Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə119/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   115   116   117   118   119   120   121   122   ...   192

 

24



Bu,  bazar  günü  axĢam  olmuĢdu.  Səhər  tezdən  isə  Linanın  uĢağı  oldu.  Bayron  dördnala 

çapdığı  qatırın  cilovunu  çəkib  onu  altıca  saat  əvvəl  tərk  etdiyi  evin  qabağında  saxlayanda  dan 

yeri  təzəcə  ağarırdı.  Tələsik  qatırın  belindən  yerə  sıçrayıb,  tanıĢ  dar  cığırla  qaranlıq  artırmaya 

doğru  qaçdı.  Bu  təlaĢ  və  tələskənliyə  rəğmən  ona  elə  gəldi  ki,  sakitcə  kənarda  dayanıb  özünə 

tamaĢa  edir;  sifətini  turĢudub  təəccübsüz-filansız  fikirləĢdi:  “Bayron  Banç  uĢaq  doğuzdurur. 

Əgər bunu ikicə həftə əvvəl özüm görsəydim, gözlərimə inanmazdım. Onlara deyərdim ki, yalan 

danıĢırlar”. 

Altı saat əvvəl keĢiĢi tək qoyub getdiyi evin pəncərəsindən iĢıq gəlmirdi. Qaça-qaça qapıya 

yaxınlaĢarkən axĢam daz baĢın, möhkəm sıxılmıĢ yumruqların, lırt, ağır gövdənin üzü üstə stola 

necə sərilib qaldığını xatırladı. “Ağlım kəsmir, bu gecə rahat uyuya bilsin, – o fikirləĢir. – Ancaq 

əgər oyunbazlıq eləmirdisə... oyunbazlıq eləmirdisə... – Ürəyində də olsa, özü haqda “mamaça” 

sözünü dilinə  gətirmək  istəmədi,  Haytauer  isə  hökmən  bu sözü  iĢlədərdi,  bunu dəqiq  bilirdi.  – 

Hökm  deyil  ki,  bu  barədə  fikirləĢim,  –  o  düĢündü.  –  Əgər  bir  insan  ona  tuĢlanmıĢ  tapançadan 

qaçırsa,    yaxud  sinəsini  onun  önünə  verirsə,  bu  hərəkətinin    qoçaqlıq  və  ya  qorxaqlıq  olduğu 

barədə düĢünməyə heç cür macal tapa bilməz”. 

Qapı  bağlı  deyildi.  Belə  olacağını,  yəqin  ki,  əvvəlcədən  bilirdi.  ġaqqıltı  sala  biləcəyinin 

fərqinə varmadan, heç bu barədə düĢünmədən qaranlıq dəhlizi gözüyumulu yarıb-keçdi. Sonuncu 

dəfə ev sahibini 

qalpaqlı

 lampa iĢığı altında stolun üstünə sərilmiĢ halda gördüyü otaqdan savayı, 

bu evin heç bir yerinə bələd deyildi. Ancaq qaranlıqda ona lazım olan qapıya doğru elə əminliklə 

getdi ki, sanki, onun harda olduğunu ya dəqiq bilir, ya  aydın görür, yaxud da kimsə bir baĢqası 

onu yönləndirirdi. “Haytauer, yəqin ki, belə deyərdi, – onu arxadan qovub tələsdirən, burda hər 

cür  izdən,  irizdən  məhrum  edən  qaranlıqda  fikirləĢdi.  –  Elə  o  da.  –  O,  indi  bu  saat  daxmada 

yataqda  uzanıb  doğuĢ  sancıları  ilə  əlləĢən  Linanı  nəzərdə  tuturdu.  –  Ancaq    o  “baĢqası”nı 

bunların  hərəsi  bir  cür  adlandırardı.  Otağa  girməmiĢdən  əvvəl  Haytauerin  xorultusunu  eĢitdi. 

“Deyəsən axı, əhvalı elə də möhkəm pozulmayıb, – o fikirləĢir. Dərhal da fikrini dəyiĢir. – Yox. 

Bu  doğru  deyil.  Ədalətli  deyil.  Axı  heç  mən  özüm  də  o  fikirdə  deyiləm.  Axı  onun  nə  üçün 

yuxuya  gedə  bildiyinin,  mənimsə  hələ  də  oyaq  qaldığımın  səbəbini  özüm  yaxĢı  bilirəm:  o 

qocadır, mən cavan, o mənim qədər dözümlü ola bilməz”. 

Çarpayıya  yaxınlaĢdı.  Qaranlıqda  gözlə  görünməyən  ev  sahibi  möhkəm  xoruldayırdı.  Bu 

xorultuya  tam  və  qəti  təslimçilik  ruhu  hakim  kəsilmiĢdi.  Yorğunluq,  əzginlik  deyil,  məhz 

təslimçilik,  sanki,  o,  insana  ya  məğlubiyyətdən,  ya  da  qalibiyyətdən  yapıĢıb  durmaq  imkanı 

verən,  özündə  MƏN  VARAM  qüvvəsini  cəmləĢdirən,  imtina  edildiyi  təqdirdə    isə  çox  vaxt 

ölümlə  nəticələnən  bütün  gücündən  –  qürurundan,  ümidindən,  qorxu  və  məğrurluğundan  əl 

çəkib,  onu  möhkəm  düyünlənmiĢ  bir  yumruğa  tərk  etmiĢdi.  Bayron  çarpayının  yanında 

dayanarkən  yenə  fikirləĢdi  Yazıq.  Yazıq  adam  Ona  elə  gəldi  ki,  əgər  indi  qocanın  yuxusunu 



 

24



pozsa, bu, indiyəcən ona  vurduğu  ən ağır  yara olacaq.  “Ancaq gözləyən  mən deyiləm axı,  –  o 

fikirləĢdi.  –  Allah özü Ģahiddi  buna. Yəqin, ona görə  ki, baĢqaları kimi O da axır  vaxtlar  mənə 

göz qoyur, bundan sonra nə eləyəcəyimə nəzər yetirir”. 

Yatan  adama  toxundu  –  bərkdən  yox,  amma  qətiyyətlə.  Haytauerin  xorultusu  kəsildi;  iri, 

lırt gövdə Bayronun əli altında silkinib dikəldi. 

– Bəli? – o dedi. –Nə? Nə olub? Kimdi bu? 

– Mənəm, – Bayron dedi. – Yenə Bayrondu. Deyəsən, ayıldınız.  

– Hə. Nə… 

– Hə, – Bayron dedi. – Qarı deyir ki, vaxtı çatıb. Vaxt yetiĢib. 

– Qarı? 


–  Deyin  görüm,  iĢığı  necə...  Missis  Hayns.  O  onun  yanındadır.  Mən  həkim  dalınca 

gedirəm.  Amma  qorxuram  ki,  vaxtında  çatdırmayam.  Qatırı  sizin  üçün  saxlayıram.  Elə  bilirəm 

ki, siz ora mənsiz də gedib çıxa bilərsiniz. O kitab hələ sizdədi? 

– Kitab? Hansı kitab? 

– Zənci qadını doğuzdurarkən istifadə etdiyiniz kitab. Deyirəm, birdən lazım olar, ona görə 

yadınıza salmaq istədim. Birdən mən həkimi vaxtında gətirib çatdıra bilməsəm. Qatır çöl qapının 

arxasındadı. Yolu özü tanıyır. Mənsə Ģəhərə həkim dalınca gedirəm. ÇalıĢacam ki, tez gətirim. – 

Geri  döndü.  Arxada  Haytauerin  qalxıb  çarpayıda  oturduğunu  eĢitdi,  duydu.  Otağın  ortasına 

çatanda  tavandan  asılmıĢ  lampanı  tapıb  yandırmaq  üçün  ayaq  saxladı.  Lampa  yananda  artıq 

qapıya  doğru  gedirdi.  Dönüb  geriyə  da  baxmadı.  Arxadan  Haytauerin  səsi  eĢidildi:  “Bayron! 

Bayron!”  O dayanmadı, heç cavab da vermədi.  

Hava  iĢıqlanırdı.  BomboĢ  küçədə,  baĢına  hələ  də  mığmığalar  toplaĢıb  vızıldaĢan  adda-

budda fənərlərin solğun iĢığında yeyin addımlarla irəliləyirdi. Ancaq getdikcə hava daha sürətlə 

iĢıqlanırdı;  o,  meydana  çatanda  Ģərq  tərəfdəki  fasadların  cizgiləri  iĢıqlaĢmaqda  olan  səmanın 

fonunda aydın sezilirdi. Sürətlə düĢünürdü. Həkimlə qabaqcadan danıĢmamıĢdı. Ġndi isə yolboyu 

həqiqi  ata  kimi  qorxu  və  qəzəb  içərisində  bu  biabırçı,  bağıĢlanmaz  səhlənkarlığa  görə  özünə 

lənət yağdırırdı. Ancaq onun bu əndiĢəsi heç də yalnız atalıq hissi ilə bağlı  deyildi. Bu əndiĢənin 

arxasında hələ onun özünə də aydın olmayan nəsə, baĢqa bir Ģey də vardı. Tələsmək zərurəti ilə 

pərdələnmiĢ  bu  Ģey,  sanki,  əqlin  dərin  bir  qatında  pusquda  dayanıb  fürsət  düĢən  kimi  irəli 

Ģığımağa, onu caynaqları arasına alıb sıxmağa hazırlaĢırdı. Ancaq hələlik bunu fikirləĢirdi: “Cəld 

bir qərara gəlmək  lazımdı. Deyirlər, o  zənci qadın doğarkən  bu onun uĢağını qaydasında qəbul 

edib.  Amma  indi  məsələ  baĢqa cürdü. Gərək keçən  həftə  bu  iĢi görəydim,  həkimlə  qabaqcadan 

görüĢüb  danıĢaydım,  elə  olsaydı,  indi  bu  son  dəqiqədə  kiməsə  nəyisə  izah  etmək,  ev-ev  gəzib 

buna  razı  olan,  məcbur  qalıb  uyduracağım  yalanlara  inanan  adam  axtarmaq  lazım  gəlməzdi. 

Lənət Ģeytana, doğrudanmı, mənim kimi son vaxtlar bu qədər yalan danıĢmağa məcbur olan bir 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə