Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə89/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   85   86   87   88   89   90   91   92   ...   192

 

18



O,  geri  döndü,  köməkçilərini  də,  zəncini  də  yanına  alıb  daxmaya  yollandı.  Yaxına 

buraxılmayanlar arxada bir yerə toplaĢmıĢ  halda dayanaraq üç ağ adamla bir zəncinin daxmaya 

girib  qapını  necə  örtdüklərinə  tamaĢa  elədilər.  Onlardan  arxada  isə  alov  artıq  evi  həzm  edib 

qurtarmaq  üzrəydi,  çırtıltısı  ətrafı  bürümüĢdü;  amma  onun  səsi,  gəldikləri  yer  heç  də  onunku 

qədər  məlum  olmayan  o  biri  səslərdən  güclü  deyildi    Əgər  bu  odusa,  onda  biz  niyə  dayanıb 

gözləyirik.  Ağ  qadını  öldürüb,  qara  əclaf    Bu  adamların  heç  biri  heç  vaxt  bu  evə  ayaq 

basmamıĢdılar. Qadının sağlığında öz arvadlarını da onun yanına buraxmamıĢdılar. Daha gənc, 

uĢaq  yaĢlarında  isə  (bəzilərinin  vaxtilə  hətta  ataları  belə)  küçədə  onun  dalınca  düĢüb  “Zənci 

məĢuqəsi! Zənci məĢuqəsi!” deyə bağırmıĢdılar. 

Daxmaya girəndən sonra Ģerif birtəhər çarpayılardan birinin üstünə çökdü. Dərindən nəfəs 

aldı: çəllək-adam,  ağır, dolu çəllək kimi hərəkətsiz qaldı.  

– Hə, indi mən bilmək istəyirəm ki, bu daxmada kim yaĢayır, – dedi.  

– Sizə dedim axı, bilmirəm, – zənci cavab verdi. Bunu mızıldana-mızıldana, ürkək halda, 

gizli bir ehtiyatlılıqla dedi. O, gözünü Ģerifdən çəkmirdi. Ġki ağ adam isə arxasında dayanmıĢdı, 

onları  görmürdü.  Hətta  gizlicə  də  olsa,  gözünün  ucuyla  belə  onlara  tərəf  baxmırdı.  Güzgüdə 

özünə  baxan  adam  kimi  gözünü  yalnız  Ģerifin  sifətinə  zilləmiĢdi.  –  Bəlkə  də,  onların  artıq 

baĢlamaq istədiklərini elə o güzgüdə gördü. Bəlkə də, heç görmədi, çünki Ģerifin sifətində nəsə 

dəyiĢdisə,  nəsə  sezildisə,  bu,  bir  göz  qırpımında  oldu.  Ancaq  dönüb  geri  baxmadı;  qayıĢ 

kürəyində  çatlayanda  sifəti  cəld,  həm  də  bircə  anlığa  qırıĢdı,  ağzının  qıraqları  yanlara  dartıldı, 

gülürmüĢ kimi diĢləri ağarıb qıcırdandı. Dərhal da yumĢalıb əvvəlki donuq vəziyyətinə düĢdü. 

– Görürəm, sən heç yadına salmağa da çalıĢmırsan, – Ģerif dedi. 

– Ona görə yadıma sala bilmirəm ki, heç nə bilmirəm, heç nədən xəbərim yoxdu, – zənci 

dedi.  –  Mən  ki,  bu  ətrafda  yaĢamıram.  Axı,  siz  ağ  adamlar,  evimin  harda  olduğunu  yaxĢı 

bilirsiniz. 

– Mister Buford deyir ki, sən, bax, orda, düz yolun qırağında yaĢayırsan, – Ģerif dedi. 

–  Yolun  qırağında  çox  adam  yaĢayır.  Mister  Buford  mənim  evimin  harada  olduğunu 

bilməmiĢ olmaz.  

– Yalan danıĢır, – köməkçi dedi. Adı Buford idi. QayıĢ da onun əlindəydi, dəmir ucu açığ 

idi. QayıĢı  əlində tutub hazır dayanmıĢdı. Suya sıçramaq  əmri gözləyən tula kimi gözü Ģerifdə 

idi.  

–  Bəlkə  də,  hə,  bəlkə  də,  yox,  –  Ģerif  dedi.  O,  gözünü  zənciyə  zilləmiĢdi.  ġiĢman, 



yöndəmsiz bədəninin ağırlığından çarpayının yayları çökmüĢdü. – Sadəcə, hələ anlaya bilmir ki, 

mən zarafat eləmirəm. Hələ  bu camaatı demirəm,  burda elə  bir  həbsxana-zad da  yoxdu ki,  bir 

Ģey  olsa,  onu  orda  gizlədəsən.  Olsa  belə,  onlar  buna  imkan  verməzlər,  iĢini  elə  yerindəcə 

bitirərlər. 




 

18



Bəlkə  də  Ģerifin  gözləri  yenə  bir  iĢarə,  siqnal  verdi;  bəlkə  də,  yox.  Ya  da  zənci  özü  bu 

iĢarəni hiss etdi; bəlkə də, yox. QayıĢ yenidən Ģaqqıldadı, onun dəmir ucluğu zəncinin kürəyini 

sivirdi.  

– Yenə yadına sala bilmədin? – Ģerif dedi.  

– Ġki ağ adam qalır, – zənci dedi. Səsi biganəydi, nə acıq, nə də baĢqa bir Ģey hiss olunurdu. 

–  Kim  olduqlarını,  nəylə  məĢğul  olduqlarını  bilmirəm.  Bu  bizim  iĢimiz  deyil.  Heç  kim  onları 

görməyib. Sadəcə, eĢitmiĢəm, adamlar deyirdilər ki, orda iki ağ adam yaĢayır.  Kim olduqlarının 

isə  bizə  dəxli  yoxdur.  Bundan  artıq  heç  nə  bilmirəm.  Ġstəyirsiniz  lap  ölənəcən  döyün.  Bundan 

artıq heç nə bilmirəm.  

ġerif yenidən fısıldadı.  

– Bəsdi. Görünür, dediyi kimidi. 

– Elədi, o dediyi ağ adamlardan biri yonqar sexində iĢləyən Kristmasdı, o biri isə Braun, – 

üçüncü kiĢi dedi. – Ceffersonda spirt iyi verən istənilən adamı küçədə saxlasan, bunu dərhal sizə 

deyə bilər. 

– Görünür, elədi ki, var, – Ģerif dedi.  

Və  Ģəhərə qayıtdı. Onun getdiyini görən kimi camaat da dağılıĢmağa  baĢladı. Sanki, daha 

baxmağa  heç  nə  qalmamıĢdı.  Meyiti  əvvəlcə  aparmıĢdılar,  indi  də  Ģerif  burdan  çıxıb  gedirdi. 

Sanki,  o  bu  adamları  doymuĢ  əzaların  əyyaĢlığından,  yeknəsəq  günlərdən  savayı  həyatda  nəsə 

baĢqa  bir  Ģeyin  də  mövcud  olduğuna  ümidləndirərək  hərəkətə  gətirən,  həyəcanlandıran  bu 

müəmmanı, bu sirri öz yöndəmsiz, ağır, fısıldaya-fısıldaya nəfəs alan ĢiĢman cəmdəyinin içində 

gizlədib  özüylə  aparırdı.  Artıq  baxılası  heç  nə  qalmamıĢdı  –  yanğından  baĢqa;  ona  üç  saat  idi 

tamaĢa  edirdilər.  Artıq  ona  öyrəĢmiĢ,  vərdiĢ  etmiĢdilər;  bu  yanğın  onların  həyatının,  gündəlik 

yaĢantılarının  ayrılmaz  hissəsinə  çevrilmiĢdi,  küləksiz  havada  göylərə  yüksələn  tüstü  sütunu 

Ģəklində  möhtəĢəm,  sarsılmaz  bir  abidə  kimi  Ģüurlarına  hopmuĢdu,  istədikləri  an  qayıdıb  ona 

tamaĢa edə bilərdilər. Ona görə də bu insan karvanı Ģəhərə çatanda, onda  matəm yürüĢünə xas 

təkəbbürlü bir rəsmilik vardı: Ģerifin avtomobili öndə irəliləyir, qalanları isə birlikdə qaldırdıqları 

toz dumanı içərisində, tez-tez siqnal verə-verə, mələĢə-mələĢə onun arxasınca tələsirdilər. ġəhər 

meydanına  çatmamıĢ,  yol  ayrıcında  onlar  küçədə  dayanmıĢ  kənd  arabasından  sərniĢin  düĢənə 

qədər bir dəqiqəliyinə ləngiməli oldular. ġerif maĢının pəncərəsindən boylanıb, cavan bir qadının 

arabadan  yavaĢ-yavaĢ,  ehmalca  –  hamilə  qadınlara  xas  yöndəmsiz  ehtiyatlılıqla  düĢdüyünü 

gördü.  Sonra  araba  yerindən  tərpəndi;  karvan  da  yoluna  davam  edib  meydanı  keçdi;  buradakı 

bankda  xəzinədar  artıq  seyfi  açıb,  mərhumənin    saxlamaq  üçün  ona  verdiyi    zərfi  çıxarmıĢdı, 

zərfin  üstündə  bu  sözlər  yazılmıĢdı:  Mən  öləndən  sonra  açılmalıdır.  Coanna  Berden.  ġerif  öz 

kabinetinə  girəndə  xəzinədar  artıq  əlində  zərf  onu  orda  gözləyirdi.  Zərfin  içindəki  yalnız  bircə 

vərəqdən  ibarət  idi  və  o  vərəqə  zəfin  üstündəki  eyni  xətlə  təkcə  bunlar  yazılmıĢdı:  Vəkil  İ.  İ. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə