Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə103/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   99   100   101   102   103   104   105   106   ...   192

 

20



Qamçı  havada  oynayır,  qatırlar  yerindən  götürülür.  Bu  araba  da  qamçı  zərbəsi  altında 

sürətlə üzüaĢağı yellənib gözdən itir. Kristmas isə artıq geri çevrilib, yenidən meĢəyə girir. 

Onun tutub getdiyi yol yenə də dərə-təpəni, çala-çuxuru vecinə almayan geodeziyaçı xətti 

kimi  dümdüzdür.  Amma  tələsmir.    Harda  olduğunu,  hara  getdiyini,  ora  çatmaq  üçün  nə  qədər 

vaxt  lazım  gəldiyini  yaxĢı,  dəqiq  bilən  adam  kimi  yeriyir.  Sanki,    bu  doğma  torpağın  hər 

qarıĢına, hər mənzərəsinə birinci və axırıncı dəfə yaxĢı-yaxĢı, doyunca baxmaq istəyir. Təbiətin 

qoynunda  böyümüĢ,  kiĢiləĢmiĢdi,  zahiri  görkəmini,  düĢüncə  tərzini  də  təbiət  özü  formalaĢdır-

mıĢdı, amma o, üzməyi bacarmayan matros kimi, bu təbiətin əsl siması, onun hissiyyatı haqqında 

heç  nə  öyrənməmiĢdi.  Düz  bir  həftəydi  ki,  bu  təbiətin  ən  xəlvət  yerlərində  gizlənmiĢ,  özünə 

sığınacaq  tapmıĢdı,  lakin  o,  torpağın  itaət  etməli  olduğu  sarsılmaz  qanunlara  hələ  də  yad  idi. 

Asta,  rəvan  addımlarla  irəliləyərkən  bir  müddət  ona  elə  gəlir  ki,  məhz  bunlar  –  ətrafa  baxıb 

gördükləri  –  ona  bu  qədər  sakitlik,  dinclik,  rahatlıq  gətirib;  amma  birdən,  qəflətən  əsl  həqiqəti 

anlayır.  Özünü  qupquru,  yüm-yüngül  hiss  edir.  “Mən  daha  yemək  dərdi  çəkməməliyəm,  –  o 

düĢünür. – Məsələ də bundadır”. 

Günortayacan səkkiz mil yol getdi. Budur, indi enli çınqıl yola, Ģoseyə çıxır. Bu dəfə əlini 

qaldıranda  araba  sakitcə  dayanır.  Arabanın  sürücüsü  zənci  oğlan  uĢağının  sifətində,  o 

adamlardan, onu tanıyanlardan fərqli olaraq, heç bir təəccüb, heç bir qorxu hiss olunmur.  

– Bu yol hara gedir? – Kristmas soruĢur.  

– Motstauna. Mən ora gedirəm.  

– Motstaun. Ceffersondan da keçəcəksən? 

Oğlan boynunun dalını qaĢıyır. 

– Bilmirəm, o hardadı. Mən Motstauna gedirəm.  

– Hə-ə... – Kristmas deyir. – Aydındı. Deməli, sən buralı deyilsən.  

–  Bəli,  ser.  Biz  burdan  iki  əyalət  o  yanda  yaĢayırıq.  Üç  gündü  yoldayam.  Motstauna  da 

birillik düyə dalınca gedirəm, onu orda atam alıb. Siz Motstauna getmək istəyirsiniz? 

– Bəli,  –  Kristmas cavab  verir.  Arabaya qalxıb oğlanın  böyründə oturur. Araba  yerindən 

tərpənir.  “Motstaun”,  –  o  fikirləĢir.  Cefferson  cəmi  iyirmi  mil  aralıdadır.  “Ġndi  bir  az  dincələ 

bilərəm, – o fikirləĢir. – Yeddi gündü dinclik nədi bilmirəm, buna görə də indi bir az dincəlmək 

olar”. FikirləĢir ki, bu cür rahatca oturubsa, araba onu yırğalayan kimi, bəlkə, yuxuya da gedər. 

Ancaq  getmir.  Nə  yuxusu  gəlir,  nə  də  aclıq  hiss  edir;  heç  yorğunluğu  da  yoxdur.  Hardasa 

bunların  arasında,  ortasında  qalıb,  arabanın  ahənginə  uyğun  yırğalana-yırğalalana,  dalğın, 

hissiyyatsız halda buğlanır. Vaxtın, məsafənin ölçüsünü təmiz itirib; beləcə bəlkə də bir, bəlkə də 

üç saat keçir. Zənci oğlan deyir:  

– Motstaun. Bax, odur.  




 

21



Baxır, güclə sezilən döngədən o yanda üfüqdə alçaq tüstü topasını görür;  yenidən  küçəyə, 

otuz  ildir  uzanıb  gedən  küçəyə  çıxır.  Küçə  daĢ  döĢənmiĢ  küçəydi,  burda  yeyin-yeyin  yerimək 

lazım idi. Bu küçə qəribə bir çevrə cızırdı, amma o bu çevrədən heç cür qırağa çıxa bilməmiĢdi. 

Son yeddi gündə ayağı daĢ döĢənmiĢ küçəyə dəyməsə də, otuz ildə getdiyindən çox yol getmiĢdi. 

Amma  hər  halda,  o  çevrədən  qırağa  çıxa  bilməmiĢdi.  “Hər  halda,  bu  yeddi  gündə  otuz  ildə 

getdiyimdən  çox  uzağa  getmiĢəm,  –  o  düĢündü.  –  Amma  bu  çevrədən  qırağa  heç  cür  çıxa 

bilməmiĢəm. Özüm öz ətrafıma cızdığım çevrəni heç cür yarıb keçə bilməmiĢəm, indən belə isə 

onu  heç  cür  təzədən  cıza  bilmərəm”.  Arabada  oturub  sakitcə  fikirləĢir,  aĢağıda  isə  çəkmələri  – 

qara, zənci iyi verən çəkmələri ön taxtaya dirənib:  indi topuğundan olan qara lehmə qara ölüm 

kimi  dabanlarından  baĢlayaraq  ayaqları  boyu  açıq-aĢkar  yavaĢ-yavaĢ,  sürünə-sürünə  üzüyuxarı 

qalxır. 

 

15 



 

Kristmasın  cümə  günü  ələ  keçdiyi  Motstaun  Ģəhərində  Haynslar  deyilən  bir  cüt  qoca  ər-

arvad  vardı.  Onlar  buraya  çoxdan  köçmüĢdülər  və  çox  yaĢlıydılar.  Zəncilərin  qonĢuluğunda 

artırmalı,  kiçik  bir  evdə  yaĢayırdılar:  necə  və  nəyin  hesabına  –  Ģəhər  bunu  bilmirdi,  çünki 

tamamilə yoxsul və iĢsiz-gücsüz idilər; Ģəhərin bildiyi qədər, ər Hayns son iyirmi beĢ ildə beĢcə 

gün belə bir yerdə iĢləməmiĢdi.  

Motstauna otuz il bundan əvvəl köçmüĢdülər. Günlərin bir günü qonĢular gözlərini açanda 

onun  arvadını  o  vaxtdan  bəri  yaĢadıqları  bu  evdə  görmüĢdülər;    hərçənd  evin  sahibi  ər  Hayns 

birinci beĢ il ərzində evə yalnız ayda bir dəfə – Ģənbə  və bazar günləri gəlirdi. Tezliklə məlum 

oldu  ki,  o,  Memfisdə  hansısa  qulluq  sahibidi.  Nə  iĢ  gördüyünü  heç  kəs  bilmirdi,  çünki  elə  o 

vaxtdan  anlaĢılmaz  adam  idi;  ona  otuz  yaĢ  da  vermək  olardı,  əlli  də,    soyuq  fanatizm  qarıĢıq 

dəlilik  yağan  baxıĢları  isə  hər  cür  ünsiyyətə,  sözə-söhbətə  tamam  qapalıydı.    ġəhər  onların  hər 

ikisinə  –  ərə  də,  arvada  da  bir  qədər  dəli  kimi  baxırdı:  adamayovuĢmazdılar,  boz,  torpaq 

rəngindəydilər,  əksər  insanlarla  müqayisədə  boydan  xeyli    qısaydılar,  elə  bil,  baĢqa  cinsdən, 

baĢqa xəmirdən yoğurulmuĢdular. Ancaq ər Hayns birdəfəlik Motstaunda köç saldıqdan, o kiçik 

evdə öz arvadı ilə birlikdə yaĢamağa baĢladıqdan sonra beĢ, ya altı il ərzində gücü çatan cürbəcür 

təsadüfi  iĢlərdə  çalıĢdı. Sonra  buna da son qoydu. ġəhər əvvəlcə  buna  məəttəl qaldı:  indi onlar 

necə,  nəyin  hesabına  yaĢayacaqlar?!  Ancaq  bir  az  keçəndən  sonra  bu  barədə  düĢünməyi  belə 

unutdu;  sonralar  ər  Haynsın  pay-piyada  bütün  əyaləti  dolaĢıb,  zənci  kilsələrində  moizələr 

oxuduğunu eĢidəndə, zənci qadınların əllərində nəsə, çox güman ki, pay-puĢ, zaman-zaman arxa 

qapıdan  onların  evinə  girdiklərini,  sonra  da  o  evdən  əliboĢ  çıxdıqlarını  görəndə  də  Ģəhər  yenə 

əvvəlcə  buna  bir  qədər  təəccüb  qaldı,  amma  tezliklə  onu  da  unutdu.  Ya  unutdu,  ya  da,  qoca 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə