Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə95/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   91   92   93   94   95   96   97   98   ...   192

 

19



qarıĢaraq, hər cür məntiqi və bəraəti rədd edən, amansız alov kimi onları udub əridən qətiyyətə 

çevrildi: İstəmirəm! İstəmirəm!   

 

AxĢam  alatoranında  kabinetin  pəncərəsi  önündə  oturub  küçəyə  baxarkən  Bayronun  fənər 



iĢığının  altına  girib  sonra  çıxdığını  görəndə,  oturduğu  kresloda  özünü  bir  az  qabağa  verdi.  Ġlk 

anda  –  küçədə  gördüyü  fiqurun  kim  olduğunu  tanıyan  kimi  fikirləĢdi    Aa-a.  Onun  bu  axşam 



gələcəyini    gözləyirdim.  Hətta  yalandan  olsa  belə  şeytana  özünü  bənzətmək  onun  təbiətinə  xas 

deyil  Bunu  fikirləĢib qurtarmamıĢ  silkindi, özünü bir  az da qabağa  verdi:  küçə  fənərinin parlaq 

iĢığında yaxınlaĢan adamı tanıdı, bir an sonra isə elə bildi ki, səhv eləyir, hərçənd əmin idi ki, 

səhv  eləmir,  bu  adam  Bayrondan  baĢqası  ola  bilməz,  çünki  o  artıq  həyət  qapısına  tərəf 

dönmüĢdü.  

Bu gün Bayron baĢqa adamdı. Bu onun yeriĢindən, gərdiĢindən də duyulur; Haytauer bir az 

qabağa  əyilib öz-özünə  deyir  Elə bil, məğrur olmağı, yaxud dikbaşlıq eləməyi öyrənib Bayron 

baĢını dik tutub, çiyinlərini qabardaraq  iti addımlarla  yeriyir; Haytauer  birdən, az qala, ucadan 

deyir:  “O  nə  isə  eləyib.  Nəsə  bir  iĢ  görüb”.  Qaranlıq  pəncərəyə  tərəf    əyilərək,  ağzında  dilini 

nırçıldada-nırçıldada o fiqurun sürətlə görmə bucağından çıxıb itdiyinə, artırmaya, qapıya tərəf 

getdiyinə tamaĢa eləyir, bir saniyədən sonra isə addım səsləri, qapı tıqqıltısı eĢidilir. “Mənimləsə 

bölüĢmək  istəmədi,  –  o  fikirləĢir.  –  Mən  onu  dinləyərdim,  danıĢa-danıĢa  fikirləĢməsinə  mane 

olmazdım.”  Artıq  onu  otaqda  gözləyir,  masanın  böyründə  ayaq  saxlayır  ki,  çırağı  yandırsın. 

Sonra giriĢ qapısına tərəf gedir. 

– Mənəm, keĢiĢ həzrətləri, Bayrondu, – Bayron deyir. 

–  Mən  sizi  tanıdım,  –  Haytauer  deyir.  –  Hərçənd  ki  bu  dəfə  aĢağıda    ayağınız  pilləkənə 

iliĢmədi.  Bayron,  siz  bu  evdə  çox  olmusunuz,  amma  bu  günə  qədər  bir  dəfə  də  olsun  aĢağıda 

ayağınız  pilləkənə  iliĢmədən  yuxarı  qalxmamısınız.  –  Adətən,    Bayronun  bu  evə  ziyarətləri, 

qonaq  sıxılmasın  deyə  bu  cür  bir  qədər  zarafatyana  və  ilıq  notlarla  müĢayiət  olunurdu,  qonaq 

tərəfindən isə bu çaĢqın, yöndəmsiz, bütün məğzi ev sahibinə qarĢı ehtiram göstərməkdən ibarət 

olan kəndçi utancaqlığı  ilə qarĢılanırdı. Bəzən Haytauerə  elə  gəlirdi ki, o, Bayronu  –  sanki,  bu 

adamın üstündə  yelkən  varmıĢ kimi  – qəsdən, bircə dəfə  nəfəsini  içəri  çəkməklə  bu evə dartıb 

gətirir. 

Bu  dəfə  Bayron,  Haytauerin  sözünü  bitirməsini  gözləmədən  içəri  girir.  Təntimədən, 

sifətindəki yeni, qətiyyətlə dikbaĢlıq arasında qalan bir ifadəylə birlikdə otağa daxil olur.  

– Elə bilirəm ki, iliĢmədən gəlməyim iliĢərək gəldiyimdən betər xoĢunuza gəlməyəcək,  – 

Bayron deyir.  

– Siz mənə ümid verir, yoxsa təhdid edirsiniz, Bayron?   

– Yox, mən bunu təhdid kimi demədim, – Bayron deyir.      




 

19



– Aha, – Haytauer deyir. – BaĢqa sözlə, siz mənə ümid yeri qoymursunuz. Nə olar, ən azı, 

bu  barədə  xəbərdar  edilmiĢ  oldum.  Mən  sizi  elə  küçə  fənərinin  iĢığında  görən  kimi  bunu 

anladım.  Amma  görürəm  nə  barədəsə  danıĢmaq  istəyirsiniz.  O  Ģey  barəsində  ki,  mənimlə 

məsləhətləĢməyi lazım bilməsəniz də, artıq eləmisiniz. 

 Onlar  kabinetə  tərəf  gedirlər;  Bayron  qapının  ağzında  ayaq  saxlayır,  dönüb  aĢağı,  ev 

sahibinin sifətinə baxır.  

– Deməli, siz bilirsiniz, – o deyir. – Artıq eĢitmisiniz. – BaĢını hələ də qabağa döndərmə-

yib, amma ev sahibinə də baxmır. – Olsun... – deyir. – Əlbəttə, insanın ağzını bağlamaq mümkün 

deyil. Hətta qadının  belə.  Amma  hər  halda,  bilmək  istərdim ki,  bunu sizə  kim deyib. Ona görə 

yox ki, elədiyim iĢə görə xəcalət çəkirəm. Mən bunu heç sizdən gizlətmək fikrində də deyildim. 

Fürsət düĢən kimi özüm hər Ģeyi açıb deyəcəkdim.   

Onlar  iĢıqlı  otağın  qapısı  ağzında  dayanıblar.  Bayronun  əlində  bir  neçə  bağlama,  kağız 

paket olduğunu Haytauer indi görür, yəqin ki, onlar ərzaqla doludu.  

 – Nəyi? – Haytauer deyir. – Siz mənə nəyi demək istəyirdiniz? Nə isə, hələ bir içəri keçin. 

Bəlkə,  bunu mən özüm də bilirəm. Amma siz danıĢanda sifətinizi görmək istəyirəm. Bax, bunu 

bəri  baĢdan  deyirəm,  Bayron.  –  ĠĢıqlı  otağa  keçirlər.  Bağlamalardakı  yemək  idi:  o  özü  belə 

bağlamaları çox daĢımıĢdı, ona görə də bunu dərhal anlamaq çətin olmadı. – ƏyləĢin, – deyir.        

–  Yox,  –  Bayron  cavab  verir.  –  Burda,  sizin  yanınızda  çox  oturmayacam.  –  Və  ciddi, 

təmkinli,  amma  bir  qədər  yazıq,  güvənsiz  də  olsa  qətiyyətli,  israrsız  da  olsa  əmin  bir  duruĢla 

ayaq üstə  dayanır;  ən  yaxın adamının  belə  baĢa düĢməyəcəyi,  bəyənməyəcəyi,  bununla  heç cür 

razılaĢmayacağı, amma özünün düzgün hesab etdiyi bir iĢi görməyə hazırlaĢan adama bənzəyir. 

Deyir: – Bu sizin xoĢunuza gəlməyəcək. Ancaq baĢqa cür də mümkün deyil. Ġstərdim siz də belə 

düĢünəsiniz. Yəqin ki, bu sizin üçün çətin olacaq. Neyləyək, məncə,  hər Ģey belə də olmalıdı.  

Haytauer əyləĢir, qaĢqabağını töküb yenə də masanın üstündən ona baxır.  

– Deyin görüm, neyləmisiniz, Bayron?  

Ġndi Bayronun danıĢığı da ayrı cürdü: qısa, yığcam, dili dolaĢmadan danıĢır, sözləri dəqiq, 

yerli-yerində seçir.  

– Bu axĢam onu ora apardım. O daxmanı əvvəlcədən yığıĢdırıb təmizləmiĢdim. Orda özünə 

yer elədi. Özü belə istədi. O oğlanın heç vaxt belə bir evi olmayıb, bundan sonra da  olmayacaq,  

elə bilirəm ki, bu qadının orda qalmağa tam haqqı var, həm də axı ev sahibi hələlik orda yaĢamır. 

Necə  deyərlər,  hardasa  baĢqa  yerdə  iliĢib  qalıb.  Bilirəm,  bu  sizin  xoĢunuza  gəlməyəcək.  Siz 

bunun üçün çox səbəblər göstərə bilərsiniz, hamısı da ciddi, mühüm.  Deyəcəksiniz ki,  daxma  o 

oğlanın da deyil, onu ora necə buraxmaq olar? Olsun. Bəlkə də, elədir. Amma nə Ģtatda, nə də 

ölkədə  elə  bir  adam  tapılmaz  ki,  o  qızın  buna  haqqı  olmadığını  desin.  Deyəcəksiniz  ki,  bu 

vəziyyətdə onun  yanında qadın  xeylağının  olması  lazımdı. Düzdü. Orda, o qədər cavan olmasa 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə