Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə77/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   73   74   75   76   77   78   79   80   ...   192

 

15



Açıq    havada,  çay  kənarında  toy  məclisi  qurublar,  cavan  bir  öküz  qızardıb,  ortalığa  bir  çəllək 

viski  qoyublar;  çağıra  bildiklərinin,  özü  eĢidib  gələnlərin  hamısı  ora  yığıĢıb.  Toya  Ģənbə  günü 

səhər  tezdən  hazırlaĢmağa  baĢlayıblar,  keĢiĢ  isə  axĢam  gəlib.  Atamın  bacıları  bütün  günü 

Kalvinin anasına gəlinlik paltarı, fata tikməklə məĢğul olublar. Gəlinlik paltarını un xaĢasından, 

fatanı  isə  salun

15

  sahibinin  piĢtaxta  arxasından  asılan  rəsmin  üzərinə  örtdüyü  miçətkən 



cunasından tikiblər. Cunanı müvəqqəti borca götürüblər. Hətta Kalvin üçün də kostyuma bənzər 

bir Ģey düzəldiblər. Onda on iki yaĢındaymıĢ, istəyiblər ki, toyda Ģafer

16

 olsun. Kalvin isə olmaq 



istəmirmiĢ. Toydan qabaqkı gecə bunu bilib və səhəri gün (kəbin mərasimini səhər saat altıda, ya 

da yeddidə keçirmək istəyirmiĢlər) tezdən hamı yuxudan ayılıb yemək yeyəndən sonra Kalivini 

tapa  bilməyəndə  mərasim  bir  qədər  təxirə  salınıb.  Axırda  onu  tapıb,  tikdikləri  kostyumu  zorla 

əyninə  geyindiriblər;  beləcə  toy  mərasimi  baĢlayıb:  Kalvinin  anası  əldə  tikilmiĢ  gəlinlik  və 

cunadan  fata, atam  isə  Meksikadan gətirdiyi  üstü naxıĢlı uzunboğaz  ispan çəkmələrini geyinib, 

saçlarına  da  ayı  yağı  sürtüb  parıldadıbmıĢ.  Babam  isə  gəlinə  xeyir-dua  verib  yola  salan  atanı 

əvəz etməliymiĢ. Amma Kalvini axtarıb tapanacan o özünü  hər fürsətdə viski çəlləyinin yanına 

verdiyi  üçün  vaxtı  çatanda  gəlini  ortalığa  gətirmək  əvəzinə  geniĢ  bir  nitq  söyləyib.  Linkoln 

haqqında, köləlik haqqında uzun-uzadı mühakimələr irəli sürüb; hamı buna məəttəl qalıb: axı o 

toyda  iĢtirak  edənlərin  hansı  bunu  inkar  edə  bilərdi  ki,  Musa  peyğəmbər  Ġsrail  övladları  üçün 

nədirsə Linkoln da zəncilər üçün odur və Qırmızı dəniz, qara irqin onu keçə, Müqəddəs torpağa 

yetiĢə  bilməsi  üçün  hökmən  qanla  doldurulmalıdır.  Mərasimi  davam  etdirə  bilmək  üçün  onu 

sakitləĢdirmək  o  qədər  asan  olmayıb.  Toydan  sonra  orada  cəmi  bir  ay  qalıblar.  Çünki  günlərin 

bir  günü  atamla  babam  ġərqə,  VaĢinqtona  gedib  orada,  azad  olunmuĢ  zəncilərə  köməklik 

göstərmək  barədə  hökumətdən  rəsmi  göstəriĢ  alıblar  və  sonra  buraya,  Ceffersona  gəliblər. 

Atamın bacılarından baĢqa bütün ailə bura köçüb. Qızların ikisi ərə gedibmiĢ, kiçiyi isə onlardan 

birinin  yanında qalmaq  istəyib;  babamla  atam, Kalvinlə anası   bura köçüb, özlərinə ev alıblar. 

Sonra  da  onların,  yəqin  ki,  lap  əvvəldən  hazır  olduqları  həmin  hadisələr  baĢ  verib  və  mənim 

anam Nyu HempĢirdən bura gələnəcən atam tək yaĢamalı olub. O vaxta qədər onlar bir-birinin 

üzünü də görməyiblər; heç Ģəkillərini də. Anam bura gəlib çatdığı gün evləniblər, iki ildən sonra 

isə  mən doğulmuĢam, atam adımı Kalvinin anasının xatirəsinə  Coana qoyub. Məncə, daha oğlu 

olmasını istəmirmiĢ. Onu o qədər də yaxĢı xatırlaya bilmirəm. Bir insan kimi, bir Ģəxsiyyət kimi 

ondan  yadımda  təkcə  məni  Kalvinlə  babamın  qəbirlərinə  baxmağa  aparmağı  qalıb.  Aydın  yaz 

günüydü. Yadımdadı, hara getdiyimizi dəqiq anlamasam da, getmək istəmirdim. Sidr ağaclarının 

yanına getmək istəmirdim. Bilmirəm niyə. Axı cəmi dörd yaĢım vardı; orda nə olduğunu heç cür 

anlaya  bilməzdim.  Əgər  anlaya  bilsəydim  belə  o  yaĢda,  yəqin  ki,  belə  bir  Ģey  məni  çətin 

                                                

15

 



 Salun – restoran (köh.) 

16

 



 ġafer – sağdıĢ və ya soldıĢ (köh.) 


 

15



qorxudaydı. Yəqin, atamda nəsə elə bir Ģey vardı ki, o, sidr ağacları vasitəsilə mənə təsir etmiĢdi. 

O bu ağaclıqda nəsə elə bir iz qoymuĢdu ki,  mən ora getməkdən qorxurdum; qorxurdum ki, ora 

getsəm həmin iz mənə keçəcək və onu heç vaxt unuda bilməyəcəm. Bilmirəm. Ancaq məni zorla 

ora apardı, orda dayanıb qəbirlərə baxanda  dedi: “Yadında saxla. Sənin babanla qardaĢın burda 

yatır,  onları  bir  nəfər  ağ  adam  deyil,  baban  da,  qardaĢın  da,  mən  də,  sən  də  bu  dünyaya 

gəlməmiĢdən çox-çox əvvəl Allahın bütöv bir irqi düçar etdiyi lənət damğası qətlə yetirib. Bu irq 

lənətlənib  və  ağ  irqin  öz  günahlarına  görə  düçar  olduğu  lənətin  və  cəza  hökmünün  əbədi  bir 

hissəsi kimi  yaĢamağa  məhkum edilib. Bunu unutma.  Allahın  bu  hökmünü,  Allahın  bu  lənətini 

unutma. Onun bizləri əbədi olaraq düçar etdiyi cəza hökmünü və lənəti. Məni də. Sənin ananı da. 

Hətta uĢaq olsan belə, özünü də. Ġndi doğulan və hələ doğulmamıĢ hər bir ağ körpəni düçar etdiyi 

lənəti.  Heç  kim  bundan  qaça  bilməz”.  Mənsə  ona  dedim:  “Mən  də?”  O  dedi:  “Elə  sən  də. 

Hamıdan  əvvəl elə  sən”. Ağlım kəsəndən zənciləri görmüĢdüm, onların kim olduğunu bilirdim. 

Onlar  mənim  üçün  yağıĢ,  mebel,  yemək,  yuxu  kimi  bir  Ģey  idi.  Amma  o  gündən  sonra  onlar 

mənim üçün, sadəcə, adam olmaqdan çıxıb, nəsə baĢqa bir Ģeyə –  məni, bizim hamımızı, bütün 

ağ  adamları,  bütün  yerdə  qalanları  öz  ağuĢu  altına  çəkən  kölgəyə  çevrildilər.  Bundan  sonra 

doğulacaq bütün ağ uĢaqları gözlərim önünə gətirdim; ana bətnindən qurtulan kimi, hələ  hava 

udmağa macal tapmamıĢ qara kölgə onları zorla çəkib öz ağuĢuna alırdı. Özü də bu qara kölgə 

mənə  xaç  Ģəklində  görünürdü.  Sanki,  hələ  ağızlarını  açıb  hava  udmağa  macal  tapmamıĢ  ağ 

körpələr nəinki üstlərini, həm də altlarını bürüyən, qolları kimi yanlara açılan o kölgədən qaçıb 

qurtulmağa çalıĢırdılar; elə bil, onları çarmıxa çəkirdilər. Onda heç cür anlaya bilmirdim ki, bu 

gördüklərim  həqiqətdir,  yoxsa  məni  qara  basır.  Amma  çox  qorxunc  bir  mənzərəydi.  Gecə 

ağladım. Nəhayət, atama dedim, deməyə çalıĢdım. Ona  demək istəyirdim ki, mən xilas olmalı, 

bu  kölgənin  ağuĢundan  çıxmalıyam,  yoxsa  öləcəm.  “Çıxa  bilməzsən,  –  dedi.  –  Sən  mübarizə 

aparmalısan,  böyüməlisən.  Böyüyə  bilmək  üçün  isə  o  kölgəni  özünlə  birlikdə  böyütməlisən. 

Ancaq  heç  vaxt  onu  boyun  bərabərinə  qaldıra  bilməyəcəksən.  Bunu  mən  indi  anlayıram,  bura 

gələndə  isə anlamırdım. Ondan heç cür qurtula  bilməzsən. Qara irqin  lənəti  –  Allahın  lənətidir. 

Ağ  irqin  lənəti  isə-qara  insandır,  o,  həmiĢə  Allahın  sevimlisi  olacaq,  çünki  O  onu  bir  dəfə 

lənətləyib”.  Qadın  susdu.  Qapının  alaqaranlıq  çərçivəsində  iĢıldaquĢlar  səyriĢirdi.  Nəhayət, 

Kristmas dedi:  

–Səndən bir Ģey soruĢmaq istəyirdim. Ancaq deyəsən, indi onun cavabını özüm də bilirəm.  

Qadın tərpənmədi. Səsi sakit idi.  

– Nəyi? 


– Atan nə üçün o adamı... adı nəydi, – Sartorisi vurub öldürmədi? 

– A-a, – qadın dedi. Yenidən ortalığa sükut çökdü. Qapının ağzında iĢıldaquĢlar  səyriĢir, 

uçuĢurdular. – Sən olsan öldürərdin?  Öldürərdin?  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə