Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə100/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   96   97   98   99   100   101   102   103   ...   192

 

20



– Bu qədər qatil görmüĢəm,  –  köməkçi dedi,  – amma  heç  biri onları təqib edənlərin kim 

olduğunu  heç  vaxt  nəzərə almayıb. Bu axmağın  isə  heç ağlına da gəlməyib  ki,  biz  itlərdən də 

istifadə edə bilərik.  

– ġənbədən bəri hər gün bu itləri onun izinə salırıq, – Ģerif dedi. – Amma hələ də onu tuta 

bilməmiĢik.  

– Onlar köhnə izlər idi. Bu günə kimi bu cür yaxĢı bilinən, təzə izə rast gəlməmiĢik. Amma 

bu  gün  o,  səhvə  yol  verib.  Bu  gün  hökmən  ələ  keçəcək.  Bəlkə  də,  nahar  vaxtınacan  əlimizdə 

olacaq.  

– YaĢayarıq, görərik, – Ģerif dedi.  

–  Görəcəksiniz,  –  köməkçi  dedi.  –  Ġz  dəmir  yolu  xətti  kimi  düz  gedir.  O  xətti  tutub  get. 

Baxın,  hətta ayaqqabısının  altı da apaydın görünür. Bu axmağın  ağlı kəsməyib ki, toz-torpaqlı 

geniĢ yola çıxsın, orda baĢqa izlər arasında öz izini itirməyə çalıĢsın, itlər də onu tapa bilməsin. 

Saat onacan itlər bu izin son ucunu haqlayacaqlar.  

Elə də elədilər. Tezliklə iz sərt düz bucaq altında yana döndü.  Onları yola çıxardı, baĢlarını 

yerə  sallamıĢ  itlər  yol  boyu  bir  qədər  getdikdən  sonra  yana  döndülər,  yoldan  aralanıb  bir  az 

aralıda  –  pambıq  tarlasındakı  anbara  doğru  gedən  cığıra  düĢdülər.  Onlar  yumĢaq,  gurultulu 

səsləriylə bərkdən hürməyə, irəli cummağa, o yan-bu yana fırlana-fırlana, səbirsizlikdən diĢlərini 

qıcırdada-qıcırdada  adamların əllərindən dartınıb çıxmağa çalıĢdılar.  

– Bay səni, axmaq! – köməkçi dedi. – Dincəlmək üçün burda oturub: bu da izi – altı diĢ-diĢ 

ayaqqabılar.  Ġndi  bizdən  uzaqbaĢı  bir  mil  uzaqlıqda  olar!  Ġrəli,  uĢaqlar!  –  Ġrəli  cumdular:  itlər 

hürə-hürə qabağa dartınır, adamlar isə onların arxasınca yortma qaçırdılar. ġerif üzü tüklü adama 

tərəf döndü. 

– Bax indi  fərqlənmək imkanın var, hamıdan qabağa qaç, get onu tut, min dollar da sənin 

olsun, – o dedi. – Nəyi gözləyirsən? 

Adam  cavab  vermədi;  indi  heç  kimin  danıĢmağa  halı  yox  idi,  təngnəfəs  olmuĢdular, 

xüsusilə  də  itlərin  dalınca  bir  mil  qaçandan  sonra;  onlar  hələ  də  hürə-hürə  irəli  dartınırdılar; 

sonra  yoldan  kənara  sapdılar,  ilan  kimi  qıvrıla-qıvrıla  təpəyə  dırmaĢan  cığırla  qaçıb  qarğıdalı 

tarlasına  çıxdılar.  Burda  səslərini  kəssələr  də,  sürətlərini  azaltmadılar;  hətta  əksinə,  daha  da 

artırdılar; adamlar indi var gücləriylə qaçırdılar. Hündür, adam boyda qarğıdalıların arasında bir 

zənci koması vardı.  

–  O  burdadır,  –  Ģerif  tapançasını  çıxara-çıxara  dedi.  –  Ehtiyatlı  olun,  uĢaqlar.  Onun  da 

silahı var.  

Məharətlə  düĢünülmüĢ  hiyləgər  bir  hərəkət  etdilər:  tapançalarını  çıxarıb,  gizlincə  evi 

mühasirəyə  aldılar,  Ģerif  köməkçinin  müĢayiəti  altında  daxmaya  tərəf  sıçradı,  ĢiĢmanlığına 

baxmayaraq,  özünü  ustalıqla  divarın  dibinə,  pəncərələrin  arasındakı  ölü  zonaya  verdi.  Divara 



 

20



sığına-sığına evin küncünü keçdi, təpiklə vurub qapını açdı və əlində tapança içəri atıldı. Ġçəridə 

balaca bir zənci uĢağı  vardı.  Lüt, çılın-çılpaq  idi, soyumuĢ ocağın közü üstündə  oturub ağzında 

nəsə çeynəyirdi. Deyəsən, tək-tənha idi, amma bir saniyə keçməmiĢ içəri qapıda bir qadın peyda 

oldu,  Ģerifi  görəndə  ağzı  açıla  qaldı,  əlindəki  çuqun  tavanı  yerə  saldı.  Onun  ayağında  kiĢi 

ayaqqabıları vardı, dəstə üzvlərindən biri onların qaçaq adama məxsus olduğunu dərhal anladı. 

Qadın onlara ağ bir adamdan söz açdı; onun sübh obaĢdan öz ayaqqabılarını onunkuyla – qadın 

həmin  an  ərininkiləri  geyibmiĢ  –  dəyiĢdiyini  bildirdi.  ġerif  diqqətlə  ona  qulaq  asdı.  “Pambıq 

anbarının  böyründəmi  dəyiĢdi?”  –  deyə  soruĢdu.    Qadın  “Hə”  dedi.  ġerif  öz  dəstəsinin,  xalta 

qayıĢlarını gəmirən  itlərin  yanına qayıtdı. Ġtlərə  tamaĢa elədi,  adamlar  əvvəlcə onu sorğu-suala 

tutdular, sonra susub ona  baxdılar. Tapançasını  necə cibinə  soxduğunu, sonra  isə dönüb  itlərin 

hərəsinə  möhkəm bir təpik iliĢdirdiyinə tamaĢa elədilər. – Bu lənətə gəlmiĢ qarınquluları Ģəhərə 

göndərin, – o, hirslə dedi.  

Ancaq  Ģerif  çalıĢqan  adamdı.  Qaçağın  pambıq  anbarına  bir  də  qayıdacağını  öz  adamları 

kimi  o  da  yaxĢı  bilirdi;  onun  təsəvvürünə  görə  bütün  bu  müddət  ərzində  Kristmas  məhz  orda 

gizlənmiĢdi;  ancaq  bunu  da  yaxĢı  bilirdi  ki,  onlar  ora  çatanda  Kristmas  artıq  orda  olmayacaq. 

Ġtləri  daxmadan  zorla  ayıra  bildilər,  onlar  ehtiyatla,  məharətlə,  səssizcə  pambıq  anbarını 

mühasirəyə  alaraq,  qəfil,  lazımi  qaydada,  amma  xeyli  ümidsiz  halda,  əllərində  tapança  içəriyə 

soxulanda  orda  yalnız  qəfil  yaxalanmaqdan    heyrətə  gələrək  qorxuya  düĢmüĢ  çöl  siçanını  ələ 

keçirə  bildilər; artıq saat onun istisi adamı ütürdü. Buna rəğmən itlər hələ də Ģerifin ixtiyarında 

idi  –  onlar  heç  cür  anbara  yaxın  düĢmək,  yoldan  aralanmaq  istəmirdilər,  ayaqlarını  möhkəm 

dirəyərək  baĢlarını  dartıb  xaltadan  çıxarmağa,  geriyə,  bir  az  əvvəl  zorla  çıxarıldıqları  daxmaya 

tərəf  qaçmağa  can  atırdılar;  elə  bil,  bu  daxma  maqnit  kimi  onları  özünə  çəkirdi.  Onları  anbara 

salanacan  iki  nəfər  əməlli-baĢlı  tər  tökməli  oldu,  amma  qayıĢlarını  azca  boĢaldan  kimi  itlər, 

sanki, kiminsə əmrilə  irəli sıçrayıb, qaçaq adamın kölgəli tərəfdə, Ģehi hələ qurumamıĢ, hündür 

otluqdakı ayaq izləri boyu anbarın ətrafına dövrə vurdular, sonra isə yenidən yola qaçıb, xaltaları 

boğazlarını kəsə-kəsə, onları dartıb saxlamağa çalıĢan iki nəfəri arxalarınca əlli metr sürüdülər; 

bu adamlar,  axır ki, fürsət tapıb qayıĢları bir ağaca dolayaraq, onları birtəhər saxlaya bildilər. Bu 

dəfə Ģerif onlara təpik də vurmadı. 

 

Nəhayət,  təqibin  gurultusu,  qıĢqırığı,  hay-küy  və  hiddəti  yavaĢ-yavaĢ  öləzidi,  eĢidilməz 



oldu.  ġerif  düz  tapmamıĢdı;  adamlar  itlərlə  birlikdə  anbarın  yanından  ötüb-keçəndə  Kristmas 

orda  yox  idi.  O  yalnız    ayağındakı  ayaqqabıların  –  qara,  qapqara,  zənci  iyi  verən  baĢmaqların 

bağını bağlamaq üçün orda ayaq saxlamıĢdı.  Elə bil, onlar kor balta ilə dəmir filizindən kəsilib 

düzəldilmiĢdilər.  Bu  kor-kobud,  ayağını  əzən  nahamar  ayaqqabılara  baxaraq,  diĢlərini  zorla 

aralayıb tək bircə kəlmə söz dedi:  “Hah”. Sanki,  ağ adamların onu, nəhayət ki, qara dibsiz  bir 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə