Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə109/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   105   106   107   108   109   110   111   112   ...   192

 

22



ikisi bunu sözsüz baĢa düĢür, bir-birinə göz qoyurmuĢ; ancaq hər ikisi bunu da dərk edirmiĢ ki, 

bu iĢə necə baĢlamağı qadın daha yaxĢı bilir.  

Onlar birbaĢ Salmonun kirayə maĢın verdiyi qaraja gediblər. Onunla qadın danıĢıb. Deyib 

ki, Ceffersona getmək istəyirlər. Yəqin, ağlına da gətirməyib ki, Salmon adambaĢına iyirmi beĢ 

sentdən  çox  pul  istəyə  bilər,  buna  görə  də  o,  üç  dollar  deyəndə,  qulaqlarına  inanmayıb,  bir  də 

soruĢub.  “Üç  dollar,  –  Salmon  deyib,  –  bundan  ucuz  verə  bilmərəm”.  YanaĢı  dayanıblarmıĢ, 

amma  Dok  dayı  bu  söhbətə  qarıĢmayıb,  sanki,  bunun  ona  dəxli  yoxmuĢ  və  nədənsə  narahat 

olmağına dəymədiyini bilirmiĢ: qadın, onsuz da, onu ora çatdıracaqdı.  

– Yox, – qadın deyib, – mənim bu qədər pulum yoxdu.  

– Bundan ucuz isə heç cür mümkün deyil, – Salmon deyib. – Bəlkə, qatarla mümkün ola. 

Orda bilet əlli iki sentədir.  

Qadın artıq ordan uzaqlaĢıb, Dok dayı isə it kimi onun dalınca düĢüb. 

Bu,  saat  dörddə  olub.  Saat  altıya  kimi  onları  məhkəmə  həyətindəki  skamyada  oturmuĢ 

görüblər.  DanıĢıb-eləmirmiĢlər:  sanki,  bir  yerdə  olduqlarını  unudublarmıĢ.  Yan-yana  oturub 

qalıblar,  deməli,  qadın  geyinib-kecinibmiĢ,  bayram  libasındaymıĢ.  Bəlkə,  elə  bu  cür  geyinib-

kecinmiĢ  halda  bir  Ģənbə  axĢamını  Ģəhərdə  keçirmək  onun  xoĢuna  gəlirmiĢ.  Ya  da  bu, 

baĢqalarının Memfisə yollanıb, orda keçirdikləri bütöv bir gün qədər ona ləzzət verirmiĢ. 

 Saat altının zəngi çalınanacan orda oturublar. Zəng çalınanda yerlərindən qalxıblar. Onları 

orda görən adamlar danıĢırlar ki, qadın ərinə bircə kəlmə də deməyib; sadəcə,  budaqdan uçan bir 

cüt quĢ kimi eyni anda qalxıblar  –   qalxmaq üçün kimin kimə  iĢarə verdiyini anlamaq  heç cür 

mümkün olmayıb. Dok dayı bir az arxadan gedirmiĢ. Meydanı keçib, stansiyaya gedən küçəyə 

çıxıblar.  Adamlar  hələ üç saat  ərzində ordan  heç bir qatar keçməyəcəyini  bildikləri üçün  buna 

mat-məəttəl  qalıblar:  doğrudanmı,  onlar  qatarla  harasa  getməyə  hazırlaĢırlar?!  Amma    sonra 

qocalar onları bundan da betər heyrətə salıblar. Stansiyanın yanındakı balaca  kafeyə girib Ģam 

eləyiblər;  axı  Ceffersona  gəldikləri  gündən  bəri  –  bu  uzun  illər  ərzində  onların  nəinki  kafedə 

nahar etdiklərini, heç bir yerdə küçəyə çıxdıqlarını belə görən olmamıĢdı. Ġndi isə  bu qadın gör 

onu haralara gətirib çıxarmıĢdı;  bəlkə də, nahar üçün Ģəhərə qayıtsalar, qatara gecikə biləcəklə-

rindən ehtiyat eləmiĢdilər. Hələ  saat yeddinin yarısı olmamıĢ kafeyə girib, piĢtaxtanın önündəki 

kətillərdə  əyləĢib,  qadının  Dok  dayı  ilə  məsləhətləĢmədən  sifariĢ  verdiyi  yeməkləri  yeməyə 

baĢlayıblar.  Qadın  kafe  sahibindən  Ceffersona  gedən  qatarın  haçan  gələcəyini  soruĢub,  o  isə  

cavab  verib  ki,  gecə  saat  ikidə.  “Bu  gün,  –  deyib,  –  Ceffersonda  yaman  qarıĢıqlıq  olacaq.  Siz 

Ģəhərdə maĢın kirayə edib, qırx beĢ dəqiqəyə orda ola bilərsiniz. Gecə saat ikiyəcən burda oturub 

qatarı gözləmək nəyinizə lazımdı?!” Elə bilib ki, gəlmədilər; baĢlayıb Ģəhərə necə getməyi onlara 

izah etməyə. 




 

22



Qadın  ona  heç  nə  deməyib;  yeməklərini  yeyib  qurtarandan  sonra 

çətirdən 

çıxardığı  əsgi 

bükülüsündən bir beĢ, bir də onsentlik götürərək yeməyin haqqını  ödəyib, Dok dayı isə yerində 

oturub gözləyirmiĢ, lunatiklər kimi sir-sifətindən cin yağırmıĢ. Sonra ordan çıxıblar, kafe sahibi 

elə  bilib  ki,  onun  dediyinə  qulaq  asıb,  maĢın  götürmək  üçün  Ģəhərə  getmək  qərarına  gəliblər, 

amma  pəncərədən  baxanda  ehtiyat  dəmir  yollarını  keçərək  stansiyaya  tərəf  getdiklərini  görüb. 

Arxadan onları səsləmək istəyib, amma sonra vaz keçib. “FikirləĢdim ki, – deyir, – yəqin, mən 

onu səhv baĢa düĢmüĢəm. Bəlkə də, onlara saat doqquzda cənub tərəfə gedən qatar lazım imiĢ”.   

SərniĢinlər  –  kommivoyajörlər

22

,  iĢsiz-gücsüz  avaralar  və  digər  adamlar  –    stansiyaya 



yığıĢıb  saat  doqquz  qatarına  bilet  almağa  baĢlayanda  onlar  gözləmə  zalında  skamyada 

oturublarmıĢ.  Kassir deyir ki, axĢam saat səkkizin yarısında, Ģam yeməyindən qayıdanda ciddi 

diqqət  yetirməsə  də,  gözləmə  zalında    kimlərinsə  oturduğunu  görüb;  sonra  qadın  kassaya 

yaxınlaĢıb,  burdan keçən qatarın Ceffersonda  haçan olacağını ondan  soruĢub. Kassirsə bu  vaxt 

bərk  məĢğul  olduğundan,  yalnız  gözünü  qaldırıb,  iĢindən  ayrılmadan  deyib:  “Sabah”.  Ancaq  

deyir, sonra onu nəsə pəncərədən boylanan yumru sifətə və əlbəttə ki, ondan yuxarıda yellənən 

lələyə bir də baxmağa məcbur edib. Qadınsa deyib:  

– Mənə o qatara iki bilet verin.  

–  Bu  qatar  gecə  saat  ikidə  gələcək,  –  kassir  deyib.  O  da  qadını  tanımayıb.  –  Əgər 

Ceffersona  tez  çatmaq  istəyirsinizsə,  Ģəhərə  gedib,  kirayə  maĢın  götürsəniz,  yaxĢıdır.  ġəhərin 

yolunu tanıyırsınız?  

 Qadınsa yerində dayanıb, bükülü əsgidəki beĢ, onsentlik sikkə pulları çıxarıb sayıb; ona iki 

bilet  verəndən  sonra  kassir  pəncərədən,  qadının  baĢı  üstündən  baxaraq  Dok  dayını  gözləmə 

zalında  görəndə  onun  kim  olduğunu  baĢa  düĢüb.  Deyir  ki,  saat  doqquz  qatarının  camaatı 

stansiyaya yığıĢmıĢdı, qatar gəldi də, getdi də, amma onlar hələ də orda oturmuĢdular. Dok dayı 

isə,  deyir,  elə  o  cür  yarıyuxulumu,  yarıbihuĢmu  haldaymıĢ  –  bunu  dəqiq  anlamaq  mümkün 

deyilmiĢ.  Deməli,  qatar  çıxıb  gedib,  adamlarınsa  heç  də  hamısı  oradan  dağılıĢmayıb.  Bəziləri 

kassir gözləmə zalının iĢıqlarını söndürənəcən orda qalıblar; qalıb pəncərədən baxıb, ya da zala 

girib Dok dayı ilə arvadının orda necə oturduqlarına tamaĢa ediblər.   

Ancaq  bəzi  adamlar  hətta  bundan  sonra  da  oranı  tərk  etməyiblər.  Pəncərədən  boylanıb 

onların  qaranlıqda  necə  oturduqlarına  göz  qoyublar.  Bəlkə  də,  ancaq  Ģlyapadakı  lələyi,  bir  də 

Dok dayının çallaĢmıĢ baĢını görə biliblər. Birdən Dok dayı ayılmağa baĢlayıb; o mənada yox ki, 

harda  olduğundan,  yaxud  da  istədiyi  deyil,  tamam  baĢqa  yerə  düĢdüyündən  heyrətə  gəlib. 

Sadəcə,  uzun  müddət  maĢınla  sürətlə  üzüaĢağı  Ģütüyən  və  artıq  mühərriki  söndürmək  lazım 

gəldiyini  birdən-birə,  qəfil  baĢa  düĢən  adam  kimi  qəfil  silkinib  ayılıb.    Qadının  ona  necə 

Susssssss”



 dediyini eĢidiblər, bundan sonra Dok dayının səsi yavaĢ-yavaĢ kəsilib. Sonra kassir 

                                                

22

 

 Kommivoyajör – ticarət agenti 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə