Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə90/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   86   87   88   89   90   91   92   93   ...   192

 

18



Piblsə – Bil-Strit, Memfis, Tenessi və Nataniel Berrinqtona – Sent Ekseter, Nyu Hempşir, xəbər 

göndərilsin.  BaĢqa heç nə.  

– Bu Pibls zənci vəkildir, – xəzinədar dedi. 

– Doğrudan? – Ģerif dedi. 

– Hə. Ġndi mən neyləməliyəm? 

– Yəqin ki, kağızda nə yazılıbsa, onu da eləmək lazımdı, – Ģerif dedi. – Ya da  mən özüm 

bunu eləyərəm.  

O,  iki  teleqram  göndərdi.  Memfisdən  yarım  saatdan  sonra  cavab  gəldi.  O  biri  teleqramın 

cavabını isə iki saat gec aldılar; sonra onca dəqiqənin içərisində Ģəhərə belə bir Ģayiə yayıldı ki, 

miss  Berdenin  əmisi  oğlu  qatilin  tutulması  üçün  min  dollar  mükafat  təyin  edib.  Kəndçi  kiĢinin 

yanan evin  içinə girərkən gördüyü adam  axĢam saat doqquzda üzə  çıxdı. Ancaq onun bu adam 

olduğunu hələ bilmirdilər. O onlara bunu deməmiĢdi. Onlar yalnız bunu bilirdilər ki, Ģəhərə bu 

yaxınlarda köçmüĢ olan, hamının spirtli içki alverçisi – özü də əsas alverçi kimi deyil – tanıdığı 

Braun axĢam çox həyəcanlı halda meydana gəlib və Ģerifin harda olduğunu soruĢub. Elə o andan 

etibarən  hər Ģey  yavaĢ-yavaĢ  yoluna düĢməyə  baĢladı. ġerif  bilirdi ki, Braunla  baĢqa  bir  adam, 

baĢqa  bir  gəlmə  –  Kristmas  arasında  nəsə  bir  əlaqə  var;  ancaq  o  adamın  üç  ildir  Ceffersonda 

yaĢamasına baxmayaraq, Ģəhər onun haqqında Braun haqqında bildiyindən də az bilirdi;  yalnız 

indi  Ģerifə  məlum  oldu  ki,  Kristmas  üç  ildir  miss  Berdenin  evinin  arxa  tərəfindəki  daxmada 

yaĢayırmıĢ. Braun danıĢmaq  istəyirdi, ucadan, qıĢqıra-qıĢqıra  və  israrla onu dinləmələrini tələb 

edirdi; amma onun əsl niyyətinin min dollar mükafat olduğu dərhal üzə çıxdı.  

– Sən ittihamçı tərəfdən Ģahidmi olmaq istəyirsən? – Ģerif ondan soruĢdu.  

–  Heç  kim  olmaq  istəmirəm,  –  Braun  kobud  Ģəkildə,  bir  qədər  də  heyrət  içində  boğula-

boğula  etiraz  etdi.  –  Mən  onu  kimin  öldürdüyünü  bilirəm  və  bunu  yalnız  pulu  alandan  sonra 

deyəcəm.  

– Sən əvvəlcə onu öldürəni tut gətir, onda pulu alarsan, – Ģerif dedi.  

Sonra Braunu Ģəhərdən qaçmasın deyə həbsxanaya apardılar.  

– Elə bilirəm ki, bu, artıq iĢdi, – Ģerif dedi. – Neçə ki, min dollar ortalıqdadı, onu burdan 

qovsan da getməz.  

Braunu  –  o  hələ  də  qeyzlə  çığırıb-bağırır,  etiraz  edir,  əl-qolunu  oynadırdı  –  həbsxanaya 

göndərəndən sonra, Ģerif qonĢu Ģəhərə zəng vurdu, orda bir cüt iz axtaran it saxlayırdılar. O itləri 

səhər tezdən qatarla göndərəcəklərinə söz verdilər.  

Bazar günün həzin, qəmli sübh Ģəfəqlərinə bürünmüĢ yorğun, kefsiz platformada otuz ya da 

qırx adam dayanıb gözləyərkən qatar axır ki, gəlib çıxdı və onun iĢıqlı pəncərələri soyuqdan tir-

tir  əsirmiĢ  kimi  silkələnib  bir  anlığa  dayandı.  Qatar  sürət  qatarı  idi  və  Ceffersonda  həmiĢə 

dayanmırdı.  Ġndi  də  burda  yalnız  o  iki  iti  düĢürənəcən  ləngidi:  min  ton  ağırlığında  bahalı  və 




 

18



mürəkkəb metal qurğular qəzəbli bir parıltı və Ģaqqıltı ilə platformaya soxulub, boĢ və  mənasız 

insan səslərilə dolu, demək olar ki, qulaqbatırıcı  bir sükuta dirəndi, sonra qayıĢbaldır, əmr qulu 

iki xəyalatı qusmaq, bayıra atmaq üçün durdu; bu sallaqqulaq məxluqların xırda sifətləri qəmgin, 

məzlum  halda,  demək  olar  ki,  srağagündən  bəri  yatmayan,  indi  isə  onları  vahiməli,  əlacsız  bir 

səbirsizliklə  dövrəyə alan  insanların  yorğun, rəngi qaçmıĢ  sifətlərinə  baxırdı.  Elə  bil,  bu qətlin 

iyrəncliyi bütün sonrakı hərəkətlərə də sirayət etmiĢ, onları qorxunc, paradoksal, ağıla və təbiətə 

zidd bir Ģeyə çevirmiĢdi.   

ġerif və onun dəstəsi yanıb kül olmuĢ evin soyuq xarabalığının yanından keçib,  daxmaya 

yaxınlaĢanda günəĢ təzəcə doğmuĢdu. Gün iĢığından, günəĢ istisindən cəsarətə gəldiklərindənmi, 

yoxsa  insanların  qızğın  təqib  coĢqusunun  təsirinə  düĢdüklərindənmi,  itlər  daxmaya  çatan  kimi 

hürməyə  və  irəli dartınmağa baĢladılar. Bərkdən fınxıra-fınxıra, ikisi də eyni anda nəyinsə iyini 

tutub,  onları  saxlayan  adamı  arxalarınca  dartıb  apardılar.  Yan-yana  yüz  metr  qaçandan  sonra  

dayandılar,  qəzəblə  yeri  eĢməyə  baĢladılar,  kiminsə  haçansa  boĢ  konserv  qutularını  basdırdığı 

çalanı dırnaqları ilə qazıb üzə çıxardılar. Ġtləri çəkib ordan uzaqlaĢdırdılar. Daxmadan bir qədər 

aralıya aparıb, yenidən buraxdılar. Ġtlər bir az oyan-buyana qaçdılar, diĢlərini 

qıcırdatdılar,

 sonra 

yenə  izə  düĢdülər  və  yenidən  cana  gəlib,  dilləri  sallana-sallana,  ağızlardan  köpük  axa-axa  – 



adamlar  da  arxalarınca  qaça-qaça,  onları  qısqırdıb  qızıĢdıra-qızıĢdıra  –  irəli,  daxmaya  tərəf 

cumdular və orda boĢ qapının ağzında ayaqlarını yerə dirəyərək, ağızlarını göyə tutub, gözlərini 

yumaraq, italyan operasındakı bir cüt bariton kimi ehtirasla, vəcdlə ulamağa baĢladılar. Adamlar 

itləri  avtomobildə  geri,  Ģəhərə  qaytardılar,  onlara  yal  verdilər.  Onlar  meydandan  keçəndə 

kilsələrdə  artıq zəng çalınır, küçələrdə  isə  insanlar  əllərində açıq rəngli  çətirlər, Bibliya  və  dua 

kitabları nizamla ora tələsirdilər. 

Həmin axĢam bir kəndçi oğlan atası ilə birlikdə Ģerifin yanına gəldi. Oğlan danıĢdı ki, cümə 

günü gecə  vaxtı maĢınla evə gələrkən cinayət yerindən bir neçə  mil aralıda əli tapançalı bir kiĢi 

maĢınını saxlatdırıb. Oğlan əvvəl elə bilib ki, onu soymaq, hətta öldürmək istəyirlər, buna görə 

də  həmi adamı  aldatmaq,  maĢını  birbaĢ öz həyətlərinə  sürmək, sonra qəfil  yerə  atlanıb camaatı 

köməyə  çağırmaq  qərarına  gəlib;  amma  adam  yolda  nədənsə  Ģübhələnib,  dərhal  maĢını 

saxlatdırıb  və  düĢüb.  Oğlan  bunları  danıĢandan  sonra  ata  dərhal  maraqlandı  ki,  min  dollardan 

onların payına nə qədər düĢəcək.  

– Onu tutub gətirin, sonra bu barədə danıĢarıq, – Ģerif cavab verdi. 

Ġtləri  yuxudan  oyatdılar,  baĢqa  bir  maĢına  mindirdilər,  oğlan  o  adamın  düĢdüyü  yeri 

göstərdi; orada itlərin baĢını buraxdılar, onlar dərhal meĢəyə doğru cumdular və istənilən metala 

qarĢı özlərinə məxsus korĢalmayan iybilmə qabiliyyətləri sayəsində iki lüləsi də dolu tapançanı 

tapdılar.  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə