Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə74/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   70   71   72   73   74   75   76   77   ...   192

 

15



yaĢamıĢdı. On ildən sonra Qərbdən Missuriyə gəlib çıxmıĢdı. Gələndən üç həftə sonra, Kentukki 

yolu  ilə  Karolinaya  mühacirət  edən 

hugenot

1

 



ailəsindən  bir  qızla  evlənmiĢdi.  Toydan  bir  gün 

sonra isə demiĢdi: “Artıq, ağlımı baĢıma yığmaq vaxtıdı”. Elə  həmin gündən ağılını baĢına yığ-

mağa  baĢladı.  Toyun  lap  qızğın  çağıydı,  elə  ordaca  ilk  addımını  atdı:  rəsmən  bəyan  elədi  ki, 

katolik kilsəsindən üz döndərir. Bunu toy salonunda bəyan elədi, israrla tələb etdi ki, bütün toy 

iĢtirakçıları ona yaxĢı-yaxĢı qulaq assınlar, buna öz etirazlarını bildirsinlər; özü də etiraz məsələ-

sini xüsusi vurğuyla tələb etdi, hərçənd, etiraz edən-zad yox idi; daha doğrusu, dostları gəlib onu 

ordan aparanacan olmadı. Ertəsi gün dedi ki, tamamilə ciddi danıĢır; o, qurbağa yeyənlərin, kölə 

saxlayanların kilsəsinə mənsub olmaq istəmir. Bu hadisə Sent Luisdə baĢ vermiĢdi. Orda o özünə 

ev  aldı,  bir  ildən  sonra  ata  oldu.  Ata  olandan  sonra  isə  dedi  ki,  bir  il  əvvəl  katolik  kilsəsilə 

əlaqəsini oğlunun ruhunu xilas etmək naminə kəsib; oğluna elə bələk vaxtından öz nyu-inqləndli 

əcdadlarının dinini təlqin etməyə baĢladı. Yaxınlıqda unitarian

2

 ibadətxanası yox idi, ingilis Bib-



liyasını  isə  Berden  özü  oxuya  bilmirdi.  Amma  Kaliforniyada  keĢiĢlərdən  ispanca  oxumağı 

öyrənmiĢdi,  körpə  yeriyən  kimi  Berden  (indi  o  özünü  Berden  adlandırırdı,  çünki  əsl  soyadının 

necə yazıldığını bilmirdi, keĢiĢlər isə bu adı ona məhz bu cür cızmağı öyrətmiĢdilər, zira kəndir, 

bıçaq,  yaxud  da  tapança  dəstəyi  onun  əlinə  qələmdən  daha  rahat  yatırdı)  ona  Kaliforniyadan 

gətirdiyi  ispan  kitabını  oxumağa  baĢladı;  amma  xarici  dildəki  mistikanın  bu  həzin,  qulağaxoĢ 

avazını  tez-tez,  yarısı  Nyu-Ġnqlədin  bitib-tükənmək  bilməyən  bazar  günlərində  atasından  əxz 

etdiyi  cansıxıcı,  boĢ  məntiqdən,  yarısı  isə  cəhənnəm  odu  və  gerçək    kükürdlə  bağlı    istənilən 

kənd  moizəçi-metodistinin  həsəd  apara  biləcəyi  kələ-kötür  dualardan  ibarət  ekspromtlar  və 

mülahizələr  korlayırdı.  Onlar  –  ucaboy,  arıq,  nord  sifətli  kiĢi  və  dərisinin  rənginə,  bədən 

quruluĢuna görə  anasına çəkmiĢ  balaca, qarabuğdayı, Ģux oğlan uĢağı otaqda tək oturmuĢdular; 

sanki,  baĢqa-baĢqa  irqdən  idilər.  Oğlu  beĢ  yaĢına  çatanda  Berden  bir  nəfərlə  köləlik  üstündə 

mübahisə  edərkən  onu  vurub  öldürdüyü  üçün  ailəsi  ilə  birlikdə  qaçmaq,  Sent  Luisi  tərk  etmək 

məcburiyyətində qaldı. “Demokratlardan mümkün qədər uzaq olmaq” üçün Qərbə tərəf üz tutdu. 

Yeni məskən saldığı qəsəbə dükandan, dəmirçixanadan, kilsədən və iki meyxanadan ibarət 

idi.  Burada  Berden  vaxtının  çoxunu  kobud,  gur  səsilə  köləliyi,  kölə  sahiblərini  lənətləyərək 

siyasətdən danıĢmaqla keçirirdi. Onun ad-sanı buralara da gəlib çıxmıĢdı; burada da bilirdilər ki, 

daim üstündə tapança gəzdirir, buna görə də ona  diqqətlə qulaq asır, ən azı, sözünü kəsmirdilər. 

Bəzən,  xüsusilə də  Ģənbə  axĢamları  evə  soda qatılmamıĢ  viskidən, öz hay-küylü  moizələrindən 

buğlana-buğlana gəlib çıxardı. Sonra da ağır, kobud əlləriylə oğlunu möhkəm silkələyib yuxudan 

                                                

1

 

 Hugenotkar-XVI əsrin fransız protestantları 



2

 

 Unitarian – təriqət adı; unitarianlar Allahın üç sifətdə birləĢdiyini inkar  edir, onun tək  olduğuna inanır,  



dini düĢüncə sərbəstliyinə xüsusi önəm verir, digər inanclara tolerant münasibət bəsləyir,  fərdin mühüm olduğunu 

və hər  dini icmanın müstəqilliyini qəbul edirlər; onlar,  eyni zamanda,  mərkəzləĢmənin, bir dövlət sistemi daxilində 

birləĢmənin tərəfdarı kimi çıxıĢ edirlər.  

 



 

15



oyadardı (üç mavi gözlü qız uĢağı da doğduqdan sonra ana vəfat etmiĢdi).  “Ya mən sənə iki Ģər 

Ģeyə nifrət etməyi öyrədəcəm, – oğluna deyərdi, – ya da sənin dərinə saman təpəcəm. Bu iki Ģər 

Ģeydən biri cəhənnəm, o biri isə kölə sahibləridir. EĢidirsən məni?” 

 – EĢidirəm, – oğlu cavab verərdi. – Heç eĢitməmək olur ki? Get yat, qoy mən də yatım. 

O,  din  təbliğçisi,  missioner  deyildi.  Odlu  silaha  əl  atdığı  əhəmiyyətsiz,  həm  də  heç  biri 

ölümlə  nəticələnməyən  bir-iki  epizod  nəzərə  alınmazsa,  fikri-zikri,  demək  olar  ki,    yalnız  öz 

törəmələri  ilə  məĢğul  idi.  “Cəhənnəm olsun onların  hamısı,  –  o öz uĢaqlarına  deyirdi.  – Amma 

neçə  ki,  əl-qolumu  iĢlədə  bilirəm,  Allah  sevgisini  zorla  da  olsa  dördünüzün  də  beyninə 

yeridəcəm”.  Hər bazar günü  bu iĢlə olurdu. Hər bazar bütün ailə yaxĢı-yaxĢı yuyunub, tərtəmiz 

geyindikdən  sonra  –  uĢaqlar  çit,  parusin  paltarda,  ata  isə  belindəki  tapançadan  bir  tərəfi  ĢiĢib 

dombalan  mahud  pencəkdə,  böyük  qızının  hər  Ģənbə  günü  öz  rəhmətlik  anasından  heç  də  pis 

ütüləmədiyi  yaxalıqsız  büzməli  köynəkdə  olardı  –  zövqsüz  bəzədilmiĢ  tərtəmiz  qonaq  otağına 

yığıĢır,  Berden  isə  haçansa  cildi  qızıl  suyuna  çəkilmiĢ  bərbəzəkli  kitabdan  onların  heç  birinin 

anlamadığı dildə dini mətnlər oxuyurdu. Bu o vaxta kimi davam etdi ki, axırda oğlu evdən baĢ 

götürüb qaçdı. 

Oğlunun adı Nataniel idi. O, on dörd yaĢında evdən baĢ götürüb qaçdı, bir də düz on altı il-

dən sonra onların yanına qayıtdı;  bütün bu müddət ərzində ondan yalnız ikicə dəfə  Ģifahi xəbər 

gəldi. Birinci dəfə Koloradodan, ikinci dəfə isə Meksikadan. Bu xəbərləri gətirənlər onun oralar-

da neylədiyi, nə iĢlə məĢğul olduğu barədə heç nə demədilər. “Mən ondan ayrılanda hər Ģey çox 

yaxĢıydı”,  –  xəbər gətirən çapar dedi.  Bu,  ikinci  çapardı; 1863-cü  il  idi  və ondan  xəbər gətirən 

qonaq  mətbəxdə  əyləĢib,  qabağına  qoyulan  səhər  yeməyini  saxta,  yalançı  bir  ehtiramla 

tıxıĢdırırdı. Ġkisi artıq xeyli böyümüĢ olan üç qız  əyinlərində enli don, əllərində boĢqab, ağızları 

azca  ayrıla  qalmıĢ  halda  taxta  masanın  böyründə  dayanıb  ona  qulluq  edirdilər,  ata  isə  baĢını 

yeganə qoluna söykəyib masa arxasında qonaqla üzbəüz əyləĢmiĢdi. Digər qolunu o, iki il əvvəl 

Kanzasda  süvari  partizan  dəstəsində  döyüĢərkən  itirmiĢdi;  saqqalına,  saçlarına  artıq  dən 

düĢmüĢdü.  Amma  hələ  də  güclüydü,  hələ  də  pencəyinin  bir  tərəfi  belindəki  tapançadan  ĢiĢib 

dombalmıĢdı.  

–  Balaca  bir  cəncələ  düĢmüĢdü,  –  xəbər  gətirən  adam  dedi.  –  Ancaq  axırıncı  dəfə    onun 

haqqında eĢitdiyim bu olub ki, vəziyyəti çox yaxĢıdı. 

– Nə cəncələ? Hansı cəncələ? – Ata dərhal soruĢdu. 

–Bir  meksikalını  öldürmüĢdü.  O  meksikalı  iddia  edirmiĢ  ki,  guya,  oğlun  onun  atını 

oğurlayıb.  Özünüz  bilirsiniz  də,  bu  ispanlar,  hətta  bir  meksikalını  öldürüb-eləməyəndə  belə  ağ 

adamlara necə münasibət bəsləyirlər. – Xəbər gətirən adam önündəki qəhvədən bir qurtum aldı. 

–  Bir  də    axı  oralarda  ciddi  olmadan  ötüĢmək  mümkün  deyil,  ölkəyə  o  qədər  naĢı,  təcrübəsiz 

adamlar axıĢıb gəlir ki... Çox minnətdaram, – o, önündəki boĢqaba bir neçə isti qarğıdalı kökəsi 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə