Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə75/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   71   72   73   74   75   76   77   78   ...   192

 

15



qoyan böyük qıza dedi, – çox sağ olun, xanım, zəhmət çəkməyin, yağı özüm götürərəm. Camaat 

danıĢırdı ki, o at heç də o meksikalının olmayıb. Onun, ümumiyyətlə, heç vaxt atı olmayıb. Bir 

də ki, ispanlar da əhalini ciddi nəzarətdə saxlamağa məcburdurlar, çünki ġərqdən gedənlər Qərbi 

orda çox pis tanıdıblar.  

Ata əsəbiləĢdi. 

–  Lap  Allaha  and  içərəm.  Əgər  orda  nəsə  bir  cəncəl  iĢ  olubsa,  Allaha  and  olsun  ki,  o 

hökmən onda iĢtirak edib. Ona deyin ki, – ata tamam qəzəblənib özündən çıxdı – əgər sarıqarın 

keĢiĢlərin onu yoldan çıxarmalarına imkan versə, o murdar qiyamçılar kimi onu özüm yerindəcə 

güllələyərəm.  

–  Ona  deyin  ki,  qayıdıb  evə  gəlsin,  –  böyük  qız  söhbətə  qarıĢdı.  –  Siz  ona  yalnız  bunu 

deyin. 

– Oldu, xanım, – xəbər gətirən adam dedi. – Hökmən deyərəm. Mən indi ġərqə, Ġndianaya 



gedirəm. Qayıdan kimi dərhal onu axtarıb taparam. Hökmən deyərəm. Hə, az qalmıĢdı unudum. 

Dedi sizə çatdırım ki, arvad da, uĢaq da sağ-salamatdılar. 

– Kimin arvadı, kimin uĢağı? – ata dedi. 

– Onun, – qonaq dedi. – Bir daha sizə öz təĢəkkürümü bildirirəm.  Sağ olun. Salamat qalın.  

Onların yanına qayıtmamıĢdan bir az əvvəl oğlu üçüncü dəfə xəbər göndərdi. Günlərin bir 

günü evin önündə onun necə qıĢqırdığını eĢitdilər. 1866-cı il idi. Ailə bir daha köçüb, Qərbə tərəf 

yüz mil aralıda məskən salmıĢdı, oğul isə oturacağının altında bir cüt köhnə ayaqqabı və içərisi 

qızıl tozu, pul sikkəsi, külçə daĢ-qaĢla dolu iki dəri kisə gizlədilən tarantası

9

 Kanzas və Missuri 



boyunca   irəli-geri  qovaraq onları tapanacan iki ay vaxt itirmiĢdi. O, qıĢqıra-qıĢqıra üstü çimlə 

örtülmüĢ  komaya  yaxınlaĢanda  qapının  ağzında  kətildə  bir  kiĢi  oturmuĢdu.  “Bax  o,  atamdı,  – 

Nataniel  yanında  gətirdiyi  qadına  dedi.  –  Görürsən?”  Atası  hələ  altmıĢı  haqlamasa  da,  gözləri 

xeyli zəifləmiĢdi. Kalvin öz oğlunu yalnız tarantas dayanandan sonra, qızlar çığıra-çığıra evdən 

bayıra qaçıĢanda tanıdı. Tanıyan kimi də yerindən qalxıb var gücü ilə nəsə bağırdı. “Bu da biz, – 

Nataniel dedi. – Axır ki, öz evimizdəyik”. 

Kalvin  dilinə  bir  kəlmə  də  olsun  xoĢ  söz  gətirmədi.  Yalnız  qıĢqırıb,    söyüĢ  söydü.  “Ġndi 

sənin  dərinə  saman  təpəcəm!  –  deyə  çığırdı.  –  Qızlar!  Vanqi,    Bekki!  Sara!”  Bacılar  artıq 

ordaydılar.  Onlar  öz  büzməli  donlarında,  atalarının  bağırtısında  itib-batan  çılğın  çığırtıları  ilə 

birlikdə  çoxdan  özlərini  bayıra  atmıĢ,  güclü    hava  axınına  düĢmüĢ  Ģar  balonları  kimi  ora 

uçmuĢdular.  Atanın  əynindəki  zəngin,  yaxud  iĢ-gücdən  uzaq  adamın,  ya  da  bazar  günlərində 

geyinilən  kilsə  pencəyini  xatırladan  pencəyin  yaxası  açıq  idi  və  o,  sifətini  turĢudaraq,  əl  atıb 

belində  nəyisə  dartıĢdırdı;  sanki,  indicə  tapançasını  çıxaracaqdı.  Amma  sadəcə,  yeganə  əliylə 

Ģalvarının dəri qayıĢını dartıb çıxardı və çıxaran kimi də onu havada yellədə-yellədə çığırtısı bir-

                                                

9

 



 Tarantas – üstü örtülü minik arabası 


 

15



birinə qarıĢmıĢ qadınların arasına cumdu. “Ġndi sənə göstərərəm! – o bağırdı. – Ġndi bilərsən ki, 

evdən qaçmaq nə deməkdi!” QayıĢ iki dəfə Natanielin çiynindən tutdu. Amma o, cəmi ikicə dəfə 

havaya qalxıb-enə bildi, çünki bu iki kiĢi dərhal bir-birinin üstünə atılıb əlbəyaxa oldular. 

Bu,  oyuna  bənzəyirdi  –  ölümcül,  son  dərəcə  əyləncəli,  amma  ciddi  bir  oyuna;  elə  bil,  iki 

aslan  bir-birilə  çarpıĢırdı  və  bunun  sonu  qanla  bitə  də,  bitməyə  də  bilərdi.  Onlar  bir-birinin 

yaxasından yapıĢdılar, qayıĢ havadan asılı qaldı: arıqsifət, saqqalına dən düĢmüĢ, nyu-inqləndli 

boz gözləri bərələ qalan qocayla ona heç oxĢamayan, burnu bir az əyri, ağappaq diĢləri təbəssüm 

içərisində  qıcanan  cavan    üz-üzə,  kəllə-kəlləyə  dayanmıĢdılar.  “Bəsdi,  –  Nataniel  dedi.  – 

Görmürsən tarantasdan bizə kimlər baxır?”  

Bu ana kimi onların  heç biri tarantas tərəfə gözucu da olsa baxmamıĢdı. Onun  içində  bir 

qadın, bir də on iki yaĢlı oğlan uĢağı oturmuĢdu. Ata dönüb qadına tərəf bircə dəfə baxdı; uĢağa 

baxmağın  isə  onun  üçün  heç  bir  əhəmiyyəti  yox  idi.  Qadına  tərəf  baxdı  və  xəyalat  görübmüĢ 

kimi ağzı açıla qaldı. “Yevangelina!” – o, heyrət içində dedi. Qadın mərhum arvadına bəzəyirdi, 

elə  bil,  onun  doğma  bacısıydı.  Anasını  çətin  ki,  xatırlaya  bilən  oğlu,  demək  olar  ki,  tamamilə 

onun eyni olan bir qadınla evlənmiĢdi.  

– Bu, Xuanadır, – o dedi. – Yanındakı da Kalvin. Biz gəlmiĢik ki, burda evlənək.  

AxĢam  yeməkdən  sonra  Nataniel  uĢaqla  arvadını  yatmağa  göndərib  danıĢmağa  baĢladı. 

Çırağın  baĢına  yığıĢmıĢdılar:  ata,  bacılar  və  axır  ki,  evə  qayıdan  oğul.  Orada  bir  dənə  olsun 

anqlikan

10

  keĢiĢi  yoxudu,  Nataniel  izah  etdi,  hamısı  katoliklər  idi.  “Biz  biləndə  ki,  çikomuz



11

 

olacaq,  Xuana  katolik  keĢiĢindən  danıĢmağa  baĢladı.  Mən  isə  heç  cür  razı  ola  bilməzdim  ki, 



Berden  bütpərəst  kimi  doğulsun.  Onun  könlünü  almaq  üçün  əsl  anqlikan  keĢiĢi  axtarmağa 

baĢladım.  Amma  hər  dəfə  ortaya  bir  iĢ  çıxdı,  vaxt  eləyib  keĢiĢ  tapa  bilmədim;  sonra  da  uĢaq 

doğuldu,  yəni  tələsməyə  lüzum  qalmadı.  Xuana  isə  daim  narahat  idi,  hökmən  keĢiĢin  yanına 

getmək istəyirdi; bir dəfə – iki ildən sonra eĢitdim ki, Santa Feyə ağ dərili keĢiĢ gələcək, gününü 

isə  dəqiq  bilmirdim.  HazırlaĢıb  ora  yollandıq,  amma  vaxtında  yetiĢə  bilmədik.  Biz  ora  çatanda 

həmin keĢiĢi harasa aparan dilicanın

12

 yalnız tozanağını görə bildik. Yenə də gözləməyə məcbur 



qaldıq, iki ildən sonra Texasda bəxtimizə daha bir fürsət düĢdü. Ancaq burada da, elə bil, qəsdən 

reyncerlərə

13

 iliĢdim; rəqs zamanı Ģerifin köməkçisinə qarĢı Ģuluqluq eləmiĢdilər, möhkəm dava 



düĢmüĢdü, davanı yatırmaqda onlara kömək etməli oldum. Hər Ģey bitəndən sonra isə bu qərara 

gəldik ki, evimizə qayıdaq və burda adam kimi evlənək. Ona görə də indi burdayıq”.  

Artıq  qocalmıĢ,  saçları  ağarmıĢ  ata  ciddi  bir  görkəm  alıb  çıraq  iĢığında  sakitcə  oğlunu 

dinləyirdi, amma sifəti fikirliydi, sanki; o, dərin mürgüyə getmiĢ hansısa  düĢüncəni, çaĢqınlığa 

                                                

10

 



 Anqlikan – Ġngiltərədə protestant dininin bir qolu 

11

 



 UĢağımız (ispanca) 

12

 



 Dilican – dörd təkərli minik arabası 

13

 



 Reyncer –  süvari (atlı) polis 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə