Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə86/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   82   83   84   85   86   87   88   89   ...   192

 

17



nəfəsi  də    somsoyuğuydu.  Ətrafı  bürümüĢ  qatı  sükut  içərisində  o,  yaĢamıĢ  olduğu  bütün 

zamanların  saysız-hesabsız  səslərini  eĢidirdi  –  sanki,  bütün  keçmiĢi  birrəngli  naxıĢla 

bəzədilmiĢdi. Və onun ardı vardı: sabahkı gecə, birrəngli naxıĢa bürünəcək bütün sabahlar onun 

davamına, ardına çevriləcəkdi. Bu  barədə düĢünür,  saysız-hesabsız təkrarlardan  ibarət olan bu 

davama sakitcə heyran qalırdı; zira haçansa baĢ verənlərin, olanların hamısı bir-birinin eyni olub, 

zira sabah da olacaqlar və olmuĢlar eyni olacaq. Vaxt gəlib çatdı.  

  O,  torpağın  üstündən  qalxdı.  Kölgədən  çıxıb  evin  ətrafına  dolandı,  mətbəxə  girdi.  Ev 

qaranlıq  idi.  Səhər  tezdən  daxmadan  çıxandan  sonra  bir  daha  ora  qayıtmamıĢdı,  buna  görə  də 

qadının  ona  məktub  qoyub-qoymadığını,  indi  onu  gözləyib-gözləmədiyini  bilmirdi.  Buna 

baxmayaraq, ehtiyatla yeriməyə, səs salmamağa çalıĢmırdı. Sanki, yuxu deyilən Ģey ağlına belə 

gəlmirdi, qadının yatmıĢ olub olmadığı vecinə də deyildi. Tələsmədən pilləkənlərlə yuxarı qalxıb 

yataq otağına girdi. Demək olar ki, elə o dəqiqə çarpayıdan qadının səsi eĢidildi:  

– Çırağı yandır.  

– Bunun üçün iĢıq lazım olmayacaq, – o dedi. 

– Yandır çırağı.  

– Yox, –  dedi. Çarpayının qırağında dayanmıĢdı. Ülgüc əlindəydi. Hələ ağzını açmamıĢdı. 

Qadın  daha  heç  nə  demədi,  birdən  Kristmas,  sanki,  bədəninin  ondan  ayrıldığını  hiss  elədi. 

Bədəni  masaya  yaxınlaĢdı,  əlləri  ülgücü  onun  üstünə  qoydu,  çırağı  axtarıb  tapdı,  kibriti  çəkdi. 

Qadın yataqdan qalxıb oturmuĢdu, kürəyini çarpayının baĢ tərəfinə söykəmiĢdi. Gecə köynəyinin 

üstündən Ģala  bürünüb, uclarını sinəsinə sıxmıĢdı. Əllərini  Ģalın üstündən  bir-birinə çatıb, onun 

qatları altında gizlətmiĢdi. Kristmas masanın yanında dayanmıĢdı. Bir-birinə baxırdılar.  

–  Sən  mənimlə  dua  etmək  üçün  diz  çökəcəksənmi?  –  qadın  dedi.  –  Bunu  səndən  xahiĢ 

eləmirəm.     

– Yox, – o dedi.  

– Mən bunu xahiĢ eləmirəm. Səndən xahiĢ eləmirəm. Mənimlə birlikdə diz çök!  

– Yox.  


Onlar bir-birinə baxırdılar.  

–  Co,  –  qadın  dedi.  –  Son  dəfə  deyirəm.  Mən  xahiĢ  eləmirəm.  Bunu  yadında  saxla.  Diz 

çök!  

–Yox, – o dedi. Və bu an qadının əllərinin bir-birindən aralandığını, sağ əlin Ģalın altından 



çıxdığını  gördü.  Onda  qədimi,  demək  olar  ki,  kiçik  tüfəng  boyda,  amma  ondan  ağır  olan  bir 

atımlıq dayandoldurum tapança vardı. Lakin nə tapançanın, nə onu tutan əlin divardakı kölgəsi 

azacıq  da  olsa  tərəddüd  içində  deyildi,  onların  hər  ikisi  qorxunc    məxluqa  bənzəyirdi;  geriyə 

dartınaraq hər an öz ovunun üzərinə atılmağa hazır zəhmli ilan baĢına bənzəyən və artıq çəkilmiĢ 

olan tətiyin  də  müdhiĢ kölgəsi onlara qarıĢmıĢdı;  o da tərəddüd etmirdi.  Qadının  da gözlərində 



 

17



tərəddüd əlaməti yox idi. Bu gözlər tapança lüləsinin qara dairəsi kimi donub qalmıĢdı. Onlarda 

nə  ehtiras,  nə  də  qəzəb  hiss  olunurdu.  Təəssüf  hissinin,  ümidsizliyin,  əminliyin  özü  kimi 

hərəkətsiz  və  sakit  idilər.  Ancaq  Kristmas  indi  onlara  baxmırdı.  Ġndi  tapançanın  divardakı 

kölgəsini izləyirdi; elə bu vaxt tətiyin açılmağa hazır kölgəsi birdən gurladı.  

 

Yolun ortasında dayanıb,  yaxınlaĢmaqda olan  fənərlərin  iĢığı altında  əlini  yuxarı qaldırsa 



da qabaqdan gələn maĢının dayanacağına ümidi yox idi. Amma dayandı  –   gülməli tərzdə qəfil 

çığırtı ilə yolu cırmaqlayıb, sanki, burnu ilə yeri dimdiklədi. Balaca, köhnə, əzik-üzük bir maĢın 

idi.  Ona  yaxınlaĢanda  Kristmasa  elə  gəldi  ki,  iki  gənc  sifət  iki  saralmıĢ,  çaĢqın  Ģar  kimi  fənər 

iĢığında  havada  üzür;  daha  yaxın  sifət  –  qızın  sifəti  qorxudan  dəhĢətə  gəlib  heysiz  halda  geri 

dartındı. Ancaq həmin an o, bunu görmədi. 

– Hə, nə deyirsiniz, getdiyiniz yerəcən məni də apara bilərsiniz? – soruĢdu. Heç birindən 

səs çıxmadı;  onlar  lal  və  anlaĢılmaz  bir qorxu  içərisində  ona  baxırdılar, amma o özü bunu  hiss 

etmədi. Arxa qapını açıb maĢına mindi. 

Ġçəridə yerini rahatlayanda, qız boğuq səslə hıçqırmağa baĢladı, qorxunun Ģiddəti artdıqca, 

yəqin ki, o da ona uyğun güclənəcəkdi. MaĢın hərəkətə gəldi; sanki, birdən irəli atıldı, yeniyetmə 

oğlan isə əlini sükandan çəkmədən, baĢını yana döndərmədən pıçıltıyla qıza acıqlandı: “Sakit ol! 

Sus!  Yeganə  xilas  yolumuz  bundadır.  Susacaqsan,  ya  yox?”    Kristmas  bunu  da  eĢitmədi.  O, 

arxada  oturmuĢdu  və  qabaqda  qorxunun  at  oynatdığı  ağlına  da  gəlmirdi.  Yalnız  bir  anlığa 

fikrindən keçdi ki,  bu cavan oğlan maĢını bu qədər dar yolda, deyəsən, yaman bərk sürür.  

– Bu yol hara gedir? – o soruĢdu.  

Oğlan ona cavab  verdi  və üç  il  bundan  əvvəl,  ilk dəfə Ceffersona gələrkən  zənci uĢağın 

dediyi Ģəhərin adını çəkdi. Sürücü oğlanın səsi nəsə yüngül, qupquruydu.  

– Siz ora getmək istəyirsiniz, rəis?  

–  Lap  yaxĢı,  –  Kristmas  dedi.  –  Hə.  Hə.  Yarayar.  Bu  mənim  iĢimə  yarayır.  Siz  də  ora 

gedirsiniz?  

– Əlbəttə, – oğlan yüngül, boğuq səslə dedi. – Siz hara istəsəniz. – Yanındakı qız yenə də 

körpə  heyvan  balası  kimi  astadan  için-için  zarımağa  baĢladı;  oğlan  isə  taxta  kimi  qupquru 

baxıĢlarını  maĢının  atlana-atlana  Ģütüdüyü  yoldan  çəkmədən  yenə  də  astadan,  pıçıltıyla    onun 

üstünə  çığırdı:  –  Suss!  Sakit  ol.  Suss!  Suss!  –  Ancaq  Kristmas  bu  dəfə  də  heç  nə  görmədi.  O, 

parlaq  fənər  iĢığında  yalnız önündə  taxta kimi quruyub qalmıĢ  iki gənc  boynu, bir də  qarĢıdakı 

yolun  hərdənbir  ağarıb  çalxalandığını  görürdü.  Amma  onlara  da,  hərdənbir  ağaran  yola  da  heç 

bir maraq göstərmədən baxırdı; hətta birdən-birə oğlanın çoxdan bəri onunla danıĢdığının fərqinə 

varanda  da  buna  laqeyd  qaldı;  azmı-çoxmu  getmiĢdilər,  indi  hardaydılar  bilmirdi.  Oğlan  artıq 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə