Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə98/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   94   95   96   97   98   99   100   101   ...   192

 

19



Ceffersonda  olduğunu  söyləyib.  Deyir  ki,  sonra  onu  divara  dirəyib,  Braunun  harda  yaĢadığını 

deməyə  məcbur edib.  Ancaq  Bayron, Braundu, Berçdi,  nədi, onun  Kristmasla  birlikdə  bu qətlə 

bulaĢdığını  ona  söyləməyib.  Yalnız  bunu  deyib  ki,  Braun  harasa  iĢ  dalınca  gedib.  Məncə,  elə 

düzünü deyib. ĠĢ deyilsə, bəs nədi? Min dollardan ötrü özünü bu qədər oda-közə vuran, canından 

da keçməyə hazır olan belə bir adamı ömrümdə görməmiĢəm. Bir sözlə, qadın deyib ki, Braunun 

evi,  çox  güman  ki,  elə  Lukas  Berçin  ona  söz  verdiyi  evdir,  buna  görə  də  ora  köçüb,  dalınca 

getdiyi  iĢdən  azad  olub  qayıdanacan  onu  orda  gözləmək  qərarına  gəlib.  Bayron  deyir  ki,  buna 

heç cür mane ola bilməyib; necə deyərlər, Braun haqqında bir neçə dəfə  yalan söylədikdən sonra 

həqiqəti açıb ona demək istəməyib. Bayron deyir ki, guya,  əvvəldən yanınıza gəlib bütün bunları 

sizə danıĢmaq istəyirmiĢ, ancaq siz onu qabaqlamısınız, o heç o qadını orda əməlli-baĢlı yerbəyer 

də edə bilməyib.  

– Lukas Berç? – Ģerif deyir.  

– Mən özüm də məəttəl qaldım, – köməkçi deyir. – Ġndi onunla neyləmək fikrindəsiniz?  

– Heç nə, – Ģerif deyir. – Elə bilirəm ki, onlar orda heç kimə maneçilik törətmirlər. O ev 

mənim deyil, onları ordan mən qova  bilmərəm. Bir də ki, Bayron düz deyib, o Berçdi, Braundu, 

nədi, onun hələ bir xeyli müddət baĢı iĢdən açılmayacaq. 

– Bəs o qadının burda olduğunu Brauna deməyəcəksiniz?  

– Yox, niyə də deyim, – Ģerif cavab verir. – Bu mənim iĢim deyil. Mən onun Alabamada, 

ya  da  hardasa  atıb  gəldiyi  arvadlarla  məĢğul  olmuram.  Mən  ancaq  burda,  Ceffersonda  yuva 

salmıĢ ərlə məĢğulam. 

 Köməkçi Ģaqqanaq çəkib gülür. 

– Doğrudan da,  elədir, – o deyir. Sonra özünə gəlir, fikrə gedir. – Əgər min dolları  almasa, 

məncə, onun bağrı çatlayacaq, öləcək.  

– Çətin, – Ģerif deyir.  

 

ÇərĢənbə  günü,  gecə  saat  üçdə  bir  zənci  çulsuz  qatırda  Ģəhərə  gəldi.  ġerifin  evinə  gedib, 



onu  yuxudan  oyatdı.  O,  iyirmi  mil  aralıda  yerləĢən  zənci  kilsəsindən,  hər  gecə  keçirilən  çilə 

ibadətindən  birbaĢ  buraya  gəlmiĢdi.  Bundan  əvvəlki  gecə  himnin  tən  ortasında  arxa  tərəfdə 

dəhĢətli  Ģaqqıltı  eĢidilmiĢ,  ibadətə  yığıĢanlar  geriyə  dönüb  baxarkən  bir  adamın  qapıda 

dayandığını  görmüĢdülər.  Qapı  bağlı  deyilmiĢ,  heç  tamam  örtülməyibmiĢ  də,  lakin  bu  adam, 

görünür, qapının dəstəyindən yapıĢıb, onu divara elə möhkəm çırpıb ki, bu səs rəvan dua səsini 

tapança gülləsi kimi kəsib keçib. Sonra o, cəld  oturacaqların arası ilə duanın bir andaca kəsildiyi 

yerə, keĢiĢin donub qaldığı, hələ belini düzəltməyə, əlini aĢağı salmağa, ağzını yummağa macal 

tapmadığı  kafedraya  doğru  cumub.  Yalnız  bu  zaman  onun  ağ  adam  olduğunu  gördülər.  Ġki  ağ 

neft çırağının saldığı iĢıqdan daha da qatılaĢan mağara qaranlığında adamlar içəri girənin sifətini 



 

20



o,  keçidin  ortasına  çatmayanacan  seçə  bilməyiblər.  Yalnız  onda  bu  adamın  sifətinin  qara 

olduğunu görüblər, bir qadın bərkdən çığırıb, adamlar yerlərindən sıçrayıb, qapıya tərəf atılıblar; 

tövbə skamyasında oturan, artıq, az qala, ağlını itirməkdə olan baĢqa bir qadın yerindən sıçrayıb 

ağ,  bərəlmiĢ  gözlərini  ona  zilləyərək  qıĢqırıb:  “Bu  Ģeytandı!  Bu  Ġblisin  özüdü!”  Sonra  bayıra 

qaçmağa çalıĢarkən yolu səhv salıb, düz onun üstünə yüyürüb, o isə qadını yumruqla vurub yerə 

sərib, üstündən keçib, çığırmaq üçün ayrılmıĢ ağızların, dalı-dalı geriyə  çəkilən adamların arası 

ilə birbaĢ kafedraya gedib, orda keĢiĢin yaxasından yapıĢıb. 

“Hətta onda  da  heç  kim  ona  heç  nə  eləmədi,  –  çapar  danıĢdı.  –  Hər  Ģey  qəflətən  olduğu 

üçün  onun  kim  olduğunu,  hardan  gəldiyini,  nə  istədiyini    heç  kim  bilmirdi.  Qadınlar  qıĢqırıb 

bağırır,  o  isə  Bidenberi  qardaĢın  boğazından  yapıĢıb,  onu  kafedradan  aĢağı    sürükləyirdi. 

Bidenberi  qardaĢın  onunla  danıĢmağa,  onu  sakitləĢdirməyə  çalıĢdığını  gördük, o  isə  Bidenberi 

qardaĢı  möhkəm  silkələyir,  yanaqlarına  vururdu.  Qadınlar  elə  bərkdən  qıĢqırıb  bağırırdılar  ki, 

hətta  Bidenberi  qardaĢın  ona  nə  dediyini  də  eĢidə  bilmirdik  –  ancaq  Bidenberi  qardaĢ  ona 

barmağını  da  vurmadı  –  bu  vaxt  ağsaqqallar,  dyakonlar

20

  ona  yaxınlaĢdılar,  onunla  danıĢmaq 



istədilər, o isə Bidenberi qardaĢı buraxıb,  qoca Tompson Atanı vurub, – səksən yaĢı var yazığın 

– düz tövbə skamyasının altına saldı, sonra da əyilib, kətili əlinə götürdü, onu camaatın üstünə 

qovzamağa  baĢladı,  hamı  geri  çəkildi.  Hər  kəs  çığırıb-bağırır,  qapıya  tərəf  qaçırdı.  O  isə  geri 

döndü, kafedraya çıxdı, (bu vaxt yazıq Bidenberi qardaĢ naəlac qalıb o biri tərəfdən aĢağı enirdi) 

orda  dayandı:  baĢdan-ayağa  kir,  çirkab  içindəydi,  sifətini  qara  saqqal  basmıĢdı,  orda  dimdik 

dayanıb keĢiĢ kimi əlini yuxarı qaldırdı. Və Allahı söyməyə, təhqir eləməyə baĢladı. Elə bərkdən, 

qıĢqıra-qıĢqıra  söyürdü  ki,  qadınların  çığırtısını  da  batırmıĢdı;  adamlar  isə  Roz  Tompsonu  – 

Tompson Atanın nəvəsini, qızının oğlunu zorla tutub saxlamıĢdılar, altı fut boyu var, ağzı açıq 

ülgüc əlində qıĢqırırdı: “Öldürəcəm onu. Buraxın məni, qardaĢlar. O mənim babama əl qaldırıb, 

onu  vurub.  Öldürəcəm.  Buraxın.  XahiĢ  edirəm  buraxın”.  Adamlar  bayıra  çıxmağa  can  atır, 

itələĢə-itələĢə  keçidlə  qapıya  doğru  qaçıĢır,  hamısı  birdən  qapıya  soxulurdular,  o  isə  kafedrada 

dayanıb Allahı söyür, o biri adamlar isə Rozu dartıb bayıra çıxarmağa çalıĢır, Roz  da yalvara-

yalvara  onlara  deyirdi  ki,  onu  buraxsınlar.  Ancaq  hər  halda,  biz  Rozu  birtəhər  bayıra  çıxarıb 

kolluqda  gizlənə  bildik,  o  isə  hələ  də  kafedrada  qıĢqıra-qıĢqıra  Allahı  söyürdü.  Sonra  susdu, 

qapıya çıxıb orda dayandığını gördük. Yenə də Rozu zorla tutub saxlamalı olduq. Yəqin ki, Rozu 

buraxmamağa  çalıĢanda  o,  bizim  səs-küyümüzü  eĢitdi,  çünki  möhkəm,  qəhqəhəylə  gülməyə 

baĢladı.  Orda  –  qapının  ağzında  iĢığı  kəsərək,  dimdik  dayanıb,  bərkdən,  var  gücüylə  gülürdü, 

sonra yenidən söyməyə baĢladı və skamyanın ayağını  əlinə götürüb içəri tulladı. Bir çırağın necə 

cingildəyib  sındığını  eĢitdik,  kilsə  daha  da  qaranlıqlaĢdı,  sonra  o  biri  çıraq  cingildədi,  tamam 

qaranlıq  oldu,  onun  özünü  isə  artıq  heç  cür  görmək  mümkün  deyildi.  Rozu  tutub  saxladıqları 

                                                

20

 



 Dyakon – aĢağı dərəcəli keĢiĢ 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə