Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə82/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   78   79   80   81   82   83   84   85   ...   192

 

16



Üçüncü mərhələ belə baĢladı. Bir müddət bu mərhələ onda hətta əvvəlkilərdən də möhkəm 

çaĢqınlıq  yaratdı. O  bu qadından coĢqun ehtiras,  öz günahının  lal etirafını,  ən azı  – əgər onun 

könlünü  ələ  almağa  baĢlarsa  –  üzüyolalıq  gözləyirdi;  o    hətta  buna  hazır  idi  də.  Amma  tamam 

özgə, qucaqlamaq istəyərkən təmkinli kiĢi qətiyyətiylə onun əlini kənara itələyən yad bir qadınla 

üzləĢdi. 

– BaĢla, – Kristmas dedi, – mənə nə sözün varsa, de. Bəlkə, bundan sonra söhbətimiz daha 

yaxĢı alınacaq. Qorxma, bunun uĢağa heç bir zərəri olmaz. 

Qadın onu bircə kəlmə ilə durdurdu; ilk dəfə qadının sifətinə diqqətlə baxdı – orada soyuq, 

dalğın, fanatik  ifadə gördü.  

–  Sən  heç  bilirsənmi  ki,  –  qadın  dedi,  –  öz  həyatını  boĢ  yerə  sərf  eləyirsən?  –  Və  o, 

heyrətdən yerindəcə donub qadının üzünə baxa-baxa qaldı, elə bil, qulaqlarına inana bilmirdi.  

Bu  sözlərin  mənası  ona  dərhal  çatmadı.  Qadın  bir  dəfə  də  olsun  ona  tərəf  baxmadı. 

Sifətində  soyuq, hərəkətsiz  bir  ifadə,  fikirli  baxıĢlarını  sobaya zilləmiĢ  halda onunla  yad  adam 

kimi danıĢırdı, o isə təhqir olunmuĢ kimi, çaĢqınlıq içərisində dinləyirdi. Qadın istəyirdi ki, zənci 

məktəblərilə  bağlı  iĢləri  –  yazıĢmaları,  müntəzəm  səfərləri  o  öz  boynuna  götürsün.  Bu  planı 

hərtərəfli ölçüb-biçmiĢdi. Bütün təfərrüatı ilə ona izah edirdi, o isə bütün bunlara getdikcə artan 

qəzəb  və  heyrət  içərisində  qulaq  asırdı.  Bu  iĢlərə  rəhbərlik  ona  keçəcəkdi,  qadın  isə  onun 

katibəsi,  köməkçisi  olacaqdı:  onlar  məktəblərə  birgə  gedəcək,  zənci  evlərini  birlikdə  ziyarət 

edəcəkdilər;  nə  qədər  möhkəm  qəzəblənsə  də  o,  bu  planın  dəlilik  olduğunu  yaxĢı  anlayırdı. 

Amma dinc soba iĢığında qadının sakit profili çərçivəyə salınmıĢ portret kimi çılğınlıqdan uzaq 

və  ciddi  idi.  O  evdən  çıxarkən  birdən  qadının  uĢaq  barədə  bir  kəlmə  də  olsun  danıĢmadığını 

xatırladı.  

Qadının ağlını təmiz itirdiyinə hələ inanmağı gəlmirdi. FikirləĢirdi ki, bütün bunlara səbəb 

hamiləlikdir,  elə  buna  görə  də  onu  yaxın  buraxmır,  əl  vurmağa  qoymur.  Onunla  mübahisə 

eləmək istədi. Amma bu daĢ-divarla mübahisə etmək kimi bir Ģey oldu; qadın heç onun sözünü 

də kəsmədi, sakitcə axıracan dinlədi, sonra da soyuqqanlılıqla qaldığı yerdən sözünə davam etdi, 

elə bil, o, heç nə deməmiĢdi. Nəhayət, qalxıb otaqdan çıxanda o, qadının bunu hiss elədiyinə də  

tam əmin deyildi.  

Sonrakı  iki ay  ərzində qadını  yalnız  bir dəfə gördü. Günləri  həmiĢəki kimi keçirdi,  bircə 

fərqi vardı ki, artıq o evə yaxın düĢmürdü, yonqar sexində iĢlədiyi ilk aylarda olduğu kimi, yenə 

də  Ģəhərdə  nahar  eləyirdi.  Ancaq  o  vaxtlar,  iĢləməyə  yenicə  baĢlayanda  gündüzlər  qadın 

haqqında  fikirləĢmirdi,  o  heç  yadına  da  düĢmürdü.  Ġndi  isə  özüylə  bacara  bilmirdi.  Heç  cür 

fikrindən çıxmır, demək olar ki, daim gözünün önündə dururdu: evdə səbirsizliklə onu gözləyən, 

qır-saqqız,  sərsəm  bir  qadın.  Birinci  mərhələdə  o,  sanki,  küçədə,    qarla  örtülü  torpaq  üstündə 

yaĢamıĢ  və  evə  girməyə  can  atmıĢdı;  ikincisində  –  gününü  qaynar,  quduz  bir  qaranlıqda 



 

16



keçirmiĢdi; indi isə boĢ bir düzənliyin ortasına düĢmüĢdü, burda nə ev, nə də qar vardı, heç külək 

də əsmirdi.  

Ġndi  o  qorxmağa  baĢlamıĢdı,  halbuki,  bu  vaxtacan  onun  canına  yalnız  çaĢqınlıq,  bir  də  

yəqin ki, nəsə bəd, qaçılmaz bir hadisə baĢ verəcəyinin ürküsü hakim kəsilmiĢdi. Ġndi onun viski 

ticarətində  yeni  bir  Ģəriki  də  vardı:  Braun  adlı  sərgərdanın  birisiydi,  yonqar  sexinə  yazda  iĢə 

düzəlmiĢdi. Bu adamın axmaq, avam olduğunu baĢa düĢürdü, amma əvvəlcə fikirləĢdi: “Mən nə 

desəm  onu  eləyəcək,  hər  halda,  buna  ağlı  çatar. Ona  düĢünmək  lazım  gəlməyəcək”.  Yalnız  bir 

müddət  keçəndən  sonra  öz-özünə  dedi:  “Ġndi  bilirəm  ki,  axmaq  nədir.  Bu  o  adamdır  ki,  hətta 

özünün belə ağıllı məsləhətinə qulaq asmır”. Braunu ona görə Ģərik götürdü ki, gəlməydi və onda 

nəsə  Ģən,  Ģux  bir  sadəlövhlük,  kütlük  vardı,  ürəkli,  qorxmaz  adam  da  deyildi;  bilirdi  ki,  bütün 

naqis  cəhətlərinə  rəğmən,  istənilən  qorxaq  adam  ağıllının  əlində  özündən  savayı  hər  kəs  üçün 

faydalı ola bilər.   

Qorxurdu  ki,  birdən  Braun  o  qadının  bu  evdə  yaĢadığını  öyrənər  və  öz  ağılsızlığı 

ucbatından  onun  bütün  iĢlərini  korlayar.  Qadından  qaçdığı  üçün  də  ehtiyatlanırdı:  gecə  vaxtı 

onun yadına qəfil nəsə düĢər, durub daxmaya gələr. Fevraldan bəri onunla bircə dəfə – qadının 

yanına gedib, Braunun da onunla bir yerdə daxmada qalacağını ona deyərkən  görüĢmüĢdü. Bu, 

bazar  günü  olmuĢdu.  Evə  gedib  qadını  səsləmiĢ,  qadın  da  arxa  artırmaya  çıxıb  onu  sakitcə 

dinləmiĢdi.  “Buna  elə  bir  ehtiyac  yox  idi”,  –  demiĢdi.  Onda  Kristmas  onun  nəyi  nəzərdə 

tutduğunu  anlamamıĢdı.  Yalnız  sonralar  baĢa  düĢdüyü  Ģey  birdən-birə  bütöv,  çap  olunmuĢ  bir 

ifadə  kimi  beynində  parlamıĢdı  O  elə  bilir  mən  bu  adamı  ona  görə  bura  dartıb  gətirmişəm  ki, 



onu  özümdən  bir  az  da  uzaq  eləyim.  Fikirləşir  ki,  mən  elə  bilirəm,  bu  adam  yanımda  olsa, 

daxmaya gəlməkdən çəkinəcək; məni sakit buraxacaq  

Beləliklə, bu fikri, qadının nə edə biləcəyi qorxusunu düĢüncəsinə yeritdi, elə bildi ki, bunu 

qadının  da  Ģüuruna  yeridib.  Ona  elə  gəldi  ki,  əgər  qadın  belə  fikirləĢirsə,  deməli,  Braunun 

yanında qalması onu təkcə daxmaya gəlməkdən  çəkindirməyəcək,  həm də  buna təhrik edəcək. 

Lakin artıq bir aydan çox keçsə də, qadın heç nə eləmir, ona yaxınlaĢmaq üçün bir addım belə 

atmırdı, buna görə də fikirləĢdi ki, indi ondan hər Ģey gözləmək olar. Ġndi özü gecələr yuxusuz 

qalmağa baĢladı. FikirləĢdi: “Mən nəsə eləməliyəm. Deyəsən, nəsə eləyəcəm”. 

Fəndgirlik  eləyib  Braundan  yayınmağa,  daxmaya  ondan  əvvəl,  tək  gəlməyə  çalıĢırdı.  Hər 

dəfə də qadını orda görəcəyindən qorxurdu. Ancaq daxmaya gəlib onu bomboĢ görəndə özünün 

qorxu  keçirməyə,  yalan  danıĢmağa,  tələm-tələsik  evə  gəlməyə  məcbur  qaldığı  halda,  qadının 

evdə  sakit-xürrəm  oturub,  yalnız  onu  indimi,  yoxsa  bir  az  da  əzab-əziyyət  verəndən  sonra 

satacağı  barədə  düĢünməsi  onu  özündən  çıxarır,  möhkəm  qəzəbləndirirdi.  BaĢqa  vaxt  olsaydı, 

onların  arasındakı  münasibətdən  Braunun  xəbər  tutub-tutmaması  heç  vecinə  də  olmazdı. 

Qadınlarla  əlaqəli  nəyisə  gizli  saxlamaq,  yaxud  onlara  əsl  kübar  münasibəti  bəsləmək  onun 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə