Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə93/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   89   90   91   92   93   94   95   96   ...   192

 

18



oturub, məni görən kimi soruĢdu: “Nədi? Orda nə olub?” Ona tərəf baxmasam da hiss edirdim ki, 

mənə baxır. Dedim ki, bir zənci ağ qadını qətlə yetirib. Bu dəfə ona yalan danıĢmadım. Deyəsən, 

hətta  yalan  danıĢmağa  məcbur  qalmadığıma  xeyli  sevindim  də.  Amma  fikirləĢməyə  macal 

tapmamıĢ,  arxasınca ağzımdan qaçırdım:  “Evi də  yandırıb”.  Artıq çox gec  idi.  Axı o  yanğının 

göyə  ucalan  tüstüsünü  mən  özüm  ona  göstərmiĢdim,  orda  iki  nəfərin  –  Braunla  Kristmasın 

yaĢadığını özüm ona demiĢdim. Hiss edirdim ki,  mənə  baxır,  bax   indi sizin  mənə  baxdığınızı 

hiss  etdiyim  kimi.  O  dedi:  “O  zəncinin  adı  nədi?”    Elə  bil,  Allah  özü  istəyir  ki,  qadınlar  kiĢi 

yalanı arasından nəyə ehtiyacları varsa onu öyrənib bilsinlər – özü də  heç nə soruĢub eləmədən. 

Nəyə  ehtiyacları  yoxdursa,  nəyi  bilməli  deyillərsə,  onu  bilməsinlər,  heç  ağıllarına  da 

gətirməsinlər. Buna görə də indi onun nəyi bildiyini, nəyi bilmədiyini qəti deyə bilmərəm. Təkcə 

bir Ģeyi dəqiq  bilirəm:  axtardığı adamın qatildən  çuğulluq elədiyini  və  indi  isə  iz axtaran  itləri 

qabağına  qatıb,  onu  öz  qanadı  altına  alan,  himayədarlıq  edən  bir  adamın  ovuna  çıxmadığı 

vaxtlarda həbsxanada yatdığını ona mən deməmiĢəm. Bu barədə bir kəlmə də danıĢmamıĢam. 

– Ġndi neyləmək istəyirsiniz? O qadın hara köçmək istəyir? 

–  Ora  getmək,  onu  orda  gözləmək  istəyir.  DemiĢəm  ki,  indi  orda  yoxdur,  Ģerifə  kömək 

etməyə  gedib.  Əslində,  yalan  deməmiĢəm.  Çünki  bundan  qabaq  onun  harda  yaĢadığını 

soruĢmuĢdu, mən də demiĢdim. Deyir, bir halda ki, bu onun evidir, onda gedib oğlan gələnəcən 

orda qalmalıdı. Deyir ki, oğlan özü də bunu  istəyərdi. Axı  mən ona necə  izah edə  bilərdim ki, 

onun bu saat ən çox istəmədiyi Ģey də məhz budur.  Elə bu gün axĢam, mən iĢdən qayıdan kimi 

ora  köçməyə  hazırlaĢırdı.  Artıq  əĢyalarını  bir  bağlamaya  yığıb,  Ģlyapasını  da  geyinmiĢdi,  məni 

gözləyirdi. “Özüm tək də gedərdim, – dedi. – Amma qorxdum ki, azaram, yolu tapa bilmərəm”.  

Mən  dedim:  “Hə  elədi;  ancaq  bu  gün  çox  gecdir,  yaxĢısı  budu  sabah  gedək”,  o  isə  dedi: 

“Qaranlığın  düĢməyinə  hələ  bir  saat  var.  Burdan  ora  isə  cəmi  iki  mil  yoldu,  elə  deyil?”  Mən 

dedim:  “Gəl  bir az gözləyək,  əvvəlcə  bunun üçün  icazə almalıyam”. O  isə:  “Kimdən?  Bəyəm 

ora Lukasın evi deyil?”  –deyə soruĢdu. Hiss edirdim ki, diqqətlə  mənə  baxır, sonra dedi:  “Axı 

mən  bilən,  siz  dediniz  ki,  Lukas  orda  yaĢayır”,  özü  isə  mənə  baxırdı.  Sonra  soruĢdu:  “Mənim 

barəmdə məsləhətləĢməyə getdiyiniz o keĢiĢ kimdi?” 

– Ġndi siz onun gedib orda qalmağına imkan verəcəksiniz?  

–  Bəlkə,  belə  yaxĢıdı.  Orda  təkcə  qalacaq,  bu  hadisələr  yoluna  düĢənəcən  hər  cür  söz-

söhbətdən uzaq olacaq. 

–  Deməli,  o  qadın  qəti  qərara  gəlib  və  siz  də  onu  saxlamayacaqsınız.  Saxlamaq 

istəmirsiniz.  

Bayron gözlərini qaldırmır.  

– Bu, bir  yandan  baxanda, doğrudan da, o oğlanın evidir. Mən  bilən, bundan sonra onun 

ömründə bir də belə evi olmayacaq. Braun ona... 



 

19



– O daxmada tək-tənha, özü də bu vəziyyətdə?! Axı bu gün-sabah doğacaq. Ən yaxın evlər, 

zənci komaları ordan, azı, yarım mil aralıdadır. – O, gözünü Bayrondan çəkmir. 

– Mən bu haqda fikirləĢmiĢəm.  Elə eləmək olar ki, o orda... 

– Nə edə bilərsiniz? Orda ona kim baxacaq?  

Bayron  dərhal  cavab  vermir;  gözlərini  qaldırmır.  Amma  danıĢmağa  baĢlayanda  səsində 

inadkarlıq duyulur.  

– Bəzi Ģeyləri gizlin də etmək olar, amma Ģər məqsədlə yox, keĢiĢ həzrətləri. Ġnsanlar buna 

necə baxacaqlar baxsınlar, dəxli yoxdu. 

– Bayron, kənardan insanlara necə görünürsə görünsün... Mən düĢünmürəm ki, siz nəsə Ģər, 

Ģeytani əməl törədə bilərsiniz. Amma məsuliyyəti boynunuza götürüb deyə bilərsinizmi ki, Ģərin 

həddi-hüdudu  haracandır,  harda  o,  görüntüyə  keçir?  Əməllə  görüntü  arasındakı  həddin  hansı 

nöqtəsində Ģər dayanır, irəli gedə bilmir? 

– Yox, – Bayron deyir. Yüngülcə yerində qurdalanır; elə danıĢır ki, elə bil, yuxudan indi 

ayılır: – Ümidvaram ki, yox. Məncə, mən düzgün iĢ tutmaq istəyirəm. 

“Ġlk  dəfədir  ki,  –  Haytauer  fikirləĢir,  –  o  mənə  yalan  danıĢır.  Ömründə  ilk  dəfədir  ki, 

kiməsə – istər qadın, istər kiĢi olsun, hətta özünə belə – yalan söz deyir”. Masanın üstündən bir 

dəfə  də olsun dönüb ona  baxmayan  inadcıl, ciddi  sifətə  baxır.  “Bəlkə, bu  hələ  yalan deyil,  axı 

bunun yalan olduğunu özü də baĢa düĢmür?” Və deyir: 

–  Çox  gözəl,  –  sifətinə,  sallaq  çənəsinə,  gözlərindəki  qara  çuxurlara  heç  cür  uyğun 

gəlməyən  süni  bir  kəskinliklə  deyir.  –  Deməli,  qərarınız  qətidir.  Siz  onu  ora,  o  oğlanın  evinə  

aparacaq, orda ona qulluq edəcək, çalıĢacaqsınız ki, bu hadisələr bitənəcən heç kim onu narahat 

eləməsin.  Sonra da o oğlana... Berçdi, Braundu nədi... ona deyəcəksiniz ki, o qız burdadır.  

– O isə yenə qaçacaq, – Braun deyir. Gözlərini qaldırmır, amma, elə bil, nəsə bir təntənə, 

nəsə  bir  məmnunluq  hissi onu öz ağuĢuna alır, bu hissini  vaxtında  boğmağa, gizlətməyə  macal 

tapmır;  indi  isə  artıq  çox  gecdir.  Ġlk  anlarda  o  bunu  gizlətməyə  heç  səy  də  göstərmir;  baĢını 

qaldırıb inamla, cəsarətlə, gümrah-gümrah keĢiĢə baxır. KeĢiĢ də diqqətlə onu süzür.  

– Hə-ə, deməli siz buna çalıĢırsınız? – Haytauer deyir. Masanın üstündəki çırağın iĢığı hər 

ikisinin üstünə düĢür. Nəfəsi kəsilmiĢ gecənin nəhayətsiz sükutu açıq pəncərədən içəri dolur.  – 

Bir fikirləĢin neyləyirsiniz. Siz ərlə arvadın arasına girməyə çalıĢırsınız.  

Bayron  özünü  ələ  alır.  Artıq  onun  sifətində  heç  bir  təntənə  yoxdu.  Amma  özündən  yaĢlı 

adamın sifətinə qətiyyətlə baxır. Bəlkə də, səsini ələ almaq istəyir. Amma bacarmır.  

– Onlar hələ ər-arvad deyillər, – o deyir.  

– Qadın da belə fikirləĢir? Sizcə, o da belə fikirləĢir? – Onlar  bir-birlərinə baxırlar. – Ah, 

Bayron, Bayron. Kilsədə mızıldanılan beĢ-on sözün qadın təbiətinin əyilməzliyi ilə  müqayisədə 

nə dəyəri var? Xüsusilə də doğulacaq körpə ilə müqayisədə? 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə