Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə106/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   102   103   104   105   106   107   108   109   ...   192

 

21



Birinci kiĢi hələ də evə, qoca ərlə arvadın içəri girib gözdən itdiyi qapıya tərəf baxırdı.  

– Qadın da onu tanıyır.  

– Kimi? 

– Zəncini deyirəm. Kristması. 

–  Getdik.  –  MaĢına  qayıtdılar.  –  Görəsən,  bu  gicbəsər  niyə  qətl  törətdiyi  yerdən  cəmi 

iyirmicə  mil  aralı  olan  bizim  bu  Ģəhərə  gəlib,  niyə  mərkəzi  küçədə  hamının  gözü  qabağında, 

aĢkar  Ģəkildə  avaralanmağa  baĢlayıb?  Ağlı  kəsməyib  ki,  onu  burada  tanıyıb  tuta  bilərlər?  KaĢ 

onu  birinci  mən  görmüĢ  olaydım.  O  min  dollar  bilirsən,  necə  iĢimə  yarayardı?!  Mənimki  heç 

vaxt gətirmir... 

MaĢın yerindən tərpəndi. Birinci kiĢi hələ də gözlərini ərlə arvadın gözdən itdiyi qapıdan 

çəkməmiĢdi.  

Onlar  isə  mağara  kimi  qaranlıq,  dar  və  üfunətli  balaca  evin  dəhlizində  dayanmıĢdılar. 

Heydən  düĢmüĢ  qoca  hələ  də  yarıbihuĢ  vəziyyətdə  idi,  arvadı  onu  ehmalca  kreslonun  yanına 

gətirib, orda  əyləĢdirdi;  kənardan  baxan olsaydı,  bunu  yalnız qayğıkeĢlik və zəruri bir Ģey kimi 

baĢa düĢərdi. Ancaq onun geri qayıdıb, qapını arxadan bağlamağına  – qadın məhz belə elədi – 

heç bir lüzum olmadığını düĢünərdi. Sonra yaxına gəlib onun baĢı üzərində dayandı. Ġlk baxıĢdan 

elə görünə bilərdi ki, qadın, sadəcə, qayğı, mərhəmət hissilə ona baxır. Ancaq bir az sonra kənar 

müĢahidəçi  dərhal  anlayardı  ki,  bütün  vücudu  tir-tir  əsən  qadın  qoca  ərini  kresloya  ya  o, 

döĢəməyə yıxılmasın deyə, ya da öz nitqi təkrar açılanacan əsir kimi saxlamaq üçün əyləĢdirib. 

Ağır, pota, bomboz torpaq rəngli qadın suda boğulmuĢ adam sifətilə ona tərəf əyildi. DanıĢmağa 

baĢlayanda  səsi  titrədi,  onu

  toparlamağa

  çalıĢarkən  özü  də  tir-tir  əsdi;  ərinin  yarıuzanılı  halda 

yıxılıb qaldığı kreslonun qoltuqlarından yapıĢıb təmkinli, amma titrək səslə dedi: “Yufus. Mənə 

qulaq  as.  Əvvəllər  heç  vaxt  bunu  səndən  soruĢmamıĢam.  Otuz  ildi  soruĢmamıĢam.  Ġndi  mənə 

deməlisən.  Mən  bunu  bilməliyəm,  sən  hökmən  mənə  deməlisən.  O  vaxt  Millinin  uĢağını 

neylədin?”  

 

O uzun günü onlar – satıcılar, avaralar, əyni kombinezonlu kəndçilər, bütün kütlə səhərdən- 



axĢamacan meydanda, həbsxana önündə toplaĢıb hey uğuldaĢdılar; bu hadisəni hay-küylə qızğın 

müzakirə  etdilər.  Bu  uğultu,  bu  hay-küy  Ģəhərin  gah  bu,  gah  da  o  baĢında  peyda  oldu,  külək 

kimi, yanğın kimi birdən öləziyib, sonra  yenidən gurlaĢdı;  yalnız kölgələr xeyli uzanıb axĢamın 

düĢdüyünü  bildirəndə  kəndçilər  arabalarda,  toz-torpağa  batmıĢ  maĢınlarda  dağılıĢmağa, 

Ģəhərlilər isə Ģam yeməyinə yollanmağa baĢlayanda kəsdi. Sonra o, qadınların, ailə üzvlərinin də 

iĢtirakıyla,  elektrik  iĢığına  qərq  olmuĢ  Ģəhər  evlərində,    təpələrin  arxasında  ağ  neft  çırağı  ilə 

iĢıqlanan kənd evlərində yenidən qızıĢdı. Səhəri gün  – əyalət insanı üçün xoĢ, ləng bazar günü 

isə əyinlərinə tərtəmiz köynək, 

Ģıq

 aĢırmalı Ģalvar geyinmiĢ hadisə Ģahidləri kənd kilsələrinin və 




 

21



ya kölgəli  həyət evlərinin önündə  çöməlib, araba  və  maĢınlar qapıda qonaqları gözləyərkən, ev 

sahibələri  mətbəxdə  nahar  hazırlayanacan  hər  Ģeyi  təkar  danıĢmağa  baĢladılar:  “Heç  zənciyə 

oxĢamır,  ağappaq  adamdı,  mən  necəyəm,  o  da  elə.  Amma,  görünür,  zənci  qanı  istər-istəməz 

özünü  göstərib.  Elə  bil,  özü  qəsdən  tutulmağa    hazırlaĢıb,  evlənməyə  hazırlaĢan  adamlar  kimi 

əməlli-baĢlı  geyinib-kecinib  də.  Halbuki  bir  həftə  bundan  əvvəl  özü  onların  əlindən  qaçmıĢdı, 

qurtulmaq  istəmiĢdi.  O  evə  od  vurmasaydı,  heç  bir  aydan  sonra  da  bu  qətldən  xəbər  tuta 

bilməzdilər. Viski satdırdığı o Braun deyilən oğlan olmasaymıĢ, heç kim ondan ĢübhələnməzmiĢ, 

çünki özünü ağ adam kimi aparırmıĢ; nə isə viski alverini də, bu qətli də həmin Braunun üstünə 

yıxmaq istəyirmiĢ, amma o,  hər Ģeyi necə var, açıb deyib.  

Dünən  səhər  Ģənbə  günü,  günün  günorta  çağı,  küçədə  camaatın  gur  olan  vaxtı  Motstauna 

gəlib  çıxıb.  Ağların  bərbərxanasına  girib,  onlar  da  heç  nə  baĢa  düĢməyiblər,  çünki  tamam  ağ 

adama  oxĢayır.  Hətta  çəkməsilən  ayağındakı  ayaqqabıların  özününkü  deyil,  xeyli  iri  olduğunu 

görəndən  sonra  da  heç  nə  anlamayıblar.  BaĢını,  üzünü  qırxdırıb,  pulunu  ödəyib,  ordan  çıxıb, 

birbaĢ mağazaya gəlib; təzə köynək, qalstuk, həsir Ģlyapa alıb – hamısını da  öldürdüyü qadının  

puluna. Sonra günün 

günortaçağı 

küçədə obaĢ-bubaĢa saymazyana gəziĢməyə baĢlayıb, yanından 

ötüb-keçən adamlar da heç nə baĢa düĢməyiblər, öz iĢlərində olublar;  Holidey də bax elə o vaxt 

onu görüb, yanına qaçıb, cəld qolundan yapıĢaraq deyib: “Sənin adın Kristmas deyil?” Zənci də 

“Hə”  deyib.  Heç  adını  da  gizlətmək  istəməyib.  Ümumiyyətlə,  heç  nə  eləməyib.  Özünü  zənci 

kimi yox ağ adam kimi aparıb. Əsas məsələ də bundadı. Camaat buna görə belə bərk qəzəblənib. 

Sən  bir  buna  bax, qatil olasan, adam öldürəsən, özün də geyinib-kecinib,  Ģəhərdə  kefin  istədiyi 

kimi  gəzəsən;  elə  bil,  camaata  meydan  oxuyurmuĢ  –  cəsarətiniz  varsa,  gəlin,    məni  tutun;  

halbuki  qaçıb  aradan  çıxmağa    çalıĢmalıydı,  yağıĢa,  qara  düĢsə  də,  palçığa,  çirkaba  batsa  da, 

qaçıb  meĢədə-zadda  gizlənməliydi.    Amma  o,  özünün  qatil  olduğundan,  ən  betəri  isə  zənci 

olduğundan xəbərsizmiĢ kimi  ortalıqda öz kefinə veyllənirmiĢ. 

Deməli,  elə  o  andaca  Holidey  (bir  az  da  həyəcanlandığından  –  necə  olmasa  arada    min 

dollar məsələsi var axı – zəncinin ənginə bir-iki dənə möhkəm iliĢdirib və yalnız bu zaman o, ilk 

dəfə  özünü zənci kimi aparıb,  yəni  bu zərbələrə  sakitcə  dözüb, bircə kəlmə  də  deyib-eləməyib; 

ağız-burnu  al-qana  batsa  da,  sifəti  bozarmıĢ  halda,  lal-dinməz  dayanıb  key-key  onun  üzünə 

baxıb) – deməli, Holidey dərhal onun yaxasından yapıĢaraq qıĢqırmağa baĢlayıb, birdən o qoca, 

Hayns  –  hamı  onu  Dok  dayı  kimi  tanıyır  –  birdən  o  da  ortalığa  atılıb  əlindəki  iri  dəyənəklə 

zəncini  əməlli-baĢlı  kötəkləməyə  baĢlayıb,  axırda  iki  nəfər  zorla  onu  zəncidən  ayırıb,  sonra  da 

sakitləĢdirib maĢında evlərinə aparıblar. Ancaq heç kim baĢa düĢməyib ki, o bu zəncini doğrudan 

da  tanıyır  ya  yox.  Taytıya-taytıya  irəli  cumub  çığırırmıĢ:  “Bunun  adı  Kristmasdı?”  –  adamları 

itələyə-itələyə  özünü  zənciyə  çatdırıb,  bir  anlığa  duruxub  onun  üzünə  baxıb,  sonra  da  əlindəki 

dəyənəklə  vur ki,  vurasan. Sifəti elə  gündəymiĢ ki, elə  bil, özündə deyilmiĢ.  Axırda onu ordan 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə