Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə92/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   88   89   90   91   92   93   94   95   ...   192

 

18



sızdır. Hətta bu həyata qayıtsam belə, o, onsuz da məni eĢitməyəcək, o qadın, o kiĢi də həmçinin 

(hələ onların körpəsini demirəm)” – Axı siz dediniz ki, qadın onun burda olduğunu bilir.    

– Bəli, – Bayron fikrə qərq olmuĢ halda deyir. – Mən elə bilirdim ki, orda nə o qadına, nə o 

kiĢiyə, nə də körpəyə ziyan vura biləcək heç bir hərəkətə yol vermərəm. Amma qadın ora gələn 

kimi ağzıma gələni çərənlədim, hər Ģeyi ona açıb dedim. 

– Mən onu demirəm. Axı onda siz özünüz də bilmirdiniz. Qalan Ģeyləri nəzərdə tuturam. O 

və... o birisi... Hər halda, üstündən üç gün keçib. O qadın sizsiz də bunları öyrənib biləcəkdi. Bu 

üç gün ərzində hökmən kimdənsə eĢidəcəkdi.  

–  Kristmas.  –  Bayron  yenə  də  baĢını  qaldırmır.  –  Ağzının    qırağındakı  ağ  çapıqdan  söz 

salan  kimi  daha  heç  nə  danıĢmadım,  ona  heç  nə  demədim.  AxĢam  Ģəhərə  –  evə  qayıdanda  yol 

boyu  qorxurdum  ki,  bu  dəqiqə  onu  soruĢacaq.  Elə  hey  fikirləĢirdim  ki,  nəsə  uydurum,  baĢını 

qatım,  soruĢmağa  macal  tapmasın.  Mən  elə  bilirdim,  bu  spirt  alverçisini  özü  axır  ki,  axtarıb 

tapmıĢ olsa belə, onun bəd niyyətini – sadəcə, onu ağır gündə qoyub qaçmadığını, üstəlik tapa 

bilməsin  deyə  adını  da  dəyiĢdirdiyini  ondan  gizli  saxlayıram,  sən  demə  özü  bütün  bunların 

hamısını bilirmiĢ. – Bayron, sanki, öz səsinə təəccüb qalıbmıĢ kimi danıĢır, sözünə davam edir. – 

Mənim  ondan  nəyisə  gizləməyə  ehtiyacım  da  yox  idi,  amma  yalan  Ģirin  Ģeydir.  Elə  bil,  nə 

deyəcəyimi,  haçan  yalan  söyləməyə  baĢlayacağımı  qabaqcadan  bilirdi.  Sanki,  özü  bu  barədə 

fikirləĢir,  mən  hələ  deməmiĢdən  o  inanmırdı;  və  bunda  elə  bir  əlahiddə  Ģey  də  yox  idi.  Amma  

onun 

hansısa  parçası  əsl



  həqiqəti  bilirdi,  mən  onu  onsuz  da  aldada  bilməzdim...  –  Onun  dili 

dolaĢır, duruxur; keĢiĢ belini dikəldib, masanın üstündən ona baxır, heç bir yardım göstərmir. – 

Elə  bil,  o  iki  parçaydı,  bir  parçası  bilirdi  ki,  o  oğlan  alçağın,  əclafın  biridi.  O  biri  parçası  isə 

bütün  ruhu  ilə  əmin  idi  ki,  əgər  bir  kiĢiylə  bir  qadının  uĢağı  doğulmalıdısa,  Allah  özü  bu  iĢin 

qayğısına qalacaq, vaxtı çatanda onların bir yerdə olmasını Allah özü təmin edəcək. Yəni, əgər 

Allah qadınların qeydinə qalırsa, demək onda onları kiĢilərdən də qoruyacaq. Yox, əgər Allah bu 

iki yarının bir-birilə görüĢməsini... necə deyərlər, bir-birinə qovuĢmasını... lazım bilmirsə, onda 

mən niyə buna çalıĢmalıyam. 

– BoĢ Ģeydir, – Haytauer deyir. O, masanın üstündən qarĢıdakı donuq, tərs, asketik sifətə – 

küləklərin  quma  büründüyü  səhrada  uzun  illər  yaĢamıĢ  tərki-dünya  zahid  sifətinə  baxır.  –  O 

qadının yalnız bircə əlacı qalıb, hökmən Alabamaya qayıtmalıdı. Öz doğmalarının yanına.  

–  Məncə,  yox,  elə  deyil,  –  Bayron,  sanki,  bu  sözləri  gözləyirmiĢ  kimi  dərhal,  qətiyyətlə 

cavab  verir.  –  Bunsuz  da  ötüĢə  bilər.  Məncə,  o,  bunsuz  da  ötüĢə  bilər.  –  Ancaq  gözlərini 

qaldırmır. KeĢiĢin baxıĢlarını öz üzərində hiss edir.  

– Bəs Bru... Braun bilirmi ki, o, Ceffersondadır? 



 

18



Kənardan  baxan  olsaydı,  Bayronun  indicə  gülümsəyəcəyini  zənn  edərdi.  Üst  dodağı  azca 

yuxarı  qalxır,  ancaq  onun  bu  mimikasında  heç  bir  Ģən  əhval-ruhiyyə  sezilmir;  o,  kölgə  oyunu 

kimi zəifdir.  

– Yox, baĢı bərk qarıĢıqdı. Min dollarlıq o mükafat barədə xəbər tutandan sonra baĢını lap 

itirib... Gülməli iĢdi. Bu, truba çalmağı bilməyən bir adamın var gücü ilə onun içinə üfürməsinə, 

bu  yolla  ondan  hansısa  musiqi  səsi  çıxaracağına  ümid  eləməsinə  bənzəyir.  Hər  on  iki-on  beĢ 

saatdan bir onu meydandan keçirib harasa aparırlar, özü də əl-qolu bağlı halda, halbuki  indi onu 

heç zorla da  burdan qovub qaçıra  bilməzsən –  hətta iz  axtaran  itləri üstünə  salsan  belə. ġənbə 

gecəsini  həbsxanada  keçirib,  elə  hey  qıĢqırırmıĢ  ki,  min  dollarlıq  mükafat  məsələsində  ona 

fırıldaq gəlmək istəyirlər, deyirmiĢ ki, guya, Kristmasa o özü kömək eləyib; yalnız bundan sonra 

Bak  Konner  onun  kamerasına  gedib  və  deyib  ki,  əgər  səsini  kəsib,  baĢqa  məhbuslara  rahat 

yatmağa imkan verməsə, ağzına tıxac basacaq. O da dərhal səsini kəsib;  bazar günü gecə onlar 

itləri də götürüb axtarıĢa gedəndə isə elə qaraqıĢqırıq salıb ki, onu da özləriylə aparmağa məcbur 

olublar.  Amma  itlər  bir  iĢə  yaramayıb.  O  isə  qıĢqıra-qıĢqıra  heyvanları  söyməyə,  döyməyə 

baĢlayıb ki, iz tuta bilmirlər; Kristmas barədə Ģerifə ilk dəfə özünün məlumat verdiyini, hər Ģeyin 

təmiz,  ədalətli  olmasını  istədiyini,  bundan  baĢqa  heç  bir  niyyətinin  olmadığını  yenidən  hamıya 

danıĢmağa  baĢlayıb, axırda  Ģerif özü onu  bir qırağa çəkib, onunla təklikdə söhbət etməli olub. 

Ona nə deyib, nə qoyub, heç kəs bilmir. Bəlkə də, hədələyib ki, bu saat onu geriyə, həbsxanaya 

göndərəcək,  bir  də  heç  vaxt  özləriylə  götürməyəcək.  Bir  sözlə,  o  sakitləĢib,  onlar  da  yollarına 

davam  ediblər.  ġəhərə  isə  yalnız  bazar ertəsi günü gecədən  xeyli keçmiĢ qayıdıblar. O  hələlik 

sakitdi. Bəlkə də, yorulub, əldən düĢüb. Bu qədər vaxtı yuxusuz qalıb,  həm də, deyirlər ki, elə 

hey itləri öz dalınca qaçmağa məcbur edirmiĢ, axırda Ģerif bundan təngə gəlib, deyib ki, ora-bura 

qaçmasın;  sonra  hədə-qorxu gəlib ki,  itlər ondan  baĢqa  nəyinsə  izinə düĢə  bilsin  deyə,  bu saat 

onu  köməkçisinin  qoluna  qandallayacaq.  O,  hələ  Ģənbə  günü,  həbsxanaya  göndəriləndə  üzünü 

qırxmayıbmıĢ, indi isə sifətini tamam saqqal basıb. Yəqin ki, bu görkəmdə indi özü Kristmasdan 

daha çox qatilə oxĢayır. Onu möhkəm söyür, lənətləyirmiĢ; sanki, Kristmas qəsdən, onun acığına 

qaçıb  gizlənib,  gizlənib  ki,  o  öz  halal  haqqını  –  min  dolları  ala  bilməsin.  Gecə  onu  təzədən 

həbsxanaya aparıb, ağzını bağlayıblar. Bu gün səhər tezdən isə yenidən təzə iz dalınca düĢüblər, 

onu da, itləri də özlərilə götürüblər. Camaat danıĢır ki, onlar Ģəhərdən çıxanacan o, yenə də  elə 

hey deyinir, qaraqıĢıqırıq salırmıĢ.  

–  Deyirsiniz  ki,  o  qadın  bunları  bilmir?  Yəni  bunu  ondan  gizli  saxlayıblar?!  Sizcə,  bu 

qadının onu axmaq yox, əclaf hesab etməsi daha yaxĢıdır, hə? 

Bayronun sifəti yenə donuqlaĢır, artıq gülümsəmir; indi o çox ciddidir. 

– Bilmirəm. Bu hadisə dünən yox srağagün, bazar axĢamı, mən sizdən evə qayıdanda baĢ 

verdi.  Elə  bilirdim  yatağa  girib,  artıq  çoxdan  yuxudadır,  amma  gördüm  ki,  qonaq  otağında 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə