Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə113/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   109   110   111   112   113   114   115   116   ...   192

 

22



Motstaunda  adamları  o  məhbusu  daĢ-qalaq  etməyə  çağırırmıĢ,  özü  də  hələ  nə  günah  iĢlədiyini 

bilmədən. 

– DaĢ-qalaq eləyiblər? – Haytauer deyir. – Onun nəvəsini daĢ-qalaq eləyiblər?  

– Qadın belə deyir, – Bayron səsinin ahəngini dəyiĢmədən cavab verir. – Deyir ki, bura da 

elə o məqsədlə gəlib. Ona əngəl olmaq üçün gəlməli olub.  

Ġndi də qadın danıĢmağa baĢlayır. Bəlkə də, onların nə dediyinə qulaq asmıĢdı. Ancaq sifəti 

əvvəlki  kimi  hələ  də  ölgündü,  heç  nə  ifadə  etmir;  cansız,  zəif  səs,  az  qala,  qocanın  səsi  kimi 

birdən, qəfil iĢə düĢür: 

–  O,  əlli  ildi    belədi.  Əlli  ildən,  əlli  ildən  çoxdu  mən  bu  zülmü  çəkirəm.  Biz  hələ 

evlənməmiĢdən  əvvəl  də  həmiĢə  dava-dalaĢ  salardı.  O  gecə  Milli  anadan  olanda  da  dava 

saldığına  görə  həbsə  atmıĢdılar.  Onun  əlindən  nələr  çəkməmiĢəm?!  Deyirdi  ki,  dalaĢmağa 

məcburdu,  çünki  boyda  hamıdan  balacadı,  onlar  onu  hara  gəldi  buyurmağa  çalıĢırlar.  Bu  onda 

ağılsızlıqdan,  boĢ-boĢuna  məğrurluqdandı.  Amma  mən  ona  deyirdim  ki,  Ģeytan  səni  azdırır. 

Haçansa bir gün Ģeytan qəfil baĢının üstünü kəsdirib səndən tələb edəcək: “Yufus Hayns, mənim 

haqqımı qaytar”.  Milli doğulan günün sabahı mən ona bax bunu dedim – zəiflikdən baĢımı belə 

yerdən  qaldıra  bilmirdim,  onu  isə  yenə    təzəcə  həbsdən  buraxmıĢdılar.  Ona  elə  belə  də  dedim; 

axı Allah ona xəbərdarlıq etmiĢ, iĢarə vermiĢdi: öz qızı doğulan gecə, doğulan saat o, həbsxanaya 

düĢmüĢdü  –  bu,  göylərin  ona  xəbərdarlığıydı,  Allah  öz  qızının  tərbiyəsini  ona  etibar  etmirdi. 

Bununla,  Allah  ona  iĢarə  edirdi  ki,  Ģəhər  (onda  o,  dəmir  yolunda  konduktor  iĢləyirdi)  ona 

ziyandan baĢqa yaxĢı heç nə gətirmir. Onda o özü də bunu baĢa düĢdü, çünki bu, ilahi bir əlamət 

idi  və  biz  daha  heç  bir  Ģəhərdə  qalmadıq;  sonra  taxta-Ģalban  zavodunda  usta  kimi  iĢə  düzəldi, 

yaxĢı  qazanırdı,  çünki  hələ  boĢ-boĢ,  mənasız  yerə,  məğrurluğuna  uyub  içindəki  Ģeytanı  əfv 

etdirmək, ona bəraət  qazandırmaq naminə Allahın adından danıĢmağa baĢlamamıĢdı. Buna görə 

də o gecə Lem BuĢ sirkdən evə qayıdarkən Milli yanında olmadığı üçün arabanı saxlamadığına 

görə  Yufus  evə  girib,  komodun  gözünü  açıb,  içindəkiləri  hara  gəldi  tullayaraq,  tapançasını 

axtarıb  tapmağa  çalıĢanda  ona  dedim:    “Yufus,  səni  Ģeytan  yoldan  çıxarıb.  Sən  indi  Millini 

qurtarmaq üçün bu qədər qızıĢmamısan”; o isə:  “Lap elə Ģeytan olsun. Lap elə Ģeytan olsun”, –  

dedi,  məni  vurub  çarpayıya  yıxdı,  eləcə  orda  uzanılı  qalıb  ona  baxdım...  –  qadın  susur.  Ancaq 

səsi yavaĢ-yavaĢ, öləziyən ahənglə deyil, val iynəsi qəfil cığırından çıxıbmıĢ kimi birdən kəsilir. 

Haytauer yenə də gözlərini ondan ayırıb, qəzəb qarıĢıq heyrətli baxıĢlarla Bayrona baxır. 

– Mən də elə bunları eĢitmiĢəm, – Bayron deyir. – Mən də əvvəl heç nə anlaya bilmirdim. 

Onlar Arkanzasda, bu qocanın usta iĢlədiyi taxta-Ģalban zavodunun həyətində yaĢayırmıĢlar. Qız 

onda on səkkiz yaĢındaymıĢ. Bir dəfə gecə vaxtı Ģəhərə gedən bir sirk dəstəsi zavodun yanından 

keçir.  Dekabr  ayıymıĢ,  elə  hey  yağıĢ  yağırmıĢ,  sirk  furqonlarından  biri  onların  yaxınlığında 




 

23



körpüdə  palçığa  batır,  onların  evinə  gəlib,  kiĢini  yuxudan  oyadırlar,  furqonu  çıxarmaq  üçün 

ondan bel istəyirlər... 

– Allahın nifrətinə tuĢ gəlmiĢ murdar qadın vücudu! – deyə birdən qoca qıĢqırır. Sonra səsi 

avazıyır,  sakitləĢir,  sanki,  bununla  diqqəti  cəlb  etmək  istəyirmiĢ.  Yenidən  tez-tez,  sürətlə 

danıĢmağa baĢlayır, nitqi inandırıcı, dumanlı, fanatikcəsinədir, özü haqda üçüncü Ģəxsin diliylə 

danıĢır.  –  O  bilirdi.  Qoca  Dok  Hayns  bilirdi.  O  artıq  onda,  onun  donunun  altında  Allahın 

nifrətinə  tuĢ  gəlmiĢ  qadın  əlamətini  görmüĢdü.  O  getdi,  plaĢını  geyindi,  fənəri  götürdü,  geri 

qayıtdı, qız da artıq qapının ağzında dayanmıĢdı,  o da plaĢdaydı;  o, qıza dedi:     “Gir  içəri, get 

yat”, – qız isə: “Mən də gedirəm”, – dedi; o, bir də qıza: “Keç içəri, get, öz otağında yat”, – dedi;  

qız  içəri keçdi, o  isə gedib  sexdən  iri  belləri  götürdü, furqonu palçıqdan çıxardı.  Az qala, dan 

yeri  ağarana  qədər  iĢlədi,  elə  bildi  ki,  qızı  Allahın  ona  bəxĢ  etdiyi  atanın  əmrinə  tabe  olub. 

Amma  bunu  bilmək  lazım  idi.  Allahın  nifrətinə  tuĢ  gəlmiĢ  qadın  vücudunun  niyyətindən 

xəbərdar olmaq lazım idi;  iki ayağı üstə gəzən bu rəzillik və murdarçılıq timsalının artıq Allahın 

gözündə  iylənmiĢ  olduğunu  bilmək  lazım  idi.  Qoca  Dok  Hayns  o  əclafın  meksikalı  olduğu 

barədə  uydurmalara    heç  inanardımı?!  Qoca  Dok  Hayns    onun  eybəcər  sifətində  Uca  Allahın 

qara lənətini çoxdan oxumuĢdu. Əgər o, bu uydurmalara....  

– Bu nədi? – Haytauer soruĢur. Bərkdən, sanki, öz səsilə qocanın səsini batırmağa çalıĢır. – 

Bu nə deməkdi?  

–  Oğlan  sirkdə  çalıĢırmıĢ,  –  Bayron  izahat  verir.  –  Deyib  ki,  o,  meksikalıdı  –  bu  gedib 

onları yolda haqlayanda qızı ona belə deyib. Bəlkə də,  oğlan qıza özünü bu cür qələmə verib. Bu 

isə – yenə qocaya iĢarə eləyir – hardansa öyrənib ki, oğlanın qanında zənci qarıĢığı var. Bəlkə də, 

sirkdəki  baĢqa adamlar  bunu ona deyib. Bilmirəm. Bunu  hardan  bildiyi  barədə  o, bir kəlmə  də 

olsun  danıĢmır,    elə  bil,  bunun  heç  bir  əhəmiyyəti  yoxmuĢ.  Səhəri  gün  gecə  baĢ  verənlərdən 

sonra isə,  doğrudan da,  heç bir əhəmiyyəti olmayıb. 

– Səhəri gün? 

– Məncə, həmin gecə, sirk körpüdə iliĢib qalanda qız, hər halda, evdən qaçıb. O deyir ki, 

qaçıb.  Hər  halda,  buna  görə  belə  hərəkət  eləyib,  əgər  o,  bunu  bilməsəydi,  əgər  qız  evdən 

qaçmamıĢ olsaydı, o, belə hərəkət etməzdi. Çünki səhəri gün qız qonĢularla bir yerdə sirkə gedib. 

O buna razı olub, çünki ötən gecə evdən qaçdığından xəbəri olmayıb. Hətta qız geyinib-kecinmiĢ 

halda  qonĢu  arabasına  minəndə  belə  heç  nədən  Ģübhələnməyib.  Ancaq  onların  qayıtmağını 

gözləyərkən, arabanın onların evinin yanında dayanmadan ötüb-keçdiyini, sanki, qızı düĢürmək 

üçün  durmaq  niyyətində  olmadığını  eĢidib.  Onun  dalınca  qaçıb,  arxadan  qıĢqırıb  onları 

səsləyəndə  qonĢu  arabanı  saxlayıb,  ancaq  qız  onun  içində  olmayıb.  QonĢu  deyib  ki,  qız  sirkin 

önündə  bizimlə  vidalaĢdı,  Ģəhərdən  altı  mil  aralıda  yaĢayan  baĢqa  bir  qızın  yanında 

gecələyəcəyini  söylədi;  o,  Haynsın  bundan  xəbərsiz  olduğuna  məəttəl  qalıb,  çünki  qız  arabaya 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə