Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə81/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   77   78   79   80   81   82   83   84   ...   192

 

16



Buna  görə  də  indi  Kristmas  onun  yanına  gələndə  onlar  süst,  soyuq  halda,  yalnızca 

adətkərdə  olduqları  üçün  ehtiras  ayinini  yerinə  yetirdikdən  sonra  qadın  uĢaqdan  danıĢmağa 

baĢlayırdı. Əvvəlcə o, ümumiyyətlə, uĢaqdan danıĢır, bu barədə yalnız ümumi Ģeylər söyləyirdi. 

Bəlkə də, bu sadəcə, instinktiv qadın fəndgirliyi, qadın çərənçiliyi idi, bəlkə də, belə deyildi. Hər 

halda, Kristmas onun niyyətini dərhal anlamadı, sonra qadının bu barədə tamamilə  mümkün bir 

Ģey kimi, ciddi danıĢdığını baĢa düĢəndə isə bu kəĢfindən heyrətə gəldi. Dərhal “Yox” dedi.  

 – Nə üçün? – qadın soruĢdu. Fikirli halda ona baxdı. O, qadını dərhal anladı, fikirləĢdi Ərə 

getmək istəyir. Uşaq bəhanədir. Mən nə qədər uşaq istəyirəmsə, o da elə o qədər istəyir   “ Bu, 

sadəcə, tələdir, – o düĢündü. –  Ondan elə bunu da gözləmək lazım idi, necə ağlım kəsməyib. Bir 

il əvvəl burdan rədd olub getməliydim”. Ancaq bunu ona deməyə qorxdu, “evlənmək” sözünün 

onların  arasına  girməsindən,  dilə  gətirilməsindən  qorxdu,    öz-özünə  götür-qoy  etdi:  “Bəlkə,  o 

hələ  bu  barədə  düĢünmür,  mən  özüm    çaĢıb  onu  bu  fikrə  sala  bilərəm”.  Qadın  gözünü  ondan 

çəkmirdi.  

– Axı niyə də olmasın? – qadın dedi. Onunsa beynində  bir anlığa ĢimĢək kimi çaxıb keçdi 

Doğrudan  da,  niyə  də  olmasın.  Bu  halda  ömrünün  sonunadək  rahatlıq,  təminat  əldə  etmiş 

olarsan. Daha səfil, sərgərdan kimi yaşamassan. Axı evliliyin indiki halımdan nəyi pisdir sonra 

da fikirləĢdi: “Yox. Əgər buna sıyılsam, deməli kim olmaq istədiyimə çatmaq üçün sərf elədiyim 

bu otuz ili  havayı, boĢ yerə yaĢamıĢam”.  Dedi: 

– Əgər biz uĢaq istəsəydik, məncə, bunu iki il əvvəl edərdik.   

– O vaxt istəmirdik.  

– Elə indi də istəmirik, – o dedi.  

Bu, sentyabrda olmuĢdu. Milad bayramından dərhal sonra qadın ona dedi ki, hamilədir. O, 

sözünü qurtarmamıĢ Kristmas öz hökmünü verdi: yalan deyir. Onda anladı ki, üç aydan çoxdur 

ondan bu sözləri gözləyir. Ancaq qadının sifətinə baxan kimi  baĢa düĢdü ki, yalan demir. Əmin 

oldu ki, yalan demədiyini qadın özü də bilir. FikirləĢdi: “Ġndi deyəcək ki, evlən. Amma mən, ən 

azı, o bunu deməmiĢdən qabaq qaçıb evdən çıxa bilərəm”. 

Lakin qadın o sözü demədi. O, çarpayıda  hərəkətsiz oturmuĢdu,  əllərini  dizlərinin üstünə 

qoyub,  hərəkətsiz  sifətini  aĢağı  sallamıĢdı  (Ģimallı  və  hələ  də  qarımıĢ  qız  sifətini:    sümükləri 

aydın bilinən, uzunsov, demək olar ki, kiĢi sifətinə bənzər bir sifəti; özününkünün əksinə olaraq, 

onun dopdolu  bədəni  indi  həmiĢəkindən dadlı,  vəhĢicəsinə  yetiĢmiĢ, dəymiĢ görünürdü). Qadın 

fikirli-fikirli,  həyəcansız,  sanki,  tamamilə  kənar  bir  Ģey  haqqında  danıĢırmıĢ  kimi  dedi:  “  Ġri, 

koppuĢ. Lap elə zəncidən olan qeyri-qanuni bir uĢaq. Onda atamın, Kalivinin oxĢarlığını görmək 

istərdim.  Ġndi  istəsən,  sənin  üçün  qaçıb  getməyin  əsl  vaxtıdı”.  Ancaq  o,  elə  bil,  öz  dediklərini 

eĢitmir, dediyi sözlərə heç bir məna verə bilmirdi – artıq ölməkdə olan yayın baĢı üstünü payız, 

yarıölüm müjdəçisi kəsərkən, onun inadkarcasına son dəfə parlamasının heç bir əhəmiyyət kəsb 




 

16



etmədiyi  kimi.  “Artıq  hər  Ģey  bitdi,  –  qadın  sakitcə  fikirləĢdi.  –  Qurtardı”.  Hər  Ģey,  yalnız 

ümiddən  savayı,  qəti  əmin  olmaq  üçün  hələ  bir  ay  da  keçəcəkdi;  bunu  zənci  qadınlardan 

öyrənmiĢdi  –  yalnız  üçüncü  ayda  bunu  dəqiq  demək  olar.  Buna  görə  də  hələ  bir  ay  gözləməli, 

təqvimi izləməliydi.  Səhv salmamaq üçün təqvimdə iĢarə qoydu;  yataq otağının pəncərəsindən 

hər  gün  bu  ayın  necə  ötüb  keçdiyinə  tamaĢa  etdi.  ġaxta  düĢmüĢ,  artıq  bəzi  yerlərdə  yarpaqlar 

saralmağa baĢlamıĢdı. Təqvimdə iĢarə olunan gün gəlib çatdı və ötüb keçdi; daha dərindən əmin 

olmaq  üçün  özünə  bir  həftə  də  vaxt  verdi.  Sonra  sevincindən  çığırıb  eləmədi,  çünki  baĢqa  cür 

olacağını da gözləmirdi. “Mənim uĢağım olacaq”, – sakitcə ucadan dedi.  

 

“Sabah çıxıb gedəcəm”, – Kristmas elə həmin gün özünə söz verdi. Amma sonra fikirləĢdi:  



“Bazar günü gedərəm. Həftəlik məvacibi alanacan gözləyim, sonra çıxıb gedərəm”. Səbirsizliklə 

Ģənbə gününü gözləməyə, hara gedəcəyini götür-qoy eləməyə baĢladı. Həftə ərzində bir dəfə də 

olsun  onunla  görüĢmədi.  FikirləĢdi  ki,  qadın  özü  onu  çağıracaq.  Hiss  elədi  ki,  ilk  həftələrdə 

olduğu  kimi  yenə  də  öz  daxmasına  girib  çıxarkən  evə  tərəf  baxmaqdan  çəkinir.  Qadını  heç 

görmürdü. Aradabir zənci qadınlar gözünə dəyirdi; onlar payız soyuğundan qoruna bilmək üçün 

əllərinə keçənə bürünərək adət elədikləri cığırlarla o evə gəlib-gedir, gəlib-gedirdilər. BaĢqa heç 

nə. ġənbə günü gəlib çatdı, amma o yenə də  çıxıb getmədi. “Bir az da pul toplamaq lazımdı,  – 

fikirləĢdi.  –  Bir  halda  ki,  məni  burdan  zorla  qovmurlar,  heç  mən  də  tələsmirəm.  Gələn  həftə 

gedərəm”. 

Getmədi,  qaldı.  Hava  soyumuĢdu,  aydın  və  sopsoyuq  idi.  Küləyin  at  oynatdığı  daxmada 

pambıq adyalın altına girib evdəki yataq otağı barədə, oradakı isti divar sobası, enli, qalın, yaxĢı-

yaxĢı sırınmıĢ yorğanlar barədə düĢünürdü. Az qala, özünə  yazığı gəldi, əvvəllər heç vaxt belə 

Ģey olmamıĢdı. “Heç olmasa mənə baĢqa bir adyal verərdi”, – deyə düĢündü. Onu dükandan özü 

də ala bilərdi. Amma almamıĢdı. Qadınsa təklif eləməmiĢdi. Gözlədi. Özü də hesab etdiyi kimi,  

lap çox gözlədi. Sonra bir fevral axĢamı daxmaya gələndə yatağın üstündə bir məktub tapdı. Çox 

qısa, cəmisi bir cümlədən, az qala, əmrdən ibarət idi: gecə hökmən evə gəlməlidir. Buna təəccüb-

lənmədi.  Gec-tez  ağlını  baĢına  yığmayan  qadına  bircə  dəfə  də  olsun  rast  gəlməmiĢdi  –  əlbəttə, 

əgər onun həyatında baĢqa bir kiĢi də yox idisə. Ġndi dəqiq bilirdi ki, sabah burdan çıxıb gedəcək. 

“Elə  bunu  gözləyirmiĢəm,  –  o  fikirləĢdi.  –  Haqqını  haçan  ödəyə  biləcəyimi  gözləyirmiĢəm”. 

Təkcə üst-baĢını təzələmədi, üzünü də qırxıb təmizlədi. Özü də  hiss etmədən bu görüĢə əsl bəy 

kimi  hazırlaĢdı.  HəmiĢə  olduğu  kimi  mətbəxdə  onun  üçün  süfrə  açılmıĢdı;  görüĢmədikləri  bu 

müddət ərzində qadın Ģam yeməyini bir dəfə də unutmamıĢdı. Çörəyini yedi, sonra yuxarı qalxdı. 

Tələsmədən. “Bütün gecə bizim ixtiyarımızdadır,  – o fikirləĢdi. – Daxmanı boĢ görəndən sonra 

sabah, birisi gün xatırlamaq istədiyi çox Ģey olacaq”. Qadın divar sobasının yanında əyləĢmiĢdi. 

O, içəri girəndə heç baĢını da çevirmədi. – Kətili yaxına çək otur, – dedi.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə