Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə110/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   106   107   108   109   110   111   112   113   ...   192

 

22



zalın iĢığını yandırıb saat iki qatarının gəldiyini onlara xəbər verənəcən  beləcə oturub qalıblar; 

bu vaxt qadın yenə də uĢaq baĢı tovlayırmıĢ kimi  ona 

“Sussssssss. Sussssssss” 

– deyib, Dok dayı 

isə bağırmağa baĢlayıb: “Rəzillik və iyrənclik! Rəzillik və iyrənclik!” 

 

                                                       16 



 

Qapını  döyəndən  sonra  heç  bir  cavab  almayan  Bayron    artırmadan  aĢağı  düĢür,  evin 

ətrafına  dolanıb,  çəpərli  arxa  həyətə  çıxır.  Tut  ağacının  altındakı  kreslonu  dərhal  görür.    Bu, 

yamaqlı, bomboz bozarmıĢ, parusin bir Ģezlonqdu, uzun illərin istifadəsindən o qədər sallaqlaĢıb 

ki, içi boĢ görünür, sahibinin əndazədən çıxmıĢ ĢiĢman, piy basmıĢ vücudu belə onun ağuĢunda 

itib-batır;  ona  yaxınlaĢarkən  Bayron  fikirləĢir  ki,  fəaliyyətsizliyi,  bikarçılığı,  tərki-dünyalığı 

özündə cəmləĢdirən bu cansız kreslo, bir növ, bu adamın simvoludu, hətta onun əsl mahiyyətinin 

təcəssümüdü.    “Bu  adamı,    mən  yenə  onu  narahat  eləyəcəm”,  –  o,  adəti    üzrə,  dodağını  azca 

aralayaraq  düĢünür, düĢünür  Yenə də? Bundan  əvvəl  verdiyim narahatlıqlar indikinin yanında  

ona  boş,  mənasız  bir  şey  kimi  görünəcək.  Yenə  də  bazar  günü.  Bir  də  ki  bazar  günü  niyə  də 

ondan intiqam almaq fikrinə düşməsin –  axı  bu günü də insanlar özlərindən uydurublar 

Arxadan  kresloya  yaxınlaĢır,  onun  içinə  boylanır.  Haytauer  yatıb.  Onun  ĢiĢman  qarnının 

üstündə, ağ köynəyin (bu gün o, həm təzədi, həm də təmiz) nimdaĢ qara Ģalvar üzərində köpüb 

ĢiĢdiyi  yerdə  cildi  üzüyuxarı  açılmıĢ  bir  kitab  var.  Haytauerin  əlləri  dinc,  məhrəmanə  tərzdə 

kitabın  üzərinə  düĢüb  qalıb.  Köynəyi  köhnə  dəbli,  sinə  hissəsi  büzməli,  amma  pis  ütülənmiĢ, 

yaxalıqsızdı. Ağzı açıq qalıb, lırt, bürüĢük sifəti, qaralmıĢ alt diĢləri görünən dəyirmi yarıqdan və 

sivri  burnundan  aĢağı  sallanıb;  təkcə  burnu  sinnin  və  yaĢanmıĢ  uzun  illərin  dağıdıcı  təsirinə 

məruz  qalmayıb.  Bayron  yuxarıdan  yatmıĢ  sifətə  baxır,  ona  elə  gəlir  ki,  bu  adam,  zəbt  edilmiĢ 

qalada unudulub qalan bayraq kimi məğlubiyyət qarmaqarıĢıqlığıında öz yenilməz məğrurluğunu 

və  mərdliyini  qoruyub  saxlayan  bu  burundan  daim  kənar  qaçıb,  ondan  imtina  edib.  Tut 

yarpaqları  arasından  göy  üzünü  əks  etdirən  iĢıq  Ģüaları  yenə  də  eynəyin  üstünə  düĢür,  onun 

ĢüĢələrində bərq vurur; buna görə də Bayron, Haytauerin haçan gözünü açdığını hiss eləmir. O 

yalnız dodaqların bir-birinə sıxıldığını və  Haytauer durub oturmamıĢdan əvvəl, önündəki əllərin 

necə  tərpəndiyini görür.  

– Hə, – keĢiĢ deyir, – hə? Kimdi bu... A-aa, Bayron sizsiniz?  

Bayron yuxarıdan-aĢağı baxır, onun sifəti çox ciddidi. Bu dəfə onda heç bir mərhəmət hiss 

olunmur.  Bu  sifətdə  təmkinlikdən,  qətiyyətdən  baĢqa  heç  nə  yoxdu.  Heç  bir  ifadə  hiss 

etdirməyən quru bir səslə deyir: 

–  Dünən  onu  tutublar.  O  vaxt  qətl  barədə  heç  nə  eĢitmədiyiniz  kimi,  yəqin  ki,  bunu  da 

bilmirdiniz.  




 

22



– Tutublar? 

–  Kristması.  Motstaunda.  O  bu  Ģəhərə  gedib,  bildiyim  qədər,  orda  küçədə  gəzərkən  onu 

tanıyıblar.  

–  Tutublar,  –  Haytauer  qalxıb  kresloda  oturur.  –    Siz  də  bura  gəlmisiniz  ki,  mənə  onun 

tutulduğunu... Onların onu...   

– Yox. Hələlik heç nə eləməyiblər. Hələlik sağdır. Həbsxanadadır. Ona heç nə olmayıb.  

– Heç nə olmayıb... Siz deyirsiniz ki, hələ  heç nə olmayıb. Bayron deyir ki, hələ heç nə 

olmayıb... Bir qadının aĢnasına öz yoldaĢını min dollara satmaqda yardımçı olan Bayron Banç...  

indi o Bayron Banç deyir ki, heç nə olmayıb. O qadını öz övladının atasından gizlədən, sonra da 

onu  ...    Deyimmi  indi,  aĢna  Bayron?  Deyimmi?  Yoxsa,  Bayron  Banç  həqiqəti  gizli  saxlamaq 

istədiyi üçün mən də onu deməkdən imtina eləyim? 

– Əgər aralıqda gəzən Ģayiələr həqiqət kimi qəbul edilirsə, onda bu, həqiqətdir. Xüsusilə də 

mənim onların hər ikisini həbsxanaya saldırmağım.  

– Ġkisini də?  

–  Yəni  Braunla  bir  yerdə.  Hərçənd,  məncə,  camaatın  çoxu  bu  fikirdədir  ki,  Braun  adam 

öldürməyə,  ya  da  öldürülməsinə  kömək  etməyə  nə  qədər  qadirdisə,  qatili  tutmağa,  yaxud  

tutulmasına kömək etməyə də bir o qədər qadirdi. Amma indi onlar çox rahatca deyə bilərlər ki, 

Bayron Banç onu öz xeyri üçün həbsxanaya saldırıb.  

– Həə, elədi.  – Haytauerin  səsi cingiltili,  yüksəkdi, azca titrəyir.  – Bayron Banç,   ictimai 

rifahın  və  əxlaqın  qatı  gözətçisi.  Varis,  mükafat  sahibi,  çünki  o  mükafat  indi  filankəsin 

morqanatik

23

 arvadına qismət olacaq... Deyimmi, kimin? Bayronu da bu siyahıya daxil edimmi? 



–  Bu  nəhəng,  heydən  düĢüb  özünü  kresloya  yıxmıĢ  adam  ağlamağa  baĢlayır.  –  Mən  belə 

fikirləĢmirəm. Siz bunu anlamırsınız. Amma özümü hər Ģeydən kənarda tutmağa öyrəĢdirdiyim... 

məni  buna  zorla  öyrəĢdirdikləri  bir  vaxtda  gəlib  məni  bu  cür  narahat  etmək,  bir  daha 

əndiĢələndirmək  heç  də  ədalətli  iĢ  deyil...  Bu  qoca  yaĢımda,  onların  rəva  gördükləri  hər  Ģeylə 

barıĢdığım  vaxtda belə bir Ģeyin mənə tuĢ gəlməsi, məni haqlaması... – Bir dəfə Bayronla qarĢı-

qarĢıya oturarkən onun sifətindən tər göz yaĢı kimi axmıĢdı; indi isə göz yaĢı tər kimi axır.  

– Mən bilirəm. Bilirəm ki, bu, yaxĢı deyil. Sizi narahat etmək olmaz. Amma bilmirdim. Bu 

hadisəylə  uğraĢmağa  baĢlayanda  bunu  ağlım  kəsmirdi.  Yoxsa...  Ancaq  siz  ruhanisiniz.  Bundan 

imtina edə bilməzsiniz.     

–  Mən  ruhani  deyiləm.  Öz  istəyimə  görə  yox.  Bunu  unutmayın.  Mən  öz  istəyimə  görə 

ruhanilikdən  imtina etməmiĢəm. Mənim  bu  imtinam sizin kimi, o qadın kimi, həbsdəki o adam 

kimi, eləcə də vaxtilə mənə qarĢı öz bəd niyyətlərini riĢxənd və zorakılıqla həyata keçirən, indi 

də o mənfur niyyətlərini bu adamın üzərində icra edə bilmək üçün onu tutub ora salan adamlar 

                                                

23

 

 Morqanatik – adi adamın padĢah nəslinə mənsub adamla evlənməsi 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə