Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə102/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   98   99   100   101   102   103   104   105   ...   192

 

20



dərhal sonra aclıq ona qənim kəsildi, qarnı   möhkəm  yemək  istədi. Ġndi o, qida çatıĢmazlığının 

deyil, yemək zərurətinin xəstəsinə çevrilmiĢdi. Axırıncı dəfə haçan normal insan kimi isti xörək 

yediyini xatırlamağa çalıĢdı. Hissiyyatı hansısa evi, daxmanı onun yadına saldı. Ev idimi, daxma 

idimi,  qaralarınmıydı,  ağlarınmıydı  –  dəqiq  xatırlaya  bilmədi.  Sonra  yorğun-əzgin,  xəstə,  tük 

basmıĢ sifətində məmnun bir nigarançılıq ifadəsi,  lal-dinməz oturarkən birdən zənci iyini duydu. 

Yerindəcə  donub-qaldı  (bulaq  baĢında  kürəyini  ağaca  söykəyib  oturmuĢdu,  baĢını  geri  atmıĢ, 

əllərini  dizlərinin  üstünə  qoymuĢdu,  əzgin  sifəti  ölü  rəngindəydi),  gözünə  zənci  yeməyi,  zənci 

xörəyi göründü, onun  iyini aldı. Bu  yemək  hansısa bir otaqdaydı. Ora  necə  düĢdüyünü  heç  cür 

xatırlaya  bilmirdi.  Ancaq  o  otağın  hər  yerinə  qaçaqaç,  qəfil  dəhĢət  havası  çökmüĢdü,  sanki, 

adamlar  elə  indicə  burdan  dəhĢət  içində  qaçıb  getmiĢdilər.  O  isə  masanın  arxasında  oturub 

gözləyirdi,  qaçaqaçla  nəfəs  alan  bu  boĢluqda,  səssizlikdə  heç  nə  barədə  düĢünmürdü.  Sonra 

önünə  yemək  gəldi,  uzun,  zirək,  qara  ovucların  arasından  qəfil  masanın  üstünə  düĢdü  və  o 

ovuclar  da  boĢqabı  buraxmağa  macal  tapmamıĢ  tezcə  çəkilib  yox  oldular.  Ona  elə  gəldi  ki, 

ağzındakı  yeməyi  çeynəyib  udarkən  çıxardığı  səslərlə  yanaĢı,  ətrafdakı  ah-uflardan  da  zəif, 

dəhĢət və  ikrah dolu  baĢqa bir səs də  eĢidir  –  hətta onu dinləməsə  belə.  “Deməli,  bu daxmada 

olub, – o düĢündü. – Onlar qorxurlarmıĢ. Öz qardaĢlarından qorxurlarmıĢ”. 

O  gecə  qəribə  bir  istək  onu  öz  ağuĢuna  aldı.  UzanmıĢdı,  yuxu  ərəfəsindəydi,  amma  hələ 

yatmamıĢdı, elə bil, yuxuya ehtiyac duymurdu; elə bil, özünü buna zorla məcbur etməyə çalıĢırdı 

–  heç  nə  yemək  istəməyən,  buna  heç  bir  ehtiyac  duymayan  mədəsini  zorla  yeməyə  vərdiĢ 

etdirdiyi kimi. Bu istək o mənada qəribə idi ki, o bunun nə mənbəyini, nə motivini, nə də izahını 

ayırd edə bilmirdi. Birdən anlamıĢdı ki, həftənin hansı günü olduğunu hesablayıb bilməyə çalıĢır. 

Elə bil, yalnız indi onda israrlı və təcili bir tələbat – onu məqsəddən, müəyyən bir gündən, yaxud 

hərəkətdən ayırmıĢ olan ötən günləri  nəsə  bir çatıĢmazlıq,  yaxud artıqlıq olmasın deyə  həyatın-

dan silib atmaq tələbatı yaranmıĢdı. Sonra bu tələbat onun Ģüurunda, sanki,  huĢsuzluq uçurumu-

na yuvarlandı, indi onu yuxu əvəz edirdi. ġehli-boz sübhçağında yuxudan ayılanda isə bu tələbat 

o qədər aydınlaĢdı ki, artıq ona qəribə görünmədi.  

Hava  iĢıqlanır,  səhər  açılır.  O,  yerindən  qalxıb,  bulağa  doğru  gedir,  cibindən  ülgücünü, 

sürtgəcini,

 sabununu çıxarır. Amma sifətini aydın görə bilməsi üçün hava hələ tam iĢıqlanmayıb, 

buna görə də bulaq baĢında oturub, onun aydın görünəcəyi anı gözləyir. Sonra buz kimi soyuq, 

yandırıcı sabun köpüyünü səbirlə sifətinə sürtür. Əl tir-tir əsir; iĢi nə qədər qaçaraq, təcili olsa da, 

tamam  taqətsizdi,  özünü  hökmən  ələ  almalıdı.  Ülgüc  korĢalıb;  onu  ayaqqabısının  böyrünə 

sürtərək  itiləmək  istəyir,  amma  dəri  codlaĢıb,  Ģehdən  xeyli  nəmlənib.  Üzünü  qırxır  –  zorla,  bir 

təhər.  Əl  əsir;  o  qədər  də  təmiz  alınmır,  bir  neçə  yerdən  üzünü  kəsir,  soyuq  su  ilə  qanı 

dayandırmağa çalıĢır. Ülgüc ləvazimatını gizlədib, ordan uzaqlaĢır. Dümdüz, sanki, xətt boyunca 

irəliləyir,  daha  asan  yeri  qoyub,  dərə-təpəylə  gedir.  Tezliklə  torpaq  yola  çıxıb  onun  kənarında 




 

20



oturur.  Bu,  sakit  bir  yoldu,  sakitcə  üzə  çıxır,  sakitcə  də  gözdən  itib  yox  olur,  onun  qalın, 

bozumtul  toz  örtüyündə  yalnız  ensiz  və  az  sayda  təkər,  bir  də  at,  qatır  dırnaqlarının  izləri 

görünür,  insan  ləpiri  isə  ancaq  adda-budda  gözə  dəyir.  Yolun  kənarında  oturub,  pencəksizdi, 

haçansa  ağ  olan  köynəkdə,  haçansa  ütülü  olan,  indi  isə  toz-torpağa,  zığa-palçığa  batmıĢ 

Ģalvardadı,  kəsik-kəsik  olmuĢ  sifətində  qurumuĢ  qan  ləkələrinin  izi  qalıb,  yorğunluqdan  və 

soyuqdan  yavaĢ-yavaĢ    titrəyir,  amma  atrıq  günəĢ  qalxıb,  tədricən  canını  qızdırmağa  baĢlayıb. 

Bir  müddət  keçəndən  sonra  döngədən  iki  zənci  qadın  çıxır;  onlar  ona  yaxınlaĢırlar.  Səsini 

çıxarmayanacan onu görmürlər; yerə bitmiĢ kimi donub-qalırlar, ağımtıl-bərələ qalmıĢ gözlərini 

ona zilləyirlər. “Bu gün hansı gündür?” – o təkrar soruĢur. Onlar heç nə demirlər, ona baxırlar. 

BaĢını yüngülcə tərpədir. “Gedin”, – o deyir. Onlar gedirlər. Onları baxıĢları ilə müĢayiət etmir. 

Sadəcə,  gözlərini  indicə  dayandıqları  yerə  dikir,  elə  bil,  gedərkən  onlar  bir  cüt  balıqqulağının 

içindən çıxdılar. Ordan necə qaçdıqlarını isə o görmür.  

Sonra orda oturub, günəĢ istisindən yavaĢ-yavaĢ qızıĢa-qızıĢa, özü də hiss etmədən yuxuya 

gedir, zira qulağına çatan  növbəti  səs  laxlamıĢ taxtayla dəmirin dəhĢətli cırıltısı,  bir də heyvan 

dırnaqlarının dördnala tappıltısı olur. Gözlərini açanda döngənin arxasında  yoxa  çıxan, gözdən 

itən  arabanı,  onun  içində  oturub  heyrətlə  ona  baxan  sərniĢinləri,  arabaçının  tez-tez  havaya 

qalxıb-enən əlini və qamçısını görür. “Bunlar da tanıdılar, – o düĢündü. – Bunlar da, o ağ qadın 

da. O gün yanlarında yemək yediyim zəncilər də.  Bu adamların hansı istəsəydi, məni ələ keçirə 

bilərdi. Axı onların hamısı bir Ģey istəyir:  istəyirlər ki, məni tutsunlar. Ancaq  məni görən kimi 

qaçırlar.  Hamı  istəyir ki,  məni tutsunlar, ancaq  mən özüm onların qarĢısına çıxıb:  “Bu da  mən  



Bəli  mən  onlara  demək  istərdim  ki  Bu  da  mən  Mən  yorulmuşam  Qaçmaqdan  yorulmuşam  Öz 

həyatımı  içi  yumurta  ilə  dolu  zənbil  kimi  daşımaqdan  yorulmuşam  deyəndə  onlar  məndən 

qaçırlar. Guya, məni tutmaq üçün nəsə xüsusi bir qayda var, bu cür tutmaq isə o qaydaya uyğun 

deyil”.  

Yenidən özünü kolluğa verir. Ġndi o ayıq-sayıqdır, gələn arabanı gözü görməmiĢdən əvvəl 

eĢidir.  Araba  tuĢuna  çatmayanacan  gizləndiyi  yerdən  çıxmır.  Çatanda  irəli  çıxıb  deyir:  “Eyy.” 

Araba  dayanır  –  cilovlar  sərt  hərəkətlə  geri  dartılır.  Zəncinin  baĢı  ona  tərəf  dönür  –  o  da  sərt 

hərəkətlə; sifət əvvəlcə heyrətə, sonra isə – onu tanıyan kimi – dəhĢətə gəlir. 

– Bu gün həftənin neçənci günüdür? – Kristmas soruĢur. 

Zənci ağzı açıla halda gözlərini ona dikir. 

– N.. nə dediniz?   

–  Bu  gün  həftənin  neçənci  günüdür?  Dördüncü?  BeĢinci?  Hansıdır?  Hansı  gündür?  Mən 

sənə heç nə eləməyəcəm.   

– BeĢinci, cümə günüdü, – zənci deyir. – Ġlahi, cümə günüdü. 

– Cümə günü, – Kristmas təkrar edir. Yenə baĢını yellədir. – Yeri, çıx get.  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə