Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə87/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   83   84   85   86   87   88   89   90   ...   192

 

17



yavaĢ-yavaĢ,  eyni  Ģeyləri  təkrar  edə-edə,  sanki,  xarici  bir  vətəndaĢla  söhbət  edirmiĢ  kimi  daha 

asan sözləri seçməyə, onları daha aydın, anlaĢıqlı tərzdə tələffüz etməyə çalıĢırdı.   

– Qulaq asın, rəis. Onda bu tərəfə dönəcəm. Bu daha kəsə yoldur. Buranı kəsmədən keçib 

daha rahat yola çıxacağıq. Dümdüz gedəcəm. Kəsə çıxarıq. Orda yol daha rahatdır. Tez çatmaq 

üçün. BaĢa düĢürsünüz? 

–  Olsun,  –  Kristmas  dedi.  MaĢın  sürətlə  irəli  Ģığıdı,  atlana-atlana,  döngələrdə  yanı  üstə 

əyilərək irəlilədi; təpəciklərin üstündən elə sürətlə Ģığıyıb keçirdi ki, elə bil, təkərlərinin altından 

yer qaçırdı.  Poçt qutularının asıldığı dirəklər fənərlərin iĢığında uçur, güclə gözə dəyirdi. Arabir 

qaranlıq evlər görünürdü. Oğlan danıĢırdı:  

– Bax indi bayaq sizə dediyim döngəyə çatacağıq. Bax, burda. Mən ora dönəcəm. Ancaq 

bu  o  demək  deyil  ki,  biz  yoldan  kənara  çıxırıq.  Mən,  sadəcə,  çəpinə  kəsəcəm,  orda  yol  daha 

rahatdır. BaĢa düĢürsünüz? 

– Olsun, – Kristmas dedi. Sonra isə niyəsini özü də bilmədən soruĢdu: – Yəqin, siz hardasa 

bu tərəflərdə yaĢayırsınız? 

Bu dəfə qız danıĢdı. Sərt bir hərəkətlə geri qanrıldı – onun xırda, bapbalaca bənizi qorxu və 

təlaĢdan, kor siçan ümidsizliyindən bomboz bozarmıĢdı. 

–  Bəli!  –    o,  bərkdən  çığırdı.  –  Hər  ikimiz!  Bax,  orda!  Biz  ora  çatan  kimi  mənim  atam, 

qardaĢlarım...  –  Onun  səsi  birdən  kəsildi,  qırıldı;  Kristmas  oğlanın  öz  ovcu  ilə  onun  ağzını 

yumduğunu,  qızınsa  dartınıb  qurtulmağa  çalıĢdığını  gördü;  ovucun  təzyiqi  altında  qızın  səsi 

boğuq halda nəsə donquldanırdı. Kristmas qabağa əyildi.  

– Burda , – dedi. – Burda düĢəcəm. Burda məni düĢürə bilərsiniz. 

– Hamısı sənə görə oldu! – oğlan əlacsız təlaĢ və həyəcan  içərisində qıĢqırdı. – Əgər sən 

sussaydın...    

–  Saxla  maĢını...  –  Kristmas  dedi.  –  Mən  sizə  heç  nə  eləyən  deyiləm.  Sadəcə,  düĢmək 

istəyirəm.  

Yenə  maĢın qabaq təkərlərinin üstünə  yıxılıb, qəfil dayandı.  Amma  mühərrik  var gücüylə 

uğuldamaqdaydı  və  Kristmas  ayağını  torpağa  basmağa  macal  tapmamıĢ  maĢın  irəli  sıçradı;  o, 

dərhal özünü yerə atmalı, yıxılmamaq üçün bir neçə addım qabağa qaçmalı oldu. Bu zaman nəsə 

ağır, küt bir Ģey zərblə böyrünə çırpıldı. MaĢın tam sürətlə uzaqlaĢır, gözdən itirdi. Ondan hələ 

də  qızın zingiltili çığırtısı eĢidilirdi. Sonra  maĢın  gözdən  itib  yox oldu;  yenə  hər  yana qaranlıq, 

ayaq  altda  hiss  edilməyən  tozun  və  ulduzlu  yay  gecəsinin  sükutu  çökdü.  Naməlum  əĢya  ilə 

vurulan zərbədən böyrü əməlli-baĢlı göynəyirdi; birdən həmin əĢyanın sağ əlində olduğunu hiss 

etdi, onu yuxarı qaldırdı, qədimi, ağır tapançanı ovcunda bərk-bərk sıxıb saxladığını gördü. Onu 

əlində  tutduğundan  xəbərsiz  idi,    haçan,  nə  üçün  götürdüyünü  də  xatırlamırdı.  Ancaq  indi 

əlindəydi. “Mən maĢına sağ əlimi qaldırmıĢdım, – o fikirləĢdi. – Təəccüblü deyil ki, onlar niyə 



 

17



bu qədər ...”  Ovcundakı  tapançanı bir kənara tullamaq üçün əlini havaya qaldırdı. Sonra fikrini 

dəyiĢdi,  kibrit  çəkdi  və  zəif,  öləziyən  iĢıqda  diqqətlə  ona  baxdı.  Kibrit  dənəsi  yanıb  qurtardı, 

söndü, ancaq o, elə bil, iki lüləsi də dolu olan bu qədimi tapançanı hələ də aydın görürdü: tətiyi 

basılan,  amma  gülləsi  açılmayan  lüləni  də,  atəĢ  açmaq  üçün  tətiyi  hələ  çəkilməmiĢ  lüləni  də. 

“Biri onun,  biri  mənim  üçün”,  – o dedi. Əlini qovzayıb  var gücü  ilə tapançanı özündən uzağa 

tulladı. Tappıltı ilə kolluğa düĢdüyünü eĢitdi. Sonra yenidən ətrafa sükut çökdü. “Biri onun, biri 

mənim üçün”. 

 

13 



 

Kəndçi kiĢinin  yanğını  gördüyü andan  beĢcə dəqiqə  sonra camaat hadisə  yerinə  axıĢmağa 

baĢladı.  ġənbə  günü  Ģəhərə  gedənlər  də  miniklərini  burda  saxladılar.  QonĢuluqda  yaĢayanlar 

piyada  gəldilər.  Bura  zənci  daxmalarından,    yorğun,  taqətdən  düĢmüĢ  tarlalardan  ibarət  bir  yer 

idi  və  baĢqa  vaxt  olsaydı,    bütöv  bir  xəfiyyə  dəstəsi  belə  burda  heç  on  nəfəri  –  kiĢi,  qadın,  ya 

uĢaq  olsun  –  tapıb  bir  yerə  toplaya  bilməzdi;  amma  indi  yarımca  saatın  içində  xeyli  adam 

yığıĢmıĢdı – hadisə yerinə dəstə-dəstə, qrup-qrup, tək-tək, ailəliklə axıĢan adamlar, elə bil, yerin 

altından  peyda  olurdular.  Sanki,  yarıĢa  çıxıblarmıĢ  kimi  mələĢə-mələĢə  Ģütüyən  maĢınlarda 

Ģəhərdən hələ də yeniləri gəlirdi. Onlarla birlikdə ĢiĢman, rahat, zahirən rəhmdil, amma fəndgir, 

ayıq ağıla malik əyalət Ģerifi də gəlib çıxdı və mələfəyə bükülmüĢ meyitin ətrafına toplaĢıb ona 

çaĢqın halda, öz gələcək portretlərini gözləri önünə gətirərək xəyala dalan böyüklər kimi donuq, 

uĢaq heyrətilə baxan adamları kənara itələməyə baĢladı. Bu adamların arasında yankilər, ağdərili 

kasıblar, hətta bir müddət Ģimalda yaĢamıĢ cənublular da vardı;  onlar bunun əsl zənci cinayəti 

olması,  bir  zənci  fərdi  deyil,  Zənci  tərəfindən  törədilməsi  barədə  ucadan,  açıq  Ģəkildə 

mülahizələr  söyləyir,  bilir,  inanır  və  güman  edirdilər  ki,  qətlə  yetirilmiĢ  bu  qadını  həm  də,    ən 

azı,  bir dəfə boğazını  kəsib üzməmiĢdən əvvəl, bir dəfə də bundan sonra  zorlamıĢdılar. ġerif 

yaxına gəlib meyitə baxdı, sonra isə onun ortalıqdan götürülməsini, bu bədbəxtin yad gözlərdən 

gizlədilməsini əmr etdi.  

Ġndi  onlara  boĢ  qalmıĢ  meyit  yerinə,  bir  də  yanan  evə  baxmaqdan  savayı  heç  nə 

qalmamıĢdı.  Bir  az  da  keçəndən  sonra  isə    mələfənin  yeri  də  unuduldu,    onun  torpağın  hansı 

parçasını örtdüyünü heç kim dəqiq xatırlaya bilmədi və yalnız yanğına tamaĢa eləməli oldular. 

Beləliklə,  indi  onlar  bir  vaxtlar  bilginin  doğulduğu  üfunətli  mağaralar  dövründən  bu  günədək 

özlərilə  gətirdikləri  ibtidai  bir  heyrət  içərisində  yanğına  tamaĢa  edir,  elə  bil,  havaya  yüksələn 

alovu ölümün özü kimi birinci dəfəydi görürdülər. Sonra hay-küy içində, zingildəyə-zingildəyə, 

siqnal  verə-verə  yanğın  maĢını  özünü  yetirdi.  O  təzəydi,  rəngliydi,  qızıl  suyuna  çəkilmiĢdi,  əl 

siqnalı  və  qızılı  rəngli,  təmkinli,  ötkəm,  məğrur  səsli  zəngi  vardı.  BaĢı  Ģlyapasız  kiĢilər  və 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə