Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə108/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   104   105   106   107   108   109   110   111   ...   192

 

21



mənim  sizə  bir  köməyim...  –  Deyir,    bir  də  baxdım  ki,  qadının  izi-tozu  belə  qalmayıb. 

Pəncərədən  boylandım,  onun  meydandan  keçib,  dərhal  tini  dönərək  Ģerifin  yaĢadığı  evə  tərəf 

getdiyini gördüm. Deyir, onun kim olduğunu, hardan gəldiyini  heç cür anlaya bilmədim.  

ġerifi  heç  cür  tapa  bilmədi.  Bir  də  ki,  onsuz  da,  çox  gec  idi.  ġerif,  əslində,  əvvəldən 

həbsxanadaydı,  yalnız  Metkaf  bunu  ona  bildirməmiĢdi;  qadın  ordan  uzaqlaĢan  kimi  isə 

Ceffersondan  iki  maĢında  gələn  polislər  həbsxanaya  girmiĢdilər.  Sürətlə  gəldilər,  tez  də  içəri 

girdilər.  Ancaq  onların  orda  olmaları  xəbəri  artıq  hər  yana  yayılmıĢdı,  həbsxananın  önünə  iki 

yüzdən çox adam – kiĢi, uĢaq, qadın yığıĢmıĢdı; hər iki Ģerif onların qarĢısına çıxdı, bizimki nitq 

irad  etməyə  baĢladı,  adamlardan  qanuna  hörmətlə  yanaĢmalarını  xahiĢ  etdi;  dedi  ki,  o  da, 

ceffersonlu  həmkarı  da  söz  verirlər  ki,  zənci  tezliklə  məhkəmədə  mühakimə  olunacaq,  onun 

barəsində  hökmən  ədalətli  qərar  çıxarılacaq;  kimsə  camaatın  arasından  söz  atdı:  “Cəhənnəm 

olsun  sizin  ədalətiniz.  Bəyəm  o,  ağ  qadına  qarĢı  ədalətli  rəftar  edib?”  Bu  sözdən  sonra  kütlə 

dərhal  hərəkətə  gəldi,  daha  da  sıxlaĢmağa,  çığır-bağır  salmağa  baĢladı,  sanki,  onlar  Ģeriflərin 

deyil, mərhumənin önündə bir-birinin səsini batırmağa çalıĢırdılar. ġerif isə yenə də sakitcə dedi 

ki,  onu  Ģerif  seçdikləri  gün    and  içərək  onlara  söz  verib,  indi  o  sözü  yerinə  yetirmək  istəyir. 

“Mənim  zənci  qatillərə,  –  o  dedi,  –  burdakı  ağ  adamların  heç  birindən  artıq  rəğbətim  yoxdu. 

Ancaq rəsmi qaydada and içmiĢəm və Allaha and olsun ki, o andı yerinə yetirəcəm. Burda qan-

qaraçılıq salmaq lazım deyil,  mən öz andımdan qətiyyən  dönən deyiləm. YaxĢısı budur, bunu 

nəzərə  alasınız”.    Holidey  də  ordaydı,  Ģeriflərin  yanında  dayanmıĢdı.  O,  qayda-qanuna  riayət 

olunması,  heç  bir  mərəkə qopmaması üçün  hamıdan çox canfəĢanlıq göstərirdi.  “Aha,  – kimsə 

yerdən  qıĢqırdı,  –  biz  yaxĢı  bilirik  ki,  sən  nə  üçün  onun  daĢ-qalaq  edilməsini  istəmirsən.  O 

zəncinin  bizim  üçün  sənin  kimi  min  dollar  dəyəri  yoxdur  ki?!  O  bizim  üçün  heç  min  lax 

yumurtaya da dəyməz”. Bu an Ģerif  yenə danıĢmağa  baĢladı: “Nə olsun ki, Hollidey onun burda 

öldürülməsini  istəmir?!. Bəyəm  biz  hamımız  bunu  istəmirik?  Axı  mükafatı  bizim  vətəndaĢımız 

alacaq: o pullar burda, Motstaunda  xərclənəcək. Əgər onu Ceffersondan biri alsaydı, onda necə? 

Düz demirəm, camaat? Bir özünüz  fikirləĢin”.  Səsi  bir qədər cırlaĢmıĢdı, oyuncaq səsinə, xalq 

önündə  çıxıĢ  edərkən təkcə  camaatın  eĢitmək  istədiyinin deyil,  həm də  onun,  yarımçıq da olsa, 

artıq qəbul etdiyi qərarın əleyhinə danıĢan vəzifəli adamın səsinə  bənzəyirdi.  

Amma onun bu sözləri, elə bil, camaatı inandırdı, hərçənd özləri də yaxĢı bilirdilər ki, əgər 

pulları Holidey kimi bir adam xərcləməli olsa, nə  Motstaun, nə də baĢqa bir Ģəhər onun üzünü 

belə  görməyəcək.  Hər  halda,  bir  qədər  sakitləĢdilər.  Xalq  deyilən  Ģey  qəribə  məxluqatdı.  Əgər 

daim  onun  önünə  təzə  bir  dəlil,  sübut  çıxarmasan,  nə  düĢüncəsində,  nə  də  əməlində  nədənsə 

yapıĢıb  sabit  qala  bilmir.  Sonra  təzə  bir  sübut,  dəlil  gətirsən  belə,  dəxli  yoxdu,  yenə  fikrini 

dəyiĢir.  Bir  sözlə,  onlar  öz  inadlarından  heç  də  tamam  dönməmiĢdilər;  demək  olar  ki,  o  ana 

qədər  kütlə,  bir  növ,  içəridən  bayıra  təzyiq  göstərirdisə,  indi  bayırdan  içəri  sıxırdı.  ġeriflər  də 



 

22



bunu  anladılar,  ancaq  onu  da  anladılar  ki,  bu  vəziyyət  uzun  sürə  bilməz;  ona  görə  də  cəld 

həbsxanaya  girib,  tez  də  çıxdılar  –  o  qədər  tez  çıxdılar  ki,  içəri  girdiklərinə  belə  inanmaq 

mümkün  deyildi  –  zənci  aralarındaydı,  arxadan  isə  onların  beĢ  və  ya  altı  köməkçisi  gəlirdi. 

Yəqin  ki,  dustağı  qapının  arxasındaca  hazır  saxlamıĢdılar,  çünki  çox  tez  bayıra  çıxdılar:  zənci 

baĢını aĢağı salmıĢ halda onların arasındaydı, ceffersonlu Ģerifin bir qoluna qandallanmıĢdı; kütlə 

onları görən kimi bir ağızdan “Aaaaaaaaaaaah!” deyə bağırdı.    

Adamlar  aralanıb  küçəyə  –  Ceffersondan  gəlmiĢ  birinci  maĢına  doğru  cığır  açdılar; 

mühərrik  artıq  iĢə  salınmıĢdı,  sürücü  də  sükan  arxasındaydı,    Ģeriflər  vaxt  itirmədən  dərhal 

dustağı  maĢına  tərəf  apardılar,  elə  bu  anda  o  qoca  qarı,  missis  Hayns  yenidən    peyda  oldu. 

Camaatı  yarıb  keçmiĢdi.  Boyu  çox  balaca  olduğundan  adamlar  yalnız  Ģlyapasındakı  lələyin 

arabir qalxıb enərək kütləni necə yavaĢ-yavaĢ yarıb-keçdiyini görmüĢdülər, sanki, ona maneçilik 

törətməsələr də, bundan iti sürət ala bilməzdi, amma iĢə düĢmüĢ traktor kimi dayanası da deyildi. 

Adamları yarıb, Ģeriflərlə dustaq üçün açılan cığıra çıxdı; onu tapdalamamaq üçün camaat geri 

çəkilməli  oldu.  Sifəti  suvaq  parçasına  bənzəyirdi,  Ģlyapası  yana  əyilmiĢ,  lələyi  gözünün  üstünə 

düĢmüĢdü,  ətrafı  görə  bilmək  üçün  onu  yuxarı  atmaq  lazım  idi.  Amma  o  bunun  fərqində  belə 

deyildi.  Onların  qabağını  kəsib  zənciyə  baxır,  getmələrinə  imkan  vermirdi.    Bircə  kəlmə  də 

danıĢmadı, elə bil, ona bircə Ģey lazım idi, məhz o Ģeyə görə –  zəncinin sifətinə bircə dəfə də 

olsa baxmaq üçün camaatı bu qədər narahat etmiĢ, bu cür bəzənib-düzənmiĢ və Ģəhərə gəlmiĢdi. 

Sonra geri dönüb adamların arasında gözdən  itdi, ceffersonlu polislərlə  birlikdə zəncini aparan 

maĢınlar  ordan  uzaqlaĢandan  sonra  adamlar  onu  görmək  üçün  ətrafa  boylananda  izi-tozu  belə 

qalmamıĢdı.  Adamlar  yenə  meydana  axıĢdı,  Dok    dayı  da    yerində  –  qadının  onu  əyləĢdirib 

gözləməyi  tapĢırdığı  stulda  yox  idi.  Ancaq  hamı  meydana  getməmiĢdi.  Bir  çoxları  orda  qalıb 

hələ  də  həbsxana  binasına  tamaĢa  edirdi,  sanki,  indicə  oradan  zəncinin  özü  yox,  kölgəsi 

çıxarılmıĢdı.      

FikirləĢiblər  ki,  yəqin,  qadın  Dok  dayını  evlərinə  aparıb.  Stul  isə  Dolların  dükanının 

önündəymiĢ; Dollar deyir ki, qadın camaatdan bir az qabaq ora qayıdıb. Deyir, o gələnəcən Dok 

dayı  yerindən  tərpənməyib,  qadın  onu  stulda  necə  qoymuĢdusa,    eləcə  də  oturub  qalıb;  gələn 

kimi əliylə onun çiyninə vurub, o da dərhal yerindən qalxıb, bir yerdə çıxıb gediblər. Dollar bunu 

öz  gözləriylə  görüb.  Deyir  ki,  Dok  dayının  vəziyyətinin  çox  pis  olduğu  sifətindən  bilinirdi, 

əslində, bu halda o, evdə oturmalıydı, bayıra çıxmamalıydı.  

Ancaq  qadın  onu  evə  aparmayıb.  Bir  qədər  sonra  adamlar  Dok  dayının  heç  bir  yardıma 

ehtiyacı olmadığını, özü yeridiyini görüblər. Elə bil, hər ikisi eyni iĢi görmək istəyirmiĢ. Eyni iĢi 

– amma fərqli səbəblərə görə; hər ikisi də bilirmiĢ ki, o birinin bu iĢi tutmağa baĢqa səbəbi var; 

əgər onlardan hansısa bu iĢi öz istədiyi kimi görsə, bu, o biri üçün pis nəticələnəcək. Sanki, hər 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə