Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə84/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   80   81   82   83   84   85   86   87   ...   192

 

17



Kristmas  ağzını  açmadan  ona  bir  yumruq  iliĢdirdi.  Zərbə  güclü  alınmadı,  çünki  Braun 

sadəlövh, Ģən bir qaqıltı ilə artıq geri atılmıĢdı. Zərbədən sonra onun gülüĢü kəsildi; cəld geriyə 

sıçradı,  iĢıq  selindən  kənara  düĢüb  qaranlıqda  görünməz  oldu,  oradan  onun  hələ  də  yavaĢ, 

astadan çıxan səsi eĢidildi; elə bil, yumruqdan sonra da o öz yoldaĢının planını pozmaq istəmirdi, 

ancaq  bu  səs  artıq  sakit  də  deyildi,  heyrətə  gəlmiĢ,  qorxmuĢ  səs  idi:  “Bax  bir  də  vursan...” 

Kristmas  tələsmədən,  səssizcə  onun  üstünə  yeridi,  Braun  dalı-dalı  geri  çəkildi;  o,  boyca 

Kristmasdan hündür  idi, amma artıq bir ayağı qaçaraqda olan  bu uzundraz  insan  fiquru, sanki, 

indicə  kökündən  qopacaq,  Ģappıltı  ilə  yerə  səriləcəkdi.  Yenə  onun  qorxuyla,  yalançı  təhdidlə 

dolu,  amma  bu  dəfə  hündürdən  çıxan  səsi  eĢidildi:  “Bax  bir  də  vursan...”  Bu  dəfə  zərbə 

çiynindən  tutdu,  arxaya  dönüb  qaçmaq  istədiyi  an  onu  haqladı.  Qaçmağa  baĢladı.  Yüz  metr 

aralanandan  sonra,  addımlarını  yavaĢdıb  geriyə  baxdı.  Sonra  dayanıb  ona  tərəf  döndü.  “Eyy, 

sarıqarın  italyan  əclaf,  –  onu  sınamaq  üçün  dedi  və  dərhal  da  baĢını  geri  çevirdi,  sanki,  səsin 

hündürlüyünü düzgün hesablamamıĢdı, o, istədiyindən bərk çıxmıĢdı. Evdən heç bir səs gəlmədi; 

mətbəx  qapısı  yenə  qaranlıq,  yenə  örtülü  idi.  O,  təkrar  bərkdən  qıĢqırdı:  “Eyy,  lənətə  gəlmiĢ 

sarıqarın  italayan  əclaf!  Mən  sənin  kiminlə  mazaqlaĢdığını  bir  gün  hökmən  öyrənəcəm”.    Heç 

yerdən səs gəlmədi. Hava çox soyuq idi. Geri dönüb donquldana-donquldana daxmaya yollandı.  

Mətbəxə  qayıdandan  sonra  da  Kristmas  masanın  üstünə  atdığı,  hələ  oxunmamıĢ  məktuba 

sarı baxmadı. BirbaĢ qapıya, pilləkənlərə tərəf getdi. Tələsmədən, təntimədən, addımlarını eyni 

ahəngdə  ata-ata  yuxarı  qalxmağa  baĢladı.  Yataq  otağının  qapısını,  onun  altından  düĢən  iĢığı  – 

divar sobasının iĢığını gördü. Astaca qapıya yaxınlaĢdı, dəstəyindən yapıĢdı. Sonra onu açdı və 

heykəl  kimi  yerindəcə  donub  qaldı.  Qadın  masanın  arxasında,  lampa  iĢığında  oturmuĢdu. 

Kristmas tanıĢ ciddi libasda tanıĢ fiquru gördü, sanki, bu libası geyim-keciminə fikir verməyən 

kiĢi xeylağı üçün tikmiĢdilər, onu məhz belə bir adam geyinmiĢdi. Sonra qadının baĢını gördü; 

onun ağarmıĢ saçları tarım, eybəcər Ģəkildə yığılıb top halda bir yerə bağlanmıĢdı, xəstə bədəndə 

çıxmıĢ fıra bənzəyirdi. Qadın baĢını qaldıranda isə gözü polad sağanaqlı eynəyə sataĢdı, əvvəllər 

onun eynək taxdığını  heç  vaxt görməmiĢdi.  Kristmas hələ  də qapının  ağzında dayanmıĢdı, hələ 

də onun dəstəyindən tutmuĢdu, yerindən tərpənmirdi. Ona elə gəldi ki, öz içində gerçəkdən  bu 

sözləri  eĢidir  O  məktubu    gərək  oxuyaydım.  O  məktubu    gərək  oxuyaydım  və  fikirləĢdi:  “Mən 

nəsə eləyəcəm. Nəsə eləyəcəm”. 

Üstü  kağızla  dolu  –  qadın  məhz  onlara  görə  yerindən  qalxmamıĢdı  –  masanın  böyründə 

dayanıb, onu nəsə ağlasığmaz bir Ģeyə dəvət edən buz kimi soyuq səsi dinləyəndə də o sözləri 

eĢidirdi;  dili  qadının  ardınca  onun  dediklərini  təkrar  edir,  gözləri  masanın  üstünə  səpələnmiĢ 

müəmmalı  kağızlara,  sənədlərə  baxır,  beynindən  isə  rahat,  arxayın  tərzdə  bu  fikirlər  keçirdi: 

görən bu, nə kağızıdı? Bəs o sənəd nə sənədidi?  

– Məktəbə, – onun dili təkrar etdi. 



 

17



–  Hə,  –  qadın  dedi.  –  Səni  qəbul  edərlər.  Ġstənilən  biri  qəbul  edər.  Mənim  hesabıma. 

Ġstədiyini seçə bilərsən. Biz hətta pul da ödəməyəcəyik. 

– Məktəbə, – onun dili təkrar etdi. – Zənci məktəbinə?! Mən?! 

–  Hə.  Sonra  da  Memfisə  gedərsən.  Piblsin  kontorunda  hüquq  öyrənə  bilərsən.  O,  sənə 

öyrədər.  Sonra  da  bütün  hüquqi  məsələləri  öz  öhdənə  götürərsən.  Bax,  burdakıların  hamısını. 

Pibls nəylə məĢğul olur, hamısını.     

– Sonra isə zənci vəkilin konturunda hüquq öyrənim, – onun dili dedi.  

–  Hə.  O  zaman  bütün  iĢləri,  bütün  pulları  sənə  verəcəm.  Hamısını.  Onda  haçan  sənə  pul 

lazım olarsa, özün... özün necə bilirsənsə, elə də eləyərsən; hüquqĢünaslar  yolunu  bilirlər... elə 

eləmək  olar  ki,  onları  götürüb  xərcləyəndə,  hətta  bundan  xəbər  tutsalar  belə,    heç  kim  səni 

nədəsə günahlandıra, töhmətləndirə  bilməz... hətta o pulu qaytarıb yerinə qoymasan da... amma 

sən qaytara da bilərsən, heç kim bundan xəbər tutmaz...  

– Zənci kollecinə? Zənci vəkilin  yanına? – Yox,  – onun səsi sakitcə, hətta etiraz kimi də 

deyil, sadəcə, bir  xatırlatma kimi çıxdı. Onlar  bir-birinə  baxmırdılar; o,  içəri girdiyi andan  bəri 

qadın bir dəfə də olsun baĢını qaldırıb ona baxmamıĢdı. 

– Onlara aç de.  

– Zəncilərə deyim ki, mən də zənciyəm? – Nəhayət, qadın baĢını qaldırıb ona baxdı. Sifəti 

çox sakit idi. Artıq o, yaĢlı qadın sifətiydi. 

– Hə. Lazımdı. Səndən pul almamaları üçün. Mənim hesabıma olsun deyə.  

O anda Kristmas, sanki, öz dilinə əmr elədi:  “Bəsdir. Bəsdir üyüdüb tökdün. Qoy mən də 

öz sözümü deyim”. Qadına tərəf əyildi. O isə yerindən tərpənmədi. Ġki sifət, az qala, bir-birinə 

toxundu; biri soyuq, ölü kimi ağappaq, fanatik və sərsəm idi, o biri isə perqament rəngindəydi, 

dodaqlar səssiz və sırtıqcasına riĢxənd edirmiĢ kimi büzülmüĢdü. Kristmas sakitcə dedi:  

– Sən qocasan. Əvvəllər buna heç fikir verməmiĢəm. Qoca qarı. Artıq saçların da ağarıb. – 

Qadın  dərhal  onu  vurdu  –  ovcunun  içiylə,  oturuĢunu  belə  dəyiĢmədən.  Onun  bu  yumĢaq,  cır 

Ģapalağı qarĢısında Kristmasın zərbəsi əks-səda kimi partladı. Yumruqla vurdu, sonra isə, sanki. 

üzərindən  uzun,  aramsız  külək  əsibmiĢ  kimi,  dartıb  qadını  kətildən  qaldırdı,  özünə  tərəf  çəkdi, 

gözlərini  hərəkətsiz, soyuqqanlı sifətə zillədi  və  birdən  nəyisə  dərk etdi, bu dərk aramsız külək 

kimi iliyinə iĢlədi. – Sənin uĢağın-zadın yoxdu, – dedi. – Heç vaxt da olmayıb. Qocalıqdan baĢqa 

heç bir dərdin yoxdu. Sadəcə, qocalmısan, hər Ģeyin bitib-tükənib, heç nəyə  yaramırsan.  Bütün 

qüsurun  da  elə  budu.  –  Qadını  ağuĢundan  buraxdı,  sonra  onu  bir  də  vurdu.  Qadın  çarpayının 

üstünə  sərildi,  ona  baxdı,  o  isə  yenidən  bu  sifətə  bir  yumruq  iliĢdirdi,  sonra  da  baĢı  üzərində 

dayanıb,  qadının  haçansa  onun  dilindən  eĢitməyi  çox  sevdiyi  və  eĢidərkən  də  aĢağıda, 

qılçalarının arasında pıçıltılı, pozğun bir tumar hiss etdiyi (bunu özü ona demiĢdi) ədəbsiz sözləri 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə