Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə117/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   113   114   115   116   117   118   119   120   ...   192

 

23



saxlamamıĢdı və qoca Dok Hayns dedi: “Sən artıq Allahın öncədən cızdığını yerinə yetirmisən. 

Ġndi  sakitcə  çıxıb  gedə  bilərsən,  gedib  öz  murdar  əməllərini  MəhĢər  gününədək  davam  etdirə 

bilərsən”.  Onun  sifəti  qəddar  səhra  vəhĢisinin  sifətinə  dönmüĢdü,  ucadan  qəhqəhə  çəkərək  öz 

boyalı  murdar çirkabını  Allahın üstünə tökdü. Və gəldilər, o Ģeytan toxumunu ordan apardılar. 

Qoca  Dok  Hayns  onu  arabada  necə  apardıqlarını  öz  gözləriylə  gördü,  gedib  yenidən  Allahı 

gözlədi. Allah da gəlib qoca Dok Haynsa dedi: “Ġndi sən də get. Burda artıq qadın Ģərindən baĢqa 

heç  bir  Ģər  qalmayıb,  o  da  buna  dəyməz  ki,  Mənim  seçdiyim  alət  ona  göz  qoymaqla,  onu 

izləməklə  məĢğul  olsun”.  Allah  ona  get  deyən  kimi  Qoca  Dok  Hayns  da  çıxıb  getdi.  Ancaq 

Allahla  əlaqə  saxladı,  bir  gecə  Ona  dedi:  “Bəs  o  küçük,  Ġlahi?”  –  Allah  dedi:  “O  hələ  Mənim 

torpağım üzərində gəzir.” Və qoca Dok Hayns Allahla əlaqə saxladı, bir gecə Ona dedi: “Bəs o 

küçük,  Ġlahi?”    Allah  dedi:  “O,  hələ  Mənim  torpağım  üzərində  gəzir”,  –  və  qoca  Dok  Hayns 

Allahla əlaqə saxladı, bir gecə özünü yırtdı, dağıtdı, bərkdən qıĢqırdı: “Bəs o küçük, Ġlahi? Mən 

hiss edirəm! Ġti diĢləri, iti caynaqları çox yaxında hiss edirəm!” Allah dedi: “Bu odu, o küçükdü. 

Sənin iĢin hələ bitməyib. O Mənim torpağım üçün əsl rəzalət və iyrənclik mücəssəməsidi”.  

 

Uzaq kilsədən gələn  musiqi sədaları çoxdan susub. Açıq pəncərədən  yalnız  yay gecəsinin 



dinc və saysız-hesabsız civiltiləri eĢidilir. Haytauer stol arxasında  əyləĢib, indi o qaçarkən yalan 

və  hiylə  ilə  tutulub  saxlanılan  yör-yöndəmsiz  vəhĢi  heyvana  həmiĢəkindən  daha  çox  bənzəyir: 

budur, indi  onu aldadıb tora salanların özləri faĢ olub tələyə düĢüblər.  Qalan üç nəfərin üçü də 

üzünü, sanki, hakimmiĢ kimi ona tutub oturub. Onlardan ikisi heykəl kimi tərpənməzdi: daĢsifət, 

intizar içində gözləyən qaya kimi səbirli qadın və odu amansızcasına söndürülən Ģam fitili kimi 

yanıb  kösövə  dönmüĢ  kiĢi.  Bircə  Bayron  diri  görünür.  Sifəti  aĢağı  sallanıb.  Bəlkə  də,  gözü 

dizlərinin üstünə qoyduğu əllərinə baxır; baĢ barmağı ilə Ģəhadət barmağı yavaĢ-yavaĢ bir-birinə 

sürtülür,  sanki,  nəyinsə  sarığını  açır;  sanki,  baĢı  buna  qarıĢdığından  gözünü  ondan  çəkmir. 

Haytauerin  səsini  eĢidən  kimi  Bayron  anlayır  ki,  keĢiĢ  ona  müraciət  etmir,  ümumiyyətlə, 

dedikləri burdakıların heç birinə ünvanlanmayıb. 

– Onlar məndən nə istəyirlər? – o deyir. – Nə istəyirlər, nəyə ümid edirlər, onların fikrincə, 

mən nə edə bilərəm?   

Cavabında  heç  kimdən  səs  çıxmır;  görünür,  nə  qarı,  nə  də  qoca  onu  eĢitmədi.  Bayron 

qocanın  eĢidəcəyini,  onsuz  da,  güman  etmir.  “Ona  heç  bir  kömək  lazım  deyil”,  –  o  fikirləĢir. 

“Yox, ona heç cür kömək etmək olmaz. Ona mane olmaq lazımdı”, – o fikirləĢir,  rastlaĢdıqları 

andan bu yana düz on iki saatdır, öz arvadıyla birlikdə bir yerdən o birinə sürünən bu qocanın 

yarıbayğın,  eyni  zamanda  manyakcasına  gərgin  vəziyyətdə  olduğunu  xatırlayır.  “Ona  mane 

olmaq  lazımdı.  Onun  bu  qədər  əlacsız,  köməksiz  olması  bu  qadından  savayı  hələ  çox  adamın 

xeyrinədir”. O, diqqətlə qadına baxır. Sakitcə, demək olar ki, nəvaziĢlə deyir: 



 

23



–  Davam  eləyin.  Nə  istədiyinizi  ona  deyin.  O  sizin  ondan  nə  istədiyinizi  bilmək  istəyir. 

Deyin ona.    

– Mən  fikirləĢirdim ki...  – qadın danıĢmağa  baĢlayır. Yerindən tərpənmədən danıĢır. Səsi 

inamsız olmaqdan daha çox xırıltılıdır, sanki, onu  nəsə, nitq hüdudlarından kənarda olan, yalnız 

bilinə və hiss edilə bilən bir Ģeyi deməyə məcbur edirlər. – Mister Banç dedi ki, bəlkə... 

–  Nə?  –  Haytauer  soruĢur.  Sərt,  hövsələsiz,  bir  qədər  cır  səslə  danıĢır;  o  da  yerindən 

tərpənmir, kresloda yayxanıb, əlləri onun qoltuqları üstündədir. – Nə? Bəlkə nə? 

– Mən  fikirləĢirdim ki...  – Səs  yenidən kəsilir. Pəncərədən cücülərin civiltisi eĢidilir. Səs 

yenidən  dirçəlir,  ifadəsiz,  tutqundu;  qadın  da  baĢını  aĢağı  sallayaraq  oturub,  sanki,  diqqətlə, 

sakitcə  öz səsinə  qulaq asır.  –  O  mənim  nəvəmdi, qızımın oğludu. Mən  yalnız  fikirləĢirdim  ki,  

əgər mən... əgər o... – Bayron sakitcə qulaq asır, fikirləĢir  Qəribədir, Allah haqqı. Belə baxanda 

elə bilərsən ki, bunlar bir-biriylə yer dəyişdiriblər. Sanki, bu qadının deyil, məhz qocanın zənci 

nəvəsini asmalıdılar  Səs sözünə davam edir: – Bilirəm, tanımadığın adamı narahat etmək yaxĢı 

iĢ deyil. Ancaq siz xoĢbəxt adamsınız.  Subay, tənha kiĢi xeylağı, heç bir sevgi acısını dadmadan 

rahat  yaĢayıb  qocalmıĢ  bir  adamsınız.  Mən  nə  qədər  yerli-yataqlı  danıĢsam  da,  yəqin  ki,  siz, 

onsuz  da,  heç  nə  anlamayacaqsınız.  Ancaq  bunu  fikirləĢirdim  ki,  ola  bilərmi,  bircə  günlüyə  də 

olsa,  sanki,  bu  iĢ  baĢ  verməmiĢ  olsun.  Sanki,  insanlar  onu  heç  vaxt  o  cür  –  qatil  adam  kimi 

tanımayıblar,...  – Səs  yenidən  susur. Qadın  yerindən tərpənmir. Elə  bil,  bayaq öz  səsinə qulaq 

asdığı kimi  indi də araya çökən  sükuta elə  həmin  maraqla, o cür sakitcə  və təəccübsüz  qulaq 

asır. 


– Davam eləyin, – Haytauer səbirsiz uca səslə deyir, – davam eləyin. 

–  Axı  mən  onu  gördüyüm  vaxtlar  hələ  nə  yeriyə,  nə  də  danıĢa  bilirdi.  Otuz  ildi  onu 

görməmiĢəm. Demirəm ki, o, belə  bir Ģey, yəni bu adamların dediyini eləməyib. Demirəm ki, o 

cəza almamalıdır, öz doğmalarını sevən və itirən adamları iztirab çəkməyə necə məcbur edibsə, o 

özü  də  o  cür  əzab,  iztirab  çəkməlidir.  Ancaq  heç  olmasa,  bircə  günlüyə  buraxa  bilsəydilər... 

Sanki, heç nə olmayıbmıĢ kimi. Adamların ona qarĢı heç bir kini-küdurəti yoxmuĢ kimi. Sadəcə 

çox uzun müddətə harasa səfərə çıxıbmıĢ, bu vaxt ərzində böyüyüb, ərsəyə çatıb, geri qayıdıbmıĢ 

kimi.... Heç olmasa, bircə günlüyə belə olsaydı. Sonra mən heç nəyə qarıĢmazdım. Əgər o bu iĢi 

tutubsa,  mən  onu    necə  müdafiə  edə  bilərəm,  cəzadan  necə  qurtara  bilərəm?  Yalnız  bircə 

günlüyə,  baĢa  düĢürsüz?  Elə  bil,  çox  uzun  müddətə  harasa  səfərə  çıxıbmıĢ,  indi  geri  qayıdıb, 

mənə o səfərindən danıĢır və heç kimin də ona qarĢı zərrə qədər kini-küdurəti yoxdu.  

– Hə-ə, – Haytauer yüksək, sirayətedici səslə danıĢmağa baĢlayır. O heç bir hərəkət eləmir, 

kreslonun qoltuqlarını bərkdən sıxan əlləri gərginlikdən ağappaq ağarıb, ancaq paltarın altındakı 

bədənin  yavaĢ-yavaĢ  əsməcə  tutduğunu,  onun  bu  əsməcəni  zorla  ram  etməyə  çalıĢdığı  aydın 

görünür.  – Deməli,  belə,  – o deyir.  –  Hamısı  buymuĢ. Bu, belə asanmıĢ.  AsanmıĢ.  AsanmıĢ.  –  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə