Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə104/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   100   101   102   103   104   105   106   107   ...   192

 

21



Hayns  zərərsiz  olduğu  üçün  bunu  ona  bağıĢladı;  ancaq  cavan  Haynsı  belə  Ģeyə  görə  heç  cür  

bağıĢlamaz, hökmən gözümçıxdıya salardı. Sadəcə, bu qərara gəldi: “Onlar dəlidilər, zənci dəlisi 

olublar. Bəlkə də, yankidilər” və bununla da sakitləĢdi. Bəlkə də, Ģəhər bu adamın zənci qəlbləri-

nin xilası iĢinə sadiqliyini deyil, özünü – bu qocaların zəncilərdən sədəqə götürməsinə biganəli-

yini bağıĢlamıĢdı; zira əqlin ən xoĢbəxt xisləti vicdanın həzm etmədiyi Ģeyi unutmaqdır. 

Beləliklə,  iyirmi  beĢ  ildi  bu qoca  ər-arvad dolanıĢıq üçün  heç  bir  məlum gəlir  mənbəyinə 

malik  deyildi,  Ģəhər  isə  pay-puĢ  gətirən  zənci  qadınlara,  ağzı  bağlı  nimçə  və  qazançalara  göz 

yumurdu;  hərçənd  bu  nimçə  və  qazançaların  bir  qismi  həmin  zənci  qadınların  qulluqçuluq 

etdikləri  ağ  adamların  mətbəxlərindən  götürülürdü.  Bəlkə,  bunu  da  əqlin  unutqanlığı  ilə  izah 

etmək  olardı.  Hər  halda,  Ģəhər  buna  heç  cür  fikir  vermirdi  və  düz  iyirmi  beĢ  ildi  bu  qoca  ər-

arvad,  sanki,  buraya  ġimal  qütbündən  gəlib  düĢmüĢ  bir  cüt  müĢk  öküzü

21

,  yaxud  da  buz 



dövründən  qalma  bir    cüt  vəhĢi    heyvan  kimi  öz  mamır  basmıĢ  tənhalıqlarının  ən  dərin 

cəngəlliyində yaĢayırdılar. 

Arvadı,  demək  olar  ki,  heç  vaxt  görməzdilər,  Dok  dayı  kimi  tanınan  ər  isə  Ģəhər 

meydanının  daimi  sərgərdanlarından  idi:  o,  sifətində  hələ  də  keçmiĢ  cəsurluğunmu, 

dəlisovluğunmu,  yaxud  da  bəsirətliliyin  və  ya  ifrat  mənəm-mənəmliyinmi  izləri  qalan,  əynində 

yaxalıqsız,  kirli  parusin  köynək,  əlində  özü  yonub  düzəltdiyi,  dəstəyi  ovucun  təzyiqindən 

pardaxlanıb  qoz  rənginə  çalan  və  ĢüĢə  kimi  par-par  parlayan  ağır  bir  əsa  olan,  üst-baĢı  kirli 

qocaydı. Əvvəllər, Memfisdə hansı qulluqdasa iĢləyərkən ayda bir dəfə evə gəldiyi vaxtlar özü 

barədə  az-maz  nəsə  deyərdi;  özü  də  bunları,  sadəcə,  müstəqil,  heç  kimdən  və  heç  nədən  asılı 

olmayan  adamlara  xas  əminliklə  deyil,  həm  də  bir  vaxtlar  –  bir  az  uzaq  keçmiĢdə  bundan  da 

mötəbər  bir adam olduğuna dəlalət edən  xüsusi  bir  ədayla danıĢardı. Bu danıĢıqda uğursuzluğa 

düçar  olmuĢ  adamlara  xas  heç  bir  məyusluq  hiss  olunmazdı.  Əksinə,  onda  daha  çox  haçansa 

özündən aĢağılara  hökm etmiĢ,  sonra  isə könüllü  surətdə  – onun  fikrincə,  müzakirəsinə  ehtiyac 

duyulmayan, baĢqaları üçün dərkedilməz səbəblərə görə – öz həyat yolunu dəyiĢmiĢ adama xas 

əminlik  duyulurdu.  Amma  bütün  zahiri  bitkinliyinə  baxmayaraq,  onun  bu  söhbətləri  boĢ, 

mənasız  bir  Ģey  kimi  səslənirdi.  Buna  görə  də  hələ  o  vaxtlar  onu  bir  az  ağıldankəm  hesab 

edirdilər.  Ona  görə  yox  ki,  özü  barədə  danıĢarkən,  sanki,  bir  Ģeyi  deyəndə  baĢqa  bir  Ģeyi 

gizlətməyə  çalıĢırdı.  Sadəcə,  onu  dinləyənlərin  fikrincə,  bu  adamın  danıĢdıqları  insan 

imkanlarının hüdudları sayılan (və yaxud sayılmalı olan) çərçivəyə heç cür sığmırdı. Bir müddət 

onlara  elə  gəldi  ki,  bu  adam  əvvəllər  keĢiĢ  olub.  Sonra  o,  dumanlı  və  əzəmətli  ifadələrlə 

Memfisdən danıĢmağa baĢladı, sanki, bütün ömrü boyu orda mühüm, amma adını heç cür dilinə 

gətirmədiyi  rəhbər  vəzifədə  iĢləmiĢdi.  “Elədi,  –  Motstaunda  onun  arxasınca  cürbəcür  lətifələr 

                                                

21

 



 MüĢk öküzü – yalnız  ġimali Amerikanın arktik bölgələrində yaĢayan,  bütün bədəni tüklə örtülü məməli 

heyvan; müĢk iyi verdiyi üçün müĢk öküzü adlanır. 




 

21



qoĢmağa  baĢladılar,  –  o  orda  dəmiryoluna  rəhbərlik  edib.  Keçiddə  dayanaraq,  qatar  keçərkən 

əlindəki qırmızı bayrağı havaya qaldırmaq kimi məsul bir iĢlə  məĢğul olub”. Yaxud:  “MəĢhur  

qəzetçiymiĢ.  Parkda  yerə  tökülən  köhnə  qəzet  vərəqlərini  yığıb-yığıĢdırırmıĢ”.  Ancaq  heç  kim, 

hətta ən diribaĢ, ağızdan yava adamlar belə bu sözləri onun üzünə deməyə cürət etmirdi. 

Sonra o, Memfisdəki iĢini itirdi, ya da özü atdı. Bir Ģənbə günü axĢam evə gəldi və  bazar 

ertəsi  geri  qayıtmadı.  O  vaxtdan  bütün  günü  Ģəhərin  mərkəzində,  meydanda  gəzib-dolaĢmağa 

baĢladı  –  qaradinməz,  üst-baĢı  kirli,  gözlərindən  ətrafa  qəzəb,  qorxu  saçan  bir  qoca;  adamlar 

onun  gözlərindəki  bu  ifadəni  dəliliklə  izah  edirdilər;  ondan  qocalmıĢ  qəddarlıq  iyi,  qəddarlıq 

üfunəti  gəlirdi  –  kül  içində  kömür  kimi  çürüməkdə  olan,  haçansa  dörddəbiri  ehtiraslı,  qızğın 

əqidə  inancından,  dörddəüçü  isə  yumruq  döyüĢü  hünərindən  ibarət  inadkar  protestant  fanatik-

liyinə  malik  bir  iy...  Buna  görə  nə  onun  payi-piyada  bütün  əyaləti  dolaĢıb  zənci  kilsələrinə 

ibadətə  getdiyi,    ya  da  o  kilsələrdə  moizə  oxumağa  baĢladığı  Ģəhər  əhlinə  məlum  olanda  onlar 

buna  təəccüblənmədilər.  Təəccüblənmədilər  ki,  nə  üçün  tamamilə  zənci  səxavəti  və  sədəqə-

sindən  asılı  olan  bu  ağ  adam  təkbaĢına  uzaq  zənci  kilsələrinə  gedib,  oradakı  ibadəti  yarımçıq 

kəsir, kafedraya qalxır, öz ölgün səsilə sərt, bəzən isə qəzəblə, ədəbsiz söyüĢlər iĢlədərək, onları 

dərisi  öz  dərilərindən  azacıq  belə  ağ  olan  insanlara  itaət  etməyə  çağırır,  ağ  irqin  üstünlüyünü 

təbliğ edir, özünü  bu  irqin  ən  nümunəvi  nümayəndəsi kimi (qeyri-ixtiyari, qatı  mövhumatçı  bir 

paradoks)  qələmə  verir. Zəncilərə elə gəlirdi ki, o ya Allahın qəzəbinə tuĢ gəlmiĢ, ya da Allah 

tərəfindən niĢanlanmıĢ anormal bir adamdır.   Güman ki, onlar onun nə dediyini dinləmir, ya da 

heç baĢa düĢmürdülər. Bəlkə də, onu Allahın özü kimi qəbul edirdilər, çünki onlara görə, Allah 

da ağdəriliydi və Onun da əməlləri onlar üçün tamamilə anlaĢılmaz idi.  

Kristmasın adı ilk dəfə Ģəhərdə yayıldığı gün kiçikdən-böyüyə hamı – balaca oğlan uĢaq-

ları, dükançılar, kontor iĢçiləri, digər boĢ-bekar adamlar və seyrçilər (onların arasında  kombine-

zonlu kəndçilər daha çox idi) birdən harasa qaçmağa baĢlayanda Hayns da Ģəhər mərkəzindəydi. 

O da qaçmağa baĢladı. Ancaq bərk qaça bilmirdi, sonra önündə getdikcə çoxalan insan kürəkləri 

ona heç nəyi görməyə imkan vermədi. Buna rəğmən o, zorakı bir inadla heç kimdən geri qalmaq 

istəmədən, sanki, hələ də sifətindən oxunan keçmiĢ dəlisovluğunu birdən yadına salaraq, əvvəlcə 

önündəkilərin  kürəyindən  itələyə-itələyə,  sonra  isə  əlindəki  əsayla  onları  kötəkləyə-kötəkləyə 

qarĢıdakı  hay-küylü,  bütöv  bir  Ģey  kimi  ləngərləyən  qarıĢıqlığa  yetiĢməyə  çalıĢdı;  adamlar, 

nəhayət,  geri  dönüb  baxanda  onu  dərhal  tanıdılar,  tutub  saxlamaq  istədilər,  amma  o,  dartınıb 

onların əlindən çıxdı, yenidən ağır əsanı iĢə saldı. 

“Kristmas? – o çığırdı. – Onlar “Kristmas” deyə qıĢqırırlar?” 

“Kristmas!  –  onu  tutanlardan  biri  çığırdı,  onun  da  sifəti  qəzəbdən  əyilmiĢdi.  –  Kristmas! 

Ceffersonlu ağ zənci, ötən həftə o qətli törədən adam”. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə