Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə79/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   75   76   77   78   79   80   81   82   ...   192

 

16



tuĢ edərək, təkcə günah deyil, həm də çirkab gölündə üzə-üzə o illərin  heyifini, elə bir gecədə 

almağa, onları hamısının əvəzini elə bir gecədə (sanki, bu onun yer üzündə son gecəsiymiĢ kimi) 

çıxmağa  çalıĢdığını  baĢa  düĢürdü.  Bu  qadında  yasaq,  ədəbsiz  sözlərə  qarĢı  qarĢısıalınmaz  bir 

ehtiras, onlar ondan eĢitməyə, öz dilinə gətirməyə acgöz bir hərislik vardı. O, yasaq mövzulara, 

yasaq  Ģeylərə  adamı  qorxudan,  sadəlövh  bir  uĢaq  marağı  göstərirdi  –  cərrahın  insan  əzalarına, 

onların  imkanlarına  dərin,    heç  vaxt  zəifləməyən  elmi  marağı  kimi.  Gündüzlər  isə    qarĢısında 

təmkinli,    som-soyuq,  demək  olar  ki,  kiĢiyəbənzər,  həm  də  xeyli  yaĢlı,  ömrünün  iyirmi  ilini 

tənhalıq içərisində, heç bir qadın qorxu-ürküsü keçirmədən, uzaq qonĢuluğunda yalnız zəncilərin 

–  o  da  az-maz,  –  məskunlaĢdığı  yalqız  bir  evdə  yaĢayan  bir  qadın  görürdü;  bu  qadın  hər  gün 

müəyyən  saatlarda  sakitcə  masa  arxasında  əyləĢib  həm  ruhani,  həm  bankir,  həm  də  tibb  bacısı 

sifətində qocalara, cavanlara sakitcə məsləhətlər yazırdı.  

Həmin  dövrdə  (bunu  bal  ayı  adlandırmaq  olmazdı)  Kristmas  onun,  eĢqə  düĢmüĢ  qadın 

oyanıĢının  hər  mərhələsindən  necə  keçdiyini  diqqətlə  izləyirdi.  Tezliklə  qadının  davranıĢı  onu 

təkcə  heyrətə  gətirmədi,  həm  də  təĢviĢə  saldı,  çaĢdırdı.  Qadının  qısqanclıq  tutmaları  onu  qəfil 

yaxaladı.  Onun  belə  bir  təcrübəsi  ola  bilməzdi;  bunun  üçün  nə  mümkün    səhnə,  nə  də  rəqib 

olacaq  bir qadın  vardı;  Kristmas  bilirdi ki, qadın özü də bunu  yaxĢı  bilir. Elə  bil, qadın  bütün 

bunları qəsdən uydurmuĢdu – qəsdən onunla oyun oynayır, tamaĢa çıxarırdı. Ancaq o bu rolu elə 

bir xırsla, elə bir qətiyyət və əminliklə oynayırdı ki, Kristmas birinci dəfə onun sayıqladığını gü-

man etdi; üçüncü dəfə isə bu qənaətə gəldi ki, qadın dəli olub. Qadın birdən-birə, gözlənilmədən 

eĢq ayinlərinə qarĢı Ģiddətli bir həvəs, zəngin bir ixtiraçılıq bacarığı nümayiĢ etdirməyə baĢladı. 

Namələr, məktublar üçün gizli bir yer ayırmağı tələb etdi. Bunun üçün uçub dağılmaqda olan at 

tövləsinin arxasındakı dirəyin oyuğunu seçdilər. Qadının yazdığı  məktubları ora necə qoyduğu-

nu bir dəfə də olsun öz gözlərilə görə bilmədi, ancaq o, hər gün ondan gedib ora baxmağı tələb 

edirdi;  gedib    oyuğu  yoxlayanda  isə  hökmən  ordan  məktub  tapırdı.  Getmədən,  o  oyuğu 

yoxlamadan  yalandan  orda  heç  nə  tapmadığını  deyəndə  isə  məlum  olurdu  ki,  yalanını  tutsun 

deyə qadın ona tələ qurub. Və qadın dərhal qıĢqırıb hönkür-hönkür ağlayır, haray-həĢir qoparırdı.  

Bəzən o məktublarda qadın hansısa saatdan sonra evə gəlməyini tələb edirdi, halbuki, o evə 

uzun  illərdi  ondan  baĢqa  heç  bir  ağ  adamın  ayağı  dəyməmiĢdi;  iyirmi  il  idi  ki,  qadın  bütün 

gecələrini bu evdə tək-tənha keçirmiĢdi; sonra düz bir həftə qadın onu evə, öz yanına pəncərədən 

girməyə məcbur etdi. Bu zaman bəzən hardasa gizlənirdi və Kristmas qaranlığa bürünmüĢ evdə 

bütün  künc-bucağı  arayıb  axtarmalı  olur,  axırda  onu  hardasa  anbarda,  ya  da  yaĢanmayan 

otaqların  birində tapırdı;  qadın, gözləri qaranlıqda piĢik gözü kimi par-par parıldaya-parıldaya, 

nəfəsi  kəsilmiĢ, tıncıxmıĢ   halda  burda onu gözləyirdi.  Bəzən də ətrafdakı kolluqlardan  birində 

görüĢ  təyin  edirdi,  o  da  onu  orda  çılın-çılpaq  vəziyyətdə,  ya  da  cırıq-cırıq,  parça-parça  olmuĢ 




 

16



paltarda,  qızğın  bir  nimfomaniya

17

  tutması  içərisində  tapırdı;  bu  vaxt  onun  ağappaq  bədəni 



qaranlıqda  elə  erotik,  elə  nümayiĢkaranə  pozada  olurdu  ki,  belə  bir  Ģeyi  yalnız  Petroniya 

dövrünün  Berdsleyi  çəkə  bilərdi.  Qadın  boğuq,  heyi  kəsilmiĢ  nəfəs  hıqqıltsı  ilə  dolu  divarsız  

yarıqaranlıqda  dəlisovlaĢır,  əlləri  özbaĢınalıq  eləyir,  saçının  hər  tükü  səkkizayaqlı  ilbiz 

caynaqları kimi dikəlib canlanır və dəlisov bir pıçıltı eĢidilirdi: “Zənci! Zənci! Zənci!” 

Altı  aya  qadın  tamam  korlandı.  Demək  olmazdı  ki,  Kristmas  onu  korlayıb  yoldan 

çıxarmıĢdı. Çünki bütün nizamsız, adsız əlaqələrinə baxmayaraq, onun həyatı sağlam və normal 

günah  içərisində  keçən  hər  bir  həyat  kimi,  demək  olar  ki,  kifayət  qədər  ədəbli  olmuĢdu.  Bu 

korlanmanın mənĢəyi qadından da çox onun özü üçün anlaĢılmazdı. Hardan əmələ gəlir bu – o, 

mat-məəttəl qalmıĢdı; ancaq bundan betəri o idi ki,  bu korlanma onun özünə də sirayət etmiĢdi.  

Qorxmağa  baĢladı.  Nədən  –  özü  də  bilmirdi.  Amma  artıq  kənardan  özünü  bataqlığa  düĢüb 

boğulan,  onun  dibsiz  dibinə  sorulan  adam  kimi  görürdü.  Bu  düĢüncəsi  hələ  fikir  Ģəklində 

formalaĢmamıĢdı.  Hələ  öz  qarĢısında  yalnız  küçəni  –  kimsəsiz,  vəhĢi,  soyuq  küçəni  görürdü. 

Məhz soyuq; bəzən dərin fikrə gedir, ucadan öz-özünə deyirdi: “Burdan getmək lazımdı. Burdan 

rədd olub getmək lazımdı”. 

Amma  nə  isə  həmiĢə  fatalistin

18

  əl-qolunu  bağlayan  bir  Ģey  –  maraqmı,  bədbinlikmi,  adi 



ətalətmi  onu  burdan  çıxıb  getməyə  qoymurdu.  Qadınla  əlaqə  isə  davam  edir,  getdikcə  onu 

gecələrin bu despotik, yorucu azğınlığına daha dərindən bağlayırdı. Çox güman ki, buradan çıxıb 

gedə  bilməyəcəyini  özü  də  anlayırdı.  Hər  halda,  heç  yerə  getmir  və  bir  bədəndə  iki  məxluqun, 

sanki,  ay  iĢığı  altında  ağaran  və  növbə  ilə  bir-birinin  baĢından  basıb  suya  batırmağa  çalıĢan, 

sonra da silkinib qara, yapıĢqan gölməçənin səthinə çıxan iki fiqurun necə boğuĢduğunu sakitcə 

müĢahidə edirdi. Onlardan biri – birinci mərhələyə aid sakit, təmkinli, soyuq qadın əxlaqsızlığa 

və  düĢkünlüyə  məhkum  olsa  da,  bu  əxlaqsızlığa  və  məhkumluğa  yuvarlanarkən  belə  öz 

toxunulmazlığını, möhkəmliyini qoruyub saxlamağa can atırdı; ikincisi isə bu toxunulmazlıqdan, 

bu möhkəmlikdən qeyzlə imtina edərək, qara dibsiz uçuruma can atır, yenidən cismani təmizliyə 

qovuĢmağa çalıĢırdı;  zira o bu təmizliyi o qədər uzun  müddət qoruyub saxlamıĢdı ki,  indi onu 

heç cür itirə bilməzdi. Bəzən onlar iki bacı kimi bir-birinə sarılmıĢ halda qara səthin üzünə çıxır, 

üst-baĢlarından  qapqara  su  axırdı.  O  zaman  əvvəlki  aləm  geri  qayıdırdı:  otaq,  divarlar, 

pəncərədən  o  tayda  yay  gecəsində  qırx  ildən  bəri  uğuldaĢan  cücülərin  saysız-hesabsız  dinc 

xoru... Qadın yad bir adam kimi vəhĢi, əlacsız gözlərlə ona baxırdı; o isə bu qadına baxa-baxa  

düĢüncəsindəki fikrini təzələyirdi: “Dua eləmək istəyir, amma heç bunu da bacarmır”. 

Qadın ĢiĢməyə baĢladı. 

 

                                                



17

 

 Nimfomaniya – qadı nlarda xəstəlik dərəcəsinə 



ç

atan ehtiras 

18

 

 Fatalist – olacağa inanan adam 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə