Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə105/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   101   102   103   104   105   106   107   108   ...   192

 

21



Hayns  hirslə  ona  baxdı,  diĢsiz  ağzında  azacıq  tüpürcək  köpüyü  göründü.  Sonra  yenə  də 

qəzəb  içərisində  var gücüylə, söyüĢ söyə-söyə onların  əlindən qurtulmağa çalıĢdı:  yüngül, uĢaq 

əli  kimi zəif sümüklü, arıq, sısqa, qocalmıĢ əlindəki əsayla onları qovmağa, sifəti qana bulaĢmıĢ 

əsirin  ortasında  qaldığı 

comalağa

  girə  bilmək  üçün  özünə  yol  açmağa  can  atdı.  “Dayan,  Dok 

dayı!  –  deyə  onu  tutub  saxlamağa  çalıĢdılar,  –  dayan,  Dok  dayı.  Onu  artıq  tutublar.  Daha  heç 

yana qaça bilməz. Bir hövsələn olsun”.   

Ancaq  o,  əlindəki  əsayla  onları  vurur,  ağzı  köpüklənə-köpüklənə,  zəif,  titrək  səslə  söyüĢ 

yağdıra-yağdıra əllərindən qurtulmağa çalıĢırdı; onu saxlamağa cəhd göstərənlər isə sanki, hədsiz 

təzyiqdən  sıçrayıb  əllərindən  çıxmaq  istəyən  su  Ģlanqını  zorla  saxlayıblarmıĢ  kimi  gərgin 

vəziyyətdə  idilər.  Bu 

comalağın

  içərisində  yalnız  tutulan  adam  sakit, təmkinliydi.  Haynsı  zorla 

da  olsa  tutub  saxlamıĢdılar;  o,  söyüĢ  yağdıra-yağdıra  çığırıb-bağırır,  qocalıb  əldən  düĢmüĢ 

sümükləri, əzələ lifləri bu hədsiz iltifatdan cuĢa gəlib  qəzəblə coĢurdu. Nəhayət, birtəhər onların 

əlindən sıyrılıb irəli cumdu, comalağın ən sıx yerinə soxuldu,  adamları oyan-bu yana itələyərək, 

lap qabağa keçdi, əsirlə üzbəüz qaldı. Bir anlığa yerində dondu,  kinli-kinli əsir adamın sifətinə 

baxdı.  Bu,  xeyli  uzun  çəkdi,  ancaq  adamlar  təkrar  onu  qamarlayıb  tutanacan,  əlindəki  əsanı 

havaya qaldırıb əsirə bir zərbə iliĢdirdi, yenə vurmaq istəyirdi;  lakin axır ki, onu tutub saxlaya 

bildilər;  o, əlacsız halda qeyzlə fınxırır, ağzından yüngül, nazik tüpürcək köpüyü axırdı. Ağzını 

yuma bilməmiĢdilər. “Öldürün bu it balasını! – o qıĢqırırdı. – Öldürün. Öldürün onu”. 

Yarım  saatdan  sonra  iki  kiĢi  maĢında  onu  evinə  gətirdi.  Biri  maĢını  sürürdü,  o  birisi  isə 

arxa oturacaqda Haynsı tutub saxlamıĢdı. Tüklü, kir basmıĢ sifəti indi avazımıĢ, gözləri yumul-

muĢdu. Onu maĢından çıxarıb qucaqlarında həyət qapısından keçirərək, kərpic qırıntısı və yarar-

sız sement artığından düzəldilmiĢ cığırla artırmaya gətirdilər. Ġndi gözləri açılmıĢdı, amma tama-

milə  boĢ, ifadəsizdilər, alnının altında onların  yalnız  bulanıq, göyərmiĢ ağ pərdələri görünürdü. 

O, tamam heydən düĢmüĢdü, tərpənib-eləmirdi. Onlar artırmaya çatanda arvadı bayıra çıxdı, qa-

pını arxasınca örtüb, gələnlərə baxmağa baĢladı. Onlar bu qadının onun arvadı olduğunu dərhal 

anladılar, çünki qocanın  yaĢadığı evdən çıxmıĢdı. KiĢilərdən  biri,  hətta  yerli olsa  belə, əvvəllər 

bircə dəfə də olsun bu qadının üzünü görməmiĢdi. 

– Nə olub? – qadın soruĢdu.  

–  Elə  bir  Ģey  yoxdur,  –  birinci  kiĢi  dedi.  –  Orda,  bizim  Ģəhər  mərkəzində  əməlli-baĢlı 

qarıĢıqlıq düĢüb, bir də ki bu isti... Deyəsən, bütün bunlar ona pis təsir eləyib. – Qadın qapının 

ağzında dayanmıĢdı, sanki, onları içəri buraxmaq istəmirdi;  o, çirkli, çiy kündəyəbənzər yumru 

sifəti  və  bir  yerə  yığılıb  sıx  bağlanmıĢ 

yağlav

  saçları  olan  pota,  kök  bir  qadındı.  –  Ötən  həftə 



Ceffersonda  bir  xanımı  öldürən  Kristmas  adlı  zəncini  təzəcə  ələ  keçiriblər,  –  kiĢi  izah  elədi.  – 

Dok dayı da bundan bir az həyəcanlanıb.  




 

21



Missis  Hayns  artıq  geri  dönmək  üzrəydi,  sanki,  qapını  açmaq  istəyirdi.  Bunu  eĢidəndə  – 

kiĢi sonra yol yoldaĢına danıĢdı –  birdən yerində donub-qaldı, elə bil, kimsə onu arxadan daĢla 

vurdu.  

– Kimi ələ keçiriblər? – deyə qadın soruĢdu.  

– Kristması, – kiĢi dedi. – O zənci qatili. Kristması.  

Qadın artırmanın kənarında ayaq saxlayıb, boz, donuq sifətini onlara tərəf çevirdi. “Elə bil, 

mənim ona  nə  deyəcəyimi  əvvəlcədən  bilirdi,  –  onlar  maĢına tərəf qayıdanda kiĢi öz  yoldaĢına 

dedi. – Elə bil, bu adamın həm o olmasını, həm də olmamasını deməyimi istəyirdi”. 

– O necə adamdı? – qadın soruĢdu. 

–  Əməlli-baĢlı  görə  bilmədim,  –  kiĢi  dedi.  –  Üz-gözü  qan  içindəydi.  Onu  ələ  keçirərkən 

bizimkilər  ağız-burnunu  bir  balaca  əziĢdiriblər.  Cavan  oğlandı.  Ancaq  heç  zənciyə  oxĢamır, 

ağappaq  adamdı,  mən  necə,  o  da  elə.  –  Qadın  yuxarıdan-aĢağıya  onlara  baxırdı.  Ġki  tərəfdən 

qoluna  girdikləri  Hayns  artıq  özü  ayaq  üstə  dura  bilirdi,  sanki  yuxudan  ayılırmıĢ  kimi  sakitcə 

nəsə mızıldandı. – Nə deyirsiniz,  Dok dayını hara aparaq? – kiĢi soruĢdu.  

Qadın cavab vermədi. “Elə bil, öz ərini tanımaq belə istəmirdi”, – kiĢi sonra öz yoldaĢına 

dedi.  


– Ona neyləyəcəklər? – qadın soruĢdu. 

–  Onamı?  –  kiĢi  təkrar  etdi.  –  Hə-ə,  bildim  zəncini  deyirsiniz.  Buna  Ceffersonda  qərar 

verəcəklər. O, oralıdı, onlarınkıdı. 

Bomboz, yerində donmuĢ qadın onlara hardansa, çox-çox uzaqlardan baxırdı.  

– Onlar Ceffersona qədər gözləyəcəklərmi?   

–  Onlarmı?  –  kiĢi  təkrar  etdi.  –  Hə-ə,  –  o  dedi.  –  Amma,  əgər  Cefferson  bu  iĢi  çox 

uzatmasa.  –  O,  yenidən  qocanın  qolundan  yapıĢdı.  –  Bu  kiĢini  hara  aparaq?  –  Bu  vaxt  qadın 

yerindən tərpəndi. Artırmadan aĢağı düĢüb onların yanına gəldi. –  Biz onu içəri apararıq, – kiĢi 

dedi.  

–  Özüm  apararam,  –  qadın  cavab  verdi.  O,  Haynsla  bir  boyda  idi,  ancaq  ondan  daha 



doluydu. Qocanın qoltuğundan yapıĢdı. – Yufus, – sakitcə çağırdı. – Yufus. – Sonra isə kiĢilərə: 

– Buraxın. Mən özüm onu tutaram, – sakitcə dedi.  

Onlar onu  buraxdılar. Qoca artıq  birtəhər  yeriyə  bilirdi. Qarı onu artırmaya çıxarıb,  içəri 

aparanacan onların ardınca baxdılar. Qadın isə dönüb geri baxmadı.  

– Bu qadın bizə heç sağ ol da demədi, – ikinci kiĢi dedi. – Biz gərək o qocanı geri qaytarıb 

zənci ilə bir yerdə həbsə atdıraydıq, deyəsən o bu zəncini hardansa çox yaxından tanıyır...    

– Yufus,  – birinci kiĢi dedi.  –  Yufus. Onu on beĢ  ildir tanıyıram, amma  əsl  adını  əməlli-

baĢlı bilmirmiĢəm. Yufus.  

– Gedək. Geri qayıdaq. Görək orada neyləyirlər.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə