Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə96/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   92   93   94   95   96   97   98   99   ...   192

 

19



da,  ağıllı  bir  zənci  qadın  var  –  o  daxmadan  cəmi  iki  yüz  metr  aralıda  yaĢayır.  Ġstədiyi  vaxt 

kətildən,  çarpayıdan  qalxmadan  onu  köməyə  çağıra  bilər.  Deyəcəksiniz  ki,  o  qadın  ağ  deyil. 

Onda  sizdən  soruĢum:  o,  doğmağa  baĢlayanda  Ceffersondakı  ağ  qadınlardan  nə  gözləyə  bilər? 

Axı heç bir həftə deyil ki, bura gəlib. Ağzını açıb  bir ağ qadınla beĢ dəqiqə söhbət eləyən kimi, 

o onun ərsiz olduğunu, əli cibində, kefi kök, damağı çağ yer üzündə veyillənən o əclaf haqqında 

ara-sıra nəsə eĢitsə də, ümumiyyətlə, heç vaxt ona ərə gedə  bilməyəcəyini dərhal baĢa düĢəcək. 

Bu halda ağ qadınların ona çoxmu köməyi dəyə bilər? Əlbəttə, yaxĢı bir yataqda uzanıb, hamının 

gözü qabağında deyil, evdə –  bir otaqda doğa bilməsi üçün onlar onun qayğısına qala  bilərlər. 

Ancaq  mən  bundan  danıĢmıram.  Elə  bilirəm  ki,  onun  barəsində  “Qarnını  dombaldıb  küçələrə 

düĢən bir qıza hələ bu da – evsiz-eĢiksiz  doğmağı da azdı” deyən bir adamla mübahisə eləmək 

çox çətindir. Axı uĢaq ki bunu özü seçməyib. Hətta seçmiĢ olsaydı belə, yansın mənim dilim… 

istənilən  bədbəxt  körpənin,  məncə,  burda  –  bu  dünyada  onu  gözləyən  acı  aqibətdən  ...  daha 

yaxĢısına... daha artığına haqqı çatır... Elə bilirəm ki, nə dediyimi baĢa düĢürsünüz. Məncə, siz 

özünüz  də  belə  deyərdiniz.  –  Haytauer  gözünü  masanın  üstündən  ona  zilləyib,  o  isə  rəvan, 

təmkinli  bir  ahənglə  danıĢır,  sözlər  öz-özünə  axır,  bu  o  vaxta  qədər  davam  edir  ki,  nitqi  nəsə 

həddən  artıq  yeni  və  anlaĢılmaz  olan,  yalnız    duyğunun  qavraya  bildiyi  bir  Ģeyə  dirənir.  –  Və 

üçüncü  səbəb.  Ağ  qadın  –  özü  də  orda  tək-tənha.  Bu  sizin  xoĢunuza  gəlməyəcək.  Hər  Ģeydən 

daha çox xoĢunuza gəlməyəcək.        

– Ah, Bayron, Bayron.  

Bayronun səsi tutqunlaĢır. Amma baĢını aĢağı salmır.  

– Mən evdə onunla bir yerdə qalmıram. Mənim öz çadırım var. Özü də o evə çox  yaxın da 

deyil. Elə yerdədi ki, bir Ģey olsa, səsini eĢidə bilərəm. Qapıya cəftə də düzəltmiĢəm. Kim istəyir, 

haçan istəyir gəlsin – məni yalnız çadırda görəcək.       

– Ah, Bayron, Bayron. 

– Bilirəm, çoxlarından fərqli olaraq, siz belə düĢünməzsiniz. Elə indi də.  Bilirdim ki, baĢa 

düĢəcəksiniz,  hətta  əgər  o...  əgər  buna...  BaĢa  düĢürəm,  siz  ona  görə  belə  danıĢırsınız  ki, 

baĢqalarının buna nə rəng verəcəklərini yaxĢı bilirsiniz.  

Haytauer yenə də ġərq bütü pozasını alıb, əllərini kreslonun qoltuqlarının üstünə qoyub. 

– Bu Ģəhərdən çıxıb gedin, Bayron. Gedin. Elə  indi,  bu saat. Təcili. Bu  yeri,  bu dəhĢətli, 

çox  dəhĢətli,  qorxunc  yeri  tərk  edib  gedin.  Mən  sizin  içinizi  ĢüĢə  kimi  aydın  görürəm. 

Deyəcəksiniz ki, məhəbbətin nə olduğunu ilk dəfədir anlamısınız; mənsə deyirəm ki, ümidin nə 

olduğunu anlamısınız. BaĢqa heç nəyin, yalnız ümidin. Ümid üçün heç bir obyektin əhəmiyyəti 

yoxdur, elə  sizin özünüz üçün də. O qızın, sizin indi seçdiyiniz yolun yalnız bircə sonluğu var: 

ya  günaha  batmalı,  ya  da  evlənməlisiniz.  Siz  Günaha  batmaq  istəməyəcəksiniz.  Əsl  faciə  də 

məhz  bundadı,  Allah  özü  məni  bağıĢlasın.  Sizin  üçün  bu  ya  evlənmək  olmalıdı,  ya  da  heç  nə. 



 

19



Buna görə də evlənməyə çalıĢacaqsınız. Siz onu buna inandıracaqsınız;  bəlkə də, artıq inandır-

mısınız,  – əgər  bunu baĢa düĢə, belə  bir Ģeyə  yol  verə  bilibsə;  yox,  əgər belə deyilsə, onda  nə 

üçün burda qalmağa razılıq verib, nə üçün axtardığı adamı hökmən görməyə can atır? Mən sizə 

“Günahı seçin” deyə bilmərəm, çünki onda siz nəinki mənə nifrət edəcəksiniz, bu hissi həm də o 

qıza da ötürəcəksiniz. Buna görə də deyirəm: burdan çıxıb gedin. Ġndi. Dərhal. Gedin və bir daha 

geri dönüb baxmayın. Ancaq bunu eləməyin, Bayron. 

Onlar bir-birinə baxırlar.  

–  Mən  bilirdim  ki,  bu  sizin  xoĢunuza  gəlməyəcək,  –  Bayron  deyir.  –  Deyəsən,  sizin 

yanınızda  oturub  qalmamaqla  düzgün  hərəkət  eləmiĢəm.  Amma  bunu  sizdən  gözləmirdim. 

Bəyəm siz də rüsvay olunmuĢ, xəyanətə tuĢ gəlmiĢ bir qıza qarĢı əks cəbhədə yer almısınız?! 

– UĢağı olan bir qadına xəyanət eləmək mümkün deyil, ananın əri – o, ata olsa da, olmasa 

da  –  artıq  aldadılmıĢ  kiĢidi.  Özünüz  üçün  azacıq  da  olsa  ümid  yeri  saxlayın,  Bayron.  Əgər 

hökmən  evlənmək  istəyirsinizsə,  nə  qədər  tənha  qadın,  ərsiz,  bakirə  qız  var.  Artıq  bir  dəfə 

baĢqasını  seçmiĢ  olan,  indi  isə  seçimindən  imtina  etmək  istəyən  bir  qadına  özünüzü  qurban 

verməyiniz  ədalətli  deyil.  Düzgün  iĢ  deyil.  Sizə  baĢucalığı  gətirməyəcək.  Allah  nikahı  bunun 

üçün yaratmayıb. Yaradıb? Nikahı qadınlar kəĢf edib.    

– Qurban? Mən bəyəm qurbanam? Mənə elə gəlir ki, qurban... 

– Bircə ona yox. Lina Qrouv kimilərinə bu dünyada iki kiĢi həmiĢə tapılacaq, onların sayı 

bir  legiondur:  Lukas  Berçlər,  Bayron  Bançlar.  Amma  nə  Linanın,  nə  də  baĢqa  bir  qadının  bir 

kiĢidən artığına haqqı yoxdur. Heç bir qadının. YaxĢı qadınlar qaba rəftarlı, içki düĢkünü və sair 

bu qəbildən olan pis kiĢilərin  əlindən zillət çəkirlər. Ancaq  hansı qadın  –  istər  yaxĢı,  istərsə  də 

pis  olsun  –  pis  kiĢidən  kiĢilərin  yaxĢı  qadınlardan  çəkdikləri  qədər  zillət  çəkib?  Deyin  mənə, 

Bayron?   

Onlar  sakitcə,  qızıĢmadan,  biri  digərinin  dediyi  sözü  götür-qoy  edə  bilmək  üçün  arabir 

susaraq, amma öz əqidəsindən heç cür dönmək istəməyən iki adam kimi söhbət edirlər. 

–  Elədi,  məncə,  haqlısınız,  –  Bayron  deyir.  –  Hər  halda,  sizə  yanılırsınız  demək  mənə 

düĢməz. Ancaq siz də mənə səhvsən deməməlisiniz, hətta səhv olsam belə. 

– Elədi, – Haytauer cavab verir.      

– Hətta səhv olsam belə, – Bayron deyir. – Nə isə, gecəniz xeyrə qalsın. – Və sakitcə əlavə 

edir: – Oracan bir xeyli yoldu.    

–  Elədi,  –  Haytauer  onunla  razılaĢır.  –  Mənim  də  bir-iki  dəfə  o  tərəflərə  yolum  düĢüb. 

Yəqin ki, üç mil olar.  

–  Ġki  mil,  –  Bayron  deyir.  –  Nə  isə.  –  Çıxmaq  üçün  geri  çevrilir.  Haytauer  yerindən 

tərpənmir. Bayron  içəri girəndən  bəri  yerə qoymadığı  bağlamaları   əlində rahatlayır.  –  Gecəniz 

bir daha xeyrə qalsın, – deyir və qapıya tərəf gedir. – Elə bilirəm ki, tezliklə görüĢərik.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə