hələ hamısı deyil. Hələ yenə nəsə 

var.  BaĢını  aĢağı  sallamadı.  Dan  Ģəfəqlərinə  bürünmüĢ  səmanın  altında  hərəkətsiz  dayanmıĢdı, 

düĢüncəsi isə sakit-sakit, aram-aram daha da irəli gedirdi Deməli, keşiş Haytauerin dediyi kimi, 

bu da mənim üçün saxlanılıb. İndi mən hökmən ona deməliyəm. Lukas Berçə hökmən deməliyəm  

Artıq  bunda  heç  bir  acı  rahatlıq  yox  idi.  Bu  nə  isə  çox  dəhĢətli,  sağalmaz  bir  yeniyetmə 

ümidsizliyiydi  Axı mən indiyə kimi heç onun Berç olduğuna da  inanmırdım. Elə bil, mən də, o 

qadın da, bu işə qarışdırdığım bütün adamlar da – heç birimiz özümüz deyilmişik, sadəcə,  heç 

bir  məna  kəsb  etməyən  söz  yığınıymışıq,  bununla  belə,  yalnız  öz  bildiyimizi  eləmişik,  öz 

bildiyimizi  eləmişik  və  heç  bir  söz    qıtlığı  hiss  etməmişik.  Bəli.  Axı  mən  onun  Lukas  Berç 

olduğuna indiyədək inanmırdım. İnanmırdım ki, yer üzündə Lukas Berç adında birisi var 

 

“Uğurlu olub,  – Haytauer deyir,  – uğurlu olub.  Mən  heç  bilirəm ki, uğur nə  olan  Ģeydi”. 

Ancaq  həkim  artıq  daxmaya  girmiĢdi.  Bir  saniyəlik  duruxmadan  sonra  Haytauer  çarpayının 

önündəki  adamların  çiyni  üstündən  irəli  baxır,  həkimin  gümrah  səsini  eĢidir.  Qarı  indi  sakitcə 

oturub, amma Haytauerə elə gəlir ki, ən uzağı, bircə saniyə əvvəl körpəni ondan zorla aldı – lal 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə