Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə99/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   95   96   97   98   99   100   101   102   ...   192

 

20



yerdə yenidən hay-küy qopdu, kimsə pıçıltı ilə qıĢqırdı: “Əlimizdən çıxdı, saxlaya bilmədik” və 

Rozun yenidən kilsənin içinə necə qaçdığını eĢitdik; bax elə bu zaman dyakon Vayns mənə dedi: 

“Roz onu öldürəcək. Qatırın belinə atlan, Ģerifin dalınca get. Necə görmüsən,  hamısını danıĢ”.  

–  Ancaq  heç  kim  ona  heç  nə  eləməmiĢdi,  rəis,  –  zənci  dedi.  –  Heç  adını  da  bilmirik. 

Əvvəllər bir dəfə də olsun üzünü görməmiĢik. Rozu da tutub saxlamaq üçün çox çalıĢdıq. Axı o, 

çox  iri  adamdı,  amma  bu  adam  hamının  gözü  qabağında  onun  babasını  yumruqla  vurub  yerə 

sərdi, Roz da  əlində  ülgüc, özü də  ağzı açıq, o ağ adamın dalınca təkrar qaçıb kilsəyə  girərkən 

gözü  ayağının  altını  görmürdü,  əlinə  kimin  keçəcəyinin  fərqində  belə  deyildi.  Amma  Allah 

haqqı, biz onu tutub saxlamaq üçün çox çalıĢdıq. 

Zənci  Ģerifə  yalnız  bunları  danıĢdı,  çünki  yalnız  bunları  bilirdi.  Dərhal  da  qatırına  minib 

geri  qayıtdı:  ancaq  hələ  bilmirdi  ki,  o  bunları  Ģerifə  danıĢarkən  zənci  Roz  artıq  kilsə 

yaxınlığındakı  bir  daxmada  huĢsuz  halda  yatağa  uzandırılıb,  çünki  o,  artıq  zülmət  qaranlığa 

bürünmüĢ kilsənin  içinə  cumarkən qapının  arxasında pusquda duran  Kristmas  əlindəki  skamya 

ayağı  ilə vurub onun beyninin sümüyünü qırmıĢdı. Var gücü ilə, qəzəblə, qaçan ayaqların səsini 

və  qapıya  soxulan  enli  kölgəni  niĢan  alaraq  bircə  dəfə  vurdu;  elə  o  andaca  onun  arxası  üstə 

çevrilmiĢ  skamyanın  üstünə  aĢaraq  necə  susduğunu  eĢitdi.  Dərhal  da  kilsədən  bayıra,  torpağın 

üstünə tullandı, sərbəst vəziyyət alaraq yerində donub-qaldı; skamyanın ayağı  hələ də əlindəydi, 

sakit idi, heç tövĢümürdü də. Sanki, hava da sərin idi, tərləmirdi; qaranlıq ona sərinlik gətirirdi. 

Kilsənin  həyəti  –  oraqĢəkilli,  qupquru,  tapdanmıĢ  ağımtıl  torpaq  kolluqlarla,  ağaclarla  əhatə 

olunmuĢdu.  Bilirdi  ki,  kolluqlar  zəncilərlə  doludu:  onların  baxıĢlarını  öz  üzərində  hiss  edirdi. 

“Baxırlar, diqqətlə baxırlar, – o düĢündü. – Hətta məni görmədiklərini belə bilmirlər”. Ağır-ağır 

nəfəs  alırdı;  hiss  eləyirdi  ki,  əli  özündən  asılı  olmadan  qalxıb-enir,  sanki,  skamya  ayağının  

ağırlığını yoxlamaq istəyir, elə bil, onu heç vaxt əlinə almamıĢdı. “Sabah üstünə naxıĢ vuraram”, 

–  o  düĢündü.  Sonra  səliqə  ilə  onu  divara  söykədi,  köynəyinin  cibindən  siqaret,  kibrit  çıxardı. 

Kibriti yandırıb, baĢı bir az yana əyilmiĢ halda yerində dondu, xırda sap-sarı od alıĢana qədər bu 

vəziyyətdə  qaldı.    Heyvan  dırnağının  səsini  eĢitdi.  Bu  səsin  neçə  baĢladığına,  yavaĢ-yavaĢ 

bərkidiyinə,  sonra  isə  öləziyib  yox  olduğuna  qulaq  verdi.  “Qatırla  gedir,  –  alçaq  səslə  dedi.  – 

ġəhərə  yaxĢı  xəbərlər  aparır”.  Siqaretini  yandırdı,  kibrit  dənəsini  kənara  tullayıb,  tüstünü 

hərisliklə uda-uda, zəncilərin bu kiçicik canlı guĢəyə yönəlmiĢ baxıĢlarını üzərində hiss edə-edə 

ordaca  dayanıb  qaldı,  yerindən  tərpənmədi.  Siqaretini  çəkib  qurtaranacan  orda  qalsa  da, 

sayıqlığını  itirməmiĢdi.  Belini  divara  söykəyib,  skamya  ayağını  sağ  əlində  tutmuĢdu.  Siqareti 

sonunacan çəkdi, sonra onun kötüyünü uzağa, zəncilərin gizləndiyini  hiss etdiyi  kolluğun  içinə 

fırlatdı.  “Kötüyü  tutun,  uĢaqlar”,  –  gecənin  lal  sükutunda  birdən  onun  səsi  möhkəm  gurladı. 

Kolluqda  gizlənmiĢ  zəncilər  siqaret  kötüyünün  göz  vura-vura  torpağın  üstünə  necə  düĢdüyünə, 




 

20



bir  müddət  orda  necə  közərə-közərə  qaldığına  tamaĢa  etdilər.  Ancaq  onun  ordan  haçan  çıxıb 

getdiyini, hansı tərəfə yollandığını heç cür görmədilər.  

Sabahı  gün  səhər  tezdən,  saat  səkkizdə  Ģerif  öz  dəstəsi  və  itlərlə  birlikdə  ora  gəldi.  Bir 

qəniməti – həm də itlərin heç bir köməyi olmadan – onlar dərhal ələ keçirdilər. Kilsə bomboĢ idi; 

bütün  zəncilər,  sanki,  yerin  altına  girib  yox  olmuĢdular.  Adamlar  içəri  girib,  səssizcə  burdakı 

dağıntıya tamaĢa etdilər. Sonra bayıra çıxdılar. Ġtlər dərhal kiminsə izinə düĢdülər, amma onlar 

harasa  yollanmamıĢdan  əvvəl  köməkçi  divardakı  yarıqda  bir  kağız  parçası  gördü.  Görünür,  o 

bura  təsadüfən  düĢməmiĢdi;  açıb  baxdılar,  cırıq  bir  siqaret  bürməsi  olduğunu  gördülər;  iç,  ağ 

tərəfinə nəsə yazılmıĢdı. Özü də kor-kobud – ya bacarıqsız əllə, ya da qaranlıqda yazılmıĢdı; çox 

qısaydı. ġerifə ünvanlanmıĢ, amma imza qoyulmamıĢ tək bir cümlədən ibarət idi. “Bəs mən sizə 

nə demiĢdim”, – Ģerifin yanınca gələnlərdən biri dedi. Onun da üzü indiyəcən bir dəfə də olsun 

görmədikləri  qaçağınkı  kimi  qırxılmamıĢdı,  çirkliydi,  sifəti  hiddət  və  uğursuzluqdan  gərginləĢ-

miĢ, sərsəm hala düĢmüĢdü; səsi, sanki, son vaxtlar uzun müddət qıĢqırıb-bağıran, ara vermədən 

danıĢan adam kimi batmıĢdı, xırıltılıydı: “Mən hamınıza demiĢdim! DemiĢdim axı!”     

– Nə demiĢdin? – Ģerif öz soyuq, sakit nəzərlərini ona zilləyib, əlindəki kağızı buraxmadan 

soyuq,  sakit  bir  tərzdə  soruĢdu.  –  Haçan  demiĢdin?  O  isə  qeyzlə,  artıq  heç  nəyə  dözməyə  tabı 

qalmamıĢ  adam  kimi  əlacsız,  dilxor  halda  Ģerifə  baxdı;  gözlərini  ondan  çəkməyən  köməkçi 

düĢündü: “Əgər o bu mükafatı almasa, doğrudan da öləcək”. Həmin adamın ağzı səssizcə açıldı, 

acıqlı sifətinə ağır bir nigarançılıq, heyrət ifadəsi çökdü, sanki, öz qulaqlarıyla eĢitdiklərinə inana 

bilmirdi.  

– Mən sənə demiĢəm,  – Ģerif cansıxıcı,  yeknəsəq səslə  sözünə davam etdi,  – əgər bu  iĢi 

necə  aparmağım  xoĢuna  gəlmirsə,  qayıdıb  Ģəhərdə  gözləyə  bilərsən.  Orda  oturub  gözləməyin 

üçün yaxĢı yer də var. Özü də dili qarnında, yoxsa, deyəsən, gün sənin baĢını əməlli-baĢlı xarab 

eləyib. DemiĢəm sənə, ya yox? Hə? Cavab ver.  

O,  ağzını  yumdu.  Sanki,  var  gücünü  toplayaraq  baxıĢlarını  zorla  yana  çəkdi,  qurumuĢ 

boğazını zorla dilə gətirdi: “Bəli.” 

ġerif ağır-ağır geri çevrildi, əlindəki kağızı sıxıb əziĢdirdi.  

– ÇalıĢ, bir də bunu beynindən çıxarma, –  o dedi. – Əgər səndə beyin deyilən bir Ģey varsa. 

–  Səhərçağı  günəĢ  Ģüalarının  iĢıqlandırdığı  sakit,  diqqətli  sifətlər  onları  dövrəyə  almıĢdı.  – 

Mənim  buna  Ģübhə  etməyimə  gəlincə,  əgər  bilmək  istəyirsənsə,  bunu  Çənabı  Allahın  özü 

buyurur. – Kimsə pıqqıldadı. – Bəsdi,  hay-küy saldınız, – Ģerif dedi. – Getdik. Ġtləri burax, Byuf.  

Getdilər,  amma  itlərin  xaltası  hələ  də  əllərindəydi.  Onlar  dərhal  izə  düĢdülər.  Ġz  yaxĢı 

bilinirdi,  Ģeh  düĢdüyü  üçün  asan  seçilirdi.  Qaçaq  adam,  deyəsən,  onu  heç  gizlətməyə  də 

çalıĢmamıĢdı.  Onlar  hətta  bulaqdan  su  içmək  üçün  əyildiyi  yerdə  onun  dizlərinin,  ovuclarının 

izini də aydın gördülər. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə