Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə112/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   108   109   110   111   112   113   114   115   ...   192

 

22



elə  buna görə də bu çox qorxunc bir Ģeydir, qorxunc, çox qorxunc”. Sonra özünü bir az qabağa 

verib üç nəfərin evə yaxınlaĢdığını, həyət qapısına tərəf döndüyünü görür – küçə fənəri iĢığında, 

kölgələrin  arasında  onlar  üç  siluetə  dönür.  Birinin  Bayron  olduğunu  artıq  bilir,  indi  onun 

arxasınca  gələn  iki  nəfərə  baxır.  BaĢa  düĢür  ki,  biri  qadın,  o  biri  kiĢidir,  ancaq  qadının  qadın 

libası olmasa, onları  bir-birindən ayırd  etmək çox  çətindi: eyni  boyda, eyni  endədirlər,  normal 

kiĢidən,  normal  qadından  iki  dəfə  dolu  olan  bu  adamlar  bir  cüt  ayını  xatırladırlar.  O  gülməyə 

baĢlayır, hələ ki  onu kəsmək barədə düĢünmür. “Ġndi Bayronun bircə güllü yaylığı, bir də sırğası 

kəmdi,” – o düĢünür və gülür – səssiz, öz içində, səssiz-səmirsiz gülür; sonra özünü ələ almağa 

çalıĢır, çünki Bayron indicə qapını döyəcək, gedib onu açmalı olacaq. 

 

Bayron onları – pota, sifəti daĢ kimi hərəkətsiz, əynində tünd-qırmızı don, baĢında lələkli 



Ģlyapa olan qadını və üst-baĢı son dərəcə kirli, güman ki, xeyli qoca, keçisayaq saqqalı tütündən 

sapsarı  saralmıĢ,  gözlərindən  cin  yağan  kiĢini  kabinetə  gətirir.  Onlar  içəri  ürkək-ürkək  deyil, 

amma  nəsə  oyuncağa  bənzər  bir  Ģey  kimi  girirlər,  elə  bil,  onları  hansısa  primitiv  bir  yaylı 

mexanizm hərəkətə gətirir. Ġkisindən biri – qadın özünə daha  əmin, hər halda, daha ağlıbaĢında 

görünür.  Onun  hərəkətlərində  nəsə  bir  sıxıntı,  küt  mexaniklik  sezilsə  də,  hiss  olunur  ki,  bura 

müəyyən  məqsədlə,  yaxud  ən  azı,  qeyri-aydın  ümidlə  gəlib.  Qoca  isə  –  bu,  Haytauerə  ilk 

baxıĢdan  bəlli  oldu,  –  ruh  düĢkünlüyü  içindədi,  sanki,  hara  düĢdüyünü  anlamır,  heç  bununla 

maraqlanmır da; bununla belə, onda nəsə qəfil partlaya biləcək qorxunc bir gərginlik duyulur – 

bihuĢ olsa da, həm də ayıq-sayıqdı.  

– Bu odur, – Bayron astadan deyir. – Missis Haynsdır.  

Onlar hərəkətsiz dayanıblar: qadın, sanki, uzun səyahətdən sonra, ona tanıĢ olmayan yerdə, 

tanıĢ olmayan adamlar arasında məqsədinə dəqiq çatdığına əminmiĢ kimi, bərbəzəkli daĢ heykəl 

təki  yerində  quruyub  qalıb;  lal-dinməz  gözləyir;  kiĢi  isə  sakitdir,  xəyalən  burda  yox,  hardasa 

baĢqa yerdədir, amma daxilən çox qəzəbli və həddən artıq çirklidir. Sanki, heç biri ev sahibinə, – 

nə  maraq  üçün,  nə  də  elə-belə  –  baxmaq  ehtiyacı  duymur.  Ev  sahibi  oturmağa  yer  göstərir. 

Bayron  qadını  stulun  yanına  gətirir,  o,  əlindəki  çətiri  buraxmadan  ehmalca  stula  çökür.  KiĢi 

dərhal oturur. Haytauer stol arxasında öz yerinə keçir.  

– Bu qadın mənimlə nə barədə danıĢmaq istəyir? – o soruĢur. 

Qadın heç bir hərəkət eləmir. Görünür, eĢitmədi. O, nəsə vəd edilmiĢ bir Ģeyin ardınca uzun 

və 


kəĢməkəĢli 

yoldan gəlmiĢ adamı xatırladır; indi isə qollarını yanına salıb gözləyir.  

–  Bu  odu,  –  Bayron  deyir.  –  KeĢiĢ  Haytauerdi.  Ona  danıĢın.  Ona  nəyi  bildirmək 

istəyirdinizsə, açıb deyin. – Qadın Bayrona baxır, amma onun sifətində heç nə ifadə olunmayıb. 

Əgər  bunun  arxasında  dilsiz-ağızsız  olmaq  xisləti  gizlənibsə,  onda  nitq  qabiliyyəti  bu  sifətin 



 

22



hərəkətsizliyi sayəsində  tamam  heçə  enib,  yox,  əgər ümid,  yaxud cəhd gizlənibsə, onda onların 

heç izi-tozu da görünmür. –  Nə üçün gəldiyinizi deyin. Ceffersona nə üçün gəldiyinizi.    

–  Ona  görə  ki,  –  qadın  danıĢmağa  baĢlayır.  Onun  səsi  gözlənilməz  dərəcədə  qalın,  hətta 

kobuddur, hərçənd o qədər də yüksək deyil. Sanki, səsinin bu qədər hörültülü çıxacağını o özü də 

gözləmirmiĢ; öz səsindən heyrətə gəlibmiĢ kimi susur, baxıĢlarını bir sifətdən o birinə dikir. 

– DanıĢın mənə, – Haytauer deyir. – ÇalıĢın, danıĢın. 

– Ona görə ki, mən... – səs yenə dirənir, sanki öz-özündən heyrətə gəlmiĢ kimi yenə qırılır, 

hərçənd  hələ  də  yüksək  deyil.  Elə  bil,  bu  üç  söz  səsin  dəf  edə  bilmədiyi  çox  çətin  bir  əngələ 

çevrilib;  bu  əngəli aĢmaq üçün özünü necə zorladığı  istər-istəməz hiss olunur.  –  Mən  heç onun 

necə  ayaq  açdığını,  yeridiyini  belə  görməmiĢəm,  –  o  deyir.  –  Otuz  ildi  ondan  ayrı  düĢmüĢəm. 

Onda o, heç yeriyə də bilmirdi... öz adını  belə deyə bilmirdi... 

– Rəzillik və iyrənclik!  – birdən qoca dik atılır. Səsi gur, kəskin, güclü çıxır. – Rəzillik və 

iyrənclik! – Səsini kəsib susur. DüĢdüyü yuxulu, amma sayıq vəziyyətdən qəfil silkinib, qeyzlə, 

peyğəmbərcəsinə  bu  üç  sözü  qıĢqırır  və  yenidən  əvvəlki  halına  qayıdır.  Haytauer  diqqətlə  ona 

baxır, sonra baxıĢlarını Bayrona tərəf çevirir. Bayron sakitcə izah edir: 

–  O  bunların  qız  nəvəsidir.  O,  –  baĢıyla  yüngülcə,  Haytauerin  odlu  quduz  baxıĢlarla 

süzdüyü  qocanı  göstərir,  –  uĢaq  doğulandan  dərhal  sonra  onu  harasa  aparıb.  Hara  apardığını, 

neylədiyini qadın bilməyib. Heç sağ olub-olmadığını da bilmirmiĢ, ta ki... 

Qoca  elə  həmin  sarsıdıcı  qəfil  hərəkətlə  yenidən  onların  sözünü  kəsir.  Bu  dəfə  bərkdən 

qıĢqırmır:  indi  onun  səsi  Bayronun  özününkü    qədər  sakit  və  məntiqlidir.  O,  aydın,  amma  bir 

qədər qırıq-qırıq danıĢır: 

–  Bəli. Qoca Dok Hayns onu apardı. Allah özü qoca Dok Haynsa kömək etdi,  buna görə 

də  qoca  Dok  Hayns  da  Allaha  yardımçı  oldu.  Allah  öz  iradəsini  körpə  uĢaqların  diliylə  bəyan 

etdi. UĢaqlar onun ardınca “Zənci! Zənci!” deyə qıĢqırdılar – Allahın önündə, elə insanların da 

önündə  Allahın  iradəsini  dilə  gətirdilər.  Qoca  Dok  Hayns  isə  Allaha  dedi:  “Bu  azdır.  Onlar 

uĢaqdılar, öz aralarında bir-birinə “zənci”dən pis ad qoya bilərlər”; və Allah dedi: “Səbir elə, ona 

göz  qoy,  çünki,  mənim  sizin  dünyanızdakı  əyyaĢlıqla,  rəzilliklə  məĢğul  olmağa  vaxtım  yoxdu. 

Mən  onu  artıq  niĢan  verdim,  indi  isə  elə  edəcəm  ki,  insanlar  da  bunu  bilsinlər.  Səni  isə  Öz 

iradəmin  gözətçisi  və  mühafizi  təyin  edirəm.  Ona  göz  qoymağı  və  nəzarət  etməyi  sənə 

tapĢırıram”.  – Səs qırılır. Tədricən avazıyıb susmur, sadəcə, birdən-birə  qırılır, sanki, qramafon 

valını  dinləmək  istəməyən  adamın  əli  val  iynəsini  birdən  onun  üstündən  götürür.  Haytauer 

gözünü qocadan ayırıb, Bayrona – demək olar ki, ona da – odlu baxıĢlarla baxır.   

– Bu nədi?  Bu, nə deməkdi? – o soruĢur. 

– Çox çalıĢdım ki, qadını tək gətirim, burda sizinlə onsuz söhbət eləsin, – Bayron deyir. – 

Amma  onu  qoymağa  yer  olmadı.  Qadın  deyir  ki,  hər  an  gözü  üstündə  olmalıdı.  Dünən 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə