Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə91/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   87   88   89   90   91   92   93   94   ...   192

 

18



–  Qədimi  Ģeydir,  kapsullu  tapançadı,  bundan  VətəndaĢ  müharibəsi  dövründə  istifadə 

edirmiĢlər,  –  köməkçi  dedi.  –  Kapsullardan  biri  deĢilib,  amma  güllə  açılmayıb.  Sizcə  o,  bu 

tapançanı neyləyirmiĢ?   

– Ġtləri buraxın, – Ģerif dedi. –  bəlkə, xaltaları onları narahat edir. 

Elə  də  elədilər.  Ġtlər  azadlığa  çıxdılar;  yarım  saatdan  sonra  tamamilə  itib  yox  oldular. 

Adamlar  onları  deyil,  onlar  adamları  itirdilər.  Hardasa  kiçik  bir  çayın  o  tayında,  onun    o  biri 

sahilindəki  təpələrdə  idilər,  adamlar  onların  səsini  aydın  eĢidirdilər.  Ġtlər  artıq  əvvəlki  kimi 

inamla, məğrur, məmnun halda hürmürdülər. Ġndi ümidsiz halda, uzun-uzadı ulaĢırdılar, adamlar 

isə  israrla  onları  çağıra-çağıra  qalmıĢdılar.  Ancaq  heyvanlar,  yəqin  ki,  onların  səsini  eĢitmirdi. 

Ġtlərin səsi  isə aydın  gəlirdi, amma kilsə zəngini  xatırladan  bu aciz,  yazıq ulartılar, elə  bil,  bir 

boğazdan gəlirdi; sanki, onlar yan-yana oturmuĢdular. Bir müddət sonra onları elə o halda, arxın 

yanında  böyür-böyürə  tapdılar.  Dəstə  hava  iĢıqlanana  qədər,  maĢınları  qoyub  gəldikləri  yerə 

gedən yol seçilə bilənədək orada qaldı. Sonra isə bazar ertəsinin sübh Ģəfəqi doğdu. 

 

Bazar  ertəsi  havanın  hərarəti  daha  da  yüksəlməyə  baĢladı.  ÇərĢənbə  axĢamının  gecəsi 



ətrafa  çökmüĢ  qaranlıq  gündüzün  qaynar  istisindən  sonra  boğucu,  yorucu  bir  Ģeyə  çevrilib, 

havada  azacıq  belə  tərpəniĢ  yoxdu;  Bayron  ayağını  evin  kandarından  içəriyə  basan  kimi  kiĢi 

xeylağının umuduna qalmıĢ bir evin kəsif, üfunətli iyindən burun pərlərinin necə gərginləĢdiyini, 

bozardığını hiss edir. Haytauer içəri girəndə isə az hərəkətli ĢiĢmanlığın, səliqəsiz oturaq həyatın, 

yuyunmağa  biganəliyin  doğurduğu  sallaq,  kirli  bədənin  və  kirli  paltarın  turĢumuĢ  iyi  daha 

dözülməz  olur.  Ġçəri  girərkən  Bayron  bundan  əvvəl  bir  neçə  dəfə  olduğu  kimi  yenə  eyni  Ģeyi 

fikirləĢir: “Bu onun öz iĢidir. Bəlkə də,  mən bu cür eləmərəm, ancaq onun üçün bu cür xoĢdur, 

bu onun öz iĢidir”. Və bir dəfə, sanki, bunun cavabını tapdığını xatırlayır; qəfil ağlına gəlmiĢdi, 

beyni birdən iĢıqlanmıĢdı: “Bu ilahi bir iydir. Əlbəttə, bizə ona görə pis iy kimi gəlir ki, özümüz 

pisik, günaha batmıĢıq”. 

Yenə də onlar qarĢı-qarĢıya əyləĢiblər – biri üstündə lampa yanan masanın bu, digəri o biri 

baĢında. Bayron yenə də oturacağı daĢ kimi bərk kətildə daĢ kimi hərəkətsiz oturub, baĢını aĢağı 

dikib. Səsi təmkinlidi, tərsdi, təkcə nəsə  xoĢagəlməz deyil, həm də  mötəbər, inandırıcı olmayan 

bir Ģey haqda danıĢan adamın səsinə bənzəyir.  

–  Mən  ona  qalmaq  üçün  baĢqa  bir  yer  axtarmaq  istəyirəm.  Elə  yer  ki,  orda  çox  adam 

olmasın. Elə yer ki, o orda... 

Haytauer onun aĢağı əyilmiĢ sifətinə tamaĢa edir.  

– Köçmək onun nəyinə lazımdı? Bir halda ki, orda rahatdı;  bir Ģey olsa qadın da yanındadı. 

Bayron cavab vermir. Hərəkətsiz, baĢı aĢağı halda oturub; sifəti sakitdi, inadlıdı; Haytauer 

ona baxa-baxa fikirləĢir: “Ona görə belədi ki, çox hadisələr baĢ verib. Həddən artıq çox. ĠĢ də elə 




 

18



bundadı.  Ġnsan,  ağırlığına  dözə  biləcəyi,  yaxud  dözməli  olduğundan  xeyli,  müqayisəyəgəlməz 

dərəcədə çox  iĢlər görür, hərəkətlər törədir. O da  bax  elə  bu cür öyrənib ki,  hər  Ģeyə  dözə, hər 

yükü daĢıya bilər. ĠĢ də elə bundadı. DəhĢətlisi də elə budu. Ġnsan hər Ģeyə dözə, hər yükü, hər 

cür yükü öz çiynində daĢıya bilər, bilər”. O, Bayrondan gözünü çəkmir.  

– Bəs nə olub, bütün bu köç məsələsi miss Birdə görədir? 

Bayron əvvəlki kimi yenə baĢını qaldırmır, yenə əvvəlki kimi sakit inadkar səslə danıĢır: 

–  Ona  elə  bir  yer  lazımdı  ki,  özünü  öz  evindəki  kimi  hiss  eləsin.  Vaxtına  çox  az  qalıb, 

pansiondakıların isə demək olar ki, hamısı kiĢilərdir... Ona o vaxta qədər sakit bir otaq lazımdı, 

daha  ordakı  hər  at  alverçisinin,  yaxud  hər  məhkəmə  iclasçısının    dəhlizdə  ağzına  gələni 

çərənlədiyi yer kimi yox... 

– Anlayıram, – Haytauer deyir. Bayronun sifətini  izləyir. – Yəni, istəyirsiniz ki, mən onu 

öz yanıma  buraxım.  – Bayron cavab  vermək  istəyir, amma o sözünə davam edir; onun da səsi 

soyuqdur, rahatdır: – Yox, bu mümkün deyil, Bayron. Əgər bu evdə baĢqa bir qadın da olsaydı, 

baĢqa bir qadın da yaĢasaydı, onda baĢqa məsələ. Əlbəttə, adam özü də xəcalət çəkir, burda bu 

qədər boĢ yer, sakitlik ola-ola heç nə eləyə bilmirsən. Bilirsiz, mən onu düĢünürəm, özümü yox. 

Haqqımda nə danıĢırlar danıĢsınlar, bunun mənim üçün elə bir əhəmiyyəti yoxdu. 

– Mən onu demirəm, – Bayron baĢını qaldırmır. KeĢiĢin baxıĢlarını öz üzərində hiss edir. 

FikirləĢir  Özü  bilir  ki,  mən  bunu  demirəm.  Bilir. Bunu  elə  belə  dedi.  Bilirəm  indi  nə  fikirləşir. 



Heç  mən  də  ondan  başqa  şey  gözləmirdim.  Axı  niyə  də  başqalarından  fərqli fikirləşməlidi,  lap 

elə mənim haqımda olsa belə – Axı yəqin ki, siz özünüz baĢa düĢürsünüz.    

Bəlkə  də,  keĢiĢ  baĢa  düĢür.  Ancaq  Bayron  baĢını  qaldırmır  ki,  buna  əmin  olsun.  O, 

cansıxıcı,  yeknəsəq səslə, baĢıaĢağı danıĢmağına  davam edir, Haytauer  isə  həmiĢəkindən  fərqli 

olaraq  belini  bir  azca  dikəldib  masanın  üstündən  qarĢısındakı  adamın  arıq,  pis  havalardan 

codlaĢmıĢ, çox iĢləməkdən nurlanmıĢ sifətinə baxır.   

–  Mən  sizi  bu  iĢə  bulaĢdırmaq  istəmirəm,  çünki  sizin  buna  aidiyyətiniz  yoxdur.  Hətta  o 

qızın  üzünü  də  görməmisiniz,  bundan  sonra  da  çətin  ki,  görəsiniz.  Bunu  baĢa  düĢmək  üçün... 

yəqin ki, heç o oğlanı da görməmisiniz. Sadəcə, dedim ki, bəlkə, siz... 

Onun səsi qırılır.  KeĢiĢ  belini dikəldib  masanın üstündən ona baxır, ancaq heç bir  yardım 

təklif etmir. 

– Ġnsan nəyisə eləməmək qərarına gələndə, elə bilirəm ki, o özü-özünə güvənməlidi. Ancaq 

nəyisə eləmək istəyəndə, məncə, gərək hökmən, kimdən olursa olsun, ala biləcəyi hər məsləhətə 

qulaq assın. Sizi isə bu iĢə bulaĢdırmaq istəmirəm. Bu barədə arxayın ola bilərsiniz.  

– Deyəsən, anlayıram, – Haytauer deyir. AĢağı əyilmiĢ sifətdən gözünü çəkmir. “Mən artıq 

bu həyatdan kənardayam, – o düĢünür. – Buna görə də bu iĢə qarıĢmaq, müdaxilə etmək fayda-



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə