Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə80/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   76   77   78   79   80   81   82   83   ...   192

 

16



Bu  mərhələ  birincidən  fərqli  olaraq  birdən  –  kulminasiya  nöqtəsində  qırılmadı.  O  elə 

tədricən,  elə  yavaĢ-yavaĢ  üçüncü  mərhələyə  çevrildi  ki,  birinin  harda  bitib,  o  birinin    hardan 

baĢladığını  heç    özü  də  deyə  bilməzdi.  Yay  da  payıza  bu  cür  keçir,  günəĢ  qərbdə  batarkən 

kölgələr  uzandığı  kimi  payızın  soyuq  nəfəsi  də  tədricən,  qarĢısıalınmaz  bir  qüvvə  ilə  yayın 

baĢının üstünü alır; ilk payızda ölgün yay da sönməkdə olan ocağın qəfil alovları kimi hərdən bir 

bu cür  birdən canlanıb  sonra öləziyir. Bu  mərhələ  iki  il davam etdi. O, hələ  də  yonqar sexində 

iĢləyirdi, boĢ vaxtlarında isə yavaĢ-yavaĢ, ehtiyatla,  yalnız bir neçə etibarlı alıcıya viski satmağa 

baĢlamıĢdı; bu alıcıların heç biri digərini tanımırdı. Qadın bundan tamam xəbərsiz idi, halbuki, o 

öz viski ehtiyatını onun ərazisində gizlətmiĢdi, alıcılarla örüĢün o tayındakı meĢəlikdə görüĢürdü. 

Əslinə  qalsa,  bilsəydi  belə,  buna    etiraz  etməzdi.  Elə  missis  Makiçern  də  gizli  kəndirə  etiraz 

etməzdi;  çox  güman  ki,  o  bu  qadına  da,  missis  Makiçernə  də  öz  gizlin  iĢlərini  elə  eyni  səbəbə 

görə  açıb  deməmiĢdi.  Missis  Makiçern  və  kəndir  barədə,  ona  vermək  istədiyi  pulu  hardan 

tapdığını  demədiyi  ofisiant  qız  barədə,  nəhayət,  indiki  məĢuqəsi  və  viski  barədə  düĢüncələrə 

dalarkən  viskini  pul  qazanmaq  xatirinə  deyil,  onu  əhatə  edən  qadınlardan  nəyisə  gizlətməyə 

məhkum  olduğuna  görə  satdığına  inanmağa  hazır  idi.  Bu  arada  bəzən  o  qadını  gündüzlər  də 

görürdü  –  uzaqdan,  evin  arxasında;  tərtəmiz,  hər  yeri  örtülü  ciddi  libasın  altında  həddən  artıq 

ĢiĢkin, həddən artıq yetiĢmiĢ, bataqlıq törəməsi kimi ilk toxunuĢdaca çirkab axıtmağa hazır olan 

nəsə  yaĢayır,  açıq-aĢkar  tərpəĢirdi;  qadın  bir  dəfə  də  olsun  dönüb  nə  daxmaya,  nə  də  ona  sarı 

baxmırdı. Və digər – yalnız qaranlıqda yaĢayan məxluq barədə düĢünəndə ona elə gəldi ki, indi 

gündüz iĢığında o, gecə öz bacısı tərəfindən boğulub öldürülmüĢ bir qadının xəyalatını görür və 

bu  xəyalat  indi  hətta  inildəmək  qabiliyyətini  belə  itirmiĢ  olan  köhnə  dinclik  səhnələrini 

məqsədsiz-filansız, boĢ-boĢuna dolaĢmağa çıxıb. 

Əlbəttə,  ikinci  mərhələnin  ilkin  qəzəbi  sonsuzacan  davam  edə  bilməzdi.  Əvvəlcə  bu  bir 

Ģəlaləyə  bənzəyirdi;  indi  isə  qabarma  və  çəkilmələrlə  əvəz  olunmuĢdu.  Qabarma  vaxtı  qadın, 

demək olar ki, həm özünü, həm də onu aldada bilirdi. Bunun yalnız qabarma olduğu düĢüncəsi, 

sanki, onda daha Ģiddətli etiraz, daha Ģiddətli qəzəb doğururdu və bu etiraz, bu qəzəb onun özünü 

də, tərəf-müqabilini də tamamilə ağlasığmaz Ģəhvani eksperimentlərə sövq edir, öz güclü təzyiqi 

ilə  onları  vurub, öz iradələrindən asılı olmadan, kim  bilir, haralara tullayırdı. Sanki, qadın  baĢa 

düĢmüĢdü ki, vaxtı azdır, ömrünün payızı qapının ağzını kəsdirib, amma bu payızın onun üçün 

nə demək olduğunu hələ  bilmirdi. Yəqin ki, bu zaman onu yalnız instinkt  – Ģəhvani və  itirilmiĢ 

illərin  əvəzini  çıxmaq  instinkti  idarə  edirdi.  Sonra  çəkilmə  baĢlayırdı.  Və  onlar  yorulub  əldən 

düĢmüĢ,  doymuĢ    halda,  güclü  Ģimal-qərb  küləyi  yenicə  avazıyıbmıĢ  kimi  quruda  sərilib  qalır,  

yad  adamlar  tək  ümidsiz,  narazı  halda    (o,  bezginlik  içərisində,  qadın  isə  gözlərində  dərin  bir 

ümidsizlik) bir-birinə baxırdılar.  




 

16



Ancaq  payız  artıq  qadının  üzərinə  çökmüĢdü.  O,  uĢaqdan  danıĢırdı,  elə  bil,  instinkti  ona 

xəbərdarlıq  etmiĢ,  özünə  bəraət  qazanmağın,  ya  da  günahını  yumağın      vaxtı  gəlib  çatdığını 

bildirmiĢdi.  Bu  barədə  o,  çəkilmə  vaxtında  danıĢırdı.  Ġlk  vaxtlar  onların  hər  gecəsi  həmiĢə  sel 

kimi gur axınla baĢlayırdı, sanki, gündüz saatlarının ayrılığı onun bir anlığa da olsa gur Ģəlaləni 

təsəvvürünə  gətirə  bilməsi  üçün  qurumaqda  olan  xırda  axınları  bir  yerə  yığıb  cəmləĢdirirdi. 

Amma  sonra  hətta  o  axınların  da  buna  gücü  yetmədi:  indi  Kristmas  qadının  yanına  yad  adam 

kimi, könülsüz, artıq necə geri qayıdacağı barədə düĢünə-düĢünə gedirdi; qaranlıq yataq otağında 

yad adam kimi onunla yanaĢı əyləĢib, sanki, üçüncü – yenə yad bir adam haqqında söhbət edə-

edə  ondan  uzaqlaĢırdı.  Birdən  bunu  da  anladı  ki,  indi  onlar,  sözləĢiblərmiĢ  kimi,  yalnız  yataq 

otağında  görüĢürlər,  elə  bil,  artıq  evlidilər.  Daha  o  bu  qadınla  bu  qaranlıq  evdə  gizlənqaç 

oynamalı olmurdu; onun qadını tapmaq üçün  hər  yeri arayıb axtardığı, qadınınsa, onu bürüyən 

Ģəhvani həyəcandan nəfəsi tıncıxaraq, bərkdən tövĢüyə-tövĢüyə qaranlıq evin hansısa küncündə, 

ya da açıq havada, kolluğun içində çılın-çılpaq gizləndiyi gecələr artıq at tövləsinin arxasındakı 

dirəyin oyuğundakı gizlin namə yeri kimi çoxdan keçmiĢə gömülmüĢdü.  

Hər  Ģey  ölüb  getmiĢ,  keçmiĢdə  qalmıĢdı:  hətta  son  dərəcə  qüsursuz  oynanılan  gizlin 

biabırçı Ģəhvət və qısqanclıq səhnələri belə. Hərçənd xəbəri olsaydı, indi onun qısqanclıq üçün 

əsası  da  vardı.  Təxminən  həftədə  bir  dəfə  Kristmas,  guya,  iĢ  dalınca  harasa  gedirdi.  Onun 

Memfisə  getdiyindən,  orda  baĢqa  qadınlarla  –  pulla  alınan  qadınlarla  ona  xəyanət  etdiyindən 

xəbəri  yox  idi.  Bunları  bilmirdi.  Bəlkə  də,  indiki  halında  bunlara  inanmazdı  da;  nə  qədər  pərt 

olsa  da,  heç  bir  dəlil-sübuta  da  qulaq  asmazdı.  Çünki  indi  o,  bir  qayda  olaraq,  gecələrin    çox 

hissəsini  yuxusuz  keçirirdi,  yalnız  gündüzlər,  nahardan  sonra  yatıb  yuxusunu  alırdı.  Xəstələnib 

eləməmiĢdi;  bunun günahı  bədənində  deyildi. HəmiĢəkindən də  sağlam  idi;  iĢtahı da güclüydü, 

on  iki  kilo  kökəlmiĢdi.  Yuxusuzluğu  bu  doğurmamıĢdı.  Bunun  səbəbi  qaranlığın  özündə, 

torpaqda, öləziməkdə olan yaydaydı: ordan onu nəsə qorxunc bir Ģey təhdid edirdi; amma fəhmi, 

instinkti  onu  inandırmağa  çalıĢırdı  ki,  bunun  ona  xətəri  dəyməyəcək;  onu  qəfil  haqlayıb, 

xəyanətkarcasına satacaq, amma heç bir ziyan vurmayacaq: əksinə, o xilas olacaq, həyat əvvəlki 

kimi, hətta ondan da yaxĢı davam edəcək, daha qorxusuz-ürküsüz olacaq. Qorxunc olanı isə  bu 

idi ki, o, xilas olmağı arzulamırdı. “Mən hələ dua etməyə hazır deyiləm”, – o, sakitcə, pıçıltıyla, 

gözləri geniĢ açılmıĢ halda öz-özünə dedi, ara vermədən pəncərədən içəri dolan ay iĢığı isə otağı 

getdikcə  qatı  təəssüf  qarıĢıq  mümkünsüzlük  soyuğuna  bürüyürdü.  “Məni  indi  dua  etməyə 

məcbur  etmə.  Ġlahi,  əzizim,  qoy  mən  hələ  bir  qədər  də  əxlaqsızlıq  girdabında  qalım”.  Bütün 

keçmiĢ  həyatı,  ac  illəri  indi  ona  boz  bir  tunel  kimi  görünürdü, onun  uzaq,  geriyə  qaytarılması 

mümkün olmayan ucunda isə çılpaq, bakirəliyin boğub öldürdüyü döĢləri, çox sürətlə ötüb keçən 

son üç ildən əvvəl olduğu kimi, əbədi tənə zərbindən göm-göm göynəyirdi. “Ġlahi, əzizim, bir az 

da möhlət ver. Ġlahi, əzizim, bir az da möhlət ver”. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə