Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə76/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   72   73   74   75   76   77   78   79   ...   192

 

15



qərq olmuĢ  hansısa qəzəbi  ifadə  edirdi.  “Daha bir qarabəniz Berden,  lənətə  gəlsin  bu nəsli,  –  o 

dedi.–Camaat elə biləcək ki, mənim uĢaqlarım kölə alverçisindəndi. Ġnnən belə də onun haqqında 

bu cür düĢünəcəklər”. Oğlu ona diqqətlə qulaq asırdı,  hətta arvadının qiyamçı deyil,  ispan qızı 

olduğunu  belə atasına  izah etməyə  çalıĢmırdı.  “Qara, boydan kasad köpək uĢağı! Bunların ona 

görə boyu çıxmır ki, Allahın qəzəbinin ağırlığına tab gətirə bilmirlər; ona görə qaradılar ki, bəĢər 

övladının  kölə  xisləti  onların  canını,  qanını  zəhərləyib”.  Onun  baxıĢları  laqeyd,  təəssübkeĢ  və 

inadcıl idi. “Amma biz indi onların hamısını – qarasını da, ağını da azadlığa çıxarmıĢıq. Ġnnən 

belə onlar da ağarmağa baĢlayacaq. Yüz ildən sonra hamısı yenidən ağ adam olacaq. Bəlkə, onda 

biz  onlara  Amerikaya  qayıtmağa  icazə  verdik”.  O  susdu,  yavaĢ-yavaĢ  hirsi  soyumağa  baĢladı. 

“Vallah,  –  birdən dedi,  – qara olsa da,   əsl kiĢi qaməti  var. Babası kimi  iri adam olacaq, atası 

kimi  liliputa  oxĢamayacaq.  Anası  da,  özü  də  nə  qədər  qarabəniz  olsalar  da,  iri,  cüssəli  kiĢi 

olacaq”. 

Qadın  tədricən  qaranlıq  çökən  daxmada,  çarpayıda  Kristmasla  diz-dizə  oturub  bunları 

danıĢırdı.  Bir  saat  ərzində  heç  biri  yerindən  tərpənməmiĢdi.  Kristmas  indi  onun  sifətini  aydın 

görmürdü; qadının qırıq-qırıq eĢidilən səsi onu, yaddaĢda heç bir əks-səda doğurmayan dincliyin 

gətirdiyi  mürgüdən  yerində  ləngər  vuran  qayıq  kimi  yüngülcə  yırğalayırdı;  onu  qulağının  bir 

ucuyla dinləyirdi.  “Onun da adı  babamınkı kimi  Kalvin  idi, o da babam kimi  hündürboyluydu, 

hərçənd nənəmin nəslinə, bir də öz anasına çəkdiyi üçün qarabənizdi. Amma onun anası mənim 

anam  deyildi.  Biz  Kalvinlə  atabir  qardaĢ-bacıydıq.  Babam  ailədə  on  uĢağın,  atam  iki  uĢağın, 

Kalvin  isə  onların  hamısının  ən  axırıncısıydı”.  Sabiq  kölə  sahibi  olan  Sartoris  adlı  bir 

konfederat

14

 zabiti bu evdən iki mil aralıda – Ģəhərdə onu zəncilərin seçkilərdə  iĢtirakı məsələsi 



üstündə  tapança ilə vurub öldürəndə iyirmi yaĢı təzəcə tamam olmuĢdu. 

Qadın  Kristmasa  qəbirlərdən  də  danıĢdı;  qardaĢının,  babasının,  atasının  və  onun  iki 

arvadının  qəbirləri  evdən  yarım  mil  aralıda,  otlaqdakı  təpəcikdə,  sidr  ağaclarının  altında 

uyuyurdu;  Kristmas  onu  dinməzcə  dinləyə-dinləyə  fikirləĢdi:  “Eh-h.  Ġndi  də  məni  onlara 

baxmağa  aparacaq.  Çarə  yoxdur,  getməliyəm”.  Ancaq  qadın  onu  ora  aparmadı.  O  gecə  o 

qəbirlərin harda olduğunu, əgər istəsə gedib onlara baxa biləcəyini desə də,  bir daha bu barədə 

söz açmadı.  

–  Bəlkə  də,  onları  tapa  bilməzsiniz,  –  qadın  dedi.  –  Çünki  o  gecə  babamla  Kalvini  evə 

gətirəndə,  atam  qaranlıq  düĢənəcən  gözlədi,  sonra  da  onları  aparıb  basdırdı,  qəbir  yerlərini 

gizlətdi, təpəcikləri yerlə bir eləyib üstünü Ģax-Ģəvəllə, zirzibillə örtdü. 

– Gizlətdi? – Kristmas dedi. 

Qadının səsində qadına məxsus heç bir hüzn, nisgil yox idi.  

                                                

14

 



 Konfederat – ABġ-da VətəndaĢ müharibəsi zamanı Cənub Ģtatlarının tərəfində döyüĢən ordu mənsubları 


 

15



–  Gizlətdi  ki,  heç  kəs  onları  tapa  bilməsin.  Qazıb  ordan  çıxarmasın,  bəlkə  də,  çıxarıb 

murdarlamasın.  –  Sonra  isə  cüzi  bir  səbirsizliklə  sözünə  davam  elədi.  –  Burda  heç  kimin  bizi 

görməyə gözü yox idi. Biz onlar üçün yankiydik. Gəlməydik. Gəlmədən də betər – düĢmən idik. 

Torbagəzdirən, qarətçiydik. Müharibənin yaraları hələ  yaddaĢlarda çox təzəydi, hətta məğlublar 

belə  ağıllanmağa  macal  tapmamıĢdılar.  Guya,  biz  zənciləri  qarətə,  zorakılığa  Ģirnikləndirirdik; 

onlar  buna  belə  ad  qoymuĢdular.  Ağların  üstünlüyünü  təhlükəyə  salırdıq.  Buna  görə  də  təkqol 

qoca bir adamı, ömründə səs verməyə hələ macal tapmamıĢ cavan bir uĢağı tapançadan açdığı iki 

atəĢlə  yerindəcə  vurub  öldürdüyünə  görə  polkovnik  Sartorisi  bu  Ģəhərdə,  mən  bilən,  az  qala, 

qəhrəman eləmiĢdilər. Bəlkə də, haqlıydılar. Bilmirəm.  

–  Yox  bir?  –  Kristmas  dedi.  –  Doğrudanmı,  onlar  belə  bir  Ģey  eləyə  bilərdilər?  Ölüləri 

qəbirdən qazıb çıxardardılar? Görəsən, qanı fərqli olan adamlar bir-birinə  nifrət etməyə  nə vaxt 

son qoyacaqlar?  

– Nə vaxt?  – Qadın susdu. Sonra sözünə davam  etdi.  – Bilmirəm. Bilmirəm onları qazıb 

çıxardardılar yoxsa yox. O vaxt mən hələ dünyaya gəlməmiĢdim. Mən Kalvin öldürüləndən on 

dörd  il  sonra  doğulmuĢam.  Amma  atam  güman  edirdi  ki,  onlar  belə  bir  iĢ  tutmağa  qadirdilər. 

Buna görə də o qəbirlərin üstünü  basdırıb gizlətmiĢdi. Sonra  Kalvinin də  anası  vəfat etdi, atam 

onu da orda, Kalvinlə  babamın yanında dəfn elədi. Beləliklə, ora hiss olunmadan bir növ bizim 

ailə  qəbiristanlığımıza  çevrildi.  Bəlkə  də,  atam  onu  orda  dəfn  etmək  niyyətində  olmamıĢdı. 

Yadımdadı, mənim anam (onu Kalvinin anası vəfat edəndən dərhal sonra atamın xahiĢinə əsasən 

bizim  nyu-hempĢirli  qohumlarımız  göndərmiĢdilər.  Axı  atam  tək  qalmıĢdı.  FikirləĢirəm  ki, 

babamla  Kalvin  burda  dəfn  olunmasaydılar,  atam  baĢqa  yerə  çıxıb  gedərdi),    anam  deyərdi  ki, 

Kalvinin anası öləndə atam burdan birdəfəlik çıxıb getmək istəyirmiĢ. Amma Kalvinin anası yay 

vaxtı, istidə öldüyündən onu Meksikaya, qohumlarının yanına aparmaq mümkün olmayıb. Ona 

görə  də  burda  dəfn  edib.  Yəqin,  elə  ona  görə  burda  qalıb.  Bəlkə  də,  artıq  qocalmağa  baĢladığı 

üçün...  Elə  VətəndaĢ  müharibəsində  vuruĢanların  da  hamısı  qocalıbmıĢ,  zəncilər  isə  nə  kimisə 

öldürmüĢ,  nə  də  zorlayıblarmıĢ.  Bir  sözlə,  onu  burda  dəfn  edib.  O,  qəbirin  də  üstünü  basdırıb 

gizlətməli  olub,  fikirləĢib  ki,  birdən  kimsə  onu  görüb  Kalvini,  babamı  yada  sala  bilər.  Hər  Ģey 

çoxdan  olub  bitsə  də,  artıq  əfsanəyə,  nağıla  çevrilsə  də,  risk  eləmək  istəməyib.  Bir  il  sonra  isə 

Nyu-HempĢirdəki  qohumumuza  məktub  göndərib.  O  məktubda  yazıb:  “YaĢım  artıq  əllini 

haqlayıb.  Ürəyim  istəyən  hər  Ģey  varımdır.  Mənə  yaxĢı  bir  arvad  göndərin.  Kimliyinin  fərqi 

yoxdur,  təki  yaxĢı  evdarlığı  olsun,  yaĢı  da  otuz  beĢdən  aĢağı  olmasın”.  Elə  həmin  zərfin  içinə 

anamın qatarla gələ bilməsi üçün yolpulu da qoyub.  Ġki aydan sonra anam bura gəlib və onlar 

elə  həmin gün evləniblər. Bu, onun üçün ildırım sürətli toy olub. Çünki birinci dəfə – Kalvinlə, 

onun  anası  ilə  Kanzasda  babamı  axtardıqları  zaman  –  evlənmək  üçün  onlar  düz  on  iki  il 

gözləyiblər. Ata evinə həftənin ortasında gəlib çıxdıqları üçün isə toyu bazar gününə saxlayıblar. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə