Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə101/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   97   98   99   100   101   102   103   104   ...   192

 

20



bataqlığa – otuz ildir onu gözləyən, onu udmaq istəyən bataqlığa qovub saldıqlarını öz gözləriylə 

görürdü və indi o, doğrudan da, bu bataqlığa düĢmüĢdü, artıq qara lehmə topuqlarınacan onu öz 

canına çəkmiĢdi.  

Hava  yenicə  iĢıqlanır,  gün  təzəcə  doğur:  boz  və  kimsəsiz  ətraf  quĢların  dinc  və  ürkək 

oyanıĢına  bürünüb.  O,  dərindən,  ağır-ağır  nəfəs  alır,  hər  nəfəs  aldıqca  özünün  bozumtul  ala-

toranda  əridiyini,    qəzəbdən,  ümidsizlikdən  xali  olmayan  bu  sakit  kimsəsizliyə  qarıĢdığını  hiss 

edir. “Ġstədiyim də elə bu idi, – sakit, dərin bir heyrət içərisində düĢünür. – Bu otuz ildə istədiyim 

elə buydu. Deyəsən, otuz il üçün o qədər də çox Ģey istəməmiĢəm”.    

ÇərĢənbədən  bəri  çox  yatmamıĢdı,  artıq  növbəti  çərĢənbə  gəlib  çatmıĢ,  hətta  ötüb- 

keçmiĢdi, amma o bunu bilmirdi. Ġndi vaxt barədə düĢünəndə ona elə gəlirdi ki, bu otuz ili çəpər 

dirəkləri kimi dümdüz sıralanmıĢ, öz ayrıca adı və nömrəsi olan günlərin hasarı arasında yaĢayıb, 

bir dəfə gecə yuxuya gedəndən sonra isə ondan kənarda, azadlıqda yuxudan ayılıb. Cümə günü, 

o gecə qaçaq düĢəndən sonra bir müddət günlərin hesabını köhnə adəti üzrə  yadında saxlamağa 

çalıĢdı. Bir dəfə bütün gecəni ot tayasında uzanıb yuxusuz qalarkən bir kənd evinin səhəri necə 

açdığına  tamaĢa  elədi.  Hava  iĢıqlanmamıĢdan  bir  az  qabaq  mətbəxdə  sarı  lampa  iĢığının 

yandığını  gördü,  sonra  isə  boz,  hələ  qatı  qaranlıqda  tək-tük,  zorla  eĢidilən  balta  tıqqıltısını  və 

qonĢuluqdakı  pəyədə  oyanmaqda  olan  qaramalın  fınxırtısı  arasında    insan  yeriĢinin  –  kiĢi 

addımlarının səsini eĢitdi. Sonra tüstü və xörək iyini – isti, kəskin xörək iyini duydu, öz-özünə 

təkrar  eləməyə  baĢladı  O  vaxtdan  heç  nə  yeməmişəm  O  vaxtdan  heç  nə  yeməmişəm  Orda,  ot 

tayasında  sakitcə  uzanaraq,  kiĢilərin  səhər  yeməyini  yeyib  nə  vaxt  çöl  iĢinə  gedəcəklərini 

gözlədi;  sonuncu  dəfə  cümə  günü  Ceffersonda  restoranda  yediyi  Ģam  yeməyini  yadına  salıb,  o 

vaxtdan  bəri  neçə  gün  keçdiyini  hesablamağa  çalıĢdı,  baĢı  buna  o  qədər  qarıĢdı  ki,  axırda 

günlərin  adı  onun  üçün  yeməkdən  daha  vacib  bir  Ģeyə  çevrildi.  Nəhayət,  kiĢilər  evdən  çıxıb 

gedəndə  tayanın  üstündən  aĢağı  düĢdü,  hələ  xeyli  aĢağıda  olan  günəĢin  boz-sarı  iĢığına  çıxdı, 

mətbəx qapısına doğru yollandı;  yemək üçün heç kimdən  heç nə xahiĢ eləmədi. HazırlaĢmıĢdı, 

eləyəcəkdi.  Kobud  sözlərin  ağlında  necə  sıralandığını,  dilinin  ucuna  doğru  necə  getdiyini  hiss 

etdirdi.  Sonra  bir  dəri,  bir  sümüyü  qalmıĢ  arıq  bir  qadın  qapıda  göründü,  ona  baxdı  və  qorxu 

qarıĢıq  heyrətdən  bərələ  qalmıĢ  baxıĢlardan  anladı  ki,  qadın  onu  tanıyıb,  fikirləĢdi  O  məni 



tanıyır. Bura da gəlib çatıb  sonra özünün alçaq səsini eĢitdi: “Deyə bilərsinizmi, bu gün həftənin 

hansı günüdür? Mən yalnız bu günün hansı gün olduğunu öyrənmək istəyirdim”. 

“Hansı gündür?” Qadının sifəti elə onunku kimi arıq idi,  gövdəsi də o cür arıq, o cür sırtıq, 

o cür taqətsiz görünürdü. Qadın dedi:  “Rədd ol burdan! Ġkinci gündü! Rədd ol  burdan! Bu saat 

ərimi çağıracam!” 

Qapı çırpılan kimi alçaqdan dedi: “Çox sağ olun”.  Sonra qaçmağa baĢladı. Necə qaçdığını 

xatırlamırdı. Bir müddət elə bildi ki, guya,  hansısa məqsədə – məhz elə bu qaçıĢ zamanı birdən 



 

20



yadına düĢmüĢ  hansısa  mənzilə doğru qaçır, buna görə də ağılın özünü  əziyyətə salıb onun nə 

üçün qaçdığını xatırlamağa ehtiyacı yox  idi, çünki qaçmağın özü hələ çətin deyildi. Hətta xeyli 

asan idi. O, tamamilə  yüngül, çəkisiz olmuĢdu. Tam sürətlə qaçdığı anlarda belə ona elə gəlirdi 

ki, ayaqları  yumĢaq torpaq üzərində  yavaĢ-yavaĢ,  yüngül addımlar atır, bilərəkdən kefi  istədiyi 

kimi gəzir – ta ki yıxılanacan. Ayağı büdrəmədi. Sadəcə, tirtap yerə düĢdü, amma hələ də ayaq 

üstə  olduğunu,  hələ  də  qaçdığını  düĢünürdü.  Əkin  tarlasının  qırağındakı  xırda  arxın  içində  üzü 

üstə  düĢüb  qalmıĢdı.  Sonra  birdən  dedi:  “Durmaq,  ayağa  qalxmaq  lazımdı”.  Durub  oturanda 

məlum oldu ki, gün günortanı xeyli keçib, artıq günəĢ onun üstünə əks tərəfdən düĢür. Əvvəlcə 

elə  bildi ki, yəqin, yıxılarkən tərs düĢüb, buna görə günəĢ indi əks tərəfdədir. Sonra baĢa düĢdü 

ki, gün artıq batmağa doğru gedir. Anladı ki, qaçarkən yıxılanda səhər tezdən idi, indi isə axĢam 

düĢüb; hərçənd ona elə gəlmiĢdi ki, dərhal, elə yıxılan kimi durub oturub. “Yuxu məni aparıb, – 

o  düĢündü.  –  Altı  saatdan  çox  yatmıĢam.  Yəqin,  elə  qaça-qaça  yuxulamıĢam,  bundan  xəbərim 

olmayıb. Elə belə də olub”. 

Buna  təəccüblənmədi.  Zaman,  iĢıqlı  və  qaranlıq  vaxt  kəsimləri  çoxdan  öz  ardıcıllığını 

itirmiĢ,  bir-birinə  qarıĢmıĢdı.  Onlar,  sanki,  indi  bir  bütöv  olmuĢdular,  bir-birindən  göz 

qapaqlarının iki hərəkəti arasındakı an qədər ayrılır, bir-birinə keçmirdilər. Onun bir vaxtdan o 

birinə  haçan keçəcəyi,  uzandığını  xatırlamadan  yatıb qaldığını,  yaxud oyandığını  xatırlamadan 

yeridiyini  haçan  anlayacağı  barədə  heç  bir  təsəvvürü  yox  idi.    Bəzən  ona  elə  gəlirdi  ki,  ot 

tayasında, arxın içində, tərk edilmiĢ tövlədə keçirdiyi yuxulu gecə dərhal baĢqa bir gecəyə keçir, 

onların  arasında  hara qaçdığını görə biləcəyi gündüzçağı,  iĢıqlı  vaxt intervalı olmur; gündüzün 

yerini həyəcan, qaçıĢ dolu baĢqa bir gündüz alır, onların da arasında heç bir gecə, heç bir dinclik 

vaxtı olmur; sanki, günəĢ qüruba getmək əvəzinə, üfüqdə dövrə vurur, elə  həmin qövs üzrə də 

geri  qayıdır.  Yeriyə-yeriyə  –  bulaq  baĢında  əl-ayağını  yerə  dirəyib  üzü  üstə  su  içərkən  də  – 

mürgüləyəndə  növbəti anın onun gözləri qarĢısında gündüzün günəĢ,  yoxsa gecənin  ay  iĢığı  ilə 

açılacağını heç cür kəsdirə bilmirdi. 

Ġlk vaxtlar daim ac qalırdı. Ağaclardan, kollardan çürümüĢ, cürbəcür qurdların dəlik-deĢik 

etdiyi  meyvələri  yığıb  yeyirdi;  bəzən  sürünə-sürünə  qarğıdalı  zəmisinə  girir,  onları  aĢağı  əyib, 

yetiĢmiĢ, daĢ kimi  bərk sütülləri gəmirirdi. Daim  yemək  barədə düĢünür, təsəvvürünə cürbəcür 

xörəklər,  cürbəcür  təamlar  gətirirdi.  Üç  il  bundan  əvvəl  mətbəxdə  onu  gözləyən  Ģam  süfrəsini 

yadına  salır,  boĢqabı  divara  çırpmamıĢdan  qabaq  əlini  necə  yavaĢ-yavaĢ,  inamla  baĢı  üzərinə 

qaldırdığı anı təzədən yaĢayır, təəssüf və peĢmançılıq sancısının ağrısından qıvrıla-qıvrıla qalırdı. 

Ancaq  günlərin  birində  aclığı  yoxa  çıxdı.  Bu,  qəfil  və  ağrı-acısız  bir  Ģey  oldu.  O  soyudu, 

sakitləĢdi.  Ancaq  bilirdi  ki,  nəsə  tapıb  yeməlidir.    Özünü  çürük  meyvələri,  daĢ  kimi  bərk 

qarğıdalı  dənələrini  yeməyə  məcbur  etdi;  yavaĢ-yavaĢ  çeynəyir,  heç  bir  dad  hiss  etmirdi. 

Bunlardan  o  ki  var  yedi,  əvəzini  isə  qanlı  ishal  sancıları  ilə  ödəməli  oldu.  Hər  dəfə  də  bundan 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə