Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə83/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   79   80   81   82   83   84   85   86   ...   192

 

16



xarakterinə  uyğun  deyildi.  Bu,  əslində,  praktik,  iĢgüzar  bir  məsələydi.  Qadının  onun  məĢuqəsi 

olduğunu bütün Cefferson bilsəydi belə, bu onu azacıq da olsa ürkütməzdi. Gizli viski alveri və 

həftədə  otuz-qırx  dollarlıq  təmiz  qazanc  –  onu  əndiĢələndirən  yalnız  buydu;  elə  buna  görə  də 

Ģəxsi  həyatından  heç  kəsin  xəbərdar  olmasını  istəmirdi.  Bir  səbəbi  buydu.  Ġkinci  səbəb  isə 

məğrurluğu  ilə  bağlıydı.  Əgər  onların  arasındakı  münasibətin  nəyə  çevrildiyindən  –  qadının 

təkcə öz həyatını alt-üst etməklə qalmayıb, onun da həyatını alt-üst etməyə, onu nəsə bir zahidə, 

ya da zəncilər arasında missionerə çevirməyə çalıĢdığından kimsə (kim olur-olsun, dəxli yoxdu) 

xəbər tutsaydı,  hökmən  ya  ölər,  ya da öldürülərdi. Onu da dəqiq  bilirdi ki,  əgər Braun onların 

münasibəti  barədə  nəyisə  duysa,  nəyisə  bilsə,  bunu  hökmən  qalanları  da  biləcək.  Beləliklə, 

uydurmalı  olduğu  bütün  yalanlardan,  qaçaqaçdan  sonra  hər  dəfə  daxmaya  yaxınlaĢıb,  qapının 

dəstəyini özünə  tərəf çəkəndə  fikirləĢirdi ki,  indi  –  bircə  saniyədən  sonra  bu cür  əndiĢə  içində, 

tələm-tələsik evə qaçmağının əbəs olduğu üzə çıxacaq, amma yenə də ehtiyatlı olmaqdan imtina 

etməyə cürəti çatmır, özünün bu qorxaqlığından, acizliyindən qeyzlənərək qadına olmazın nifrət 

edirdi. Ancaq bir axĢam qapını açanda çarpayının üstündə bir namə gördü.  

Ġçəri girər-girməz qaranlıq otaqda adyalın üstündə çətin sezilən dördkünc, ağappaq bir Ģey 

gözünə  dəydi. Bu  məktubun  məğzi,  məzmunu onun üçün o qədər aydın  idi ki,  bu haqda  bir an 

belə  düĢünmədi.  Özündə  hər  hansı  bir  səbirsizlik  duymadı,  yalnız  yüngüllük  hiss  etdi.  “Hə, 

deməli,  hər  Ģey  bitdi,  –  bükülü  kağızı  hələ  əlinə  götürməmiĢ  fikirləĢdi.  –  Yenə  hər  Ģey  köhnə 

qaydada  davam  edəcək.  Daha  zəncilər,  uĢaqlar  barədə  heç  bir  söhbət  olmayacaq.  Axır  ki, 

ağıllanıb.  Bundan  bir  Ģey çıxmayacağını,  bununla heç  nəyə  nail ola  bilməyəcəyini  baĢa düĢüb. 

BaĢa  düĢüb  ki,  ona  yalnız  kiĢi  lazımdı,  kiĢi  istəyir.  Özü  də  kiĢi  ona  yalnız  gecə  lazımdı; 

gündüzlər  neyləyir,  nə  iĢlə  məĢğul  olur  –  bunun  heç  bir  əhəmiyyəti  yoxdur”.  Bax,  elə  o  anda 

indiyə  kimi  burdan  nə  üçün  çıxıb  getmədiyini  baĢa  düĢməliydi.  Bu  dördkünc  kağız  parçasının 

onu  qandaldan,  zindandan  da  möhkəm  tutub  saxladığını  dərhal  anlamalıydı.  Amma  bu  barədə 

düĢünmədi. Ġndi o özünü yenə də xoĢ bir vədin, xoĢ bir nəĢənin ağuĢunda görürdü. Yenə hər Ģey 

sakit,  qaydasında  olacaqdı.  Hər  iksi  belə  istəyir;  həm  də  o  qadının  cilovu  artıq  onun  əlindədir. 

“Nəyə  lazımdı  o  cür  sarsaq-sarsaq  Ģeylər,  –  hələ  də  açıb  baxmadığı  məktubu  əlində  tutaraq 

fikirləĢdi, – sarsaq, murdar Ģeylər. O odursa, mən də mənəm. Həm də bütün bu olub-bitənlərdən, 

o cür sarsaq-sarsaq Ģeylərdən sonra”, – və gecə, iĢlərini görüb qurtardıqdan sonra, sakitcə deyib-

gülmək  vaxtı  çatanda  bütün  olub-keçənlərə,  bir-birinə,  özlərinə  necə  güləcəklərini  təsəvvürünə 

gətirdi.  

Beləcə, məktubu heç açmadı. Sonraya saxladı, fit çala-çala üzünü qırxdı, yuyundu, paltarını 

dəyiĢdi. Bu iĢləri görüb qurtarmağa macal tapmamıĢ Braun gəlib çıxdı. 

– Belə-belə iĢlər, – Braun dedi. Kristmas onun bu sözünə heç bir reaksiya vermədi. Divara 

vurulmuĢ  güzgüyə  baxa-baxa  qalstukunu  bağladı.  Braun  otağın  ortasında  dayanmıĢdı:  ucaboy, 



 

17



arıq, cavan bir adam idi, çirkli kombinezondaydı, qarabuğdayı, iradəsiz, xoĢ sifəti və qaynaĢan 

gözləri  vardı.  Ağzının  bir qırağındakı  nap-nazik,  ağ çapıq  xırda tüpürcək selinə  bənzəyirdi. Bir 

qədər sonra Braun soruĢdu: – Deyəsən, harasa hazırlaĢırsan? 

–  Doğrudan?  –  Kristmas  dedi.  Ona  tərəf  dönmədi.  Fitlə  yeknəsəq,  amma  düzgün  tərzdə 

nəsə minor, həzin zənci mahnısı çalırdı. 

– Bir  halda ki,  sən artıq geyinib-kecinmisən,  –  Braun dedi,  – onda  mən  yuyunmasam da 

olar. 

Kristmas ona tərəf döndü. 



– Hara hazırlaĢırsan? 

– Sən Ģəhərə getmirsən? 

– Bəyəm mən belə bir Ģey dedim? – Kristmas dedi. Yenidən güzgüyə tərəf çevirildi.  

– Hə-ə? – Braun  Kristmasın  boynunun  arxasına  baxa-baxa dedi.  – Deməli,  bu gün  sənin 

nəsə baĢqa iĢin var. – O, Kristmasdan gözünü çəkmirdi. – Amma bu gecə çox soyuq olacaq, belə 

bir havada nəm torpaqda yatmaq müĢkül iĢdir, özü də döĢəyin arıq-marıq bir qız olsa. 

–  Doğrudan?  –  Kristmas  dedi  və  fit  çala-çala  diqqətlə,  tələsmədən  qalstukunu  boğazına 

bağladı. Sonra geriyə dönüb, pencəyini götürdü, əyninə geyindi; Braun gözünü ondan çəkmirdi. 

Kristmas qapıya tərəf getdi. – Sabaha qədər, –  dedi. Qapı arxasınca örtülmədi. Bilirdi ki, Braun 

astanada dayanıb, onun arxasınca baxır. Ancaq o, iz itirməyə çalıĢmadı. BirbaĢ evə sarı yollandı. 

“Görmək istəyir, qoy görsün, – deyə fikirləĢdi. – Ġstəyir, lap dalımca düĢsün”. 

Mətbəxdə  onun  üçün  süfrə  açılmıĢdı.  Yeməyə  oturmamıĢdan  əvvəl  ağzı  açılmamıĢ 

məktubu  cibindən çıxardı, onu süfrəyə,  boĢqablardan  birinin  yanına qoydu. Məktub zərfsiz  idi, 

onu  nəyəsə  qoyub  ağzını  surquclamamıĢdılar,  buna  görə  də  öz-özünə  açıldı,  sanki,  inadla 

oxunmasını istəyirdi. Ancaq o məktuba tərəf heç gözünün ucu ilə də baxmadı. Yeməyə giriĢdi. 

Tələsmədən,  arxayın-arxayın  yeyirdi.  Artıq    son  tikəsini    yeyib  qurtarmıĢdı  ki,  birdən  baĢını 

qaldırıb qulaq verdi. Sonra yerindən qalxdı, piĢik kimi səs salmadan, gizlincə qapıya yaxınlaĢıb, 

onu qəfil, cəld bir hərəkətlə dartıb açdı. Bayır tərəfdən sifətini qapıya, daha doğrusu, indi onun 

olduğu yerə söykəyib duran Braunu önündə gördü. ĠĢıq üstünə düĢdüyü an onun sifətində gərgin 

bir  uĢaq  marağı  həkk  olunmuĢdu;  Kristmasın  gözləri  önündə  bu  ifadə  təəccüblə  əvəz  olundu, 

sonra  isə  dartınıb  normal  görkəm  aldı.  Braunun  səsi  təntənəli,  ancaq  eyni  zamanda,  asta, 

ehtiyatlı,  sui-qəsdçi  səs  idi,  elə  bil,  o  artıq  xahiĢ  gözləmədən,  məsələnin  məğzinə  varmadan, 

sadəcə,  yoldaĢlıq,  yaxud  da  qadın  əleyhinə  kiĢi  həmrəyliyi  naminə  Kristmasın  tərəfinə  keçmiĢ, 

onunla ittifaq qurmuĢdu. 

–  Belə-belə  iĢlər,  –  o  dedi.  –  Deməli,  sən  hər  gecə  bura  əkilirmiĢsən.  Necə  deyərlər,  lap 

burnumuzun ucunda... 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə