Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə97/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   93   94   95   96   97   98   99   100   ...   192

 

19



– Olar, – Haytauer deyir. – Sizə nəsə bir köməyim dəyə bilərmi? Nəsə bir Ģey lazımdımı? 

Adyal, yaxud baĢqa bir Ģey?   

–  Çox  sağ  olun.  Elə  bilirəm  ki,  hər  Ģeyi  var.  Bəzi  Ģeylər  orda  əvvəldən  də  vardı. 

Minnətdaram, çox sağ olun.  

– Mənə bildirəcəksinizmi? Təzə bir Ģey olsa. Körpə doğ... Həkimlə danıĢmısınız?  

– Bunu özüm həll edəcəm.  

– Artıq onunla danıĢmısınız? ġərtləĢmisiniz? 

– Özüm hər Ģeyi həll edəcəm. Sonra sizə xəbər verərəm.  

O artıq yoxdur. Haytauer pəncərədən onun küçəyə necə çıxdığına, sonra da əlində yemək 

bağlamaları  Ģəhər  kənarına  doğru  iki  millik  yolu  necə  dəf  etməyə  baĢladığına  tamaĢa  edir.  O, 

tamam  gözdən  itdi  –  Ģəst,  iti  addımlarla  çıxıb  getdi;  ĢiĢman,  yeriyəndə  dəqiqədənbir  dayanıb 

nəfəsini dərməli olan, artıq oturaq həyat tərzi  yaĢayan  bir qoca belə  bir sürətli  yeriĢə  tab gətirə 

bilməzdi. Və Haytauer  pəncərə önündə  bir az qabağa əyilib, qızmar avqust istisində, içərisində 

yaĢadığı iyi – artıq həyatda olmayan insanların iyini, ölgünləĢən lırtlığın və kirli paltarın məzar 

qoxusuna bənzər  iyini duymadan hələ də  eĢidildiyini güman etdiyi addım  səslərinə  qulaq verir; 

hərçənd  onların çoxdan susmuĢ olduğunu özü də yaxĢı bilir, fikirləĢir “Ġlahi, ona rəhmin gəlsin. 

Ġlahi sən özün ona kömək elə”;  fikirləĢir Cavanlıq. Cavanlıq. Onu nəylə müqayisə etmək olar, 

bu  dünyada  heç  nə  onunla  müqayisə  edilə  bilməz    Sakitcə  fikirləĢir:  “Gərək  dua  etməyi 

tərgitməyəydim”.  Artıq  addım  səsləri  kəsilib.  Yalnız  bayırdakı  cücülərin  saysız-hesabsız  və 

susmaq  bilməyən  xorunu  eĢidir  və  pəncərə  altlığına  tərəf  əyilərək,  torpağın  cürbəcür  qaynar, 

kəskin  iylərini  ciyərinə  çəkə-çəkə  cavanlığında,  cavan  vaxtlarında  qaranlığı,  gecələr  ağaclar 

arasında  gəzməyi,  ağac  dibində  oturmağı  necə  sevdiyi  barədə  düĢünür.  Onda  torpaq,  ağacların 

qabığı  canlı,  ibtidai  məxluqa  çevrilir,  dirilir  və  anlaĢılmaz,  vahiməli  yarıfərəh-yarıdəhĢət  hissi 

onu öz ağuĢuna alırdı. Bundan yaman qorxurdu. DəhĢətə gəlirdi; qorxa-qorxa sevirdi. Amma bir 

dəfə,  seminariyada  oxuyanda  baĢa  düĢdü  ki,  daha  qorxmur.  Elə  bil,  hansı  qapısa  qəfil  çırpılıb 

örtüldü.  Bundan  sonra  heç  vaxt  qaranlıqdan  qorxmadı.  Sadəcə,  ona  nifrət  etdi:  ondan  qaçdı  – 

dörd divar arasına, süni iĢığa qaçdı. “Bəli, – o fikirləĢir. – Gərək dua etməyi tərgitməyəydim”. 

Pəncərənin qabağından çəkilir. Kabinetin bir divarına kitablar düzülüb. Onların önündə dayanır, 

nəyisə axtarır, nəhayət, axtardığını tapır. Bu, Tennisondur. Cildi tamam  əldən düĢüb. Kitabları-

nın çoxu seminariya dövründən qalıb. Çırağa yaxın oturub, onu açır. Çox uzun çəkmir. Tezliklə 

dördnala çapan zərif kəlamların, çoxdan qurumuĢ ağacların  və sönmüĢ ehtirasların  yorğun  bay-

ğınlığı  sürətlə,  ehmalca,  sakitcə  onu  öz  ağuĢuna  alır.  Bu,  dua  etməkdən  daha  yaxĢıdır,  çünki 

ucadan, danıĢa-danıĢa fikirləĢmək əziyyəti çəkmirsən. Bu, hətta kilsədə xədim bir adamın, baĢa 

düĢülməsi lazım olmayan dildə oxuduğu duaya qulaq asmaq kimi bir Ģeydir. 

 



 

19



14 

 

–  Orda,  daxmada  kimsə  var,  –  köməkçisi  Ģerifə  dedi.  –  Gizlənib  eləmir,  deyəsən,  orda 



yaĢayır. 

– Get bax, – Ģerif dedi. 

 Köməkçi getdi və qayıtdı. 

– Bir qadındı. Cavan bir qadın. Özü də, deyəsən, hələ orda çox qalacaq. Bayron Banç da 

ordadı, daxmadan aralıda – təxminən,  burdan poçta qədər aralıda özünə çadır qurub.   

– Bayron Banç? – Ģerif deyir. – Nə qadınıdı o elə?  

–  Bilmirəm.  Buralı  deyil.  Cavandı.  Nə  var  danıĢdı.  Mən  heç  ayağımı  içəri  qoymamıĢ 

danıĢmağa  baĢladı,  elə  bil,  nitq  söyləyirdi.  Sanki,  çoxdan  bu  cür  danıĢmağa  öyrəĢib,  vərdiĢ 

eləyib.  Məncə,  elə  bu  cürdü,  ərini  axtara-axtara  Alabamadan  bura  gələnəcən,  həqiqətən,  buna 

vərdiĢ  eləyib.  Guya,  o,  harasa  iĢə  düzəlməyə  gedibmiĢ,  bu  da  onun  dalınca  düĢüb,  yolda  buna 

deyiblər  ki,  o  burdadı.  Elə  bu  vaxt  Bayron  içəri  girdi,  dedi  ki,  mən  özüm  hamısını  danıĢaram. 

Dedi ki, gəlib sizə də danıĢmaq istəyirmiĢ.  

– Bayron Banç, – Ģerif təkrar edir. 

– Bəli, – köməkçi təsdiqləyir. – Deyir ki, qadın hamilədi, uĢağı olacaq. Özü də vaxtına çox 

az qalıb.  

– UĢağı olacaq? – Ģerif təkrar edir. Köməkçisinə baxır. –  Özü də Alabamadan. Ya da baĢqa 

bir yerdən. Sən mənə Bayron Banç haqda ağzına gələni danıĢma. 

– Mən ki, elə bir Ģey demədim, – köməkçi deyir. – Mən demirəm ki, uĢaq Bayrondandır. 

Hər halda, Bayron özü belə demir. Mən sizə onun mənə dediklərini danıĢıram. 

–  Hə-ə,  –  Ģerif  deyir.  –  Aydındı.  Bəs  onda  o  qadın  nə  üçün  ordadı.  Deməli,  uĢaq  bu 

ikisindən birindəndi. Kristmasdandı. Elədi?  

– Yox. Bayron  bu  barədə də danıĢdı. Qadın  eĢitməsin deyə  məni  bayıra çıxardı,  hər Ģeyi 

açıb tökdü. Deyir ki, gəlib  sizə də danıĢmaq  istəyirmiĢ. UĢaq Braundandı.  Amma onun  soyadı 

Braun  deyil.  Lukas  Berçdi.  Bayron  hər  Ģeyi  mənə  danıĢdı.    Bu  Braunmudu,  Berçmidi,  onu 

Alabamada necə atıb qaçıb... Qadına deyib ki, guya, özünə iĢ, mənzil axtarmağa gedir, sonra onu 

yanına çağıracaq. Ancaq vaxtı yetiĢir, ondan isə xəbər-ətər yoxdu – haradadı, nə iĢlə məĢğuldu, 

yazıq heç nə bilmir, buna görə də daha gözləməmək qərarına gəlir. Pay-piyada yola düĢür, yolda 

rast gəldiyi  hər kəsdən  Lukas Berç adlı oğlanı tanıyıb-tanımadıqlarını  soruĢur. Bu  minvalla  bir 

müddət keçdikdən sonra yolda kimsə deyir ki, belə bir adam haqda eĢidib və onun fikrincə, bu,  

Berçmidi, Bançmıdı, nədi, hardasa Ceffersonda yonqar sexində iĢləyir; buna görə o da bura gəlir. 

ġənbə günü, biz qətl yerində olanda arabada gəlib, yonqar sexinə gedib və orada məlum olub ki, 

o,  Berç  yox,  Bançdı.  Bayron  deyir  ki,  ağlına  heç  nə  gətirmədən,  təsadüfən  ona  ərinin 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə