Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə111/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   107   108   109   110   111   112   113   114   ...   192

 

22



kimi  insanların  iradəsinə,  ən  betəri  onların  buyruğuna  əsasən  baĢ  verib;  halbuki  bu  adamı  da 

onları  yaradan  eyni  Allah  yaradıb;  halbuki,  onu  məhz  özləri  bu  həddə  gətirib  çıxarıblar,  buna 

görə də indi tikə-tikə parçalamağa hazırdılar. Seçim mənim olmayıb. Bunu unutmayın.  

– Bilirəm. Çünki seçim etmək insana heç də tez-tez nəsib olmur. Siz bundan xeyli əvvəl öz 

seçiminizi etmisiniz.  –  Haytauer ona  baxır.  – Mən  hələ doğulmamıĢdan  əvvəl  sizə  seçim  haqqı 

verilib, siz də  nə mən, nə o qadın, nə də o adam hələ  həyatda yox ikən öz seçiminizi etmisiniz. 

Bax  onda  siz  bu  yolu  seçmisiniz.  Məncə,  pis  adamlar  kimi  yaxĢılar  da  öz  seçimlərinin  haqq-

hesabını  ödəməlidirlər.  O  qadın  kimi,  o  adam  kimi,  mənim  kimi.  Yerdə  qalan  bütün  insanlar 

kimi,  o biri – digər qadın kimi.  

– Digər qadın? Bəyəm baĢqa qadın da var? Doğrudanmı, sinnimin bu çağında, altmıĢımda 

həyatımı iki əxlaqsız qadın korlamalı, rahatlığımı əlimdən almalıdı?  

– Bu, baĢqa bir qadındı, – özü də əxlaqsız deyil.  Otuz ildi yox olubmuĢ. Ġndi üzə çıxıb. Bu 

qadın onun nənəsidi. 

– Kimin nənəsidi? 

– Kristmasın, – Bayron deyir.  

   


Qaranlıq  pəncərədən  həyət  qapısına,  ordan  da  küçəyə  baxa-baxa  gözləyən  Haytauer 

uzaqdan gələn  musiqi səsinə  qulaq  verir  –  dərhal, o səs baĢlayan kimi. Hər çərĢənbə, hər  bazar 

axĢamı qaranlıq  pəncərə önündə oturarkən o səsi  gözlədiyini  heç də Ģüurlu Ģəkildə dərk etmir. 

Amma onun haçan baĢlayacağını  saata baxmadan, demək olar ki, saniyə dəqiqliyilə bilir. Artıq 

iyirmi  ildir  ki,  saatdan  istifadə  etmir,  ona  heç    ehtiyac  da  duymur.  Mexaniki  zamandan  daim 

uzaq  qaçır. Ancaq elə buna görə də heç vaxt onu səhv salmır. Sanki, təhtəlĢüurunda əqlin iĢtirakı 

olmadan,  qeyri-ixtiyari  doğulan  bir  neçə  dəyiĢməz,  kristallaĢmıĢ  sabit  vaxt  ölçüsü  vardı  və  bu 

gerçək dünyada onun bütün keçmiĢ həyatını indiyəcən məhz bu ölçülər idarə etmiĢ, onlar nizama 

salmıĢdı. KeçmiĢ həyatında saata baxmadan bazar gününün tezdən və axĢam ibadətləri, çərĢənbə 

gününün  axĢam  ibadəti  zamanı  isə  onun  əvvəli  və  axırı  bildirən  iki  an  arasında  məhz  harda 

olmaq,  nə  etmək, kilsəyə  haçan girmək, oxuduğu duanı  və  ya  moizəni  hansı anda  yekunlaĢdır-

maq lazım gəldiyini dərhal və dəqiq təyin edə bilirdi. Və budur, axĢam toranı hələ qatı qaranlığa 

çevrilməmiĢ  öz-özünə  deyir  İndi  onlar  bir  yerə  yığışırlar,  küçə  boyu  yavaş-yavaş  axışır,  tini-

səkini  dönür,  bir-birilə  salamlaşırlar:  qrup  halında,  cüt-cüt,  tək-tək.  Kilsənin  içində  də  alçaq 

səslə  öz  dərd-sərlərindən  danışırlar;  xanımlar  aralıqdan  keçən  tanışlarını  salamlamaq  üçün 

onlara  əl  eləyir, astaca yelpiklərini yelləyirlər. Missis Karuders də (bu qadın onun orqançalanı 

idi,  demək  olar  ki,  iyimi  beĢ  il  bundan  əvvəl  vəfat  edib)  onların  arasındadı;  indi  o,  yerindən 



durub xorun yanına qalxacaq Bazar axĢamı ibadətinə yığıĢıblar. HəmiĢə ona elə gəlib ki, insanın 

Allaha ən yaxın olduğu vaxt məhz bu saatdır –  həftənin yeddi gününün heç bir anında insan Ona 




 

22



bu qədər yaxın düĢə  bilmir. Bütün kilsə toplantıları arasında yalnız bu ibadət anında Vəd və ali 

məqsədi  təcəssüm  etdirən  nəsə  ruhi  bir  rahatlıq  mövcuddur.  Qəlb  də,  Ģüur  da  əgər  onlara  rəva 

görülübsə, məhz bu vaxt təmizlənir; həftə bütün ağrı-acısı ilə birlikdə baĢa çatıb – arxada qalıb, 

onun günahları səhər ibadətinin ciddi və təmkinli qeyzi ilə yuyulub; növbəti həftə, öz ağrı-acısı 

ilə  birlikdə  hələ  doğulmayıb, qəlb  hələ ki  rahat və dincdir;  hələ  ki  inanc  və  ümid onu öz Ģirin 

sərinliyinin ağuĢuna alıb. 

Qaranlıq pəncərənin önündə əyləĢib, ona elə gəlir ki, onları gerçəkdən görür Budur bir yerə 

yığışırlar, qapıdan içəri girirlər. Demək olar ki, hamısı burdadır Və o danıĢmağa baĢlayır: “Ġndi. 

Ġndi”, – özünü azca qabağa verir;  budur, sanki, onun iĢarəsiylə musiqi baĢlanır. Orqanın dərin, 

gurultulu  melodiyası  yay  gecəsinə  yayılır,  bu  bütövləĢmiĢ,  geniĢmiqyaslı  melodiya  ağır-ağır 

yüksəlir,  boğazdan  azad  olmuĢ  səslər,  sanki,  çarmıxa  çəkilir,  çarmıx  forması  alır;  vəcdlə, 

əzəmətlə  ətrafa  yayılır,  təsir  gücü  artır.  Ancaq  indinin  özündə  belə  onda  nəsə  sərt,  qaçılmaz, 

düĢünülmüĢ bir ahəng eĢidilir və ehtirasdan daha çox fədakarlıq duyulur; o xahiĢ edir, yalvarır – 

sevgi,  həyat  üçün  yox  –  hər  bir  protestant  musiqisi  kimi  o  da  bunları  insanlara  qadağan  edir  – 

yüksək, təntənəli ahəngdə ölüm tələb edir, sanki, ölüm ən gözəl nemət imiĢ. Onu bəyənərək öz 

dualarında  mədh  etmək  üçün  səslərinə  güc  verənlər  –  o  musiqinin  mədh  və  simvolizə  etdiyi 

duyğularla  tərbiyə  alıb  böyüyənlər  indi,  sanki,  öz  duaları  ilə  həmin  tərbiyə  alıb  böyüdükləri 

duyğulardan  intiqam  alırlar.  Bu  musiqini  dinləyərkən  ona  elə  gəlir  ki,  öz  həyat  tarixçəsinin, 

doğulduğu  torpağın,  öz  tayfa  qanının  –  onu  doğuran  və  əhatə  edən,  nə  nəĢəni,  nə  acını  həzm 

etməyə,  nə  də  onlardan  boyun  qaçırmağa  dava-dalaĢsız  qadir  olmayan  xalqının  apofeozunu 

eĢidir.  NəĢə,  sevinc,  sanki,  bu  adamlar  üçün  dözülməz  Ģeylərdir:  onlar  bundan  xilas  yolunu 

dəlisovluqda,  sərxoĢluqda,  dava-dalaĢda,  ibadətdə  – 

acıdan


  da  elə  o  cür  –  görünür,  heç  vaxt 

sağalmayacaq dəlisovluq azarında tapırlar Buna görə də mənsub olduqları din axı niyə də onları 



həm özlərini, həm də bir-birilərini öldürməyə məcbur etməsin?  O fikirləĢir. Ona elə gəlir ki, bu 

musiqidə  o,  bu  adamlar  üçün  sabaha  nələr  hazırlandığının,  nə  etməli  olacaqlarının  bəyanını, 

təsdiqini eĢidir  və onlar artıq  bundan  xəbərdardırlar. Ona elə  gəlir ki,  bundan  əvvəlki  həftə  gur 

sel axını  kimi ötüb-keçib, sabah baĢlayacaq növbəti həftə isə dərin bir uçurumdur və indi o gur 

axın sərt sıldırımın təpəsindən bu dibsiz uçurumun qaranlığına sıçrayarkən bəraət üçün deyil, son 

salam atəĢi kimi, tək bircə dəfə, var gücüylə, zildən, qəzəbli bir qiyyə çəkdi və onun bu qiyyəsi 

hansısa allaha deyil,  həbsxana barmaqlığı arasından  bu  insanlara və bundan savayı   iki kilsəyə 

qulaq kəsilən, edamına da məhz bu adamların xaç qaldıracaqları məhkum insana tuĢlanıb. “Bunu 

həm də sevinə-sevinə edəcəklər”, – o, qaranlıq pəncərəyə üz tutaraq deyir. Hansısa önduyğudan, 

nəsə  hətta  istehzadan  da  dəhĢətli  bir  Ģeydən  dodaqlarının,  ovurdlarının  gərildiyini  hiss  edir. 

“Zira, ona rəhm eləmək onlar üçün özlərinə Ģəkk gətirmək kimi bir Ģey olardı, onlar özləri rəhmə 

ümid  bəsləyir  və ona  ehtiyac duyurlar. Onlar bunu sevinə-sevinə edəcəklər, sevinə-sevinə. Bax 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə