Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə88/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   84   85   86   87   88   89   90   91   ...   192

 

17



cavanlar üzüm salxımı kimi onun yan-yörəsindən elə rahatca asılmıĢdılar ki, fizika qanunlarına 

qarĢı  belə  bir  heyrətamiz  biganəlik  yalnız  milçəklərə  xas  ola  bilərdi.  Bu  maĢın  məzhəkəçi 

Ģlyapası  kimi  bir  toxunuĢda  əlçatmaz  yüksəkliyə  sıçrayan  mexaniki  nərdivanlarla  təchiz 

olunmuĢdu; ancaq burada onların harasa sıçramasına, nəyinsə ütündən aĢmasına ehtiyac yox idi. 

Onun  dairə  Ģəklində  səliqə  ilə  yığılıb  bükülmüĢ  tər-təmiz,  hələ  iĢlənməmiĢ  qolları  telefon 

trestinin  populyar  jurnallardakı  reklamlarını  xatırladırdı.  Öz  dükanlarını,  kontorlarını  tərk  edib 

bura tələsən Ģlyapasız kiĢilər onun üstündən yerə atıldılar – hətta siqnal dəstəyini fırladan adam 

da. Yaxına gəldilər,  mələfəyə  bükülmüĢ  meyiti görənlər onlara  bir-birindən  fərqli  bir  neçə  yer 

göstərdilər; gələnlərdən bəziləri – artıq tapançası cibində olanlar dərhal günahkarı edam etməyə 

çağırdılar.   

Amma  bunun üçün  münasib adam  yox  idi. Çünki  qadın o qədər dinc  yaĢamıĢ,  heç kimin 

iĢinə  qarıĢmamıĢdı  ki,  doğulduğu,  ömür  sürdüyü  və  yad,  gəlmə  adam  kimi  öldüyü  Ģəhər 

əvvəldən  buna  heyrət  etmiĢ,  özünü  təhqir  olunmuĢ  saymıĢdı;  və  indi    bu  qadın  öz  ölümü  ilə 

onlara  çılğın  bir  tamaĢa,  əsl  qədim  Roma  bayramı  bəxĢ  etsə  də,  onlar  yenə  onu  heç  vaxt 

bağıĢlamayacaq,  meyitini  belə  dinc  və  rahat  buraxmayacaqdılar.  Yox,  belə  olmayacaqdı. 

Rahatlığa qovuĢmaq o qədər də asan   deyil.  Buna görə də  onlar qaynaĢır, dəstə-dəstə bir  yerə 

yığıĢıb öz hirs  və qeyzlərini  izhar edirdilər – alovun, qanın, üç  il  bundan  əvvəl ölsə də,  yalnız 

indi yaĢamağa baĢlayan cəsədin onları intiqama çağırdığına tamamilə əmin idilər; göylərə vəcdlə 

ucalan bu alovun, əbədi hərəkətsizliyə düçar olmuĢ bu cəsədin artıq insan ziyankarlığı və ağrısı 

üçün əlçatmaz bir sahilə yetiĢdiyinə dəlalət etdiyinə isə heç cür inanmırdılar. Yox, heç inana da 

bilməzdilər. Çünki inam üçün baĢqa Ģeylər daha cəzbediciydi. Çoxdan tanıĢ mallarla dolu dükan 

rəflərindən, piĢtaxtalardan daha maraqlıydı; o mallar ona görə alınmamıĢdı ki, sahibi onların ar-

zusunda olmuĢdu, onlardan xoĢu gəlmiĢdi, yaxud onlara yiyələnmək ona xüsusi ləzzət vermiĢdi; 

yox o bu malları daha fəndgirliklə satmaq, yaxĢı qazanc əldə etmək üçün almıĢdı, – buna görə də 

hələ sata bilmədiyi mallara və onları ala bilən, amma hələ   almamıĢ adamlara qəzəblə, bəzənsə 

böyük narazılıq və yaxud dilxorçuluq içində baxırdı. Üfunətli kabinetlərdən daha maraqlıydı; o 

kabinetlərdən ki, orda çoxdankı yalanların və acgöz tamahların xəyalatları arasında gizlənmiĢ və-

killər və yaxud əllərində məĢum bıçaqlar, məĢum dava-dərmanlar olan həkimlər öz müĢtərilərini 

gözləyir  və onlara təlqin etməyə  çalıĢırlar ki, guya, bütün çabaları axırda  hökmən onların özlə-

rinin iĢdən qovulmaları ilə nəticələncək və inanırlar ki, müĢtərilər yazılı təlimatlara müraciət et-

mədən onların dediklərinə hökmən inanacaqlar. Qadınlar da bura yığıĢmaqdaydı – kimisi bayra-

ma  gəlibmiĢ  kimi  təptəzə,  kimisi  də  tələm-tələsik  əyninə  keçirdiyi  paltarda;  onların  gözlərində 

sirli,  qaynar  parıltılar  sayrıĢırdı,  istifadəsiz  döĢləri  həsrətdən  soluxub  sınıxmıĢdı  (dincə  qoyul-

maqdansa ölüm onlar üçün həmiĢə daha xoĢ olub);  bura yığıĢmıĢdılar ki, susmaq bilməyən Kim 




 

18



öldürüb?  Kim  öldürüb?    uğultusunu  saysız-hesabsız  güclü  daban  taqqıltıları  ilə  Onu  hələ  tuta 

bilməyiblər? Hə-ə. Tuta bilməyiblər?  Tuta bilməyiblər?  Ģəklində həkk etsinlər.   

ġerif də  yanğına təəccüb  və təəssüflə  baxırdı, çünki cinayətin törədildiyi  yerə  artıq  baxıĢ 

keçirmək mümkün deyildi. Bu uğursuzluğa görə  insan müdaxiləsinə  borclu olduğunu hələ dərk 

etməmiĢdi. Hələ ki, günahkar od idi. Ona elə gəlirdi ki,  od qəsdən, hər Ģeyin izini itirmək üçün 

öz-özünə  alıĢıb.  Ona  elə  gəlirdi  ki,    od  cinayətlə  əlbir  olub;  halbuki,  əcdadları  məhz  onun 

sayəsində  öz  nəslini  yer  üzündə  bu  qədər  uzun  müddət  yaĢada  bilmiĢ,  nəhayət,  onun  özünü 

dünyaya  gətirmiĢdi.  Ġndi  o,  çaĢqın  və  əsəbi  halda  həm  ümid,  həm  də  faciə  rəngli  bu  uğursuz 

abidənin  ətrafında  aramsız  gəziĢirdi;  nəhayət,  köməkçisi  gəlib  çıxdı  və  ona  dedi  ki,  evdən  bir 

qədər  aralıdakı  komada  lap  bu  yaxınlaracan  kiminsə  yaĢadığının  izini  tapıb.  Yanğını  ilk  görən 

kəndçi isə (o hələ Ģəhərə gedib çıxmamıĢdı; onun arabası, iki saat bundan əvvəl durduğu yerdən 

bir addım da irəli getməmiĢdi və indi o da üst-baĢı dağınıq, sifəti kütləĢmiĢ, yorğun və pörtmüĢ 

halda  tamaĢaçılar  arasında  əl-qol  ata-ata  ora-bura  vurnuxurdu,  səsi  tamam  batmıĢ,  boğuq 

pıçıltıya dönmüĢdü)  dərhal qaçıb evə girərkən orda bir adam gördüyün xatırladı. 

– Ağ adam idi? – Ģerif soruĢdu. 

– Hə. Dəhlizdəydi, ayaq üstə güclə dururdu, elə  bil, pilləkənin  baĢından  indicə dığırlanıb 

yerə  düĢmüĢdü. Məni  heç cür  yuxarı  buraxmaq  istəmirdi. Deyirdi ki, özü çıxıb  baxıb,  yuxarıda 

heç kim yoxdu. Amma mən aĢağı düĢəndə o artıq orda yox idi.  

ġerif yaxında dayananların üzünə baxdı. 

– Daxmada kim yaĢayırdı? 

–  Mən  bilmirdim  orda  yaĢayan  var,  –  köməkçisi  dedi.  –  Yəqin,  zəncilər  olub.  Bu  qadın 

haqqında deyilənlərə inansan, o, zənciləri hətta evin içərisinə də buraxa bilərmiĢ. Ancaq bir Ģeyə 

məəttəl qalmıĢam ki, onlar nə üçün əvvəllər bunu etməyiblər.  

–  Zəncilərdən  birini  yanıma  gətirin,  –  Ģerif  dedi.  –  Köməkçisi  və  daha  iki-üç  nəfər  bir 

zəncini onun yanına gətirdilər. – Bu daxmada kim yaĢayırdı? – Ģerif soruĢdu. 

– Mən bilmirəm, mister Uatt, – zənci dedi. – Fikir verməmiĢəm. Heç bilməmiĢəm ki, orda 

kimsə yaĢayır.  

Sifətləri  bir-birindən  fərqlənməyən,  həris  gözlərində  alovun  sönük  közü  artıq  tüstülənib 

alıĢmağa baĢlayan adamlar yavaĢ-yavaĢ Ģerifin, köməkçisinin və zəncinin ətrafına yığıĢdılar. Elə 

bil, onların beĢ hiss üzvünün hamısı, apofeozda

19

 olduğu kimi, yalnız təkcə görmə üzvündə cəm-



ləĢmiĢdi, onların arasında gəziĢən  sözlər  isə,  sanki, küləkdən,  havadan doğulurdu    Bu odu? Bu 

öldürüb? Şerif onu yaxalayıb. Şerif onu artıq yaxalayıb  ġerif onlara baxdı.  

– Aralanın burdan, – o dedi. – Hamınız. Gedin yanğına tamaĢa eləyin. Əgər mənə kömək 

lazım olsa, sizi çağıraram. Di dağılıĢın burdan.  

                                                

19

 

 Apofeoz – bəzi teatr tamaĢalarında axırıncı təntənəli səhnə 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə